Dekameron. Джованни Боккаччо
sağlam bir adam toxunsaydı, xəstəlik ona da yoluxurdu. Mən bir şey söyləyəcəyəm, bu çox qəribə görünəcəkdir: onu bir çoxları kimi mən də gözümlə görməsəydim, hətta mötəbər bir adamdan eşitsəydim belə o barədə bir şey yazmazdım. Ona heç inanmazdım da. Taunun yoluxması elə idi ki, bu, ancaq adamdan adama keçmirdi; çox vaxt belə şeylər də görmüşdülər; bu xəstəliyə tutulan, ya ondan elən adamın əşyasına insan cinsindən olmayan başqa canlılar toxunduqda, onlar da xəstələnir, az vaxtda ölürdülər. Bunu mən, yuxarıda dediyim kimi, öz gözümlə görüb yəqin etdim: taundan ölən bir yoxsulun cır-cındırı küçəyə atılmışdı; iki donuz təsadüfən ora gəldi, bu cır-cındırı, öz adətlərincə, əvvəl burunları ilə eşələməyə, sonra dişləri ilə didməyə, ağızlarına alıb silkələməyə başladılar; az sonra, zəhərli bir şey yemiş kimi, başları bir az gicəldi, elə oradaca o məşum cır-cındırın üstünə yıxılıb öldülər.
Belə və buna oxşar, bundan da dəhşətli hadisələr sağ qalanlarda qorxu və fantaziya əmələ gətirmişdi, Onlar amansız bir məqsədə doğru meyl edirdilər; xəstələrə yaxın durmurdular, onlarla ünsiyyət etmirdilər, əşyalarına toxunmurdular, bununla da xəstəlikdən qorunacaqlarını zənn edirdilər. Bəziləri elə güman edirdi ki, mötədil bir həyat keçirmək, israfçılıqdan çəkinmək bu fəlakətlə mübarizədə adama çox kömək edir; onlar dəstə-dəstə yığışaraq, xəstə olmayan evlərdə gizlənir, qapıları bağlayaraq, başqalarından kənarda yaşa-yırdılar, bu, onların özü üçün daha əlverişli idi. Onlar çox qənaətlə gözəl yeməklər ye-yir, çox qənaətlə də yaxşı şərab içirdilər, israfçılığa yol vermirdilər, heç kəsi özləri ilə danışmağa qoymur-dular, kənardan xəbər tutmaq, ölənlər ya xəstələnənlər haqqında heç bir şey bilmək istəmirdilər, vaxtlarını mümkün qədər musiqi ilə, zövq almaqla keçirirdilər. Bəziləri də tamam başqa fikirdə idi; onlar deyirdilər ki, çox içmək, çoxlu kef çəkmək, nəğmə oxuya-oxuya, zarafatlaşa-zarafatlaşa gəzmək, baş verən hər şeyi lağa qoyub gülmək bu xəstəliyin ən yaxşı dərmanıdır. Dediklərini də bacar-dıqları qədər yerinə yetirirdilər, gecə-gündüz bir meyxanadan başqasına gedir, hədsiz-hesabsız şərab içirdilər; eşitsəydilər ki, bir evdə onların zövqünə, kefinə uyğun şey var, çox vaxt içki məclis-lərini belə evlərdə keçirərdilər. Bunu etmək onlar üçün asan idi, çünki hamı özünü, həm do əmlakını başlı-başına buraxmışdı, sanki onlar daha yaşamayacaqdılar; buna görə də evlərin çoxu hamının malı olmuşdu, kənar bir adam bu evə girsəydi, ondan ev sahibi kimi istifadə edərdi heyvani meylli bu adamlar xəstələrə mümkün qədər yaxın durmurdular. Şəhərimizin bu acınacaqlı, müsibətli vaxtında həm din qanunları, həm də insanların qoyduğu qanunlar hörmətdən və nüfuzdan düşmüşdü, yox olmuşdu, çünki bu qanunlara xidmət edən, onları yerinə yetirən adamlar, başqaları kimi, ya ölmüşdülər, ya xəstə idilər, ya da onların elə az xidmətçisi qalmışdı ki, onlar öz vəzifələrini yerinə yetirə bilmirdilər; buna görə də kimin ağlına nə gəlirdisə, onu da edirdi.
