Bukre. Kahraman Tazeoğlu

Bukre - Kahraman Tazeoğlu


Скачать книгу
sakitcə cavab verdi: “Bəzi insanlar həyatlarına girən adama onlar həyatlarına girdikdən sonra ehtiyacları olduğunu başa düşərlər. Əskikliyi bilməməkdir bu. O insanlar bir gün çıxıb getdikdə öz həyatlarını da onlarla birlikdə itirdiklərini düşünərlər. Çatışmazlığı öyrənmək-dir bu. Sənin vəziyyətin də, bax, belədir bir az… Məndən 251

      soruşsaydın, deyərdim ki, sizdən onsuz da yaxşı bir cütlük olmayacaq… Bir-birinə alışmaq eşqin özündən də çətindir, bilirsən?”

      Bukre diqqətlə Səlimə qulaq asır və sözlərini bitirmə-sini gözləyirdi.

      “İkisi də eyni xarakterli olduğu halda bir-birini başa düşməyən sevgililər gördüm mən. İkisi də tamam fərqli olduğu üçün ayrılanlar da. Amma ikisi də bir-birinə uyğun gələnini heç görmədim. Qarşısındakına oxşamaq ona uyğun gəlmək deyil. Özünü itirmədən qarşısındakı ol-maqdır”.

      Bax, belə filosofluğu vardı Səlimin. Gülümsəyərək danışardı ən qarışıq məsələləri izah edərkən belə… Sanki içini didib-dağıdan suallardan bir az qurtulmuşdu Bukre.

      Ona bu rahatlığı verdiyi üçün minnətdarlığını bildirdi dostuna. Təşəkkür etmək keçdi könlündən. Təşəkkür etmək və qucaqlamaq… Amma bu daxili rahatlığı bir az da yaşamalıydı. Bir az da hiss etməliydi.

      Başını divanın arxasına dayadı. Dərindən köks ötürdü. Gözləri tavandaydı. Sonra kənardan necə göründüyü gəldi ağlına. “Söylə, Səlim… – dedi, – aldadılan, tərk edilən insanın əvvəlcə acısımı, yoxsa yalnızlığımı hiss edilir?”

      Səlimi düşündürən bir sual oldu bu. Nəticədə o da tənha idi və əzab çəkirdi. Verəcəyi cavab özünü də aldatmaq olacaqdı bəlkə də. Bir müddət fikrə daldı. Cavab axtardı. Əgər cavabı olsaydı, nə tənha qalardı, nə də əzab çəkərdi. Gözləri uzaqlara dikildi. “Məndə nə görürsənsə, cavab da odur!” – dedi kədərli bir səslə. Başını aşağı saldı sonra.

      251

      Bukre bu sualı onu yaralamaq üçün verməmişdi əslində. Amma bəzi məsum sualların cavabı belə insanı məhv edə bilir… Əslində, bu məhv etmə sualda deyil, ca-vabsızlıqda idi. Bukre qəlbini qırdığını düşündü Səlimin.

      Günahkar bir səslə, – “Deyəsən qəlbini qırdım, üzr istəyirəm”, – dedi.

      Səlim məcburi bir təbəssümlə cavab verdi: “Qəm eləmə.... Nəbzi vurmayan qəlb qırılmaz”.

      Gözləri doldu Bukrenin. Ona Mərvəni xatırlatdığını anlamışdı. Gözlərinə baxmadan Səlimin, – ”Bu sözlər sənin dilinə heç yaraşmır”, – dedi.

      Səlim yerindən yavaşca qalxdı, pəncərəyə tərəf getdi.

      Başını pəncərənin kənarına dayayıb gözlərini uzaqlara dikdi. Əlləri cibindəydi. “Həyatda bir-birimizə yaraşdır-madığımız o qədər çox şey var ki…”, – dedi və udqundu.

      Gözləri hələ də uzaqlarda idi. “Mən də bu ölümü cəsə-dimə yaraşdıra bilməmişdim”, – söylədi.

      Eşitmədi Bukre. “Necə?” – deyə sual verdi.

      “Yox, heç bir şey… Sən mənə fikir vermə”.

      Onun hekayəsi başladığı kimi davam etməmişdi.

