Günahsız günahkar. Roman. Hissə – 2. Fatma Axmed kızı Nabieva
quruyaydı sənə o sözləri dediyim yerdə. Mən sənə ürəkdən demirdim canım, gözlərindən yaş süzüldü yanaqlarına, pıçıltılı səslə öz – özünə: bağışla məni. Tahir Sərdara baxdı anladı dostunun halından, ürəyi sıxıldı karidor tərəfə baxdı ki həkim harda qaldı. Tahir- Sərdara: keçdi hər şey yaxşı olacaq, bitdi dostum sakit ol.
Geçə olmuşdu, Ramiz gil hələ yol gəlirdilər maşınla. Ramizin sinəsinə başını qoyub Şahnaz xanım hələ ağlayırdı sakit – sakit. Ramiz Aylının az vaxtda bu insanın qarşısında hörməti İlə özünü qızı kimi sevdirə bilməsini düşündükcə qürur duyurdu. Kamil çox əsəbi fikirli – fikirli maşını idarə edirdi heçkimlə danışmırdı, Sadiq maşının yan şüşəsindən dışarı baxırdı. Bugünkü qarışıq şok hadisələr hammını qısa zamanda yormuşdu, hər kəs Aylın haqda beyinləridə bir şeylər düşünürdülər, danışmadan səssizcə.
Gecə saat 10:00 olurdu, Aylın çox qalmışdı əməliyyat otağında, rəyisdə gəlib çatmışdı xəstəxanaya, oğlunun yanında sakitcə oturmuşdu. Tahir divara söykənib dayanmışdı. Qapı açıldı əməliyyat otağından axır ki həkim çıxdı, çox yorğun görününrdü, yazıqlar saatlarca əməliyyat etmişdilər. Atasıyla Sərdar ayağa qalxdılar, Tahirdə divardan çəkilib dayandı baxdı həyəcanlı baxışlara. Həkimin pis xəbər verəcəyindən hammısı bir anlıq şok saniyələr keçirirdilər. Həkimdən Aylın haqda bir söz soruşmağa cürət etmirdilər. Həkim dərindən nəfəs alıb – olara: çox ağır bir əməliyyat keçdi yaralımız. Əməlyatımız, həkim dərindən nəfəs aldığında Sərdarın gözlərində qalan umudu məhv oldu, düşündü deyəcəkdi qurtara bilmədik başınız sağ olsun. Həkim – olara: uğurla bitdi çox şükürlər olsun, xəstəmizdə daxilən güclü birisi olduğuna görə, bizdə onun həyatını qurtara bildik, gözünüz aydın olsun. Rəyis oğlunu qucaqlayıb Allahıma şükürlər olsun, duydunmu oğlum həkim nə dedi? mənim qızımın daxilən güclü olduğuna heç bir dəfədə olsun şüphə etmədim. Rəyis gəlib həkimin əlini sıxaraq təşəkkür etdi, sizə minnətdaram doktor, sözlə ifadəsi yoxdur demək istədiklərimin, siz tək Aylının deyil, bizimdə həyatımızı qurtardınız. Həkim gülümsəyərək, – rəyisə: dünyanın işini bilmək olmaz sizin bizə, bizimdə sizə işimiz düşər bir gün yoldaş rəyis, kim bilir. Rəyis həkimin nə demək istədiyini anladı, – həkimə: həyatda hər şey qarşılıqlıdır doktor, bizə düşən tərəfini canla – başla həll edərik, heç şüphəniz olmasın. Həkim – rəyisə: bir daha gözünüz aydın icazənizlə, rəyis – həkimə: buyurun, təşəkkür edirəm bir daha, həkim getdi.
Tahirdə yaxınlaşıb Sərdarla qucaqlaşıb – Sərdara: yazıq Aylnın vay gününə, səndən gərcəkdən qurtarması qeyri mümkünmüş. Zarafatlaşaraq Sərdarı qucaqlayıb ayaqlarını yerdən üzdü, qaldırıb yerə qoydu. Sərdar – Tahirə: qardaşım sən heç özünü kənarlaşdırma Aylını qabağa verib, səninlədə işim bitmədi bilirsən. İkinizdə etdiklərinizin cəzasını çəkəcəksiniz. Tahir – rəyisə: ay daaa yenə düşdük işə, atasıda gəlib ikisinidə qucaqlayıb sıxdı özünə. Alnını olarıb başlarına dayayıb – olara: sizdə, Aylında, mənim canımsınız bunu heç zaman unutmayın. Rəyisin gözlərindən yaş süzüldü, göz yaşını göstərməməkçün ikisinində saçlarını qarışdırıb, getdi. Sərdar atasının göz yaşını görüb pis oldu Tahirə baxdı. Tahir rəyisin ardınca baxıb – Sərdara: atanın bu göz yaşları günorta axandan çox fərqli idi, hiss etdinmi? Sərdar dərindən nəfəs alıb Tahirə baxıb, başıyla hə deyə işarə etdi. Aylın neçə illərin heyifini almışdı hər kəsin əvəzindən etdiyi cürəətiylə. Şərəfsizi pulları – silahları – murdar əməlləri ilə qarışıq göyə sovurmuşdu, rəyis uzun illər axtardığı hüzuru tapmışdı.
