Günahsız günahkar. Roman. Hissə – 5. Fatma Axmed kızı Nabieva

Günahsız günahkar. Roman. Hissə – 5 - Fatma Axmed kızı Nabieva


Скачать книгу
xalasının xoşuna gəlsədə, yenədə etibar etmədi. Xalası – Nixata: tamam mənim axllı balam, birlikdə gedək. Nicat xalasının özünə etibar etməməsinə gülümsəyib, baxdı.

      Aylını Sərdar tanımadığı bir yerə gətirdi. Maşını saxlayıb – Aylına: burası məncə xoşuna gələcək canım. Maşının qapısını açıb düşüb, gəlib Aylın tərəfin qapısını açıb düşməsini gözlədi. Aylın ehtiyat kəmərini açıb yerə düşmək istəsədə, kəmər tərsə döndü, çıxmırdı yerindən. Aylın əsəbləşib – Sərdara: min dəfə demişəm, mənə bu zibili taxmağa məcbur etmə. Sərdar əyilib baxdı, – Aylına: dur mən yardım edim, sakit ol. Kəməri çox alışsada, yerindən çıxara bilmədi. Aylın dahada sıxıldı, – Sərdara: hava almağa çıxardın deyib, qapandın üstümə, çəkil mən baxaram. Sərdarın xətrinə dəydi, Aylının özünə qarşı etdiyi kobutluq. Bir söz demədən, cibindən pıcaq çıxarıb əsəblə kəməri kəsib, qırağa çəkildi. Sərdar – Aylına: yardım etməyə çalışırdım bağışla, əsəblə getdi. Aylın bir anlıq, Sərdara qarşı kobut davranışından peşman oldu. Maşından enib ətrafa baxdı, gərçəkdən gözəl yer idi.

      Biraz qarşıda bir ev vardı, ətrafında başqa evlər yox idi. Sərdar gedib evin qapısını açaraq, qapını açıq qoyub evə girdi. Aylın maşının qapısını bağlayıb, yavaş addımlarla ətrafa baxa – baxa, evə tərəf getdi.

      Sərdar gəlib, əynindəki pencəyini çıxarıb divana atıb, gəlib divar peçinin qarşısında əyilib odunlara düzəliş verdi. Cibindən alışqanı çıxarıb, alışdırdı ocağı. Cibindən siqaret qutususunuda çıxarıb, bir siqaret alışdırıb, tüstüsünü ciyərlərinə çəkib baxdı yanan ocağa. Arxadan Aylın – Sərdara: burası mənə bir yerləri xatırladır,. Sərdar dönmədi, cavab vermədi. Aylın yaxınlaşıb, yanan ocağa baxdı gülümsədi. Bi ixtiyar gözləri yaşardı, gərçəkdəndə bir zamanlar, özünün qaldığı evə çox bənzəyirdi burası. Həmən o evdə də, divar peçi vardı, Aylın getdi. Sərdar dərindən nəfəs alıb siqaretini çəkərək, gözünü çəkmədən alışıb yanan ocağa baxırdı. Sərdarı çox sıxırdı, Aylının özünə qarşı soyuq olması. Aylın hər dəfə belə etdiyində, Nicata qarşı olan nifrəti bir o qədərdə artırdı. Sevdiyi ona görə özündən uzaqlaşırdı. Əlindəki bitmiş siqareti yanan ocağa atıb, dərindən nəfəs aldı.

      Biraz vaxtdan Aylın qayıtdı, balaca döşəkcə gətirib Sərdarın yanına döşəməyə qoydu. Əlindəki balaca çaylar olan sininidə yerə qoyub, əyləşdi. Aylın – Sərdara: sən burdamı qalırsan? Sərdar yavaş inçik səslə – Aylına: hə. Aylın qolundan çəkib yanında otuzdurdu. Aylın – Sərdara: tamam bağışla, bilmədən xətrinə dəydim. O zibil kəmər məni sıxır – incidir, həmişə deyirəm bilirsən. Allah, Allah, bağışla dedik, üzür istədik. İndi bu nədir, uşaq kimi küsmələr filan? çay fincanının yanından götürüb kanfet uzatdı. Aylın – Sərdara: bax sənə kanfet gətirdim, barışaqmı? Sərdar almadı ocağa baxdı. Aylın kanfeti açıb özü dişlədi, yarısını yenə uzatdı, – Sərdara: al bax səninlə bölüşürəm, bağışla. Sərdar Aylının xətrini canından çox sevirdi. Konfetin yarısını əlindən yedi, sağolda demədi. Aylın başını narazılıqla sirkələyərək, çayını götürüb bir uddum içdi. Aylın – Sərdara: burası mənə, əlil arabasında qaldığım vaxtlarımı xatırlatdı. Dostumla ocağın qarşısında oturardım saatlarla, doymazım ocağa baxmaqdan. Tahir keçən dəfə dostumu mənə göstərdi, çox böyümüş. İtini deyirdi, Sadiq hədiyyə edən. Sərda yenə danışmadı.

