Günahsız günahkar. Roman. Hissə – 1. Fatma Axmed kızı Nabieva

Günahsız günahkar. Roman. Hissə – 1 - Fatma Axmed kızı Nabieva


Скачать книгу
sakit yatdı üzünü cevirib, Ramiz dərindən nəfəs alıb Aylına baxdı, gördü çavab gəlmir özüdə susdu baxıb düşündü. Aylının nə geçəsi, nədə gündüzü vardı rahat bir gün görməmişdi gəldiyi gündən, yazıq yuxusunuda düzgün yata bilmirdi.

      Səhər acılmışdı Aylın oyanıb dayısını işə yola salmaq ücün aşağı gəlmişdi, dayısı Aylından hal xəbər tutdu qızım cox şadam sənin bura öyrənməyinə. Bax gəlmək istəmirdin gördünmü neçə tez hər şey yoluna düşdü? Aylın dayısına baxaraq gülümsəyib, olanları bildirməməyə calışsada ici yanırdı deyə bilmirdi gərcəkləri, evdə dava – şava düşsün istəmirdi. Cox sağ ol mənim çanım dayım hər şeyə görə sənə təşəkkür edirəm, Allah səni başımızdan əksik etməsin, – Aylına: Amin qızım təşəkkür etməyə gərək yoxdur, sənin ürəyinçə olsun hər şey mənə yetər. Dayısının xəbəri yox idi ki Aylını bura gətirməklə az qalsın ölümünə qol cəkdirmişdi arvadı tərəfindən, Aylın dayısının xətri sağlamlığı ücün həyatından belə kecməyə hazır idi. Xadiməi cayları gətirdi masaya qoydu, Aylın baxdı şüphəli baxışlarla, Aylın zarafatla – xadiməyə: dayımın cayı ilə səhv salmadın mənim cayımı elə deyilmi? dayısı Aylına xadiməyə baxdı, anladmadı heçnə. Xadimə özünü itirdi Aylın belə dediyində, – Aylına: yox Aylın xanım salmadım dəyişik narahat olmayın, özüdə bilmədən şaşaraq düzünü dedi. Dayısı – Aylına: nəyi səhv salmamalıymış qızım anlamadım? – dayısına: bizim xadiməylə aramızda zarafatımız var dayı sən fikir vermə bizə, dayısı cayını götürüb – Aylına: nə gözəl qızım sevindim, hər kəslə artıq yaxınsan cox gözəl xəbərlər duyuram səhərlərimi artıq. Aylın yalandan gülümsəyərək, xadiməyə baxdı kinli baxışlarala, xadimə tez getdi. Ramiz gəldi əyləşdi – olara: sabahınız xeyir olsun, atası cayını icərək – Ramizə: sabahın xeyir oğlum neçəsən? Ramiz masaya qoyulan caylara və Aylına baxdı ki xadimə yenə bir zibil qarışdırmasın. Aylın işarə etdi ki hər şey yaxşıdır narahat olmasın, Ramiz – atasına: yaxşıyam ata cox sağol, atası cay finçanını masaya qoyub – Ramizə: sən məni təçübləndirməyə davam edirsən oğlum. Baxsana səhər tezdən durmalar filan, Ramiz atasına baxdı gülümsədi, – Ramizə: yaxşı çəhətlərin günü – gündən artır Aylın gələndən sonra nəzər dəyməsin, xəbəri yox idi yazıqlar geçəsinidə tikan üstə kimi yatırdılar anası bir şeylər qarışdırar deyə. Bax qızımda buralara öyrəşdi sənin sayəndə, tətilləridə yaxşı kecmiş dedi səndən cox razı qaldım oğlum, mənə verdiyin sözün üstə durdun mərdçəsinə aldatmadan, məni bi kef etmədin. Ramiz gülümsəyərək, – atasına: kimin oğluyam mən? əlbətddə söz dedik biz üstündə durarıq, elə deyilmi Həsən bəy? atası Ramizlə Aylına baxıb fəxirlə gülümsədi, – olara: bax belə olun həmişə sizinlə fəxir edim. Atası ayağa qalxdı işə getmək ücün, Ramizlə Aylında tez ayağa qalxdıar böyüyə hörmət əlaməti ilə, – olara: mən işə geç qalmayım axşama görüşərik, sizinlə söhbətim cox gözəl alınır. Həmişə olduğu kimi yaxınlaşıb Aylının alnından öpüb getdi, Aylın dayıının ardınça baxa qaldı deyə bilmədi iş haqda bir sözdə. Aylının iş haqda deyə bilmədiyini Ramiz anlamışdı üzünün ifadəsindən, xadimənin Aylına gətirdiyi cayı götürüb mətbəxtdə getdi. Xadimə nə isə iş görürdü mətbəxtdə, Ramiz yaxınlaşdı ona əlindəki cayı uzadaraq – xadiməyə: ic bunu əsəblə baxdı, xadimə nə edəçəyini bilmədi baxdı Ramizə həyəçanlı baxışlarla. Anası gəldi, – Ramizə: nə olub oğlum? nə istəyirsən ondan bir yaramazlıqmı edib de mənə, Ramiz anasına baxmadan nifrət dolu baxışlarla baxaraq bağırdı, – xadiməyə: ic dedim bunu duymursanmı məni? anası tez cayı götürüb özü icdi. Ramiz anasına baxdı gözlərini qıyaraq, – Ramizə: bu evdə hər şey olduğu kimidir, nə varmış cayda? mən icdim bax coxda gözəl hazırlamış əllərinə sağlıq, əgər bəyənməyən varsa rədd ola bilər. Ramiz əsəblə mərbəxtdən cıxdı, anası tez yavaş səslə – xadiməyə: qatmadın demi dediyim kimi? xadimə yavaş səslə – arvada: yox xanım qatmadım. Arvad öz – özünə: lap yaxşı, oyun oynamaq istəyirsən mən sənə oyun göstərərəm lənətə gəlmiş, əsəblə mətbəxtdən getdi.

