Dünya tarixinin Turan Dövrü. Ələsgər Siyablı

Dünya tarixinin Turan Dövrü - Ələsgər Siyablı


Скачать книгу
haqlı olaraq Turan dili adlanmalıdır. Turan dilində “Tur” adam, oğul deməkdir və bu sözdən kasta, tayfa mənası daşıyan mürəkkəb sözlər də yarana bilir. “Tur“ sözündən Turtan, Turqal, Turquman kəlimələri yaranıb. Sumerlərin Tur sözü Zənd Avestaya keçərək orda “tuirya” şəklində ifadə olunur ki, bu ad Afrasiyabın hökmranlıq etdiyi Turan adının ekvivalentidir. Turan Firudinin oğlanları Səlm, Tur və İrəç üçlüyünün əfsanəsində Asiya yaylalarını təcəssüm etdirir. Turlar Turun millətinə mənsub olub Aryaya və Sayrama (samilərə) qarşı mübarizə aparan insanlardır. Sonradan o Sem/Selm ilə yaxınlaşmışdır. Sumer dili əsas etibarı ilə Turan dilidir. “Oppert yazırdı ki, əslində, Zənd Avestada adı çəkilən və Əfrasiyabın dövləti Turanın prototipi olan “Tuirya” ölkəsi elə Sumerdir. (Oppert J. 1875, V-5, səh. 464)

      Oppert bu dəyərli araşdırması ilə, əslində, Ön Asiyada ari və samilərin turanlılara qarşı mübarizəsini özündə əks etdirən tarixi hadisələrin Avestada iranlıların tarixi əfsanələri kimi təqdim olunaraq təhrif olunduğu fikrini irəli sürmüşdür.

      Oppert Tur sözünün iddia edildiyi kimi iran mənşəli deyil, etimaloji baxımdan turanlıların öz dillərinə məxsus eponim olduğunu və bu sözün sonradan ari və sanskrit dilinə keçdiyi haqqında fikrini elmi cəhətdən əsaslandırmışdır. Oppert Avestada Turya adının əks olunduğu himnin Sumer əfsanələrindəki “Oda müraciət” himninin sanskrit dilinə tərcüməsindən ibarət olduğunu və onun sonradan Avestaya daxil edildiyini tərcümə mətnlərindən nümunələrlə sübut edir. (Cooper J. 1993, Səh. 186)

      Assuroloq J.Kooper də Oppertin bu fikrini təqdir edərək yazırdı: “Beləliklə, Oppert Zənd Avestadakı Tur sözünün iran dillərinə aid olmadığını, etimaloji baxımdan Turan mənşəli söz olduğu və Sumerin elə Turan olduğu fikrini irəli sürmüşdür”. (Cooper J. 1993, Səh. 186)

      Oppertin Turan və Turya sözünün sumer mənşəyi haqqındakı bu cəsarətli fikri ariyanizm tərəfdarlarının böyük narazılığına və ona qarşı kəskin hücumlara səbəb olmuşdur.

      J.Halevi Assuriya adının mixi yazılarda və o cümlədən Bisütun və digər kitabələrdə Aturiya və Atur şəklində yazıldığını əsas götürərək Turan adının da bu sözdən yarandığını və sami mənşəli olduğu fikrini irəli sürürdü. Lakin Turan adının sami və ari deyil, mənşə etibarı ilə turanlıların öz dillərinə məxsus olduğu haqqında Oppertin mövqeyini müdafiə edən Fransız sumeroloqu və tarixçisi F. Lenorman yəhudi mənşəli assuroloq M.Halevinin Turan adını sami mənşəli hesab etməsinə qarşı çıxış edərək yazırdı: “M.Halevinin iddia etdiyi kimi turları İran ənənəsinə görə sami mənşəli Suriyalı hesab etmək yanlışdır. Tura adı iddia edildiyi kimi Assur adının pers qaya kitabələrində yazıldığı Athur adından yaranmamışdır. Pers gələnəkləri bizim turanlı adlandırdığımız xalqı birmənalı şəkildə bir şimal xalqı və bir irq olaraq Turan kimi qəbul edir. Turan adı protomidiya, akkad, uqor-fin və türk-tatar dillərində eyni şəkildə “oğul, ulu irqin oğlu, rəhbər” mənasında olan Tur sözündən yaranmışdır. Qədim iranlıların Turya adlandırdıqları Turanlılar özlərinə “Tur” adını ona görə qəbul etmişlər ki, bütün xalqlar öz köklərini nəcib qanın daşıyıcısı olan ulu bir əcdada bağlayırlar. Tur eponiminin qədim kökü Ön Asiyanın qədim sumer akkad, midiya, elam kimi turanlı xalqların dilində “ulu irqin oğlu, rəhbər” anlamı daşıyan və ulu bir əcdad olan Tura bağlıdır. (Lenormant F, 1875, Səh. 381)

      Əslində, Halevi doğru olaraq qeyd etdiyi kimi Assuriya ərazisi samilər bura gəlmədən öncə burdakı yerli turanlı xalqın dilində Aturiya, Turan kimi ifadə olunurdu və Tur kökünə bağlı çoxsaylı yer adları mövcud idi ki, bu haqda digər bölümlərdə bəhs olunacaqdır.

