Bukre. Kahraman Tazeoğlu

Bukre - Kahraman Tazeoğlu


Скачать книгу
y-line/>

      251

      Bəzi sevgilər sevgiyə xəyanətdir

      251

      İÇİNDƏKİLƏR

      Ön söz ........................................................................................ 4

      Bukre ......................................................................................... 6

      Vəba busəsi ........................................................................... 169

      Salam övlad .......................................................................... 172

      Aşağı məhəllənin dəcəl uşağı ............................................ 176

      Uyğun bir eşqdə gülən olacaq ........................................... 179

      Yalançıya ............................................................................... 183

      Darıxdığıma .......................................................................... 186

      Unudulmayana .................................................................... 189

      Qalana ................................................................................... 193

      Gedənə .................................................................................. 196

      Sahildə ................................................................................... 199

      Can yaram ............................................................................. 203

      Duyğusuzluğa məğlub olan ............................................... 211

      İntiqam .................................................................................. 214

      Getmək .................................................................................. 218

      Unudulan .............................................................................. 221

      İçindən ................................................................................... 225

      Fazil ....................................................................................... 228

      251

      ÖN SÖZ

      Yazdıqlarımda çarəsizliyinizə çarə axtarırsınız; halbuki mən çarəsizliyimdən yazıram, sizsə onları çarə sanır-sınız.

      Eşq miras deyildir və heç kimdən heç kimə qalmaz.

      Həyat verilməmiş bir sözü tutmaqdır. Bəzisi yazar, bəzisi yaşayar. Yəni onu demək istəyirəm: elə bir söz yazarsan ki, bütün bir həyatı anladar, elə bir həyat yaşayarsan ki, yanında bütün sözlər mənasız qalar.

      251

      251

      BUKRE

      (Bir zamanlar mənim olan əllərin, indi niyə ellərin?)

      251

      251

      1

      Gizli yalanlar sevdiyin insanı”əzmədən”çeynəməkdir

      Neçə dəfə əzildiyini heç bilmirdi Bukre. Eşqin balaca qızıydı o… İstanbulun dar küçələrində, bir az əvvəl öyrəndiyi və onu məhv edən acı həqiqətin təsiriylə səndələyir-di. Yanındakıyla birlikdə yaşadığı iki nəfərlik yalnızlıqdı artıq onunku… Ayaqları yeriyirdi sadəcə. Özü isə arxada qalmışdı çoxdan. Axşam idi. Bir az əvvəlki söhbət beyninin içində dayanmadan təkrarlanırdı. Sitəm dolu səsiylə

      son nəfəsinə qədər hayqırmışdı onu tərk edənə… “Ən ağrılı olan nədir, bilirsənmi?, – demişdi, – sənə heç sahib olamadığımı yalnız səni itirəndə başa düşməyim!”

      Hirsi nəfəsi ilə birgə çıxırdı sinəsindən. Davam etdi qəzəblə. “Sən demə, hər şeyimmiş kimi davranan sən, heç bir şeyimmişsən! Əslində, heç bir şeyimi itirdim mən!”

      Bir uşağın bütün dünyaya küsməsi üçün bircə oyun-cağının qırılması yetər. O küskün uşaqlardan idi indi Bukre. Qırılan oyuncağını gözləriylə təmir etməyə çalışırdı… Baxışlarını bir nöqtəyə zilləmiş olsa da, yanından keçən çarəsiz insanları görürdü. Axşam düşmüşdü. Bəlkə

      bir azdan yağış da yağacaqdı. Həyat davam edirdi. Həyat “davam edərək” hər şeyi bitirməkdəydi. Bukre bunu acı bir təcrübə ilə yenidən öyrənməkdəydi. Amma öyrən-diklərini heç əzbərləyə də bilmirdi…

      251

      Qəlbi harda dayanacağını bilməyən avtobus kimiydi.

