Dekameron. Джованни Боккаччо
özü də tir-tir əsir. Qulluqçu soruşdu ki, sən kimsən? Rinaldo elə titrəyirdi ki, dili söz tutmurdu, güclə sözü sözə calayaraq, kim olduğunu, bura niyə gəldiyini mümkün qədər qısaca dedi; sonra da yazıq-yazıq yalvardı ki, əgər mümkünsə, gecə məni burada soyuqdan ölməyə qoymayın. Qulluqçu bundan yaman mütə-əssir oldu, xanımının yanına qayıdıb, gördüyünü və eşitdiyini ona danışdı. Qadının da o adama yazığı gəldi, yadına düşdü ki, bu qapı-nın açarı var, markiz bəzən oradan gizlincə onun yanına gələrdi. Qulluqçuya dedi: «Get yavaşca qapını aç, axşam yeməyi də var, heç kəs yeməyəcək, yatmağa da yer çoxdur». Qulluqçu öz xanımını belə insanpərvərliyi üçün çox təriflədi, gedib qapını açdı, Rinaldonu içəri saldı, – o, soyuqdan donmuşdu. Qadın onu bu halda görüb dedi; «Əzizim, gir vannaya, o hələ soyumayıb». Rinaldo başqa təklif gözləməyərək, məmnuniyyətlə qadının dediyini elədi, isti onun bədəninə dəyəndə, elə bil ki, ölümdən həyata qayıtdı. Qadın ona, bu yaxında ölən ərinin paltarını verdi. Rinaldo geyindi, paltar onu elə tutdu ki, elə bil onun əyninə tikilmişdi. Rinaldo oturub ev sahibəsinin sərəncamını gözləyir, eyni zamanda allaha və müqəddəs Yuliana şükür edirdi ki, onu arzu etdiyi kimi, belə pis gecədən qurtardılar, fikrində tutduğu belə yaxşı bir sığınacaq yerə gətirib çıxartdılar.
Ev sahibəsi bir az dincəldikdən sonra otaqlardan birində buxarını yaxşı yandırtdırdı, sonra ora keçib o adamın halını soruşdu. Qulluqçu ona belə cavab verdi: «Madonna, o geyinib, qəşəng də kişidir, özü də, deyəsən, mərifətli adamdır». Ev sahibəsi dedi: «Get onu çağır bura, qoy gəlib ocağın yanında qızınsın, yeməyini də yesin, bilirəm ki, o, axşam çörəyini yeməyib». Rinaldo otağa girib qadını görəndə zənn etdi ki, o, yüksək aristokrat qadınlardandır, onu çox hörmətlə salamladı, yaxşılığına görə ona bacardığı qədər minnətdarlıq elədi. Qadın Rinaldonu görəndə və söylədiklərini eşidəndə əmin oldu ki, o, doğrudan da, qulluqçunun dediyi kimidir; onu sevinclə qarşıladı, buxarının qabağında, və yanında oturtdu, başına gələn əhvalatı, bura necə gəlib çıxdığını soruşdu. Rinaldo nə olmuşdusa hamısını qayda ilə ona danışdı. Rinaldonun xidmətçisi qəsrə gələndə qadın ondan bəzi şeylər eşitmişdi, buna görə də Rinaldonun sözlərinə tamamilə inandı, dedi ki, sənin xidmətçin barədə eşitmişəm, səhər onu çox asanlıqla tanmaq olar. Süfrə açıldı, Rinaldo əllərini yudu, ev sahibəsinin arzusu ilə onunla süfrə başında oturdu. Rinaldo ucaboylu, gözəl, xoşsifətli, zərif ədalı, gəncliyin orta dövrünü keçirən bir adamdı. Qadın Rinaldonu bir neçə dəfə gözdən keçirdi, onu çox bəyəndi; o, ürəyinə yatdı; markiz gecə onun yanında qalacaqdı, bu, onda şəhvət hissi oyatmışdı. Onlar