Günahsız günahkar. Roman. Hissə – 4. Fatma Axmed kızı Nabieva
kiməsə. Nicat Aylının baxdığı tərəfə baxdı, qaçaraq gələn üzgün – yorgün Dilqəmi görüb üzüldülər. Dilqəm yetişib qapını açınca dayanıb baxdı Aylına tərəf. Aylın Dilqəmin necə göz görə – görə məhv olduğunu görüb, dahada pis oldu. Dilqəm indi hər kəsdən yardım istəyirdi, baxışlarından bəlli idi, Aylın Dilqəmə ümid verici baxışlarla baxdı. Dilqəm qapıdan əlini çəkib, gəlib Aylına sarılıb ağladı. Nicat pis oldu, əliylə başını tutub kənara getdi, divara söykənib yerə çöküb qaldı baxa.
Aylında Dilqəmi qucaqlayıb – ona: möhkəm ol dostum, möhkəm ol sağalacaq inan, söz verirəm sənə hər şey edəcəyik. Bax görəcəksən sağalacaq, bu qədər haqsızlıq olarmı? olar hə zalım dünyadı, bizə üzümüzü güldürməyən zalım dünya. Ancaq biz onun zalımlığına qarşı gedəcəyik bir olub. Dilqəm – Aylına: mən onsuz yaşamaram, mən sənin kimi güclü deyiləm, eşidirsənmi? yoxdur artıq gücüm, məhv oldu hər şeyim, Aylına Dilqəmin bu sözləri daş kimi dəyirdi. Dilqəm – Aylına: ona bir şey olursa söz ver məni vuracaqsan, söz ver, nə olur məni onunla birgə məzara qoyacaqsan, mən bunu başqasından yox, səndən istəyirəm qonşum. Dilqəmin gözləri qızarmışdı ağlamaqdan. Aylının gözlərindən yaş sel kimi axırdı, Dilqəmin buynundan ikki əlləriylə tutub – Dilqəmə: söz dostum, sağalda bilməssəm dediyini edəcəm. İndi toparla özünü Nazlının yanında ağlama, danışdıqmı? qıza dayaq lazımdır bizdən, anladınmı? Dilqəmin boynundan tutub sirkələdi. Dilqəm anladınmı dostum məni, eşidirsənmi? Dilqəm içini çəkə – çəkə dərindən nəfəs alaraq, başıyala hə deyə işarə etdi, danışa bilmirdi. Dilqəm – Aylına: çox sağol dostum varsan, məni biraz rahatladın söz verib, artıq qorxmuram. İnan ki qorxmuram, bilirəm onunla olacam söz verdin mənə sən. Aylın Dilqəmin gözlərinin yaşını sildi əlləriylə, üzünə yavaşdan şillə vurub – Dilqəmə: get yanında ol, sənə ehtiyacı var. Dilqəm uşaq kimi qoluna gözlərini – burnunu silib, getdi icəri Nazlının yanına.
Aylın Dilqəmin ardınca baxa qalmışdı, bir necə dəqiqə öncə ona söz vermişdi bacara bilməyəcəyi işə. Aylın ürəyində küt bir ağrı hiss etdi, nəfəsini ala bilməyib qaldı, əliylə ürəyinin üstündən tutdu. Dilqəm icəri girdiyində Ramiz çıxdı qapıdan, Aylının ürəyini tutub qaldığını görüb, bir an baxa qaldı ona. Nicat başını tutub divara qısılıb qalmışdı, görmürü Aylının üzünü. Aylının nəfəsi gəlmədi, ağrıdan beyni keyləşdi, gözləri qaraldı nəfəsi gəlmədiyiçün, özünə baxan Ramizi gözü seçmədi. Yıxılacaqdı, Ramiz qaçaraq gəlib tutudu, Aylın qollarında düşdü. Nicat Aylının yıxıldığını görüb, ayağa durub tez qaçıb gəldi, bir anda Ramizlə bir – birinə baxdılar. Nicat istəmirdi Ramiz qollarına alsın Aylını, Ramizdə Nicatın toxunmasını heç istəmirdi Aylına. Ramiz Aylını qollarına alıb səslədi, Aylınnn. Aylından səs gəlmədi, Nicat qaçdı həkim çağırdı, həkim qacaraq gəldi baxdı, – Ramizə: tez ardımca gətir. Ramiz tələsərək apardı Aylını qucağında həkimin ardınca.
Hər kəs pərişan idi olanlardan, Dilqəmin anası Nazlının anasının yanında idi. Nə deyəcəyini bilmirdi qalmışdı çarəsiz, nə deyəydi? qızın ağır xəstəliyə tutulmuşdu sözünü necə dilinə gətirərdi? Baharın ürəyi param – parça olmuşdu. Bəlkədə ömründə yaşadığı ən ağır günlərdən biridə bu gün idi. Bahar xanım saat necə oldu? – Afətə: saat 9 olub. Yazıq təcübləndi, görməyən gözləriylə baxdı səs gələn tərəfə. Afət – Bahara: bəs Nazlı niyə gəlmədi? Dilqəmlə yeməyəmi çıxıblar? Baharın gözlərindən yaş süzülürdü. Afət xanım elə bil hiss etdi Baharın ağladığını, həyəcanlandı. Bahar xanım qızım hardadır? Bahar bilmirdi nə uydursun, nə desin ki, üzülməsin bu halıyla yazıq qadınçığaz. Bahar xanım sən ağlayırsanmı? nə oldu, niyə danışmırsan? qızıma nə oldu? aman Allahım qızım deyib, tələşlandı Nazlının adını çəkərək.
