Dekameron. Джованни Боккаччо
məşhur, elə adlı-sanlı adam etmişdi ki, hər yerdə onu şəxsən tanıma-salar da, Primasın kim olduğunu bilməyən, onun şan-şöhrətini, adını eşitməyən yox idi. Bir gün. elə olur ki, o, dilənçi paltarında Parisə gəlir, – çox vaxt o belə gəzərdi, çünki varlı adamlar onun şan-şöhrətinə az qiymət verirdilər; burada abbat Klunyi haqqında danı-şılan sözləri eşidir. Abbat Klunyi öz gəlirinə görə papadan başqa bütün kilsələrdə olan ruhanilərin ən dövlətlisi hesab olunurdu. Primas onun səxavəti haqqında qəribə şeylər eşidir; eşidir ki, abbatın sarayında həmişə şənlik olur, kim onun yaşadığı yerə gəlsə, yemək-içməyə söz yoxdur, ancaq abbat nahar edəndə gərək gəlib ondan xahiş etsin. Primas adlı-sanlı adamlarla, sinyorlarla durub-oturmağı xoşladığından, bu qərara gəlir ki, abbatın yanına getsin, onun səxavə-tini öz gözü ilə görsün. Abbatın Parisdən çoxmu uzaqda yaşadığını soruşur. Ona cavab verirlər ki, abbat Klünyi Parisdən altı mil kənar-da, öz malikanəsində yaşayır. Primas düşünür ki, səhər tezdən çıxsa, nahara kimi ora çatar. Abbatın malikanəsinə gedən yolu öyrənir, lakin ora gedən başqa bir adam tapmadığından, qorxur ki, birdən işi pis gətirər, yolu azar, elə yerə gedib çıxar ki, orada yeməyə şey tapmaz. Başına belə iş gəlsə, yemək sarıdan çətinlik çəkməmək üçün bu qərara gəlir ki, özü ilə üç çörək götürsün, suyu hər yerdə tapa bilər (əslində su onun çox da xoşuna gəlmirdi). Primas çörəkləri qoltuğuna vurub yola düşür, işi də elə yaxşı gətirir ki, nahar vaxtı abbat olan yerə gəlib çatır. İçəri girib ətrafına göz gəzdirir, süfrə salınmış stolları, mətbəxdəki böyük hazırlığı, nahar üçün lazım olan başqa şeyləri görüb, öz-özünə deyir: doğrudan da bu abbat səxavətli adamdır. O, ətrafını gözdən keçirəndə, abbatın yavəri buyruq verir ki, əl yumaq üçün su verilsin, çünki yemək vaxtı gəlib çatmışdı. Əllər yuyulduqdan sonra yavər hamıya stol arxasında yer göstərir. İş elə gətirir ki, Priması düz qapının qabağında oturdurlar, – abbat bu qapıdan yemək otağına gələcəkdi. Onun evində belə bir adət vardı: abbat özü gəlib oturmayınca, süfrəyə nə şərab, nə çörək, nə də xörək gətirərdilər. Yavər süfrələri salandan sonra adam göndərib abbata bildirir ki, sizin buyruğunuzu gözləyirəm, nahar hazırdır. Abbat otağın qapısını açdırır, – zala bu qapıdan gəlirmiş; içəri girəndə təsadüfən ilk gözünə dəyən adam – pis geyimli Primas olur; o belə adam tanımırdı. Onu görən kimi ağlına pis bir fikir gəlir, – hələ indiyə qədər onun ağlına belə fikir gəlməmişdi: «Gör mən öz pulum-la kimləri yedirib bəsləyirəm!» Abbat öz otağına qayıdıb, qapını örtür, yanında olan adamlardan soruşur ki, düz mənim otağımın qapısı qabağında oturan o səfili tanıyan varmı? Hamı cavab verir ki, tanıyan yoxdur. Primas yol gəldiyindən və uzun zaman aç qalmağa vərdiş etmədiyindən, əziyyət çəkirdi. O bir az gözləyir, abbatın gəlmədiyini görüb, qoltuğundakı çörəklərdən birini çıxarıb yeməyə başlayır. Abbat bir qədər gözlədikdən sonra yaxın adamlarından birini göndərir ki, get gör Primas gedib ya yox. O adam qayıdıb deyir ki: «Xeyr, messere, getməyib, oturub çörək yeyir, bu sübut edir ki, o özü ilə çörək gətirmişdir». Abbat: «Çörəyi ki var, qoy öz çörəyini yesin, bu gün o bizim çörəyimizi yeməyəcək». Abbat istəyirdi ki, Primas özü durub getsin, onu otaqdan çıxartmağı özünə layiq gör-mürdü. Primas çörəyin birini yeyib qurtarır, abbat gəlmir. O biri çörəyi yeməyə başlayır. Primasın öz xoşu ilə getmədiyini xəbər aparan adam bunu da abbata söyləyir. Primas ikinci çörəyi də yeyib qurtarır, yenə də abbatın gəlmədiyini görüb, üçüncü çörəyə əl atır. Bunu da abbata xəbər verəndə, o fikirləşərək öz-özünə deyir: «Bu gün bu