Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri. Elçin İbrahimov

Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri - Elçin İbrahimov


Скачать книгу
ölkədə demokratik parlament seçkiləri və islahatların keçirilməsi, bolşevik və Denikin təhlükəsinin dəf edilməsi, Qarabağda erməni millətçilərinin törətdiyi müharibə yanğı-nının söndürülməsi, ölkə daxilindəki təfriqəçilik, Bakı nefti uğrunda xarici imperialistlərin didişməsi və s. publisisti-kanın toxunduğu əsas məsələlər idi. Milli publisistikanın əsasında xalqın gələcəyi ilə bağlı böyük siyasi-ictimai kon-sepsiya dayanırdı. Bu konsepsiya XX əsrin əvvəllərində Azərbaycanda formalaşmış “türkləşmək, islamlaşmaq, müasir-ləşmək” ideyaların da təcəssüm olunurdu.

      Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cüm-huriyyəti hökumətinin diqqət mərkəzində idi. Cümhuriyyət hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Həmin qərar Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın iki-yə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədil-məsinə aid ilk sənəddir. Qeyd edilməlidir ki, dövlət dili haqqında qərar hökumətin Gəncəyə köçdükdən sonra qəbul etdiyi ilk qərarlardan biridir.

      Azərbaycan dilinin sözün əsl mənasında dövlət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə ilk Azərbaycan parla-mentinin dilində əksini tapmışdır. Dövlət idarələrində mü-əyyən müddət ərzində rus dilinin işlənməsinə də icazə veril-məsi parlamentə aid deyildi. Ona görə də parlamentdə dillə-rin işlənməsi məsələsi, təbii olaraq, qanunverici hakimiyyə-tin, parlament üzvlərinin öhdəsinə buraxılmışdı. Parlamen-tin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Qeyri-yerli parlament nümayəndələri çıxışların rus dilində olmasını təklif etdikdə parlamentin iclaslarından birində bu məsələ ayrıca müzakirə olunmuş və bu xüsusda qərar qəbul edilmişdi. Qərara əsasən, parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuş, digər millətlərin nüma-yəndələrinin rus dilində çıxış etmələri məqbul sayılmışdı. Rəsmi sənədlərin hamısının dövlət dilində tərtib edilməsi qərarlaşdırılsa da, burada da qarışıq məqamlara rast gəlirik. Çünki qərarların əksəriyyəti rus dilindədir. Bəzi qərarlar isə türk dilindədir. Burada çox maraqlı bir fakt da ortaya çıxır: qərarların orijinalının hansı dildə olması məsələsi. Araşdır-mamız zamanı Azərbaycan (türk) dilində də, rus dilində də orijinal sənədlərə rast gəldik. Arxiv materiallarından əldə etdiyimiz materiallar üzərində apardığımız araşdırmalar-dan belə qənaətə gələ bilərik ki, hər iki dildən (Azərbaycan və rus) paralel istifadə olunub.

      Əsası və təməli XX əsrin əvvəlində ‒ 1918-20-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinin nümunəsində qoyulan böyük azərbaycançılıq ideyası öz tarixi, qanunauyğun varisini çağdaş, suveren, demokratik Azərbaycan Respublikasının timsalında tapmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır. Müstəqil Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edir və cümhuriyyətin sağlam təməllər üzərində yaratdığı azərbaycançılıq ideyası özünü bu gün əməli fəaliyyətində və Azərbaycan dövlətinin siyasi kursunda prioritet istiqamət olaraq saxlamaqdadır.

      1.1. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasəti və əlifba məsələləri

      Dil və əlifba məsələsi hər bir dövrün mədəni inkişafı və tərəqqisi üçün zəruri sayılmışdır. Bununla belə, tarixdə Azərbaycanın mədəni inkişafına, tərəqqisinə, eləcə də ədəbi dilin inkişafına maneçilik törədən əlifbalar da olmuşdur. Məhz bu baxımdan da, haqlı olaraq, Azərbaycanın tərəqqi-pərvər ziyalıları dilimizin fonetik xüsusiyyətlərini əks etdirmək iqtidarında olmayan bu əlifbaların (əsasən ərəb əlifbası) islah edilməsi və ya digər daha mükəmməl yazı sis-temi ilə əvəz olunması uğrunda illərlə və müntəzəm mü-barizə aparmışlar.

