Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri. Elçin İbrahimov
Xalq Cümhuriyyətinin dil quruculuğundakı fəaliyyətinə qiymət veririk. Bu gün, bu, adama çox sadə və asan məxrəcli bir fəaliyyət kimi görünə bilər. Amma o dövrdə, dillə, ümumiy-yətlə, mədəni quruculuqla bağlı hər hansı bir fəaliyyət özü-nün siyasi müstəvidə inikasını tapırdısa, bu, təxminən, boş yerdən başlayırdı. Bəli, Nizamilər, Nəsimilər, Füzulilər var idi. Bəli, XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin və publisistikasının görkəmli nümayəndələri var idilər. Şərq aləmində Azərbaycan “ilkləri” XIX əsrin sonlarına qədər ge-dib çıxırdı. İlk qəzet, ilk dram əsəri, ilk teatr tamaşası, ilk əlifba layihəsi və s. bunlar, əlbəttə ki, müəyyən mənada zəmin idilər, ancaq sistem yox idi. Və siyasətin gücü və faydası ondadır ki, hər bir ölkə üçün müəyyən sahələrdə bir inkişaf sistemi yaradır. İnkişaf sistemi əvvəlki təcrübəni, bu günü və gələcək perspektivləri nəzərə alan bir xəttin üzərin-də qurulur.
Bu 23 ayın ruhunu, mahiyyətini bütövlükdə anlamaq üçün, bizcə, gərək Azərbaycandakı dil sitiuasiyasını anlayıb, təhlil edəsən, onun tarixini, bu gününü biləsən və pesrpek-tivlərini müəyyənləşdirəsən. Bu iş asan və ayaqüstü görülən bir iş deyil. Gərək Azərbaycanın müxtəlif bölgələrində, müx-təlif dillərdə danışan insanların dilini yeganə dil maqnitinə tərəf çəkəsən. Bunun üçün həmin maqniti yaratmaq və fəa-liyyətə gətirmək lazımdır. Bu baxımdan Azərbaycan dilini ölkə üçün yeganə dövlət dilinə çevirmək lazımdır. Məhz buna görə Azərbaycan dilinin ətrafında ünsiyyət vasitəsi ki-mi fəaliyyət göstərən başqa dilləri doğru-düzgün qiymətlən-dirib, onlara dövlət içində azadlıq və demokratik yaşam şəraiti yaratmaq lazımdır.
Azərbaycan Xalq Cümhuriyyətinin “Məclisi-Məbu-san” adlanan Parlamentində milli dil rejimi yaratmaq üçün məktəblərdə dil fəaliyyətini qorumaq lazım idi. Bunun üçün həm siyasi-ictimai dil vərdişlərini gücləndirmək, həm də Azərbaycan dilinin Qafqazdakı rolunu bərpa etmək istiqamətində işlər görmək lazım idi. Və burada ancaq dillə bağlı işlərdən söhbət getmir. Söhbət Azərbaycanın bir dövlət kimi nüfuzunun yüksəlməsindən gedir. Əgər bu nüfuz yüksək olardısa, o zaman Azərbaycan dilinə olan maraq da, münasibət də yüksək olacaqdı. Əgər bu gün Azərbaycan dili dünyanın bir çox ölklərində öyrənilirsə, Azərbaycan tarixi-nə, mədəniyyətinə dünyanın bir çox ölkələrində, universitet-lərində maraq varsa, əgər bu gün Azərbaycan multikultura-lizmi Avropanın aparıcı universitetlərində müstəqil bir fənn kimi tədris edilirsə, bu ancaq və ancaq Azərbaycana olan maraq, Azərbaycanın bu gün apardığı cəsarətli müstəqil si-yasətə olan ehtiram və Azərbaycanı Azərbaycan edən şəxsə ‒ Azərbaycan liderinə olan münasibətdən irəli gəlir.
O dövrdə isə təəssüf ki, Azərbaycan özü haqda istər Paris, Versal siyasi mühitində, istərsə də dünyanın digər si-yasi ocaqlarında təsəvvür yaratmalı idi. Müstəqilliyinin əsaslı və haqlı subutunun ehtiyacındaydı. Dilə də, mədə-niyyətə də münasibət bundan sonra yaranacaqdı. Görün-düyü kimi, bütün bu işləri görmək Azərbaycan Xalq Cüm-huriyyətinin dillə bağlı islahatlarının, dillə bağlı fəaliyyə-tinin əsasında dururdu. Və bu fəaliyyəti biz Azərbaycan Xalq Cümhuriyyətinin 23 ayının hər günündə görmüş olu-ruq.
