Günahsız günahkar. Roman. Hissə – 5. Fatma Axmed kızı Nabieva
Aylın deyib bağıran səsini Sərdar duyduğunda, qapıda yıxıldı, içini çəkə – çəkə ağladı yumuruqlarını yerə vuraraq.
Atasınında gözlərindən yaş gəlirdi, gözünə yaxında qoyulmuş kağız və kağızın üstünə qoyulmuş qol saatı sataşdı. Əli əsə – əsə saatı – kağızı götürüb baxdı xatırladı, saatı qızının qolunda görmüşdü. Çox peşman idi, saatına üzünü qısıb ağladı qızım deyə, atası alnını qızının qanı tökülmüş yerə qoyub, ağladı bağıraraq. Ümid yaş süzülən gözlərylə atasının yerdən qaldırdı. Artıq gec olmuşdular, Aylın vurulmuşdu və iz itirməkçün aparmışdılar. Atası oğlunu qucaqlayıb bağıraraq! qızım deyib elə ağladı ki, ürəklərə dağ çəkirdi ah – naləsi. Ramiz dəli kimi geri – geri addımlayaraq, qaçıb çıxdı ordan.
Dışarı çıxıb, yerə yıxılıb qalmış Sərdara baxıb öz – özünə: yox – yox sən ölə bilməzsən Aylın. Ramizdə Sərdarın yanında dizləri üstə çöküb ağladı, bu nə pis dərt idi, hər kəsi pərişan etmişdi Aylının ölümü. Sanki hər kəs, ən dəyərli bir şeylərini itirmişdilər əbədi olaraq.
Maşından enib Dilqəmlə Nicatda qaçaraq gəldilər, bunların hallarında anladılar gec olduqlarını. Nicat içəri baxıb, Aylın deyib qaçaraq getdi.
Nicat gəlib oğluna sarılıb ah – nalə çəkib ağlayan atasına baxdı, gözləri sanki yerindən çıxacaqdı, inana bilmirdi qızının qatili öz doğma atası olduğuna. Nicat yavaş addımlarla yaxınlaşdı, birdən yerə axmış qanı görüb pis oldu, dizləri üstə qan ləkələrinin üstünə çökərək, əllərini qana sürtərək ağladı. Titrək səslə, canım bunu mənə yaşatma, nə olar ölmə, nə olar. Nicatın ağlaşı, atasının qalan ürəyinidə əridirdi, qorxmuş – çarəsiz uşaq kimi oğluna qısılıb, hönkürüb ağladı. Ümid yerə tökülmüş bacısının qanına baxıb, içini çəkə -çəkə ağlayırdı. Hər kəs bir tərəfdə yıxılıb qalmışdılar, göy üzüdə elə qaralmışdı ki, sanki buludlarda göz yaşlarını tökəçəkdilər bu olan haqsızlıqlara. Yazıq Aylın hər kəsin qarşısında, günahsız – günahkar olmuşdu. Çox yormuşdu bu zalım həyat onu, buda qəmli bir son idi, ürəklərə dağ çəkirdi yoxluğuyla. Tez – tez çəkdiyi məsəl, sanki birazdan olaçaqdı. Tufan qopacaqdı yağış yağacaqdı, ancaq hər kəs Aylınsız islanacaqdılar. Bu qopacaq tufandan, atıq kimin qorxusu vardı ki? Sərdar ağlayırdı göy üzünə baxaraq.
Aylının yoxluğundan bir ay keçmişdi. Fazil alçağındanda o gündən xəbər yox idi, ortalıqlarda artıq görsənmirdi. Nicat xəstə yatırdı yataqda. Xalası zorla qaşıqla ağzına yemək versədə, yeyə bilmirdi halı qalmamışdı. Xalasıda üzülüb tamam əldən düşmüşdü, yazığın göz yaşları bitib tükənmirdi. Nicatçün, qızıçün, ayaqda zor qala bilirdi, Aylınsız hər şeyləri məhv olmuşdu.
Ramiz işə getmirdi, evdə qardaşıyla üzgün gözləri yaşlı, vaxtını keçirirdi. Telefonunada cavab vermirdi, qardaşı böyümüşdü. Ramiz fikirə dalır, uşaq gətirib oyuncaqlarını verirdiyndə fikirdən ayılıb, çarəsiz gülümsəyib, baxırdı. Tez bir anda da, üzünün ifadəsi dəyişirdi. Aylını xatırlayırdı, ürəyi qan ağlayırdı.
Dilqəm Nazlıyla şirkətdə Ramizsiz çalışırdılar, iş qalmışdı tək öftəsində, çox yorulurdu. Nazlınında, Dilqəmində, o gündən bu yana üzləri gülməmişdi. Aancaq işlə məşğul olaraq, çalışırdılar başlarını qatsınlar. Aylını axıllarından çıxarmaq əlbətddə qeyri mümkün idi, çarəsiz ayaqda qalmağa çalışırdılar.