Saat 12 ourdu, Ramiz gildə çatdılar xəstəxanaya, qaçaraq gəldilər Aylının otağının qarşısına. Tahir oturduğu yerdə yuxulamışdı, Sərdar oyaq idi, Ramiz gilin gəldiyini görüb ayağa qalxdı. Ramiz Sərdarı görüb təcüblə – Sərdara: sən nə edirsən burda? axıllarına belə gəlməzdi ki, Aylın olarla iş birliyinə razılaşmışdı. Bu qədər vaxda Sərdar hazırlaşdırmışdı öz evlərində Aylını. Şahnnaz xanım yaxınlşıb – Sərdara: oğlum bizədə qarışıq bir şeylər dedilər, vurulan iynənin təsirindən özümə gələ bilmirəm. Anlat nələr olur burda? dedilər qızım artıq əməliyyatdan çıxmış, doğrumu bütün bunlar? mənə gərçəkləri səndən başqa kimsə deməz əminəm. Sərdara bu söz elə təsir etdi ki, çox pis oldu baxdı çarəsiz baxışlarala arvada.
Tahir səsə oyandı, kim olduqlarını gördüyündə anladı, öz – özünə: aydaa indi başlayacaq əsil konsert, tez ayağa qalxaraq Sərdarın yanında gəlib dayandı. Sərdarın çətin vəziyyətdə qaldığını görüb Tahir – olara: mən anlata bilərəm sizə olanları. Əgər sakitliyə rəyaət edəcəyinizə söz verirsinizsə, burda səs etmək olmaz bilirsiniz. Aylın çox şükür əməliyyatdan çıxmış həyatı qurtarılmış, ancaq həkim hələ görüşməsinə izin vermir, sabahı gözləməli olacaqsınız. Şahnaz – Tahirə: duyduqlarımız gərçəkdirmi? qızım polislərə yardım edərkənmi yaralanıb? Üzməyin ürəyimi bir şey deyin. Tahir dərindən nəfəs alıb özünə diqqətlə baxaraq cavab gözləyən Ramizə, Sadiqə, Kamilə, baxdı. Duyduğunuz doğrudur xanım, Aylın bizimlə iş birliyinə razı olaraq çox təhlükəli birilərini zərərləşdirdi, bizi dinləmədən öz canına qıyaraq, Şahnaz duyduqlarından az qala özünü itirirdi, Sərdar tez tutdu qolundan. Şahnaz gözləri yaşlı Sərdara baxaraq yavaş səslə – Sərdara: necə qıydılar qızıma? Sərdarında gözləri yaşardı bi ixtiyar, yazıq qadına baxdıqca anlayırdı onu.
Kamil elə pis oldu ki, duyduqda Aylın belə işə gərçəkdən razı olmuşdu özlərini heç düşünmədən. Ramiz – Sərdara: səndə bu işin içindəydinmi? Sərdar Ramizə cavab vermədən, – Şahnaza: gəl əyləş xayiş edirəm. Sərdarın yardımı ilə Şahnaz geçib əyləşdi. Sərdar o tərəfə baxmadan – Ramizə: mən bu işin icinde deyil, üzgün baxışlarla Şahnaza baxaraq – Ramizə: mən işin başındaydım, bağışlayın. Şahnaz bunu duyduğunda, qarşıısında ayaq üstə dayanmış Sərdarın dizidən əlləri ilə tutdu. Alnını qılçına dayayaraq – Sərdara: nədən oğlum yenə mənim qızım? ağladı içini çəkərək hönkürüb. Sərdarın sanki qarşısında anası idi, ayağından əlləri ilə bərk – bərk yapışıb başını dizinə qoyaraq yalvarışlı sözlərlə göz yaşlarında boğulan. Sərdar – Şahnaza: sizdən üzür istəyirəm, mən çox peşmanam qızınızı bu işə hazırladığımçün. Gözlərindən bir – neçə damcı yaş axdı Şahnaz xanımın qollarına, artıq söz demədən yazıq qadın alnını qılçalarına dayayıb ağladı. Sərdarın şalvarını əllərinin içində sıxaraq hönkürərək elə ağlayırdı ki, erəkləri göynədirdi ağlaşı.
Sadiq gedib divara söykənib aşağı çökərək oturdu, Sərdarın dizlərini qucaqlayıb tutaraq hönkür – hönkür ağlayan anasına baxdı üzgün baxışlarla. Aylına qarşı hər kəsdə bi ixtiyar inciklik duyulurdu üzlərindən. Ramiz baxa qalmışdı, yaşarmış gözləri ilə Sərdara baxırdı nifrət dolu baxışlarla. Tahir hər kəsə altdan – altdan baxıb üzülürdü, Kamil – Tahirə: sən gəl qalanını bizə anlat dışarda. Tahir anladı rahat olmayacaqdı gərçəkləri olara anlatması, qarşıdan getdi,