Где, когда и как родился мугам. Тариел Азертюрк

Где, когда и как родился мугам - Тариел Азертюрк


Скачать книгу
daş sayılan lyapis-lazuri lövhəsi üstündə tərtib edilmiş yazını ilkin deşifrə edib oxuyan J.Nougayrol [8] hər iki tərəfdə qabardılmış eyni yazının dilini hurrit dili sayır. Onu qeyd edək ki, 22 illik gil yazıların tədqiqi təcrübəmizdə ilk dəfədir hurrit dilinə rast gəlirik. Elə bəri başdan deyək ki, tərcümə özünün mənasız söz yığımı ilə minlərlə digər tərcümələrdən heç nəyi ilə fərqlənmir. Burada da küt və ənənəvi sözlərə meydan verilib. Tərcümənin daha bir təəccüblü cəhəti ondan ibarətdir ki, yazıdakı türk dilinin sual şəkilçisi olan DUMU, sən demə, hürrit dilində də “övlad” mənasını verir. Adətən, dil ailəsinə mənsubiyyətindən asılı olmayaraq, istər sami mənşəli dillər (akkad, assur), istər aqqlütinativ dillər (şumer, urartu, elam), istərsə də hind-avropa mənşəli dillər grupuna (harrit, hetit, hurrit) və yaxud digərləri olsun, heç bir fərqi yoxdur, bütün ölü dillərdə DUMU “oğul” kimi tərcümə edilir. Bu necə olur ki, eyni bir söz bütün ən müxtəlif dil ailəsinə mənsub dillərdə belə eyni məna verir?

      Dillərin öz aralarında sözdəyişmə prosesi millətlərin lap ilk təmas dövrlərindən yer almış təbii prosesdir. Amma eyni mixiyazılı şəkilçini bütün dillərə şamil etməyin özü, bu cür tərcümənin uydurma olduğuna qəti sübutdur. Bir anı da qeyd etmək vacibdir – əgər DUMU – dan sonra anlaşılmayan hər hansı söz və ya şəkilçi gəlirsə, o zaman onlar birlikdə, bu mətndə olduğu təki, bütün sadaladığım dillərdə “qız”a çevrilir. Yəni “qız” kimi tərcümə edilir. J.Nougayrol da DUMU.SAL`ı “hurrit” dili üçün də tam əminliklə qız kimi qəbul edir:

      Daguna, the wet-nurse,

      daughter of

      Tisadimmuzi

      the attendant

      Az: Süd verən (əmizdirən) Daguna, Tisadimmuzinin qulluqçusunun qızıdır.

      Mətn bizim modelləşdirmə və tərcüməmizdə aşağıdakı kimi səslənir:

      M: I. Daguna amaga kuDUMU sal tisa

      II. Dim muzi sal agrig

      Lüğət və kommentarilər (LК):

      I.Daguna – güman ki, tağanula — ırlamak – şakımak, oxumaq, tərənnüm etmək, bülübül tək ötmək, cəh-cəh vurmaq, zəngulə vurmaq; amaga – amaca — amac, qayə, məqsəd; 2) nişangah; amak (-kı) cəmdə, təkdəki umk — dərinlik, amakına nüfuz etmək – [işin] məğzinə varmaq; kuDUMU- kudumu – güdümü – güdürmü; birlikdə amaca gütmek – məqsəd güdmək; amaca güdümüu məqsədi güdürmü? Sal – salmaq, qatmaq, söhbət yüksək tonda səsdən gedir; tisa – şəksiz tiza – tiz1) hündür, kəskin, nüfuz edən; 2) mus. hündür, yuxarı not; birlikdə: Sal tizayuxarıdan, hündürdən götür (notu); yüksək notda oxu;

      II.Dim – dəmbəm`ə – pəs`ə oxşayır; bəmbəmdən, astadan, yarımtonda oxumaq; Amma bəm deyil. Muzi – musiqi; sal —; agrig – ağrıq (xalq deyimi) – аğrıah-vay, qəm, kədər.

      Bahar (İstər) bayramının ilk səhəri erdən Azərbaycan türkləri dəhnə, kəhriz, çay üstünə çıxıb, Baharın ilk müqəddəs sularında yuyunur, sonra onun üstündən hoppanaraq hündürdən: “Ağırrığım-buğurruğum bu su aşağı!”, deyə suya müraciət edirlər. Həmən ümid dolu ifadəni u günün axşamı Yeni fəsil – Yeni il bayram şərəfinə qalanmış ocaq alovlarının üstündən atılanda da qışqırır, lakin bu dəfə oda müraciətlə: “Ağırrığım-buğurruğum bu odda yansın!» nidasını edirlər.

