Bukre. Kahraman Tazeoğlu

Bukre - Kahraman Tazeoğlu


Скачать книгу
bir gün onu mütləq başa düşəcəkdi. Əlbəttə, nə vaxtsa onun haqqında yanlış düşündüklərinin fərqinə varacaqdılar. Yaxşı, birdən bu vəziyyətin fərqinə

      varmasalar, Bukrenin vecinə olacaqdımı? Xeyr!

      Diqqətlə qulaq asdı bütün dərslərə. Tənəffüslərdə

      testlərlə məşğul oldu. Liseyi bitirəndən sonra ilk girdiyi imtahanda istədiyi yerə qəbul ola bilməmişdi. Sonrakı iki il də həmçinin. Bu müddətdə Səlim iki illik peşə ixtisasına qəbul olmuş, turizm və otelçiliyi oxumuş, bitirmiş və mə-251

      zun olmuşdu, amma iş tapa bilməmişdi. İngilis dilini çox yaxşı bildiyi üçün turizm bələdçiliyi edirdi iş olduqca.

      Bu il axırıncı dəfə özünə şans verirdi Bukre. Əgər bu dəfə də qəbul ola bilməsə, ingilis dili kurslarına gedəcək, inkişaf etdirəcəkdi xarici dilini. Hətta imkan olsa, dil üçün Londona getmək haqqında belə düşünürdü. Xarici dili çox yaxşı vəziyyətə gələndə isə o da Səlim kimi turist bələdçiliyi edəcəkdi ən pis halda… Amma bu şəhərdə deyil… Antalya, Bodrum, Fəthiyyə kimi turizm yerlərinə

      gedəcəkdi. Sahil həsrəti idi onu bu fikirlərə məhkum edən. Əlbəttə, xəyallarına uyğun gələn bir yer tapacaqdı özünə.

      ***

      Hazırlıqdan sonra Taksimə getdi. İstiqlal Caddəsində

      bir kafedə oturub Səlimi gözləməyə başladı. Qəhvəsini içərkən insanları seyr edir, yandakı masada gedən söhbəti istəməsə də eşidirdi. İnsanlar üzlərində olmadığı, ola bil-məyəcəkləri bir maskayla gəzir, danışdıqları hər şeylə olmaq istədikləri adam kimi ifadə edirdilər özlərini. Halbuki nə qədər yarımçıq və aciz idilər. Heç biri bu vəziyyəti hiss eləmirdi. İnsan oğlu belədi onsuz da. Olmadığı ki-mi olduğunu düşünüb özünü göylərə qaldırarkən, əslində, nə olmadığını çox yaxşı bilir. İnsanlar əsla nə olmadıqlarını söyləyə bilməzlər bir-birilərinə. İnsanlar arasında səssizcə davam edən kədərli bir anlaşmadı bu. Hər kəs ra-zıdır öz halından. Şirin yalanlarda itmək acı həqiqətlərdə

      özünü tapmaqdan daha cəlbedici idi.

      251

      Sonra özünü düşündü Bukre. Arxasında tərk edə-edə

      böyüməyə çalışdığı özünü. Həmişə itirəcəyi şeyləri sevmişdi. Ən pisi isə sevdiklərini itirmişdi də həmişə. Bu itkilərlə addımlayırdı həyatın tozlu yollarında. Unutmurdu, unuda bilmirdi bəzilərini… Gözdən itmələri unudul-maqları üçün bəs eləmirdi. Çünki insan gözüylə deyil, ürəyiylə sevirdi. İzdihamlara sığınacaq qədər tənha qalırdı bu dilemma qarşısında. Həyatını anbara çevirdiyi üçün yaşaya bilməyən insan yığınının içinə girirdi səssizcə.

      Onlara uzaqdan baxırdı. Arxasınca qaçacaqları xəyalları olmadığı üçün xəyal qırıqlıqları da olmurdu onların. Xoşbəxt idilər təəssüf ki. Tənhalıqlarını anlamayacaq qədər xoşbəxt…

      Özünü insanlardan tamamilə uzaq hiss edirdi bəzən.

      Ya da bir uçurum kənarındakı gül kimi. Eşqin qaranlıq və

      dar dalanlarını əzbər bildiyi halda, ayrılığın geniş küçələrində itirdi bütün münasibətlərində. Limandan ayrılan gəmilərin arxasınca baxan və gedərək balacalaşan insanlar olur ha… Bax, həmin o insanların kiçildikcə içində

      necə böyüdüyü haqda fikirləşdi. “Gedişinə bir sevda bağışladım onların”, – dedi içindən.

