Mənim mübarizəm - 9. Seymur Baycan

Mənim mübarizəm - 9 - Seymur Baycan


Скачать книгу
qəzetdə işlədiyim vaxtlarda rayonlardan xeyli reportajlar yazmışdım, xeyli səfərlərdə olmuşdum, çoxlu tədbirlərdə, konfranslarda iştirak etmişdim. Əlimin altında babat xammal vardı. Onların hamısından bacardığım qədər romanı yazarkən istifadə elədim. Ona görə də çox hərəkətli, canlı, obrazlarla, hadisələrlə bol bir roman ərsəyə gəldi. 18,6 sm romanında bir qram pafos, zərrə qədər də əzələ nümayişi yoxdur. 18,6 sm romanında təkcə öz əhvalatımı yazmamışam, həm də bütöv bir regionun bədiiləşdirilmiş tarixini yazmışam.

      Hər bir müəllifin özünün sevimli mətni olur. Hər bir müəllif bir mətni o biri mətnlərindən daha çox istəyir. 18,6 sm yazdıqlarım arasında ən sevdiyim mətndir. Üçüncü dəfə nəşr olunmazdan əvvəl romanı bütöv halda bir daha oxumalı oldum. Bəzi hissələr məni o qədər kədərləndirirdi ki, kompüteri bağlamağa, tələsik geyinib evdən çıxmağa və şəhərin küçələrində saatlarla piyada gəzməyə məcbur olurdum.

      Ənənənin zəfliyini nəzərə alsaq, məntiqlə Azərbaycanda 18,6 kimi roman yazılmalı deyildi. Amma necə oldusa yazıldı. Yəqin belə hallar olur və çətin də olsa belə halları təbii qəbul etməliyik. Gəlib çıxdıq yenə də alın yazısının, taleyin üstünə, amma məsələ ondadır ki, alın yazısına, taleyə inanmıram.

      18,6 sm romanını necə yazdım sualına hal-hazırda cavab verə bilməsəm də, bütün hallarda elə bir romanı yazdığıma görə özümü bir müəllif kimi olmazın dərəcədə xoşbəxt hiss edirəm. Buna tam haqqım çatır. Onu da qeyd edim ki, yarımvəhşi həyat tərzi keçirən, zövqsüz, bədii təfəkkürü yerlə sürünən, yalnız ibtidai istəklərini, təlabatlarını nə yolla olursa-olsun reallaşdırmaq, həyata keçirmək haqqında düşünən bir qövmün, Kufə əhlinin dilində 18,6 sm kimi yüksək səviyyəli bir romanın yazılması böyük ədalətsizlikdir…

      ŞOKOLADIN TEZ QURTARMASI HAQQINDA

      Tarixi ancaq insan talelərini öyrənməklə hiss etmək olar.

Aleksey Varlamov

      Müharibə və inqilab günlərində həyat adi günlərə nisbətən xeyli dərəcədə sürətlənir. Əgər biz məşhur ictimai-siyasi xadimlərin bioqrafiyalarına bir az diqqətlə nəzər salsaq, görərik ki, məşhur ictimai-siyasi xadimlərin çoxunun ulduzu müharibə və inqilab günlərində parlamağa başlayıb. Böyük yelkənləri ancaq güclü küləklər aça bilər. Məsələn, Birinci dünya müharibəsi, Rus inqilabı, İkinci dünya müharibəsi baş verməsəydi, Atatürk, Trotski, Şarl de Qoll kimi parlaq bioqrafiyaların yaranması, ortaya çıxması çox çətin, hətta mümkünsüz olardı.

      İkinci Qarabağ müharibəsində də digər müharibələrdə olduğu kimi həyat adi günlərə nisbətən xeyli dərəcədə sürətləndi və bu sürət nəticəsində meydana xeyli yaltaq adam çıxdı. Sən demə hökumətə birbaşa yaltaqlanmaq üçün xeyli adamın ürəyi gedirmiş, sadəcə hökumətə birbaşa yaltaqlanmağı cılız eqolarına sığışdırmayan bu adamlar əlverişli məqam, münbit şərait axtarırmışlar. Onlar yaltaqlıqlarını öz aləmlərində əsaslandırmaq üçün vətən, millət, dövlət, həmrəylik kimi təmtaraqlı sözlərdən gen-bol istifadə etməklə yanaşı, həm də qətiyyətlə iddia edirdilər ki, müharibədən sonra hər şey başqa cür olacaq, hər şey tamam dəyişəcək, gül bülbülü, bülbül gülü çağıracaq, qurd quzuyla otlayacaq. Əslində fürsətcil yaltaqlar həqiqətən də müəyyən mənada hər şeyin dəyişməsini, hər şeyin başqa cür olacağını istəyirdilər. Çünki belə olacağı təqdirdə onların yaltaqlığı bir növ yaltaqlıq kimi görünməyəcəkdi, müharibə günlərinin təlabatı, zəruri şərti kimi görünəcəkdi.

