Mənim mübarizəm - 9. Seymur Baycan

Mənim mübarizəm - 9 - Seymur Baycan


Скачать книгу
BAYCAN: “NAZLI HƏKIMƏ CIDDI MAYA QOYDUM” – MÜSAHIBƏ

      Yazıçı Seymur Baycanın xanım yazar Nazlı Çələbinin “Həzz” romanı haqqında yazdığı yazı oxucular tərəfindən birmənalı qarşılanmayıb. Kulis.az bu münasibətlə Seymur bəyə suallar ünvanlayıb. Həmin suallar əsasında ərsəyə gələn söhbəti təqdim edirik.

       – Seymur bəy, müasir yerli müəlliflərdən nadir hallarda yazırsınız. Necə oldu ki, birdən-birə Nazlı xanımın kitabından yazdınız?

      – Bacardığım qədər ədəbi prosesi diqqətlə izləyirəm. May ayında iki həftə ancaq yerli yazıçıların hekayələrini oxudum və təəssüratlarım haqqında “Yazıçılarımız necə yazırlar” adlı yazı yazdım. Məsələn, indi Əjdər Olun “Lo” romanını oxumaqdayam…

      Xoşuma gələn, bəyəndiyim xarici müəlliflərin əsərləri haqqında tez-tez yazılar yazaraq, əsəri oxumağı oxuculara tövsiyə edirəm. Hansı əsər haqqında yazı yazıramsa, zövqümə, obyektivliyimə inanan adamlar kitabı alıb oxuyurlar. Buna çox sevinirəm. İnsanların inamını, etimadını qazanmaq həddən ziyadə gözəl bir hissdir. Bəli, çox düz dediniz, yerli müəlliflər haqqına nadir hallarda yazıram. Ona görə ki, mətnə qarşı çox tələbkaram. Söhbət sırf mətndən gedirsə artıq ölçü hissini bir qədər itirmişəm.

      Nazlı həkimin “Həzz” romanı haqqında yazmağımın çox sadə bir səbəbi var. Roman mənə çox diri, canlı təsir bağışladı. Romanda aktual mövzulara toxunulub. Təsəvvür edin, “patı”, “şüşə” adlı bir bəlanı cəmiyyətimiz indi müzakirə etməkdədir, amma Nazlı həkim artıq romanda “patı”nın, “şüşə”nin necə bir dəhşətli bəla olduğu haqqında yazıb, bu ağrılı mövzuya toxunub. Nazlı həkimin çox güclü təxəyyülü, geniş nəfəsi var. Bizim yerli yazıçılar arasında belə güclü təxəyyülə, geniş nəfəsə rast gəlmək çətin məsələdir. Bir də ki, yazı başdan-ayağa təriflərdən ibarət deyildi. Romandakı əsas qüsurları da yazıda qeyd etmişdim. Nazlı həkimin dili kasaddır. Bir müddət ancaq Azərbaycan yazıçılarının əsərlərini oxumalıdır. Əli Vəliyevdən, İlyas Əfəndiyevdən tutmuş, düz İsi Məlikzadəyə, Əkrəm Əylisliyə qədər hamını. “Subyektiv siyahı” adlı yazımda Azərbaycan ədəbiyyatından oxunması vacib olan əsərlərin, yazıçıların siyahısını vermişəm. Həmin siyahıdakı əsərləri oxusa Nazlı həkimin dili xeyli inkişaf edə bilər. Həmçinin, Nazlı həkim əsərlərində ruh, kainat, qara və ağ qüvvələr kimi mənasız söhbətlərdən qaçmalıdır. Parapsixologiya haqqında quru, statistik məlumatları əsərdə vermək doğru deyil. Parapsixoloji vəziyyətlər, situasiyalar yaratmaq lazımdır. Yəni, Nazlı xanımın parapsixologiya haqqında düşüncələri, fikirləri əsərdə bədii həllini tapmayıb. Nazlı xanımın peşəsi daima adamlarla ünsiyyətdə olmağa imkan verir. Fikrimizi yumşaq ifadə etsək, bildiyi, dəqiq bələd olduğu məsələlərdən yazmalıdır. Onun əlinin altında həyat materialları kifayət qədərdir. Bu həyat materiallarını əsərlərində əritməlidir. Özündən Hindistan kəşf etməyə ehtiyac yoxdu. Bu, hər şeydən əvvəl onun özünə ziyandır. Həkimlərdən yaxşı yazıçı çıxır. Mövzuları bol olur. Çexov, Bulqakov da həkim idi. Nazlı həkim göstərdiyim iradlar üzərində düşünsə, nəticələr çıxarsa, yaradıcılığında xeyli irəliləyiş olacaq. Ona istiqamət verən, yol göstərən adam olmayıb. Lakin bu işin təhlükəli tərəfi də var. Bəzən təcrübə artanda insan qorxaqlaşır. Məsuliyyətin artması insanı bəzi hallarda qorxaqlaşmağa vadar edir. Ağıllı fikirləşincə, dəli vurur çayı keçir. Yaxınlarda rejissor Mixayel Seqalın müsahibəsinə qulaq asdım. Deyir ki, sənətkar cövhərinin nədə, harda olduğunu bilməməlidir… Lap o məşhur çin məsəlində olduğu kimi. Qırxayaqdan soruşurlar ki, bu qədər ayaqla rəqs etməyi necə bacarırsan? Qırxayaq baxır ayaqlarına, fikrə gedir, çaşır, sonra daha oynaya bilmir.