Bahar tez qolundan tutub sakitləşdirməyə çalışdı, Afət xanım sakit olun yox bir şeyi qızının. Afət – Bahara: bəs niyə ağlıyırsan sən? əliylə axtarıb, Baharın yaşlı gözlərinə toxundu. Sən ağlayırsan, de nə olub? Bahar zorla özünü toparladı. Afət xanım bilmirəm necə deyim sənə, – Bahara: de Bahar xanım necə var, gizlətmə de üzmə ürəyimi. Nə oldu, qızım hanı? Bahar bir anlıq düşünüb – Afət: Nazlını oğlum qaçırmış, o arada başqa bir şey düşünə bilmədi yazıq, axlına gələn bu fikir oldu. Nazlının anası təcübləndi, nəəə? qaçırmışmı? Bahar yavaş səslə – Afətə: ikisinində razılığı olmuş. Bunu sizə necə deyəcəyimi düşünüb ağladım, bağışlayın çox üzgünəm. Anası elə pis oldu ki, mənim qızım elə şey etməz, yox – yox bu yalandır. Bahar gözlərinin yaşını silib – Afətə: Afət xanım bir səhvdir etmişlər, cavandırlar bğışlayın. Afət elə pis oldu ki, elə bil qaldırıb yerdən – yerə vurdular yazığı. Afət – Bahara: niyə etdilər bunlar belə? biz danışmışdıq axı, evlənəcəkdilər.
Görməyən gözlərindən yaş süzüldü yanaqlarına, dur mən deyim niyə belə etdiklərini. Anladım, məndən utanmışlar eləmi? mən görmürəm deyə, özlərinə qəbul bilmədilər toylarında belə vəziyyətdə camaatın qarşısında məni təqdim etsinlər. Baharın ürəyi parçalandı, yox – yox Afət xanım siz nə danışırsınız?
Nazlının anası ağladı üzünü tutub, – Bahara: məni heç təqdim etməzdilər inciməzdim, mən anlayardım oları, nədən belə etdilər, nədən axı. Hönkür – hönkür ağladı yazıq içini çəkə – çəkə. Bahar qucaqladı Afəti, özüdə ağladı – Bahara: mən artıq olara mane olmayacam. Get qızıma elədə de, xayiş edirəm səndən sonuncu dəfə, getmiş xöşbəxt olsunlar, mən anayam pis olmasını istəmərəm. Mən qızıma neçə illərdir yük oldum, yazıq başqaları kimi nə gəzə, nədə istirahət edə bildi mənim üzümdən. Artıq ona yük olmaq istəmirəm, küsmürəmdə. Bahar xanım elədə çatdır qızıma get, gəlməsin məni düşünməsin, artıq rahat yaşasın. Mən bu evdə özümü idarə edə bilirəm, kimsəyə yük olmaq istəmirəm. Get Bahar xanım tək qoyun məni. Bahar Afəti qucaqlayıb, buraxmadan ağlayırdı onunla bərabər. İçi yanırdı onunda Afət qədər, oğlunun həyatı məhv olmuşdu, xəbərsizdi yazıq qadıncığaz olanlardan. Bilmirdi ki, qızına zalım fələk oyun oynamış, pis xəstəliyə düçar etmişdi. Bahar Afətdən çox yanaraq ağlayırdı, çünki gərçəklər içini yandırıb qovururdu.
Aylınada iynə vurub yatızdırmışdılar. Ramiz yanında oturmuşdu ki, Nicat yaxınlaşmasın Aylına. Ancaq alınmırdı yanında qalması özünündə. Nicat Nazlının yanında olanda, Ramiz Aylının yanında olurdu. Ramiz Nazlıya getdiyində, Nicat gəlib oturudu Aylının yanında. Nicat telefonunu çıxarıb dayəyə zəng etdi. Cansu xanım Sərdar yaxşıdırmı? atamada yemək ver unutma, nə isə lazım olsa mənə zəng et, tamam gözün Sərdarın üstündə olsun. Telefonunu söndürüb cibinə qoydu, Aylın gözlərini açıb baxdı Nicata. Aylının ayıldığını görüb, – Aylına: canım yaxşısanmı? qorxutdun məni.
Aylın qalxmağa çalışdı Nicat qoymadı, qalxma canım sakit ol. Aylın narahat oldu ürəyi sıxıldı, oğlum, Nazlı, deyib qalxmağa istədi, Nicat sakitləşdirdi tutub. Uşaqla Cansu var narahat olma, indicə danışdım. Nazlıda yatmış, qalxma sən biraz dincəl. Aylın elə pis olmuşdu ki, – Nicata: mən niyə oyandım axı? Allahım nə olar yuxu olsun bu günkü günüm, kövrəldi. Niçat