      Yaltaqlanmaq üçün münbit şərait axtaran adamları, riyakarları bir kənara qoysaq, müharibədən sonra hər şeyin dəyəşəcəyinə doğrudan da inanan, ən azı yaxşılığa doğru müəyyən dəyişiklik istəyən, dəyişiklik arzulayan, dəyişiklik gözləyən xeyli səmimi, sadəlövh adamlar da vardı. İnsafən müharibə günlərində nümayiş olunan müstəsna həmrəyliyin fonunda adamların müsbətə doğru dəyişiklik arzusu, istəyi tamamilə təbii, tamamilə haqlı görünürdü.

      Əbəs yerə deməyiblər, sən saydığını say, gör fələk nə sayır. Artıq hər kəsə məlum olduğu kimi müharibədən sonra yaxşılığa doğru heç nə dəyişmədi. Necə deyərlər, ölkədə köhnə hamam, köhnə tas janrında ictimai-siyasi-mədəni-sosial həyat davam etməkdədir. Ciddi-cəhdlə gizlətməyə çalışsalar da, yaxşılığa doğru dəyişiklik arzulayan həm riyakar, həm də səmimi, sadəlövh adamların arasında dərin məyusluq, pərtlik hökm sürməkdədir.

      İndi isə gəlin aktual suala cavab verməyə çalışaq. Bəs şokolad niyə belə tez qurtardı? Qələbə eyforiyası niyə belə tez bitdi?

      Nə qədər qəribə olsa da müharibədən sonra hökumət camaatdan, camaat da hökumətdən narazı qaldı. Hökumət müharibənin nəticələrinin camaat tərəfindən yüksək dərəcədə alqışlarla, yüksək dərəcədə sevinclə qarşılanacağını gözləyirdi. Lakin camaat müharibənin nəticələrini hökumətin istədiyi dərəcədə alqışlarla, hökumətin istədiyi dərəcədə sevinclə qarşılamadı. Hədəf göstərmək kimi alınmasın, camaatın müharibədən sonra hökumətdən narazı qalmasında radikal müxalifət ciddi rol oynadı. Radikal müxalifət Rəsulzadənin, hətta Dudayevin Rusiya, rus qoşunları haqqında nə çıxışı, nə sözləri vardısa, tapıb ortaya çıxartdı, makisimum tirajladı və beləliklə xeyli adamın müharibənin nəticələrindən narazı qalmasına nail oldu. Bu mənada hakimiyyət nümayəndələrinin radikal müxalifəti nəzərdə tutaraq söylədikləri “qələbəmizi gözdən salmaq istəyirlər” sözlərində həqiqət payı kifayət qədərdir. Üstəlik, müharibədə yaralanan əsgər və zabitlərə qarşı laqeyd münasibət, orden və medalların paylanmasında, əlillik dərəcələrinin müəyyən olunmasında baş verən ədalətsizliklər, ayrı-ayrı adamlardan, şirkətlərdən, idarələrdən kobudluqla pul yığılması faktları da camaatın hökumətdən narazı qalmasına əlavə ciddi təsirlərini göstərmiş oldu.

      Bütün hallarda, müharibədən sonra heç nə dəyişmədi. Ona görə də hakimiyyət müxtəlif vasitələrlə qələbə eyforiyasının ömrünü nə qədər uzatmağa çalışsa da, qələbə eyforiyasının ömrü vaxtından əvvəl bitdi.

      İyirmi ildir mətbuatdayam. İyrirmi ildir yazı-pozu işiylə məşğulam. Bu iyirmi ildə bu və ya digər formada çox hadisələrin iştirakçısı, şahidi olmuşam. Elə güman edirdim ki, bu hakimiyyəti tanıyıram. Sən demə lazımı qədər tanımırmı-şam. Sağ olsunlar, ilin-günün bu vaxtında təccübləndirməkdə davam edirlər. Sözümün canı var. Etiraf edim ki, əlinə düşən dəyişiklik fürsətini hökumətin bu dərəcədə amansızcasına, bu dərəcədə insafsızcasına qaçıracağını gözləmirdim. Əlbəttə, hökumətdən köklu, radikal dəyişikliklər gözləmək sadəlövhlük olardı, amma hökumət əlinə düşən bu fürsəti qiymətləndirib müəyyən sahələrdə mütləq, heç olmasa kosmetik dəyişikliklər aparmalıydı. Dəyişikliklər aparmaq hamıdan, hər kəsdən əvvəl elə hökumətin özunə lazım idi. Heç bir dəyişiklik baş vermədi və hansı niyyətlə olursa olsun hökumətdən dəyişiklik gözləyən xeyli adam üzə vurmasa da hökumətdən narazı qaldı.

      Sağlam rəqabət mühiti yaranmasa, səhiyyədə, təhsildə, məhkəmələrdə islahatlar aparılmasa, ölkənin


Скачать книгу