Çoxları yuxarıda dediyim kimi hərəkət etmirdilər, orta bir yol tuturdular: nə birincilər kimi yeməklərini məhdudlaşdırır, nə də ikincilər kimi içkidə və başqa şeylərdə hüduddan kənara çıxırdılar, bu şeylərdən qaydasınca, ehtiyaclarına görə istifadə edirdilər, evlərə girib qapıları bağlamırdılar; bəziləri əlində çiçək, bəziləri xoş qoxulu ot, bəziləri də ətirli şey tutub gə-zirdilər, beyinlərini belə gözəl qoxularla təravətləndirməyi faydalı hesab edirdilər, çünki hava meyitlərin, xəstələrin, dərmanların qoxusundan zəhərlənmişdi, həm də üfunətli görünürdü. Bəziləri də daha amansız hərəkət edirdilər, deyirdilər ki, bu yoluxucu xəstəliyin qabağından qaçmaqdan yaxşı əlac yoxdur, Bəlkə də onlar daha düzgün düşünürdülər. Bir çox kişi və qadın bu fikrə əsaslanaraq, heç bir şeyin qeydinə qalmayaraq, öz şəhərini, evini, yurdunu, qohum-əqrəbasını, əmlakını atıb şəhərin kənarına, özgəsinin, ya da özünün mülkünə getdi, sanki o yerlərdə bu günahkar adamlara allahın qəzəbi tutmayacaqdı, onlar taundan xilas olacaqdı, allah öz qəzəbini şəhər divarları içərisində qalanların üzərinə yağdıracaqdı; onlar elə güman edirdilər ki, şəhərdə heç kəs sağ qalmayacaq, hamı məhv olub gedəcək…
Müxtəlif fikirlərə düşən bu adamların hamısı ölmürdü, sağ da qalmırdı: hər dəstədən hər yerdə çoxlu adam xəstələnirdi; onlar nə qədər ki xəstələnməmişdilər, öz vəziyyətləri ilə sağlam adamlara nümunə kimi görünürdülər, lakin xəstələnəndə hamı onlardan uzaqlaşırdı. hələ bunu demirik ki, bir şəhərli o biri şəhərliyə yaxın durmurdu, qonşu qonşunun qeydinə qalmırdı, qohumlar nadir halda bir-birinin yanına gedirdi, ya heç getmirdi, ya da uzaqdan-uzağa görüşürdü. Fəlakət kişilərin və qadınların qəlbində elə dəhşət əmələ gətirmişdi ki, qardaş qardaşı, əmi qardaş oğlunu, bacı qardaşı, çox vaxt da arvad ərini atırdı; ağlasığmayan şeylər də olurdu; ata-ana öz uşaqlarına dəyməyə getmirdi, onların dərdinə qalmırdı, sanki bu uşaqlar onlarınkı deyildi. Xəstələnən kişilərə və qadınlara, – bunların da sayı-hesabı yox idi, – ancaq dostları rəhm edib kömək göstərirdi (beləsi də çox az idi); ya da onlara, böyük maaşla cəlb edilmiş, öz xeyirlərini güdən xidmətçilər baxırdı; belələri də get-gedə azalırdı. Bu xidmətçilər xəstəyə baxmağa vərdiş etməmiş kobud adamlardı, özləri də ancaq onu bacarırdılar ki, tələb olunan şeyi xəstəyə ver-sinlər, bir də ki, xəstə ölürkən yanında olsunlar. Onlar bu xidməti yerinə yetirərkən çox vaxt maaşları ilə bərabər, həyatdan da məhrum olurdular. Xəstələrə qonşuları, qohum-əqrəbası, dostları yaxın durmadığından, xidmətçilər də az olduğundan, bu vaxta qədər heç görünməmiş bir adət əmələ gəlmişdi: əsli-nəcabəti olan gözəl xanımlar xəstələnəndə kişilərin qulluğundan çəkinmirdilər, belə qadınlar, xəstəliyin tələbinə görə, bədənlərinin hər yerini ancaq qadınların qarşısında açmaq mümkün olduğu halda, heç utanmadan, bu cavan ya qoca kişilərin qabağında da açırdılar, xəstəlikdən sağalan bu xanımlarda sonralar ismətin az olması da bəlkə bundandı. Bir çoxları da kömək görmədiyi üçün ölürdü, onlara baxan olsaydı, bəlkə də sağ qalardılar. Bu şeylərin nəticəsində, həm də xəstələrə kifayət qədər baxılmadığından, yoluxmanın şiddətindən şəhərdə gecə-gündüz ölənlərin sayı elə çox olurdu ki, bunu heç görmək deyil, elə bircə eşitmək adamı dəhşətə salırdı. Buna görə, sağ qalan şəhər camaatı arasında, sanki məcburiyyət üzündən, əvvəlki adətlərin ziddinə olaraq, bəzi adətlər meydana gəldi. Əvvəllər belə bir adət vardı, bunu indi də görürük: ölən adamın evinə onun qadın qohum-ları, qonşu qadınlar yığışar, mərhuma daha yaxın olan qadınlarla bərabər ağlardılar. Bir tərəfdən də mərhumun evinə onun kişi qohumları, kişi qonşuları, şəhər camaatı və ölən adamın vəziyyətinə görə, rühanilər gələrdi. Yaşıdları onun cənazəsini çiyinlərinə alıb, dəfn məra-simi ilə, dua oxuya-oxuya, şamla mərhumun sağlığında seçdiyi kilsəyə aparardılar. Taun artanda bu şeylərin hamısı, ya çoxusu unuduldu, bunun yerinə yeni qaydalar gəldi. İndi adam keçinəndə çoxlu qadın yığışmırdı, çox vaxt da adam şahidsiz ölürdü. Çox az adam üçün qohum-əqrəbası ürəkdən yanırdı, dərdli-dərdli göz yaşı tökürdü. Bunun əvəzində gülüş zarafat və ümumi şənlik rəvac tapmışdı: bunu sağlam qadınlar çox gözəl mənimsəmişdi; onların çoxu, qadınlara xas olan