      Azərbaycanda dil və əlifba islahatları islam dininin qə-bul edilməsindən sonrakı dövrlərdə ərəb əlifbasından istifa-də olunan dövrə qədər uzanır. Ərəb əlifbası Azərbaycan türkləri tərəfindən rəsmi olaraq 1922-ci ilə qədər, qeyri-rəsmi olaraq isə 1929-cu ilə qədər istifadə edilmişdir.

      Türklərin ərəb əlifbasına keçməsində əsas səbəb din dəyişikliyidir. Bu əlifba çox geniş bir coğrafiyada uzun müd-dət istifadə edilmişdir. Ancaq tədricən türk dünyasında böyük elm adamları ərəb əlifbasının türk dilinin fonetik qaydalarına uyğun olmadığını qeyd edərək, bu əlifbanı tərk etmək və ya onu fərqli şəkillərdə islah edərək istifadə etmək kimi fikirlər irəli sürmüşlər.

      Ərəb əlifbasının nöqsan və çətinlikləri göz qabağında idi. “Azərbaycan dili saitlərindən çoxunun ayrıca hərf şək-linə malik olması, eyni hərfin bir neçə saiti bildirməsi, eyni samit üçün bir neçə hərf şəklinin varlığı, samitlərdə oxşar hərflərin və nöqtələrin çoxluğu, sağdan sola və çulğaşıq yazı sistemi ərəb əlifbasının görünən əsas nöqsanları idi”1.

      Məhz bu səbəblərə görə ərəb əlifbasını islah etməyi və ya yeni əlifba yaratmağı ilkin şərt sayan ziyalılar, alimlər geniş və məqsədyönlü fəaliyyətə başlayırlar.

      Türk dünyasında və həmçinin Azərbaycanda bu işi başladan və əlifbanın dəyişdirilməsi ilə bağlı ilk təşəbbüs göstərən Mirzə Fətəli Axundzadə olmuşdur.

      M.F.Axundzadənin ərəb əlifbasının islahatı haqqında düşündüyünü onun 1854-cü ildə yazdığı bəzi məktubla-rında görmək olar. Bu yolda planlı, sistemli fəaliyyətə isə o, 1857-ci ildən başlayır. M.F.Axundzadə tərcümeyi-halında yazırdı: “1857-ci il miladidə islam əlifbasını dəyişdirmək üçün fars dilində bir kitabça yazıb, əlifbanı dəyişdirməyin vacib məsələ olduğunu həmin kitabçada göstərdim”2.

      Maarifpərvər M.F.Axundzadə kiril və ərəb əlifbaları ilə paralel şəkildə işlədiyinə görə ərəb əlifbasının qüsurunu görür və XIX əsr Şərqindəki, daha doğrusu, Azərbaycandakı elmi geriliyi və savadsızlığı bununla əlaqələndirirdi.

      M.F.Axundzadəyə görə, ərəb əlifbasının nöqsanları aşağıdakılardan ibarət idi:

      – hər bir danışıq səsi üçün xüsusi əlamət tələb olun-duğu halda, ərəb dilindəki səslərin hamısının ifadəsi üçün lazım olan hərflər bu əlifbada çatışmır;

      – bir çox sait səslər samitlərin yanında yazılmır və bu-nun nəticəsində oxucu sözü müəyyənləşdirməkdə çətinlik çəkir və bu da əlavə vaxt itkisinə səbəb olur;

      – bəzi hərflər eyni şəkildə yazılır və bir-birindən yalnız nöqtələrlə fərqlənir: nöqtə düşdükdə hərflərin fərqləndiril-məsi oxucunun ehtimalına verilir, bunun nəticəsində müta-liə zamanı qarışıqlıq və çətinlik törənir;

      – bu əlifba ilə hər hərf sözün başında, ortasında, axı-rında və təklikdə ayrı-ayrı şəkillərdə yazılır, hərf yerinə görə də dəyişir


Скачать книгу