süfrə başından qalxdılar. Qadın gedib öz qulluqçusu ilə məsləhətləşdi, dedi ki, markiz məni aldatdı, indi mən taleyin göndərdiyi bu nemətdən istifadə etsəm necə olar? Qulluqçu xanımının fikrini anladı, onu başa saldı ki, bu nemətdən istifadə et. Qadın Rinaldonu buxarının yanında qoyub getmişdi, geri qayıdanda ona ehtirasla baxıb dedi: «Siz nə fikrə getmisiniz, Rinaldo? Yoxsa onun dərdini çəkirsiniz ki, atınızı, əyninizdən çıxarılan pal-paltarınızı geri qaytara bilməyəcəksiniz? Kefinizi pozmayın, ürəyi-nizi açıq eləyin, elə bilin ki, öz evinizdəsiniz. Hələ görün nə deyirəm: sizi rəhmətlik ərimin paltarında görəndə, mənə elə gəldi ki, o özü gəlib, bu axşam bəlkə yüz dəfə istəmişəm ki, sizi qucaqlayıb öpüm. Qorxmasaydım ki, bundan sizin xoşunuz gəlməz, yəqin elə belə də elərdim». Rinaldo bu sözləri eşidib, qadının gözlərindəki parıltını görəndə (axmaq deyildi ki!) qollarını açıb ona yaxınlaşdı, dedi: «Madonna, fikirləşəndə ki, ancaq sizin sayənizdə mən bundan sonra da özümü dirilər arasında hesab edəcəyəm, təsəvvür edəndə ki, siz məni nədən xilas etmisiniz, mənim tərəfimdən ədəbsizlik olardı ki, çalışıb sizin könlünüz istəyənə əməl eləməyim! Buna görə də məni qucaqlamaq və öpmək arzusunu yerinə yetirin, mən də sizi istədiyim-dən artıq qucaqlayıb öpərəm». Daha söz söyləməyə ehtiyac qalmadı. Qadın şəhvət içində alışıb-yanırdı, elə o saat Rinaldonun qucağına atıldı, özünü ehtirasla ona sıxaraq, bəlkə min dəfə onu öpdü, Rinaldo da elə o qədər onu öpdü: sonra Rinaldonun qucağından çıxdı və onlar yataq otağına getdilər, elə o saat da yatağa girdilər. Səhər açılana kimi bir neçə dəfə öz şəhvətlərinin odunu söndürdülər. Dan yeri ağaranda, ev sahibəsinin arzusu ilə, yataqdan qalxdılar. Bundan heç kəsin xəbər tutmaması üçün qadın Rinaldoya köhnə paltar verdi, pul kisəsini də pulla doldurdu, ondan xahiş etdi ki, bunu heç kəsə söy-ləməsin, öz xidmətçisini tapmaq üçün hansı yol ilə getməsini də göstərdi, onu gəldiyi qapıdan da bayıra buraxdı. Hava işıqlaşandan sonra qəsrin qapıları açıldı, Rinaldo da, uzaqdan gəlmiş bir adam kimi, qəsrə girdi, öz xidmətçisini orada tapdı. Çamadandakı paltarını çıxarıb əyninə geydi, xidmətçinin atına minmək istəyəndə sanki möcüzə baş verdi: dünən axşam onu soyan, bundan az sonra da başqa bir cinayət üstündə ələ keçən o üç qulduru qəsrə gətirdilər. Quldur-ların etirafına əsasən, Rinaldonun atını, paltarını, pulunu özünə qaytardılar, o, iki corabbağından başqa heç bir şey itirmədi, – onların necə olduğunu quldurların özü də bilmirdi. Rinaldo allaha və müqəd-dəs Yuliana şükürlər edərək ata mindi, sağ-salamat evinə qayıtdı, quldurları da ertəsi gün havanı təpikləməyə göndərdilər.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.