Bütün bu görüntüləri bizə Elçin İbrahimovun kitabı bir daha ətraflı və geniş şəkildə nümayiş etdirir. Biz sanki Məclisi-Məbusanın müşavirələrində iştirak edirik, biz sanki Cümhuriyyət xadimlərinin fəaliyyətinin içinə giririk, düşün-cələrinə, dünyagörüşılərinə, həyata baxışlarına dalırıq, gör-dükləri işin şahid oluruq, onlara haqq qazandırırıq və bütün bunlarla yanaşı, biz onların dillə bağlı ideaylarını bölüşürük. Doğma dilə münasibət, doğma dilin digər dillərə olan müna-sibəti, dövlət dili səviyyəsinə yüksəldiləcək dilin məziyyət-ləri, onun qorunma şərtləri ən uzaq kəndlərdəki uşaqlara Azərbaycan dili və digər dillərin öyrədilməsi ilə bağlı problemlər və üzə çıxarılan digər məsələlər ‒ bütün bunlar AXC-nin həm də milli bir mədəniyyət qalası olmasına sü-butdur.
E.İbrahimovun kitabında Azərbaycan Xalq Cümhu-riyyətinin bir çox sənədləri öz əksini tapıb. Bu sənədlərdə dillə əlaqədar bəzi fikirlərə rast gəlmək mümkündür. Parla-mentin təsisi haqqında qanun və onun əhəmiyyəti, dillə əla-qədar və dillə bilavasitə əlaqədar olmayan bir çox qərarlar və bu qərarların o dövrün cəmiyyətində əks-sədası, Parla-mentin öz içində işlətdiyi rəsmi dil və parlamentdə işlənən digər dillərlə bağlı məsələlər bu kitabın mayasını təşkil edir. Nəticə öz-özünə aydındır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasə-ti və əlifba məsələləri xalqın milli mənafeyindən çıxış edilə-rək perspektivlərə tuşlanmış şəkildə nəzərdən keçirilir və qəbul edilir.
Azərbaycanda dil siyasətinin sistemli şəkildə yürü-dülməsi, Elçin İbrahimovun fikirinə görə, məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Azərbaycan dilinin siyasi əhəmiyyəti, siyasi təntənəsi məhz bu dövrdə özünü bütün rəngarəngliyi ilə göstərir. Sonralar bu siyasi təntənə Azərbaycan xalqının iradəsini əks etdirən Ulu Öndər Hey-dər Əliyevin dil siyasətində özünü göstərəcək və daha sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan dili və mədəniyyti ilə bağlı həyata keçirdiyi sistemli proyektlərin bir-birinin içindən doğan taleyüklü məsələlərin reallaşmasında işıq üzü görəcəkdir.
Kitabın əhəmiyyəti bir də ondadır ki, bura da indi-yənə qədər Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı fikirlər, düşüncələr onun apardığı dil siyasəti ilə bağlı təhlillər bir növ ümumiləşdirilir və Cümhuriyyət dövründə özünü gös-tərən dil sitiusiyası bütöv şəkildə təqdim edilir. Cəmiyyət və onun dili, parlament və onun dili bunlar bir-birini tamam-lasalar da, faktiki olaraq bir-birindən fərqli, hətta bəzən qarşıdurma səviyyəsində fərqli məsələlərə, məqamlara gə-tirib çıxarır. Maraqldır ki, hətta Azərbaycanın milli ruhla yaşamış dövlət xadimləri, parlament sədrləri, hökümət baş-çıları özləri də öz nitqlərində bir-birindən fərqlənə bilirlər. Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin və başqalarının dilinin bir-birindən fərqlənməsi onların aldığı təhsillə yanaşı eyni zamanda mənsub olduqları ictimai-si-yasi dairələrin dilə münasibət özəllikləri ilə bağlıdır.
Məhəmməd Əmin Rəsulzadənin ifadəsini dəyişsək, əlbəttə ki, belə deyərik: “Bir dəfə danışdığın dil heç zaman unu-dulmaz!”
Bir dəfə danışılmağa başladığın və heç zaman unut-madığın Azərbaycan dili öz fonetik səlisliyi, leksik imkan-ları, sintaktik sistemliliyi nəticəsində dünyanın ən inkişaf etmiş dilləri ilə bir sırada durur və bu gün onun inkişafı üçün həqiqətən də geniş imkanlar açılmışdır. Bu geniş imkanlar-dan istifadə etdikcə biz bu imkanlar barədə düşünən və onları həyata keçirə bilməyənləri bir daha xatırlayırıq. Onla-rın ruhu qarşısında baş əyirik və onların Azərbaycan naminə etdikləri bu gün inkişaf edir deyirik. Bu gün həm dilimiz, həm əlifbamız bir-birini tamamlayan meyarlar üzərində qu-rulmuş və kitabda da məhz bu iki amilin ‒ həm dil siyasəti, həm əlifba məsələləri ilə bağlı amillərin bir-biri ilə əlaqəsi açıq-aşkar və çox dolğun şəkildə işıqlandırılmışdır.
Kitabın “Əlavələr”