Acı həyat. Roman. Fatma Ahmed kızı Nabieva
güldü qəh – qəhə cəkib. Artıq Səlimin iştahıda qalmadı toxunmadı yeməyinə, baxdı başını narazılıqla sirkələyib.
Beləçə aylar ötdü, Gülsüm unverstətə qəbul olunub şəhərdə oxuyurdu. Mələklə telefonla danışırdı, of bacım çox darıxdım. Mən nə deyirəm duymursanmı? birdə unutdunmu söz verdiyini? demişdin yanıma gələcəksən. Bax sən gəlməsən mən gələcəm. Mələk istəmirdi Gülsüm atasının yanına qayıtsın və, içdiyini görüb üzülsün yazıq qız. Tamam bacım gələçəm söz, Gülsüm sevindi. Bax bu günlərdə gələcəksən, başqa söz duymaq istəmirəm. Mələk gülümsəyərək, – Gülsümə: tamam bacım söz gələcəm. Bir şərtim var, orda mən gəlirəm deyə dərslərindən oyalanmaq yoxdur sənə. Gülsüm elə sevinmişdi ki, – Mələyə: tamam rəyis danışdıq, yox dərslərdən yayınmaq. Mələklə sağollaşıb telefonu əlində tutub baxdı, nə isə fikirləşib, tez yerindən qalxıb getdi.
Mələkdə anasına demişdi Gülsümə getmək istədiyini. Anası gülümsüyərək – qızına: siz Gülsümlə birgə böyüdünüz qızım, oda mənə qızım kimi sayılır, get sevinər. Mələk – anasına: mən o zaman gedim Murad dayıylada salamatlaşım. Anası – qızına: get qızım dostunlada salamatlaş. Mələk anasının zarafatına gülümsəyib, getdi.
Mələk sahəyə Murad kişinin yanına gəldi, kişi görüb gülər üzlə qarşıladı. Gəl mənim gözəl qızım, nədir üzündəki bu sevincin səbəbi? bilmək olarmı. Mələk keçib əyləşdi otun üstə yerdən. Murad dayı bilirsən Gülsüm gedəni çox oldu, hec gəlmədi bura. Kişi dərindən nəfəs alıb – Mələyə: gəlibdə nə görəcək? əyyaş, tərbiyəsiz, atasınımı? düz edir gəlməsin. Mələk dərindən nəfəs alıb, – kişiyə: mən bir neçə günə gedirəm Murad dayı Gülsümə. Bilirsən darıxdıq çox, biri – birimizdən bu qədər ayrı qalmadıq. Kişi nə düşündüsə sevindi, – Mələyə: qızım hazır ora gedirsən. Mən sənə bir çanta hazırlasam, oğlum gilə catdırarsanmı? zəhmət olmaz sənə. Mələk – kişiyə: nə zəhməti Murad dayı? əlbətdə çatdıraram. Kişi razılıqla başını sirkələyib baxdı uzağa, fikirə daldı. Mələk kişini fikrindən ayıltmaq istəmədi, baxdı onun baxdığı tərəfə gülümsəyib.
Günlərdə beləcə gəldi keçdi, Mələk Gülsümə gəlmişdi paytaxt şəhərə. Gülsümün sevincinin həddi – hüdudu yox idi. Mələk zarafatla, – Gülsümə: canım baçım ləhçənidə dəyişmişsən. Gülsüm təkrar boynun qucaqlayıb, – Mələyə: canım bacım sənə elə gəldi dəyişməyib, necə varsa elədir. Mələk yol yorğunu idi, – Gülsümə: mən biraz yatacam. Gülsüm zarafatla, – Mələyə: yat bacım dincəl, sonra sənlə şəhərə gedəcəyik gəzməyə. Mələk elə bir gəzməyi sevən deyildi, Gülsümün xətrinə dəymədi, tamam çıxarıq. Sən qalan dərslərini həll et mən oyanınca. Gülsüm zarafatla – Mələyə: sən oyandıqda yardım etsənmi? cox güc olur mənə. Mələkdə zarafata, – Gülsümə: o zaman bacım sənə gəzmək yoxdur. Gülsüm tez cavab verdi balaca uşaq kimi, yox – yox özüm həll edərəm, sən get yat dinlən. Mələk üzündən öpüb, – Gülsümə: o zaman sənə zehin açıqlığı diləyirəm, özümədə şirin dev yuxusu, getdi. Gülsüm ardınca baxıb gülümsədi, elə sevinmidi ki Mələyin gəlişinə.