      Çoxlarının düşündüyü kimi, buradakı ağırrıqçəki, kütlə və ya massivlik deyil. Ağrı, kədər, qəm-qüssə, muun`dur (gil yazılı dövrünün adekvat məna daşıyan terminidir). Yazıdakı ağrıq burada bu anlamlarda işlədilib.

      Lyapis-lazurdan hazırlanmış lövhədəki yazının işarələrini ayrıca deşifrə etməyə çalışaq:

      Bu kiçik mətni tam dəqiqliyi ilə açmaq yolunda 3 mərhələ keçmişik. Onlar bir-birini rədd etsələr də, biz onların hər üç versiyasını burda işıqlandırmaqdan utanc duymadıq. Əksinə, dilimizin mixi yazılı sirrlərinin gələcək tədqiqatçılara çivi yazılardan son və təkmil cavab almaq yollarının çətin olduğunu, çətin olduqca da səbir tələb etdiyini göstərmək istədik. Beləliklə.

      1-ci versiya

      Yazı ilk baxışda belə məna verir:

Az: I. TAĞANULA AMACA GÜDÜMÜ (A, QIZ), SAL TİZƏ;II. DƏM MÜZƏ SAL AĞRIK.

      Tağanula amaca güdümü (Oxumaq məqsədi güdürsənsə), sal tizə (qalx zilə);

      Dəm müzə sal ağrık (ağrı) (Dəm müsiqiyə ağrı qat).

      Noqeyrolun (J.Nougayrol) açılışından belə anlamaq olur ki, biləyindən tutulub, kürsüdə oturan bəyin yanına gətirilən gənc qız (qadın), yəqin ki, hansı körpəyəsə öz döşlərindən süd vermək üçün təqdim edilir. Arxasınca gələn sonuncu qadının əlindəki vedrə isə – Nogeyrol qadının əlindəki çantanı belə təqdim edir – “süd sağılmaq üçün” gətirilib yəqin… Kahkəşanlı tariximiz bax beləcə predmetsiz yazılarla təhqir edilir, adımız səhifələrdən silinir, müdrik əcdadlarımızın ruhları üstündə kotanla şum çəkilir.

      Müəllifin fikirncə, Böyük Britaniya muzeylərindən birində saxlanılan qiymətli lövhə Quzey Mesopotamiyanın və ya Suriyanın şimalından aşkar edilib. Bu yer coğrafi baxımdan vaxtilə orada öz dövlətlərini qurmuş ulu türklərin Ete eli adlandırdıqları ölkə ərazisi ilə eynidir. Lövhəni son Akkad dövrlərinə, yəni eramızdan əvvəl 2254-2154-cü illərə aid edirlər. Yəni ona təxminən 4300 il yaş verirlər. Bu yaş da dünənin məhsulu saydığımız dağunanın (heyratı)demüzinin (segahın) təmiz sinni deyil. Əgər yazılan bu dövrdə onları musiqi akademiyalarında tədris edirdilərsə, deməli, onlar bu lövhəyə qədər uzun tarixi yol keçiblər.

      Əmin olduğumuz kimi, lövəhinin kənarlarını bəzəyən eyni ilə təkrar olunmuş mətn təmiz türkcə səslənir və o musiqiyə həsr olunub. Solda qabartmalarla bəzədilmiş yüksək kürsüdə oturub, ayaqlarını yenə də qabartmalarla örtülmüş ayaq altlığına qoymuş nəcib kişini Nageire allah adlandırır. Əgər o allahdırsa, onun körpəsi haradan, və hətta əgər o varsa, ona niyə küçədən tutulub gətirlmiş kimsənə süd verməlidir? Məntiqsiz söz yığını.

      Əslində alicənablığı ilə seçilən şəxs, öz zamanının Musiqi akademiyasına sahib müəllimdir. Burada allahlıqdan söhbət gedə bilməz. O onun həmkarı tərəfindən yanına tövsiyə üçün gətirlmiş gənc xanəndəyə məsləhət verir. Gəncin əlindən tutmuş qadın, yəqin ki, qızın vokal üzrə ya sinif, ya da ailəvi müəlliməsidir. Anun (qadının) kübar cəmiyyətə aid olduğu həm paltarının, həm gentacının


Скачать книгу