      Aylın dərindən nəfəs alıb, Sərdarın özündən uşaq kimi küsüb danışmamasına əsəbləşsədə, artıq bir söz demədən, sakitcə yanan ocağa baxdı. Sərdar öz çayını götürüb, yenə Aylına təşəkkür etmədən, sakit – sakit içdi. Aylın baxdı, artıq söz demədi, desədə cavab vermirdi, Sərdar incimişdi.

      Nicatla xalası iş danışmaqçün gəlmişdilər, başqa şirkətə. Gözlüyürdülər içəri dəvət olunacaqlarını. Nicat – xalasına: bax mənə inanmadın, bura qədər gəldin yoruldun xala. Xalası gülümsəyərək, – Nicata: mənə xoşdur oğlum, sən heç narahat olma. Az vaxtdan qapı açıldı, içəri dəvət olundular. Nicat xalasının qolundan tutub, qalxmağa yardım etdi, qapıdan birinci xalasının keçməsini gözlədi. Xalasının ardınca içəri keçib, qapını örtdü.

      Masa arxasında cavan bir qız əyləşmişdi. Başını qaldırmadan, – olara: buyurun əyləşin. Nicat birinci xalasının əyləşməsini gözlədi, sonra özü keçib əyləşdi. Qız qarşısındakı kağıza nə isə yazırdı, – bunlara: bir dəqiqə üzür istəyirəm. Xalası Niacta baxdı. Nicat gülümsəyərək işarə etdi ki, belə olur iş yerində, fikir verməsin. Xalası dözmədi, əyilib pıçıltıyla – Nicata: Aylın qızımın hörmətinə, kimsənin hünəri deyil yetişə. Qız duydu, başını qaldırıb baxdı Nicatla xalasına. Qarşısındakı kağızı kənara qoyub gülümsəyərək, – Nicata: adınız Nicatdır, elə deyilmi? – qıza: bəli düzdür xanım. Yanımdakı isə doğma xalamdır, əslində anamda sayılır. Mənə dayaq olmaqçün, mənimlə gəldi. Qız gülümsəyərək, – xalasına: xoş gəlmişsizin. Xalası – qıza: xoş günün olsun qızım, bir söz deyəcəm məndən incimə. Qız gülümsəyərək, – xalasına: əgər sizə baxmadan işimi bitirməkçün məşğul olduğumu deyəcəksinizsə, haqlısınız, üzür istəyirəm sizdən.

      Bağışlayın, görmədim qarşımda sizin kimi gözəl ürəkli bir xalanın olduğunu. Bu dəfə keçin günahımdan. Qızın şirin davranışından, xalasının xoşu gəldi. Xalası – qıza: gözəl qızım, Allah ürəyinə görə versin sənə. Nicat xalasıyla, qızın mehriban danışmasına baxıb qalmışdı. Qız – xalasına: Nicat oğlunuz işə qəbul olundu, səhərdən gəlib bizimlə çalışa bilərsən, təbrik edirəm sizi. Xalası sevindi, – qıza: qızım sən heç oğlumla danımadın?

      Qız gülümsəyərək, – xalasına: sizin kimi gözəl xala – ana, tərbiyəsi almış bəy əfəndidən, işdən kənar başqa söz soruşmağa ehtiyac yoxdur. Nicat qıza təşəkkür etdi. Qız – Nicata: adım Elzadır, ayağa qalxıb əlini uzatdı. Nicat tez ayağa qalxıb, qızın əlini sıxaraq – qıza: tanışdığımıza sevindim, Elza xanım. Ailəmə qarşı olan hörmətinizə görə, bir daha təşəkkür edirəm. İşimdə hər zamanki kimi, canla – başla çalışacam. Xalasıda ayağa qalxıb, qızın əlini sıxaraq, Allah sizdən razı olsun qızım. Anan gözəl tərbiyələndirmiş səni. Mənim adımdan, mütləq anana çatdırasan təşəkkürümüzü. Qızın Nicatdan xoşu gəldiyi, baxışlarından anlaşılırdı.

      Qızda mehribanlıqla, xalasının əlinin üstə əlini qoyub, inanın sizin kimi insanlarla çox az rastlaşılır. Həm işdədə, həmdə həyatdada, çox təssüflər olsun azdıq sizin kimi gozəl ürəklilər. Bir daha işiniz uğurlu olsun.

      Anamada mütləq çatdıracam dediyiniz tərifnaməni, gülümsəyib baxdı Nicata.

      Axşam olurdu, Sərdar hələdə dinməz sakit oturmuşdu oçağın qarşısında. Aylın sıxıld, ayağa qalxıb getdi.

      Evdən dışarı çıxab ətrafa baxdı, hava qaralırdı. Sərdarın özündən inciməsinə əsəbi idi, öz – özünə: uşaqdan betərdi. Nə dedim ki? öz – özünə danışa – danışa, bilmədiyi tərəfə addımlamağa


Скачать книгу