       – Deyirlər, bir kitabın piarı üçün Seymur Baycanın yazısı ciddi faktdır…

      – Razıyam, loru dildə desək və hər şeyi öz adıyla çağırsaq Nazlı həkimə ciddi maya qoydum. Qazdan verirəm, axırı nə ola-ola.

       – Yazıda işlətdiyiniz “Milli sərvət” sözünü kinayə kimi qəbul edənlər də oldu.

      – Azı otuz adam soruşub ki, yazını ciddi yazmışam? Yazıda tərifin barıtın bir az çox eləmişəm. Salman Rüşdini tənqid elə, Sartrı, Borxesi, Ceyms Coysu yazıçı hesab eləmə və birdən durub ədəbi mühitdə o qədər də tanınmayan bir adamın kitabını təriflə. Ola bilsin, yazını ciddi yazmağıma qarşı şübhələrin yaranmasında bu amillərin rolu olub. “Milli sərvət” sözünü isə daha çox Nazlı həkimin həyat təcrübəsinə istinad edərək işlətmişəm. “Canlara dəyən sevgilisi var, baxır da qızımıza necə lazımdır”– cümləyə bax, sən Allah! Cümlədən həyat fontan vurur. Bu cümləylə Nazlı həkim adamı həyatın içinə soxur. Bir həftədir bu cümlə mənə babat kef verir. Nazlı həkim həyat məktəbi açmalıdır. Biz hamımız, yəni ədəbi mühitin üzdə olan isimləri gedib həmin məktəbdə şagird kimi Nazlı həkimdən həyat dərsləri almalıyıq. Bu həyat dərsləri yaradıcılığımıza öz müsbət təsirini mütləq göstərəcəkdir.

       – Müəllif sizə qısa da olsa yazı ilə cavab verdi. Orda tənqidlərinizlə bağlı bir çox məsələyə aydınlıq gətirməyə çalışdı. Bu haqda nədir təəssüratınız?

      – Çox sevincli görünürdü. Açığı Nazlı həkimə görə bir az narahat oldum. Qorxdum ki, sevindiyindən dondurma kimi əriyəcək. Belə sevincli görünməyə haqqı vardı. Onun yerində kim olsaydı sevinərdi. Havayı deyil, Seymur Baycan kimi bir adam onun kitabı haqqında yazı yazıb.

       – Ümumiyyətlə, sizcə “qadın yazıçı” ifadəsi doğrudurmu? Bəzən düşünənlər olur ki, nəsr bizim Azərbaycan xanımlarında elə də uğurlu alınmır…

      – Söhbət təkcə bizim xanımlardan getmir. Bu ümumi problemdir. Hər yerdə nəsr qadınlarda uğurlu alınmır. Qadınların təbiəti onların ciddi sənət əsəri yaratmasına mane olur. Ciddi sənət əsəri yaratmaq istəyən adamlar daima içlərində qazıntı, kəşfiyyat aparmalıdırlar. Adidən də adi bir misal… Kişi bir yerə gedəndə beş dəqiqəyə, uzağı on dəqiqəyə hazır olur. Qadın dayanır şkafın qabağında, bilmir hansı paltarı geyinsin. Onu geyinir, bunu geyinir. O sırğanı taxır, bu sırğanı çıxarır. Bu pomadanı dodağına yaxır, o pomadanı dodağından silir… Nə olub? Onlar çox narahatdırlar. Əslində narahatlıq yaxşı şeydi. Pis olan odur ki, qadınların narahatlığında bəşərilik çatışmır. Bir yerə gedəndə şkafın qabağında dayanıb nə geyinmək haqqında dərin düçüncələrə dalan adam necə ciddi sənət əsəri yarada bilər? Üstəlik, onlar öz vəziyyətləri, təbiətləri ilə razılaşmırlar. Ciddi, ağır söhbətlərə iddia edirlər və ciddi, ağır söhbətlərə girəndə gülməli görünürlər. Halbuki, öz təbiətlərin-dən, həyata baxışlarından, həyat fəlsəfələrindən, şkafın qabağında dayanıb dərin düşüncələrə dalmaqlarından səmimi tərzdə yazsalar ortaya çox maraqlı mətnlər çıxar. Amma bunları yazmaq çox çətindi. Bunları yazmaq üçün gərək vəziyyətlə üzüsulu barışasan, eqonu tam öldürəsən. Bu da hər kəsin bacaracağı iş deyil…

      Bax elə dünən özümə şalvar


Скачать книгу