Axşam olmuşdu, Mələk Gülsümlə taxsidən enib baxdılar. Mələk – Gülsümə: ünvan burasıdırmı dəqiq? şofer aynadan baxıb – Mələyə: burasıdır xanım. Mələk çantanı götürüb – Gülsümə: gəl yəqin burasıdır baxaq, getdilər. Axtardıqları ev həyət evi idi, gəlib çatıb dayndılar, Mələk çantanı yerə qoyub ətrafa baxdı. Gülsüm qabağa keçib qapıdakı zəngi basdı bir necə dəfə. Mələk – Gülsümə: ürəyim sıxıldı nədənsə, ünvana səhvmi gəldik biz? – Mələyə: yol yorğunusan ondandır. Məndə birinci gəldiyimdə belə olurdum, az vaxtdan qapı açıldığında ikisidə qapıya baxdılar. Mələk biraz tərcübləndi, qapını açan adamı gördüyündə, qapını açan Səlim idi. Mələyi tanıdı, Səlimin üzünün ifadəsi dəyişdi. Mələk – Səlimə: baban sizə çantanı çatdırmağımı xayiş etdi. Səlim tərs – tərs baxıb, – Mələyə: zəhmət vermiş sənə. Gülsüm ortalıqda şaşqın baxışlarla baxırdı iksinədə. Gülsüm – Mələyə: siz tanışsınızmı? – Gülsümə: bu Murad dayının nəvəsidir, orda rastlaşmışdıq. Oğlanın hələdə tərs-tərs baxdını görüb, Gülsüm – Mələyə: heç xoş rastlaşdığınıza bənzəmir bəy əfəndinin baxışlarından. Mələk əsəbləşdi, – Səlimə: nə baxırsan orda durub üzümə? gəl çantanı təhvil al, yoxsa burdada küçə itlərindəndə qorxursanmı. Səlim istəmədi Gülsümün yanında Mələyi acılasın. Yaxınlaşıb ədayla baxıb – Mələyə: şəhər itləri mədəni olurlar, kənt itlərinə baxanda. Mələk əsəbləşsədə özünü sındırmadı, – Səlimə: kənt itləri sevmirlər qıraqdan gələn çaqalları. Səlim əsəblə çantanı götürdü, – Gülsümə: cox sağ ol xanım çantanı çatırdığıncün. Yanındakıda səndən qanacaq – mərəfət örgənsin deyərdim, sözünü demədən getdi qapını bağldı. Gülsüm baxa qalmışdı, nə olurdu bulara? yazıq şaşırmışdı. Mələk əsəblə ardınca – Səlimə: düz deyirsən, küçə itləri səndən mədənidirlər, eşşəyə bax sən. Gülsüm qolundan tutub, – Mələyə: amandı bacım gəl gedək burdan. Bu gərçəkdən Murad dayının nəvəsidirmi? ayy yazıq kişi duysa vallahidə inciyər. Mələklə addımlamağa başladılar. Mələk – Gülsümə: dedimmi sənə sıxılıram? gördün ürəyimə damıbmış bu tiplə rastlaşacağım. Gülsüm artıq söz soruşub Mələyi əsəbləşdirmək istəmədi, getdilər.
Mələyin anası evdə əri ilə söhbət edirdilər, baxsana qızım gedəni bir sutka olmadı, mən darıxmağa başladım. Əri gülümsəyib, —arvadına: mənim qızım birdənədir. Sən get hələ Murad dayısının itindən soruş, yəqin gözləyir qızımı, güldü. Anası üzünü turşudub, – ərinə: of deməsənə iti, qızımda tutub itin burnundan öpür fuu, əri güldü arvadının sözünə. Anası dərindən nəfəs alıb – ərinə: nə oldu kredit məsələsi? ərinin üzünün ifadəsi dəyişdi, hiss olundu ki işi düzəlməmişdi. Arvad anladı, tez ayağa qalxıb – ərinə: mən bir yeməyə baxım, getdi. Atasına çox xəcalət olurdu qızının işinə yardım edə bilməməsi. Yazıq öz – özünə: elə bil bütün yollarım bağlanıb, hara getsəm hər şey tərsə gedir. Qızının üzülməsini əsla istəmirdi, yazıq gözünü bir nöqtəyə zilləyib fikirə daldı.
Beləcə sabah açıldı, Gülsüm dərsinə getmişdi. Mələk oyanıb saata baxdı, mən yatıbmı qalmışam? üstündən yorğanı atıb qalxıb getdi əl – üzünü yumağa. Vanna otağından çıxıb gəlib özünə qəhvə hazırlayıb əyləşdi. Anasından zəng gədi, tez telefona cavab verdi alo ana, biraz qulaq asıb gülümsədi. Salam ana yaxşıyam, siz necəsiz? atam nə edir yaxşıdımı. Birazda qulaq asıb – anasına: ana dedim axı artıq lazım deyil, kredit filana girişməsin tapşır. Narahat olayın yaxşıdı hər şey, hə verdim catdırdım Murad dayının göndərdiyinidə. Xatılayıb bir anlıq özünü toparladı əsəbləşsədə. Tamam ana deyərəm salamını, sizdə özünüzə yaxşı baxın ödüm. Telefonu söndürüb öz- özünə: başına dəysin çanta onun nəvəsinin, əsəblə qəhvəsindən götürüb içdi. Qapı açıldı içəri başqa qız gəldi.