Dekameron. Джованни Боккаччо

Dekameron - Джованни Боккаччо


Скачать книгу
təhlükədən qurtarır, onlara böyük xatircəmlik verir. Ağılsız hərəkət insanın var-yoxunu əlindən, alır, onu fəlakətə sürükləyir, bu doğ-rudur, bir çox hadisələr bunu sübut edir, lakin indi biz elə şeylərdən danışmaq fikrində deyilik, çünki hər gün min-min belə hadisə olur. Lakin ağlın insana təskinlik gətirdiyini mən sizə, verdiyimiz vədə əsasən, qısa bir hekayədə təsvir edəcəyəm.

      Səlahəddin kiçik adam ikən, öz igidliyi sayəsində Babilin sultanı oldu, həm də sarasin və xristian krallarına dəfələrlə qalib gəldi; ancaq müxtəlif müharibələr və böyük xərclər nəticəsində xəzinəsi boşaldı. Bu arada təsadüf elə gətirdi ki, ona çoxlu pul lazım oldu, bilmədi ki, bu pulu tez vaxtda haradan tapsın, birdən onun yadına, İsgəndəriyyədə müamilə ilə pul verən Məlhisedek adlı dövlətli bir yəhudi düşdü. Fikirləşdi ki, bu adam istəsə mənə kömək edə bilər. Ancaq o yəhudi xəsis idi, özxoşuna pul verməzdi, Səlahəddin də zor işlətmək istəmirdi. O, zərurət qarşısında qalaraq çox düşündü: necə bir yol tapsın ki, yəhudi ona kömək etsin. Nəhayət, ağıllı bir tədbir pərdəsi altında zorakılığa əl atmaq fikrinə gəldi. Yəhudini çağırtdırıb, dostcasına qəbul etdi, yanında oturdub dedi: «Hörmətli adam, mən bir çoxlarından eşitmişəm ki, sən çox ağıllı və dini məsələlərdə çox dərin adamsan, buna görə də bilmək istərdim ki, sən üç dindən – yəhudi, sarasin, ya xristian dinindən hansını həqiqi din hesab edirsən?..» Yəhudi doğrudan da ağıllı adamdı, başa düşdü ki, Səlahəddin onu sözdə tutmaq, kələyə salmaq üçün bəhanə axtarır, fikirləşdi ki, mən gərək bu üç dindən heç birini o birisindən üstün tutmayım, Səlahəddin də öz məqsədinə nail olmasın. O elə bir cavab verməli idi ki, əngələ düşməsin. Ağlını işə salıb götür-qoy elədi, nə cavab verəcəyini tez müəyyənləşdirdi, dedi ki: «Hökmdarım, sizin verdiyiniz sual çox gözəl sualdır; bu barədə mənim nə düşündüyümü izah etmək üçün sizə gərək kiçik bir hekayə söyləyim. Əgər yanıl-mıramsa (yadımdadır, bu barədə mən az eşitməmişəm), bir zamanlar adlı-sanlı, dövlətli bir adam yaşayırmış, onun xəzinəsində, başqa qiymətli şeylərlə bərabər, çox gözəl, çox qiymətli bir üzük də varmış. Üzüyü keyfiyyətinə və gözəlliyinə görə qiymətləndirmək, onu həmişəlik öz nəslində saxlamaq üçün o belə bir qərara gəlir, deyir ki: oğlanlarımdan hansına bu üzüyü versəm, o mənim varisim hesab edilsin, ona başqaları da hörmət etsinlər, onu bir başçı kimi tanı-sınlar. Sonra üzük kimə düşsə, o da öz nəsli haqqında bu qaydaya əməl edirdi, o da öz sələfi kimi edirdi. Az vaxtda bu üzük əldən-ələ keçib, ;bir çox varislərə qismət oldu, nəhayət, elə bir adamın əlinə düşdü ki, onun üç gözəl, şanlı, qətiyyən atasının sözündən çıxmayan oğlu vardı, o, oğlanlarının üçünü də eyni dərəcədə sevirdi. Uşaqlar bu üzüklə əlaqədar olan qaydanı bilirdilər, buna görə onlardan hər biri üstün tutulmaq üçün, qocalmış atasından xahiş edirdi ki, öləndə üzüyü ona versin. Oğlunun üçünü də eyni dərəcədə sevən bu hör-mətli adam özü də bilmirdi ki, onlardan hansını seçsin, hər üçünə vəd etdiyi üzüyü hansına versin. Nəhayət, üçünün də arzusunu yerinə yetirmək qərarına gəldi: gizlincə yaxşı bir ustaya tapşırdı ki, bu üzükdən iki dənəsini qayırsın; «Onlar gərək birinci üzüyə elə oxşasın ki, mən özüm də onlardan hansının əsil üzük olduğunu bilməyim». Öləndə oğlanlarının, hərəsinə gizlincə bir üzük verdi. Ataları öləndən sonra onlar varis və başçı olmaq iddiasına düşdülər. Biri o birisinin varislik haqqını inkar edəndə, hər biri bu haqqa malik olduğunu sübut etmək üçün öz üzüyünü göstərdi. Üzüklər bir-birinə elə oxşayırdı ki, hansının əsil üzük olduğunu aydınlaşdırmaq mümkün deyildi; buna görə onlardan hansının varis olduğu aydın olmadı, indi də aydın deyil, hökmdarım, sizin verdiyiniz suala cavab olaraq, mən də allahın üç xalqa verdiyi üç qanun haqqında bu sözləri deyərəm: hər xalq elə güman edir ki, varis odur, həqiqi qanun onun qanunudur, bu qanunun hökmünə tabe olur, onu yerinə yetirir. Lakin onların əməl etdiyi qanunun hansı həqiqi qanundur – bu da o üç üzük haqqında olan sual kimi bir sualdır». Səlahəddin gördü ki, yəhudi, qarşısında qurulan tələdən canını çox məharətlə qurtardı, buna görə öz fikrini açıb ona söyləmək qərarına gəldi görsün yəhudi ona kömək etmək istəyəcəkmi? Belə də elədi. Yəhudi suala belə ağıllı cavab verməsəydi ona qarşı nə fikirdə olduğunu da söylədi. Yəhudi tələb olunduğu qədər pul verib, Səlahəddinə məmnuniyyətlə öz xidmətini göstərdi, Səlahəddin do sonralar bu pulu tamam-kamal ona qaytardı, bundan başqa böyük hədiyyələr də verdi, öz yanında ona mühüm və hörmətli bir vəzifə tapşırdı, həmişə onunla dostluq elədi.