qəribə fikir haradan mənim ağlıma gəldi? Bu nə xəsislikdir, bu nə ədavətdir, özü də kimə qarşı? Neçə ildir mən öz süfrəmdə hamını yedirib-içirirəm, baxmıram ki, o zadəgandır ya kəndlidir, kasıbdır ya dövlətlidir, adlı-sanlı adamdır, ya da yalançıdır. Saysız-hesabsız səfillərin mənim verdiyim yeməkləri acgözlüklə ötürdüyünü öz gözümlə görmüşəm. İndi bu adama qarşı duyduğum xəsislik heç vaxt məndə olmayıb. Yəqin bu xəsislik məndə başqa səbəbə görə əmələ gəlmişdir. İndi mənim ki qəlbim bu adama qarşı belə amansız olmuşdur, yəqin mənə səfil görünən bu adam başqa cür adamdır». Abbat bunu deyib o adamın kim olduğunu bilmək istəyir. Məlum olur ki, o, Primasdır, abbatın səxavətli olduğunu çox eşitdiyindən, onun bu səxavətini görməyə gəlmişdir. Abbat Primasın ləyaqətli şəxs olduğunu çoxdan eşitmişdi, buna görə utanıb xəcalət çəkir, öz günahını yumaq üçün cürbəcür sözlərlə onun könlünü almaq istəyir. Nahardan sonra tapşırır ki, Primasa yaxşı paltar versinlər; həm də ona at və çoxlu pul bağışlayıb deyir: «İndi özün bil, istəyirsən mənim yanımda qal, istəyirsən get». Primas öz razılığını bildirib, ona çox-çox təşəkkür edir, Parisdən piyada gəldiyi halda, ora atla qayıdır.
Messer Kane ağıllı adamdı, Berqaminonun nə demək istədiyini izahatsız başa düşür, gülümsəyərək deyir: «Berqamino, sən öz incikliyini, məharətini, mənim xəsisliyimi və məndən nə istədiyini çox ustalıqla göstərdin; doğrudan da, hələ indiyə qədər mən xəsislik etməmişdim, ancaq sənin barəndə xəsislik elədim. Mən də bu xəsisliyi sənin kəşf etdiyin ağacla qovacağam…» Messer Kane buyruq verir ki, mehmanxana sahibinin kirayə haqqını ödəyib, Berqaminonun bahalı kostyumlarını özünə qaytarsınlar; bundan başqa ona bir at, çoxlu da pul verir, onun çıxıb getməsini, ya burada qalmasını öz ixtiyarına buraxır.
SƏKKİZİNCİ HEKAYƏ
Gvilyelmo Borsere messer Ermino de Qrimaldini xəsisliyi üstündə çox incə ifadələrlə məzəmmət edir
Lauretta Filostratonun yanında oturmuşdu; Berqaminonun bacarığını hamı təriflədikdən sonra o, bir şey söyləyəcəyini bildiyi üçün, kraliçanın əmrini gözləməyərək, sözə başladı: – Əziz dostlar, Filostratonun söylədiyi hekayə məni, məzəli bir adamın elə bu qayda ilə çox varlı bir taciri xəsisliyi üstündə məzəmmət etməsindən danışmağa vadar edir. Bu hekayə öz məzmunu ilə əvvəlki hekayəyə oxşasa da, onun yaxşı nəticə ilə qurtardığını hesaba alsanız, bu hekayə də sizin xoşunuza gələr.
Bəli, çox-çox illər bundan əvvəl Genuyada messer Ermino de Qrimaldi adlı bir zadəgan yaşayırdı. Hamının dediyinə görə, o, iri mülkləri və pulu ilə İtaliyanın ən varlı vətəndaşlarından çox-çox varlı idi. O öz dövləti ilə bütün İtaliya varlılarını vurub ötdüyü kimi, öz xəsisliyi və tamahkarlığı ilə də bütün dünyada olan xəsisləri və tamahkarları ötmüşdü; belə ki, başqalarına xeyir vermək üçün pul kisəsinin ağzını açmadığı bir yana dursun, yaxşı geyinməyə adət edən genuyalıların əksinə olaraq, pul xərcləməmək üçün hər şeydə, hətta yeyib-içməkdə də özünə yaman korluq verərdi. Buna görə, özü də lap yerində olaraq, onun familiyasını (de Qrimaldi) yaddan çıxar-mışdılar; hamı ona messer Tamahkar Ermino deyirdi. O zaman ki bu adam pul xərcləməyərək öz dövlətini artırırdı, Genuyaya Gvilyelmo Borsyere adlı mərifətli, xoş danışıqlı, çox məzəli bir adam gəldi, o indiki məzəli adamlara oxşamırdı; indiki məzəli adamlar (qoy pozğun və mənfur adamlar utanıb xəcalət çəksinlər!) istəyirlər ki, onlara nəcib desinlər, əslinə qalanda, sarayda deyil, əxlaqsız, iyrənc qara camaat içərisində tərbiyə almış bu adamlara eşşək demək lazımdır. O zaman məzəli adamların işi və sənəti bu idi ki, ağalar arasında olan çəkişmələri, narazılıqları sülh ilə yoluna qoysunlar,