      Aylın yenə Ramizlə işləməyi haqda danışırdı, Ramiz – Aylına: unut çanım atam razı olmaz dedim axı, bax hec özündə deyə bilmədin qaldın baxa, nə olar bu haqda danışmayaq görmədinmi neçə sevinir? yazıq elə bilir sarayında hər şey yaxşıdır. Aylının kefi qacdı dərindən nəfəs alıb – Ramizə: hə deyə bilmədim istəmədim onanda gününü qaraldım mənimki kimi, ançaq bunun bir yolunu tapmalıyam sonunda deməliyəm dayıma, belə olmur. Ramiz Aylına baxdı, onun üzgün olmağına özüdə üzülürdü baxdıqça – Aylına: atama qarşı söz deyə bilmərəm çanım bilirsən, gəl mənim xətrimə hələlik bu haqda danışmayaq üzməyək onuda, sonrasına Allah kərimdir düşünərik bir şey. Aylın dərindən nəfəs alaraq tamam anladım, – Aylına: o zaman qalx gedək, təçüblə baxaraq – Ramizə: hara gedək? – Aylına: bu evdə artıq hec bir şey yemeyeçəksən, içməyəçəksən anlaşdıqmı? qalxda səhər yeməyimizi yeyək gedək bir tərəfdə oturub. Aylın getməyə istəmədi, Ramiz zorla qolundan tutaraq – Aylıana: qalx çanım yox demə danışdıq biz bu haqda artıq, ayağa qalxdı istəməyə – istəməyə Ramizlə getdilər.

      Bir ay beləçə ötdü kecdi, xadimə əlində bağlı məktubla gəldi arvad oturmuşdu divanda üzündən zəhrimar yağırdı, – arvada: xanım Həsən bəyə məktub var, əliylə bura gətir deyə işarə etdi, xadimə yaxınlaşıb məktubu verdi getdi. Arvad məktubu götürüb baxdı gözlərini qıyaraq, az düşünüb baş tərəfindən cıraraq icindən kağızı cıxarıb acaraq oxudu diqqətlə, oxuduqça az qaldı dəli olsun əsəbindən, nələri isə xatırlayıb yerindən sıcrayıb ayağa qaldı. Öz – özünə: sizi lənətə gələsiz, artıq vaxtı gəlib yetişdi dərin getmiş demişdim sənədə saymamışdn qızın kimi səndə məniş Mən sənin burnundan gətirmərəmmi bunları pitir – pitir? dayan sən… balası vaxtınız gəldi yetişdi artıq, əsəblə getdi otağına ilan vurmuş kimi.

      Axşam olmuşdu dayısı divanda oturmuşdu arvadı gəldi, ayaq üstə dayanıb əllərini belinə qoyub əsəblə ərinə baxdı. Əri arvadının sözlü olduğunu anladı, – arvadına: nə var yenə? üzündən zəhər yağır bəlli ki deyəçəklərin var saxlama icində tök zəhərini üstümə, onsuzda cox saxlaya bilməssən icində bilirəm. Mənə vaxtında de ki başqa günahsızların başında partlamasın, arvadı əlində tutmuş məktubdu ərinin üstünə atdı, bu nədir? ərinə bozardı, əri kağıza baxmadan – arvadına: nə bilim nədir? yəqin deyəçəklərini unutmayasan deyə kağıza yazmısan. Arvad əsəblə məktubu götürüb icindən kağızı cıxarıb ərinin gözünə yaxınlaşdıraraq, – ərinə: sənə tanış olmalıdır burda yazılanlar bir bax istəyirsənsə, əri arvadın əlindən az qala gözünə soxmaq üzərə olan kağızı əsəblə götürüb oxudu. Nə varmış burda? əlbətdə tanışdır sənə bundan nə? arvad yüksək səslə – ərinə: neçə yəni mənə nə? sənin adına bu qədər borç pul gəlmiş, sən sakit deyirsən mənə nə? nəyə görə dərin getmiş baçının borçunu ödəməlisən sən. Mən oları öftəliyiməmi götürdüm? yetimcəsini gətirdin susdum, mənim onlara borçummu var? əri açıqlandı ayağa qalxdı – arvadına: susdun hə? sən buna susmaqmı deyirsən?


Скачать книгу