Acı həyat. Roman. Fatma Ahmed kızı Nabieva
altdan – altdan gülümsədilər. Mələk görüb kənara baxıb öz – özünə: düşdükdə dillərə.
Beləçə Mələk gül mağazasında çalışmağa başlamışdı. Yanında başqa bir oğlanda çalışırdı, o sifariş olunan gülləri ünvanlara çatdırmaqla məşğul olurdu. Xoş xasiyyətli oğlandı, əlindəki gül buketini göstərib – Mələyə: hazırdır sifarişimiz. Bunu mən birazdan ünvanına çatdıraçam. Sən qalan 2 gül buketini hazırla mən gəlincə, – oğlana: narahat olma mən həll edəcəm. Oğlan gülümsəyərək, – Mələyə: bağışla gəlidiyindən imkan olmadı deyim, adım Uğurdur. Mələk – oğlana: desənə mağazanın Uğuru sənsənmiş. Uğur gülümsəyib, – Mələyə: sizdə artıq mağazamızın Mələyi sayılırsıznız. Mələk – oğlana: Uğur artıq birlikdə çalışacağıq, sizlə danışmayaq. Uğur gülümsəyib, – Mələyə: sən necə istərsən elədə olsun Mələk xanım. Mələk – Uğura: xanımıda götürək, mənim sənə bəy deyəcəyimi hec gözləmə. Uğur gülümsəyərək, – Mələyə: tamam Mələk, o zaman mən getdim. Mələk – Uğura: uğurlar sənə, zarafatını anladı, təşəkkür edib getdi. Mələk gülləri götürüb baxdı, Uğur başa salmışdı necə hazırlamaq lazımdır deyə. Buketi hazırlamaqçün gülləri masaya qoydu.
Beləçə bir ay ötdü keçdi, Mələk işinə alışmışdı artıq. İşdə də, əl qabilyətindən razı idilər. Çox ehtiyatla və səliqəli çlışıb sifarişləri hazırlayırdı. Günorta yanına Gülsümdə gəldi, güllərin qoxusu adamı bihuş edir bacım. Mələk əlində hazırladığı buketi qaldırıb baxdı, – Gülsümə: hə orası elədir bacım. Ançaq mən bu gözəl güllərin qoparılmalarının əleyhinəyəm, bilirsəndə. Gülsüm gəlib yanında dayanıb baxdı buketə, nə gözəl hazırlamısan bravo sənə. Mələk – Gülsümə: Uğur öyrətdi mənə, sağ olsun. O arada Uğur gəldi, artıq Gülsümüdə tanıyıdı, gəlib salamlaşıb keçib əyləşdi. Mələk – Uğura: yoruldunmu dostum? Uğur artıq Mələyin zarafatlarına öyrəşmişdi. Uğur – Mələyə: səndən öncə çalışan bir xanım vardı. Onunla çalışanda daha çox yorulurdum, əlinin yöndəmi heç yox idi buketi hazırlamağa. Gərçəkdən sən məni yorulmağa qoymursan dostum. Gülsüm Mələyi qucaqlayıb, – Uğura: mənim bacım birdənədir. Uğur zarafatla – Gülsümə: səndə bir dənə olub bizə qəhvə hazırlasanmı? Gülsüm – Uğura: aaa, qonağa dedyi sözə bax sən. Beləmi qonaq pərvərsən Uğur bəy? Mələk gülümsəyib, – Uğura: dostum adın hər addımında uğur gətirmirmiş. Qalx özün hazırla, Gülsüm üzündən öpüb —Mələyə: zarafatdı bacım. Dostunun bəxdi gətirdi sən varsan, indi sənə hazırlayanda onada hazırlayaram. Uğur Gülsümün sözünə baxıb gülümsədi, – Mələyə: axşama böyük sifarişimiz var. Bugün bütün gücümüzlə çalışmalıyıq, qəhvəmizi içək başlayarıq. Gülsüm qəhvələri hazırlayıb gətirib, birinci Mələyin qəhvəsin qoydu masaya. Sonra Uğurun qəhvəsini verdi, – Uğura: öncə xanımlaradır bilirsən. Uğur qəhvəni götürüb təşəkkür etdi, zarafatla – Mələyə: bacınıda işəmi alsaq? Mələk dönüb baxdı Uğura. Uğur gülümsəyib, – Mələyə: deyirəm qəhvələrimizi hazırlayardı. Gülsüm keçib əyləşdi, – Uğura: qəhvə hazırladığıma peşman etmə məni, zarafatlaşdılar. Mələk yorğun idi, – Uğura: bacım oxuyub bitirdikdən sonra unverstetini çalışaçaq, inçallah öz işi üzərə. Sifarişi sənmi çatdıraçaqsan? Uğurda yorğun görsənirdi. Of cox şükür sifarişi özləri alacaqlar, səhərdən ayaqlarımı hiss etmirəm ora – bura qaçmaqdan. Dəniz gəldi salam hər kəsə, salamını aldılar görüşdülər. Dəniz – Mələyə: Mələk maaşını köçürdüm