Günahsız günahkar. Roman. Hissə – 4. Fatma Axmed kızı Nabieva

Günahsız günahkar. Roman. Hissə – 4 - Fatma Axmed kızı Nabieva


Скачать книгу
saclarını sığallayırdı, yavaş səslə – Nazlıya: canım, canımın – canı, yaxşı olaçaqsan. Nazlıya deməmişdilər hələ pis xəstəliyi olduğunu. Nazlı – Dilqəmə: çox qorxdum! anama bir şey oldu düşündüm, bağışla canım sənidə qorxuzdum. Dilqəm Nazlının alnından öpüb, alnını – alnına dayayıb dayandı. Bilmirdi Nazlıya necə desin bunu, canı göynəyirdi – Nazlıya: canım burda qalacaqsan az vaxtlıq, – Dilqəmə: neçə saat? Dilqəm Nazlıya baxdı. Söz böğazında düyünlənib qalmışdı, deyə bilmirdi saat yox, hətta günlərdə yox, udqunub dərindən nəfəs alıb baxdı. Dilqəm -Nazlıya: sənin burda qalman lazımdır canım, bilmirəm necə gün çəkər, Nazlı gün dedikdə yerində oturdu. Şaşqın baxışlarla baxaraq – Diləqmə: sən nə danışırsan, nə gün? Dilqəm keyləşmişdi elə bil, sözlərini qurub düzgün cümləsini deyə bilmirdi. Canım gün yox, Nazlının baxdığını görüb baxışlarını qaçırtdı, Nazlı şüphələndi Dilqəmin baxışlarından, – Dilqəmə: canım məndən nə gizlədirsən? Dilqəmin sanki nəfəsi kəsilirdi, özünü pis hiss etdi.

      Nazlı Dilqəmin çənəsindən tutub üzünü özünə tərəf çevirdi üzünü, Dilqəmin gözlərindən yaş sel kimi gəlirdi, – Dilqəmə: sən ağlayırsanmı? Nazlı bir anlıq düşündü, şüphəli baxışlarla Dilqəmə baxdı. Mənim bilmədiyim bir şeymi var canım mənə ayit? Dilqəmin gözlərindən yaş süzüldü üzünə, Nazlı Dilqəmin yaşlı gözlərini əliylə sildi. Dilqəm Nazlının əlini öpüb üzünə tutub ağladı, – Nazlıya: sağalacaqsan canım, sən sağalacaqsan duyursnmı məni? Nazlı Dilqəmin sözlərindən və ağlamasından anladı ki, nə isə özündə xəstəlik vardı. Nazlı pis olsada, zorla Dilqəmdən soruşdu, nəyim var canım? gizlətmə məndən nə olar de, pis xəstəliyəmi düçar olmuşam? Dilqəm titrəyən əliylə Nazlının saçlarını sığallayıb baxdı. Mən yanındayam canım sağalacaqsan təkrarladı, Nazlı Dilqəmin əlindən tutub baxdı, anladı ciddi bir xəstəliyi olduğunu artıq. Yazıq qızın dünyası yıxıldı başına, anasını düşündü o an, pıçıltılı səslə ana dedi. Dilqəm öləydim bu anı görməyədim deyirdi ürəyində, Nazlının ana deyən səsi qulaqlarında əks – səda verdi. Nazlının əli Dilqəmin əlindən boşalıb, düşdü yanına. Dilqəm Nazlıya elə baxdı ki, sanki Nazlı onu bu dəqiqə tərk edib gedirdi bu dünyadan. Dilqəmlə Nazlı biri – birilərinə baxdılar həyəcanlı baxışlarla, Dilqəm Nazlıya sarılıb qucaqlayıb sıxdı özünə. Nazlıda Diqləmi qucaqlayıb ağladı,

      Ramiz qapını açıb olara baxırdı, tezdə qapını örtüb çıxdı dözə bilməyib. Əllərini tez – tez açıb yumdu, öz – özünə: olsun sən belə et zalım fələk, bax səninlə ayaqlaşmassam, dirəşməssəm, son nəfəsimə kimi haram olsun mənə. Dur bu dəfə mən sayacam sən peşman olacaqsan, tez getdi həkimlə danışmağa.

      Nicatla Aylın yeməkdən dönmüşdülər şirkətə, bir necə yeni işçilərdə əlavə gəlmişdilər. Nicat yeni gəlmiş katibə – qıza: yeni işçiləri tanış et işləri ilə, yardımçı ol olara. Qız – Nicata: baş üstə Nicat bəy, qız yeni – gələnlərə: buyurun mənimlə gəlin, otaqdan apardı olarda çıxdılar.