      Axşam idi. Və axşam ağlamaq üçün yaxşı səbəb ola bilərdi. Əsəbiləşirdi Bukre. Hər şeyə, hər kəsə… Ən çox da özünə… Həyat nə qəribədir. İnanmadan güldüyümüz zarafat kimidir. Bukre qarşılıqsız sevmişdi və bunun qarşılığı elə qarşılıq ala bilməmək idi. Amma olsun! O sevilməməyə də razı idi sevərkən… Onsuz da hər zaman belə se-vərdi… Sadəcə, qəbul edə bilmədiyi şey ehtiyatda sax-lanıldığını bildiyi halda incimədən gözləyərkən aldadıl-maq idi! Alçaqlıq heç vaxt bu həddə qədər yüksəlməmiş-di. Gizlicə aldadılmışdı. Sanki aldatmağın açıq-aşkar olanı da var imiş? Əzilmişdi – tapdalanmadığı halda…

      Səssizliyə qapılmışdı uzun müddət. Əlindən gəlməyən dilindən də gəlmirdi. Və indi yolunu gözlədiyi onu tərk edirdi. Bəlkə də çoxdan getmişdi… Bəlkə də heç gəlməmişdi… Amma indi o ”Gəlməyən” həm günahkar idi, həm də yolçu. Başqa birini seçmişdi. Üzr istəmişdi.

      “Mən seçilməyənəm! Bunun üçün məndən üzürmü istəyirsən?”– deyə hayqırmışdı Bukre. Cavab ala bilməmişdi. Səsi qısılmışdı. İtirənlərin əvvəlcə səsi qısılır.

      Bu ayrılıq daha da böyüdürdü onu. Sevdiyindən yaş-ca kiçik olsa da, sevgisi çoxdan ötüb keçmişdi özünü. O, bapbalaca div idi. Seçilməyən idi. Özünü bir hekayənin sonu zənn edərkən, elə başlanğıcdaca aldadılmışdı.

      Dünya artıq onun üçün oyandığı an başlayan qorxulu bir yuxuydu. İndi nə etməliydi? Seçilməmək onu sadəcə

      kədərləndirməliydimi, yoxsa öldürməliydimi? İnsan belə

      zamanlarda nə hiss etməlidir? Kədərli olmaqdan da betər idi duyğuları, amma ölümdən də uzaq idi. Yarımçıq, itkin 251

      və sahibsiz kimiydi. Sadəcə bir əşya tək yerindəcə donub qalmışdı.

      Axşam idi. Kədərliydi. Kədəri sevildiyini sandığın-dan deyil, sevilmədiyinə yandığından idi…

      Halbuki heç bir günahı yox idi. Eşqin bir gözləmə

      otağı var. Orada oturub növbəsini gözləyirdi Bukre. Sevdiyi adamın ona gəlməsini… O adam, aradabir otağın qapısından baxır və gülümsəyirdi. “Biraz da gözlə”, – demək idi bu. “Bir az sevgilərim var, bitirib gəlirəm”, – demək idi. Ona inanırdı Bukre. Daha doğrusu, inanmağı seçirdi. Həmişə beləsinə üstünlük verirdi. Çünki eşqdə

      kor olanlar, sevgilinin yalançı olduğunu bilsə də, ona ”al-danmağı” deyil, “inanmağı” seçirlər.

      Qara taleyinə yanırdı. Özünə yazığı gəlirdi. Və necə

      də çox ağlayırdı içində – ”Bu eşqə dəyər”, – deyə…

      “Qoy olsun… Bəzi eşqlər göz yaşlarıyla böyüyər”, –

      deyirdi. Səssizləşirdi. Anlamağa çalışmırdı içindəkiləri.

      Qəlbini ağlıyla anlaya bilməzdi ki…

      Gedən hər zaman qalib gəlir… Amma qalan olmaq Bukreyə heç yaraşmırdı. Ona əsl yaraşmayan isə seçilməyən olmaq idi. Bir ehtimal rolunu oynamaq necə də qü-rurqırıcıydı. Sevdiyi adam iki nəfərin arasında qalmışdı.

      İki nəfərin arasında qalmaq isə, əslində,


Скачать книгу