kartına. Mələk birdən təcüblə baxdı, Dəniz gülümsəyərək, – Mələyə: buranın sahibiylə yaxınıq demişdim. O buralarda olmayanda, məndən xayiş edir işçilərə nəzarət etməyimi və maaş məsələsinidə. Hə birdə mən deməyə unutdum sənə, bizim işçilərimizlə belə bir anlaşmamız var. Biz karta 4 ayın maaşını bir yerdə köçürürük, sənində 4 aylıq maaşın keçdi kartına. Mələk – Dənizə: 4 ayınmı? mən hələ bir ay çalışdım, Dəniz gülümsəyərək, – Mələyə: mən müdürün qanununu poza bilmərəm. Nə deyilibsə məndə onu etdim canım, mənə elə baxma. Mələk Gülsümə baxdı, Gülsüm çiyinlərini cəkib beləymiş qanun deyə işarə etdi. Uğur əlindəki qəhvəsini içərək, altdan —altdan baxdı Dənizə. Dəniz yaxınlaşıb – Mələyə: gərçəkdən gözəl əl qabilyyətin var, bravo. Mələk buketi ehtiyatla vazaya qoyub, – Dənizə: bir daha təşəkkürlər sənə Dənizlərin fırtınası. Birdə çox sağolsun dosum Uğur öyrətdi hazırlamağı. Uğur qəhvəsini bitirib – Mələyə: təşəkkür mən sənə etməliyəm dostum, öyrətdiyimi tez qavradığınçün. Vallahi yöndəmi olmayana öyrətməklə deyil. Dəniz xanım sizədə təşəkkür Mələyi gətirdiniz. Vallahi o bir işçi xanımla çox yorulurdum. Dəniz gülümsəyərək, – olara: hər ikinizə görə şadam, təşəkkürə ehtiyac yoxdur. Gülsüm biz gedək mane olmayaq çalışsınlar. Gülsüm qalxıb Mələyin üzünədən öpüb, sizə Uğurlar. Mələk zarafatla – Gülsümə: zatən Uğur dostum yanımdadır, əksinə sizə uğurlar. Dəniz zarafatına gülümsədi, əl sallayıb getdilər Gülsümlə. Mələk – Uğura: sən çox yorğunsan dostum, dincəl mən həll edərəm. Uğur mərəfətli oğlandı, – Mələyə: olurmu elə şey? İkimiz birlikdə daha tez həll edəçəyik, ayağa qalxdı.
Dəniz Gülsümlə gəlib əyləşdilər kafedə. Dəniz- Gülsümə: bacından qurtulmaq bir o qədərdə rahat deyilmiş, güldü. Gülsüm narahat oldu, – Dənizə: amandı sonrasını heç düşünmək belə istəmirəm. İnan bilsə məndən küsər, heç istəmərəm onu incidim. Ancaq onun burda qalmasını çox istıyirəm. Mən atamdan çox cəkdim, hər zaman yanımda bacım və ailəsi oldular. Mənimçün çox dəyirlidir anlayırsanmı? çox narahatam. Dənüz gülümsəyib, – Gülsümə: bilməz narahat olma sən, elə edərik heç şüphələnməzdə. Gülsüm belə desədə narahat idi, – Dənizə: inşallah, əks halda bacımı itirmiş sayılaram. Dəniz yenə ürəkdən gülüb, – Gülsümə: bacının əsəbləşməyi mənə ayrı ləzzət verir. Gülsüm – Dənizə: ama səndə incimə sözümə ğörə. Adam elə mərəfətsizlik edərmi? babasından gətirdiyi çatntanı kobutca qəbul etdi. Dəniz gülərək, – Gülsümə: o elədir nə edək. İnsanlar eyni xasiyyətdə olmurlar, gəl kefimizi qaçırmayaq birşeylər sifariş edək. Menyünü götürüb baxdı, Gülsüm bir anlıq fikirə daldı. Dəniz baxıb başını narazılıqla sirkələyib gülümsədi.
Axşam olurdu, Mələklə Uğur sifarişi hazırlamışdılar, Mələk üzü başqa tərəfə əlində güllə nə isə iş görürdü. Kimsə gəldi salam verdi, Uğur salamı alıb qarşıladı, o arada Mələyin əlinə gülün tikanı batdı. Əlini ağzına tutub dönüb baxdığında, üzünün ifadəsi dəyişdi, gələn Səlim idi. Səlimdə Mələyi görüb Uğura baxdı tərs – tərs və, şaşqın. Mələk —Uğura: dostum bircə demə hazırladığımız sifariş bunadır. Uğur xayiş edici baxışlarla baxdı Səlimə. Səlim yaxınlaşıb – Mələyə: bircə səndə demə burda çalışırsan başımın bəlası. Mələk əsəbləşdi, – Səlimə: eyy bura bax, sözlərinə diqqət et. Dünyada tək bir baş bəlası varsada, oda sənsən. Tez Uğur yaxınlaşıb, ikisinin arasına girib Səlimi biraz dala çəkdi. Uğur dönüb –