      Ağlının indi bütün bunlara nə üçün belə ilişib qaldığını bilmirdi. Dünən yaşadığı hadisənin təsiri ola bilərdi.

      Halbuki həll elədiyini düşünürdü. Demək, artma ehtimalı olan sarsıntıları da var idi bu zəlzələnin və indi Bukre o sarsıntıları yaşayırdı. Birdən çiyninə bir əl toxundu astaca. Dik atıldı Bukre. Gələn Səlim idi. ”Bağışla, fikrə getmişdin, özünə gəlməyini gözləyə bilməzdim”, – dedi.

      Dünyaya geri dönmüşdü Bukre. ”Məni dəli elədin, Səlim, – dedi, – adam bir xəbər eləyər”.

      251

      Güldü Səlim: “Bukre, insan gələrkən gəldiyini necə

      xəbər verə bilər, insafın olsun?”

      Küsmüş kimi davrandı Bukre. Səlimdən nə üçün yu-bandığını soruşdu.

      “Adamlara yeməkdə də mən yoldaşlıq elədim. Ona görə yubandım. Doymaq nədi bilmirdilər. Hələ aralarında bir zənci vardı ki, heç soruşma. Ən çox o yedi. Təbi-idir də, adamda zənci mədəsi var!”

      Gülümsədi Bukre: “Yəni araya bu incə zarafatların-dan sıxışdırmasan, olmaz da?”

      Həyacanla anlatmağa davam etdi Səlim: “Pulumu da kəsdilər onsuz da. Düzdü, çox kəsməyiblər, amma yenə

      də haqqımı tələb elədim mühasibdən. Qanmaz-qanmaz üzümə baxdı. Heç nə demədi”.

      Bukre onun sözünü kəsdi: ”Necə yəni, vermədilərmi pulunun qalığını?”

      “Nə qədər az gəlir”, – deyə soruşdu, sonra boş-boş

      baxdı. Mən də cavab vermədim”.

      “Neylədin bəs?”

      “Əhəmiyyət vermədim”.

      “Dəhşətsən, Quzu”.

      Kefləri yerində idi. Qarsonu çağırıb sifarişlərini verdilər. Səlim tox idi. Bukre tez hazırlanan bir şeylər istədi özü üçün. Bir yandan da söhbətlərinə davam edirdilər.

      Söhbətləri bitincə cəmiyyətlə, cib telefonları ilə maraqlanmağa başladılar. Sonra bir az ağır mövzulara girişdilər.

      Gündəlik mövzular da bitəndən sonra daha dərin şeylərdən danışmağa başladılar. Söz hərlənib-fırlanıb yenə öz daxili dünyalarında lövbər saldı. Son zamanlar ikisinin də

      dərdi olan “Xoşbəxt olmaq” haqda danışmağa başladılar.

      251

      Daha doğrusu, xoşbəxt ola bilməmək haqda… İkisinin də

      ortaq nöqtəsi tənhalıq idi. İnsanların onları anlaya bilmə-mələri idi… Bəlkə də onlar bu dünyanı başa düşə bilmirdilər. Həmişə müzakirə edir, gəlib çıxdıqları yer isə fərqli yollarla bir-birinə yaxın cavablar almaqdan o tərəfə gedib çıxmırdı.

      Özlərindəki çatışmazlıqları açıb ortaya qoydular əvvəlcə. Sonra kiçik xoşbəxtliklərlə necə böyük sevinclər yaşaya biləcəklərini müzakirə etdilər. Həyat onlara həmişə

      xoşbəxtliyin kiçik bir parçasını bağışlayırdı ancaq! Ya da bəzən…

      Səlim, – ”Xoşbəxt olmaq hər şeyə sahib olmaq deyil, sahib olduğun qədərini hər şeyinə çevirə bilməkdir”, –

      dedi. Məsələyə belə yanaşma çox xoşuna gəldi Bukrenin.

      “Keçmişi düşünək indi”, – dedi sonra Səlim.

      Bukre o dəqiqə qaşlarını çatdı: “Bax, Səlim! Əgər sil-məyəcəksənsə keçmişimin tozlu rəflərinə üfürmə. Sonra sən gedirsən,


Скачать книгу