Aylının anası gərçəkləri bldikdən sonra, atasını günahlandıraraq, qızının ölümünə səsbəb olmuş deyə danışmırdı, evdən getmişdi başqa evə. Ümid yazıq qalmışdı ortalıqlarda çarəsiz, bilmirdi anasıylamı qalsın, yoxsa hər gün Aylının atasına yazdığı məktubu oxuyaraq, tək otağında göz yaşlarını axıdan atasıylamı. Anasıda çox ağlayırdı, gecəsi – gündüzünə qarışmışdı. Yazıq ana illər öncə itirmiş düşündüyü qızının, eyni şəhərdə böyüyüb boya – başa çatdığını bilə bilməmişdi. Hardan biləydi? bu qəddarlığı körpə qızına edərdilər deyə. Ümid çox sınmışdı və peşman idi, vaxtında inamadığıçün özünü günahlandırırdı. Bacısının özünü acılamasını xatırlayıb, göz yaşlarını axıdaraq gülümsəyirdi, hər kəs axlını oynatmasada, bir şey qalmamışdı.
Hər kəsdən bir başqa, Sərdarın üzüntüsünü sözlə ifadə itmək qeyri mümkün idi. Üzünü saqqal basmışdı, yazıq özünə yer tapa bilmirdi, canı göynəyirdi. Hər keçən gününü – gecəsini, Aylının ölüb getmiş valideyinlərinin məzarlarının yanında oturaraq keçirirdi. Çox zəyifləmişdi, göz yaşlarıda qurumuşdu sanki. İnsan nə qəribə məxluq deyilmi? hər kəs deyirdi Aylınsız ölərik yaşamarıq, pərişan olsalarda, kimsə həyatından olmamışdı. Çətində olsa dözürdülər, yıxılsalarda qalxırdılar. İnsan dözən dərdi Allah daşa versəydi, daş dözməzdi param – parça olardı.
Bəlkədə Aylının ölüsünü görmədikləriçün, ümidləmi yaşayırdılar? heç kim bilə – bilməzdi. Oların ürəklərində olan yanğını – çarəsizliyi, təkcə özlərindən başqa kimsə bilməzdi. Sərdarın artıq kimsəsi qalmamışdı. Hər şeydən əlini üzüb küskün oturmuşdu, dizlərini qucaqlayıb məzarlara baxırdı sakitcə. Arxadan kiminsə səsi duyuldu, – Sərdara: qaraşım. Sərdar o qədər zəyifləmişdi ki, səsin kimə ait olduğunu axlına gətirə bilmədi, başını qaldırıb baxdı. Gələn Fəda idi, gördüyündə elə kövrəldi ki, ayağa qalxmağa çalışdı, halı olmadığından çətinlik çəkdi. Fəda tez gəlib qalxmağa yardım edib, baxdı. Fədanın gözləri yaşardı, – Sərdara: qardaşım etmə belə, Aylını acıtma- sızlatma. Fəda belə desədə, özüdə çox üzülmüşdü Aylının yoxluğundan. Tez Sərdarın boynunu qucaqlayıb özünə sıxıdı. Fəda gözlərinin yaşına hakim ola bilmədi, göz yaşları üzünə süzüldü. Sərdar zorla qollarını Fədanın boynuna sala bildi, gücü qalmamışdı. Çoxdandı ağlamırdı, Fədanı quşaqlayıb hönkürərək elə ağladı ki, Fədanın ürəyi yandı odsuz – alovsuz. Fəda – Sərdara: can qardaşım can. Sərdar ağlaya – ağlaya – Fədaya: Aylın yoxdur artıq, tərk etdi məni insafsız. Bax nə hala qaldım onsuz, burda oturub, səbirsizliklə ona qovuşacağım günümü gözləyirəm qardaşım. Fədanın bi ixtiyar gözlərindən yaş süzülürdü. Sərdarı bərk – bərk qucaqlayıb sıxıb tutdu ki, yıxılmasın.
Beləcə bir neçə günərdə keçdi. Fəda zorla Sərdarı otelə gətirib, həkimə yoxladaraq yatağına yatızdıra bilmişdi. Sərdar günü – gündən zəyifləyirdi, ayağa qalxmağa taqəti qalmamışdı Aylını itirdiyi andan. Fəda yanında oturub üzgün – çarəsiz, nə edəcəyini bilmirdi.
Ümid atasıyla söhbət edirdi, şirkətdə kefsiz oturmuşdular. Ümid – atasına: nə oldu tapa bildinmi, killerlərini? sözünü çox çətinliklə deyə bildi. Bacımı harda dəfin ediblər cümləsini, düzgün qurub deməyə çətinlik çəkirdi. Atasının ən yanıqlı yeri idi, toxunduqca qanayır, içinə damla – damla axırdı acısı. Fazil alçağı, sonunda qızının qatili olmasına yardım etmişdi. Atasəı – Ümidə: yox, adamlara tapşırmışam axtarıllar. Sanki elə bil yer yarılmış yerə girmişlər, birindən səs – soraq yoxdur.