      Onun hekayəsi başladığı yerdəcə bitmişdi. Buna görə də

      bu qədər kiçik qalmışdı eşqdə Səlim… Buna görə də eşqlə

      bağlı nə desə boyundan böyük görünürdü sözləri. Eşq onu heç böyütməmişdi, amma yetkinləşdirmişdi. Mərvənin həyatında heç bir vaxt gəlməmişdi Səlimə növbə. Eşq ədalətsiz bir əzab idi. Ədalətsiz və növbəsiz…

      Bir neçə dəqiqə hərəkətsiz və səssiz dayandılar. Birdən axtardığı cavabı tapmış kimi doğruldu Səlim. Bukreyə tərəf döndü və ”Ağrı”, – dedi. Bukre üzündəki sual işarəsiylə baxdı Səlimə. ”Sualının cavabı ağrıdır… Çünki 251

      yalnızlıq insanların arasında, amma ağrı hər yerdə göstərər özünü”.

      Bukre xəyala daldı. Səlimin cavabı altında əzildiyini hiss edirdi. Bu həyatda güvəndiyi yeganə dostu o idi. Yalnız qalmamaq üçün insanlara güvənməkdənsə, öz yalnız-lığına arxasını dayayaraq yoluna davam edən insanlardan idi o… Özünə belə bir yol seçməsinə baxmayaraq, həyatında sadəcə Səlimə yer vermişdi. Bəlkə də yer verməmişdi.

      O, həmişə həyatındaydı. Bəzi insanlar sonradan gəlməz; Onlar həmişə varlar.

      Zamanın necə keçdiyini anlamamışdı. Evə xəbər vermədiyini xatırladı. Birdən qalxdı yerindən. Tələsik qapıya doğru yönəldi.

      “Nə oldu?” – deyə soruşdu Səlim qayğıyla.

      “Evə getməliyəm. Yubandım. Bura gələcəyimi bilmirdim”, – dedi.

      Səlim onu qapıya qədər ötürmək üçün yanına gəldi:

      “Səni yola salım?”

      Başını yellədi Bukre. ”İki küçə o tərəfdə qalıram, qorxma oğurlamazlar məni”. Gülümsədi və göz vurdu Səlimə. “Səninlə birlikdə olanda zaman qolumdakı saat-dan fərqli işləyir. Vaxtın necə keçdiyini anlamadım. Ona görə də tələsməliyəm. Evdə yolumu gözləyən yaraşıqlı bir ata, gözəl bir ana və şıltaq bir qardaş var”.

      “Yaxşı, yaxşı, tələs o zaman”, – dedi Səlim. “Evə ça-tar-çatmaz mənə zəng elə. Fikrim səndə qalar. Düzdü, tini burulana kimi eyvandan sənə baxacağam, amma…”

      Qapıdan çıxanda arxaya döndü və “Yaxşı ki, varsan”,

      – dedi Səlimə… Gözləri dolmuşdu bunu deyərkən.

      251

      Belə duyğusal anları yaşamaqdan həmişə qaçmışdı Səlim. Araya başqa sözlər qatıb söhbəti yayındırmışdı…

      Yenə də elə etdi. “Yaxşı, evə gedib yasını tut. Bu gün gülüzlü bir ayrılığın oldu. Başın sağ olsun!” Bir də ucadan güldü arxasınca.

      Bukre pilləkənləri üç-üç, beş-beş enərək deyindi. “Sarımırsan, barı gülmə yarama, canımın suyu…”

      Bukrenin son sözləri zarafat da olsa, ürəyini deşmişdi Səlimin. ”Sarımırsan, barı gülmə yarama…”

      Qapını yavaşca örtdü. Eyvana çıxdı. Küçənin başında gözdən itənə qədər Bukrenin ardınca baxdı. “Ah, Bukre…” – deyə köks ötürdü. “Yara sağaldığını bilməz. O hər zaman özünü qanayır zənn edər. Yaralar sağalmaq istəməz. Çünki yaralar sağalınca ölər, Bukre! Yaralar sağalınca ölər”.

      ***

      Səlimgildən iki döngə aşağıdaydı evləri. Sürətli addımlarla irəliləyir, bir yandan da bərbad bir günün “heç də pis olmayan” sonunu düşünürdü. Səlim olmasaydı bu qədər sarıla bilməzdi həyata. Bunu çox yaxşı bilirdi. Başqa insanların fikrini soruşmaz, onlara dərdini deməzdi.

      Sadəcə Səlim vardı. Başqa dostu yoxdu. O da özü kimi qeyri-adi idi çünki… Bir-birinə


Скачать книгу