      DÖRDÜNCÜ HEKAYƏ

      Bir rahib ağır cəzaya layiq olan günah iş tutur, öz abbatını məharətlə belə bir günaha salaraq, cəzadan canını qurtarır

      Filomena öz hekayəsini qurtarıb susduqdan sonra, onun yanında oturan Dioneo, qoyulmuş qaydanı bildiyindən, kraliçanın xüsusi əmrini gözləmədən sözə başladı: – Sevimli xanımlar, əkər mən sizin fikrinizi düzgün başa düşmüşəmsə, biz bura ona görə yığışmışıq ki, söylədiyimiz hekayə ilə bir-birimizi əyləndirək. Bunun üçün mən güman edirəm ki, qoyduğumuz qaydanın əleyhinə getməmək şərti ilə, bizə icazə verilmişdir, – bunu kraliça özü bizə dedi, – elə bir hekayə danışaq ki, bu, hekayə söyləyənin rəyincə, bizi daha çox əyləndirsin. Biz Ciannotto di Çivinyinin gözəl məsləhəti ilə Avra-amın öz ruhunu necə xilas etdiyini, Məlhisedekin özünü itirməyərək, dövlətini Səlahəddinin hiyləsindən qoruduğunu eşitdik. Mən də, məzəmmət ediləcəyimi gözləmədiyim üçün, bir rahibin bicliklə özünü ağır cəzadan necə qurtardığını sizə qısaca danışmaq istəyirəm.

      Lunicyanda, buradan çox da uzaq olmayan bir vilayətdə, bir monastır vardı. Bu monastır müqəddəs şeyləri və rahiblərinin sayı ilə indikindən daha zəngin idi. Monastırda o biri rahiblərlə bərabər cavan bir rahib da yaşayırdı. Nə pəhrizlər, nə ibadətdə keçən yuxu-suz gecələr onun qüvvəsini azalda bilmirdi, təravətini soldurmurdu. Bir gün günorta vaxtı bütün rahiblər yatanda, o öz kilsəsinin ətrafında, tənha bir yerdə gəzirdi. Birdən çox gözəl bir qız gördü. Bəlkə də o, bir kəndlinin qızı idi, çölü gəzə-gəzə yemlik yığırdı. Elə o saat rahibi şiddətli ehtiras hissi bürüdü, yaxınlaşıb qızla söhbətə başladı. Oradan-buradan danışa-danışa axırda gizlincə razılığa gəl-dilər, rahib qızı öz hücrəsinə apardı, heç kəs də bunu, görmədi. O, şiddətli ehtirasa qapılaraq, çox da ehtiyat, göstərmədən qızla kef edirdi; bu zaman abbat yuxudan ayılıb, səssizcə hücrələrin qabağın-dan keçirdi, rahiblə qızın içəridən gələn səsini eşitdi. Səsi daha yaxşı eşitmək üçün yavaşca hüçrənin qapısına yanaşıb, qulaq asmağa başladı. İçəridə qadın olduğunu aydına başa düşdü. O da həvəsə gəldi, qapını açdırmaq istədi, sonra ağlına başqa şey gəldi, otağına qayıdıb, rahibin hücrədən çıxmasını gözlədi. Rahib da o qızla böyük kef və ləzzətə qapılsa da, ehtiyatını əldən qoymurdu; dəhlizdən gələn ayaq səsini eşidib, qapının deşiyindən baxdı, abbatın durub qulaq asdığını gördü, hiss elədi ki, hücrədə qız olduğunu o duya bilər. Rahib bu iş üstündə ona böyük cəza veriləcəyini başa düşdüyündən, çox qəmgin oldu, lakin dərdini qıza bildirmədi, bu işdən xilas olmaq üçün elə o saat düşünməyə başladı. Birdən onun ağlına qəribə bir


Скачать книгу