      Bir çox görkəmli tarixçi və linqvistlər Turan adının kökünün sumer dilindəki “tur” sözünə bağlı olduğu fikrini müdafiə edirdilər.

      Görkəmli dilbilimçisi, dillər haqqında nəzəriyyənin banisi Maks Müller Turan adını “sürətli olan, daima hərəkətdə olan, ətrafda dolaşan” kimi izah edir. Türk adı əslində Turan irqinin ən qədim kollektiv adı olmuşdur. Çin müəllifləri hələ e. q. V əsrdə Hiunq-nuların bir qolu kimi Tukuelər haqqında bəhs edərkən bunu təsdiq etmişlər. Etimoloji baxımdan Türk adı arilərin Himalayın quzeyində yaşayan atlı köçərilərə və iskit-sak xalqına verdikləri Tura, Tuvaşa, Turuşka adlarından yaranmışdır. (Max Müller. 1854, Səh. 78)

      Lakin Müller yanlışlıqla etimaloji baxımdan Türk adını arilərin Himalayın quzeyində yaşayan atlı köçərilərə və iskit-sak xalqına verdikləri Tura, Turvaşa, Turuşka adlarından yaranmış olduğunu yazır. Gerçəklikdə isə Turvaşa, Turuşka adları Türk adının həmin dillərdə təhrifə uğramış fonetik şəkilləridir.

      Alman Sumerşünası, sumer dilinin lüğətini tərtib etmiş F.Delitç Tur sözünün sumer dilində çox mənalı söz olduğunu yazır: Tur-oğul, həyət, giriş qapısı, qapı, doğulma, ana bətni kimi anlamlar daşıyır. NinTur Sumerlərdə ana tanrıdır. (F.Delitzsch, Sumerische glossar, Səh. 163)

      Fransız Lenorman da Tur sözünün geniş izahını verərək yazırdı ki, Sumer dilində Turqal və Nirqal eponimləri mövcuddur. Sumer dilində “tur” oğul deməkdir, “qal” böyük, əzəmətli deməkdir, “nir” isə rəhbər, prins anlamı daşıyır. Nir-qal böyük, əzəmətli başçı, rəhbər deməkdir. Beləliklə, Turqal əzəmətli başçı, tanrının əzəmətli oğlu anlamındadır. Turan, turlar və türk etnonimlərinin kökünü təşkil edən Tur eponimi ulu əcdada, tanrıya bağlı olaraq ulu əcdadın, ulu irqin oğlu və rəhbəri deməkdir. (Lenormant F., 1877, Səh. 357–358)

      Qədim turanlı öntürklərin dilindəki Tur sözü Türk ləhcələrinin bir çoxunda doğulmaq anlamında tur/tuur/tour/törə şəklində ifadə olunur, “tuq” isə dini mənada əlamət/işarə deməkdir ki, qədim turani dilində malik olduğu eyni mənanı kəsb edir. (Radlov V., 1905, Səh. 1253–1254; ДТС, S. 584)

      Türk dillərində kökünü Tur sözünün təşkil etdiyi nəvə anlamında torun sözü də mövcuddur.

      Etimoloji baxımdan sumer sözü olan Tur sonradan ari və sami dillərinə keçərək vətəndaşlıq qazanmış, lakin bu sözün mənşəyi araşdırılmadan yanlışlıqla həmin dillərə aid bir kəlimə kimi qələmə verilmişdir. Assur dilində sumer dilindən alınma çöxsaylı sözlər mövcuddur ki, bunlardan ən geniş istifadə olunanlardan biri də Tur sözüdür. P.Leander assur dilindəki sumer sözlərinin araşdırılmasına xüsusi bir əsər həsr etmişdir. (Leander P. 1903.)

      Tur sözünün izahını verən Y.Oppert bu sözün “sakkanak” adında olduğu kimi assur dilinə onun saklar adlandırdığı turanlılardan keçdiyini yazır. Assurlarda general mənasında olan “Tur-tan” adı sak/iskitlərdən assurlara keçmişdir.

      Turkman adı

      Türk xalqlarının böyük bir qolunu təşkil edən Türkmən adının etimalogiyası müxtəlif şəkillərdə izah olunur. Prof.Dr. İbrahim Kafesoğlu Türkmən adının etimologiyasına dair geniş bir məqalə həsr etmişdir. (İbrahim Kafesoğlu. Türkler cild 4. 2002, Səh. 1001–1008)

      Azərbaycan tarixçisi Ramil Ağayev də Türkmən adının izahına həsr etdiyi məqalədə etnonimin geniş izahını verir. O, F.Kırzıoğlunun Türkmən adının mənşəyinə dair belə bir maraqlı fikrini sitat gətirir: “F.Kırzıoğlu qıpçaqlara həsr etdiyi əsərində türkmanlarla


Скачать книгу