      Nicat-Aylına: sən bir söz demədin? – Nicata: ehtiyac yoxdur dostum, sən işini məndən yaxşı bilirsən. Nicat qalxıb Aylınla özünə kofe makinasından iki fincan qəhvə süzdü, gətirib Aylına verdi qəhvə fincanını. Aylın təşəkkür edib götürdü, Nicat Aylına yaxın stulda əyləşib – Aylına: nəyin var sənin? canın sıxılan kimi görsənirsən. Aylın dərindən nəfəs alıb – Nicata: bilmirəm, ürəyimdə bir narahatlıq var, sanki yaxın birinə nə isə olmuş, yada olacaq. Nicat qəhvədən içib – Aylına: sıxma o gözəl ürəyini, hər şey yaxşı olacaq inan mənə, – Niçata: inşallah, Nicatın telefonuna zəng gəldi. Nicat qalxıb masadan telefonunu götürüb dönüb Ayına baxdı. Aylın Nicatın baxdığını görüb, elə bildi zəng edən Ramizdir ona, – Nicata: Ramizdirsə açma, nə olar bax ürəyim boş yerə sıxılmır, çırpınmır mənim. Bax bilirəm yenə bir oyun açacaq başımıza, – Aylına: Ramiz deyil Dilqəmdi, telefona cavab verdi alo. Nicat biraz qulaq asdı dediklərinə və əlindən qəhvə fincanı düşüb çilik – çilik oldu yerdə. Aylın həyəcan dolu baxışlarla baxdı Nicata, tez qalxıb Nicatın yanında dayandı. Nicatın üzünün ifadəsi elə dəyişmişdi ki, Aylın qorxdu, Nicatın qolundan tutub, nə oldu? Nicatın gözləri doldu yaşla. Səsi tirədi, – Aylına: Nazlı rak xəstəliyinə düçar oldumuş, indi xəstəxanadadır. Aylın əlləriylə üzünü tutub baxdı, inanmaq belə istəmədi bir anlıq. Aylının axlından nələr gəldi – keçdi bir Allah bildi, dəhşətə gəldi eşitdiyindən xəbərdən. Əlləriylə başını tutub baxdı Nicata, ikisidə eyni şeyi düşünürdülər, biri – birilərinə baxıb.

      Nicat dözmədi, Aylını qucaqlayıb ağladı hönkürərək, Aylın keyləşmişdi sarsıldıcı xəbərdən. Nicatın kürəklərində əllərini yumuruq sıxıb tutudu, canları acıyırdı ikisinində. Aylın yumuruqlarıyla Nicatın kürəyinə yavaşdan vura – vura, içinin yanğısını durdurmaq istəyirdi sanki. Ancaq bu elə bir xəbər idi ki, insanın canına alovsiz yanğı qoyurdu, dünyasını yıxırdı başına. Aylın Nicatın boynunun arxasından tutub sıxdı bərk – bərk özünə, Nicatın qulağına pıçıldadı həyəcandan batmış səsiylə. Nicat nə olar yalandı de, nə olar yuxudu de, nə olar ayılt məni bu yuxudan, nə olar, nə olar yalvarıram bir şey de. Aylın səsini içinə salıb ağladı Nicatı qucaqlayıb, Nazlının xəstəliyi bir yanğı idi indi canıarını acıtırdı. Anası bildiyində bu dərtlə yaşayardımı? bu da başqa bir yanğı idi, ürəklərinə gəlmişdi dəvətsiz qonaq kimi.

      Ramiz həkimlərlə danışırdı, həkim – Ramizə: mən sizi anlayıram cavan oğlan. Bu xəstəlikdən son zamanlar təssüflər olsun ki, çox insanlar əziyyət çəkirlər, bu xəstəlik nə yaşlıya, nə körpəyə acımır, amansızdır. Dediyim kimi, biz sabahdan başlayacağıq xəstəmizin müalicəsinə, bildiyiniz kimi donur tapılsa xəstəmizi qurtarmaq mümkün olacaq. İnanıram ki tapılacaq inşallah, məni bağışlayın indi isə xəstəmizlə maraqlanım, Ramizin yanından keçib getdi. Ramiz əlindən gələn hər şeyi etməyə hazır idi, indi axlında tək bir fikir vardı, təki Nazlı sağalaydı.

      Aylın Nicatla Nazlının yanına gəlmişdilər. Aylın Nazlının başı üstə dayanmışdı, Nicatda yanında əyləşmişdi. Aylın özünü toparlayıb, Nazlını üzməməkçün ağlamırdı, – Nazlıya: sən sağalacaqsan canım bacım inan mənə. Nicatda Aylının sözünə dəstək olmağa çalışsada bacarmadı, kövrəldi kənara baxıb pıçıltılı səslə, Allahım nə olar sən mənim canımı al bacımın əvəzinə. Nazlı görürdü sevdiklərinin necə üzüldüklərini, cəsarətini toplayıb bütün gücüylə dayanırdı ağlamayıb. Nazlı – olara: anama nə olar bir söz deməyin bu haqda, məhv olar qalanıda yazığın, dözməz mənsiz. Nicat Nazlının alnından öpüb baxdı yaşlı gözləriylə ona, demərik bacım sən hələ sağal. Bilirsən sənsiz yaşamaz anan, güclü olacaqsan və sən bu xəstəliyə qalib gələcəksən bizimdə xətrimizə, ananında xətrinə, duyursanmı məni?

      Nicat Nazlının üzündən ikki ələriylə tutub yalvardı, Bacım mənim xətrimə nə olar güclü ol, yalvarıram söz ver mənə. Aylında pis olurdu Nicatın yalvarışlı sözlərini duyduqca, qapı açıldı içəri Ramiz girdi. Aylın Ramizə baxdı çox üzgündü, sanki ruhunu canından almışdılar. Ramiz heç Aylına baxmadı, gəlib Nazlının yanında dayanıb baxdı


Скачать книгу