Kataloniyanı Xatırlarkən. Джордж Оруэлл

Kataloniyanı Xatırlarkən - Джордж Оруэлл


Скачать книгу
Əhəngdaşının üstünü örtmüş nazik torpaq təbəqəsi dərhal sürüşkən palçıq horrasına çevrilirdi. Səngərlər yamacda yerləşdiyindən dəqiqəbaşı sürüşüb yıxılırdıq. Xüsusən qaranlıq gecələrdə iyirmi addım yol keçənə qədər azı beş-altı dəfə yerlə qucaqlaşmalı olurdun. İslanma, palçığa batmaq bir yana qalsın, bu həm də təhlükəli idi. Çünki içərisinə suyun dolması nəticəsində tüfəngin çaxmağı islanıb yararsız hala düşürdü. Yağışdan sonra hələ neçə gün paltarlarımız, ayaqqabılarımız, odeyallarımız, tüfənglərimiz palçıq içərisində olurdu. Mən özümlə daşıya biləcəyim qədər isti paltar götürmüşdüm. Lakin çoxunun əyninə geydiklərindən başqa dəyişməyə heç nəyi yox idi. Yüz nəfərlik qarnizon yalnız on iki şinelin ümidinə qalmışdı. Onları da qarovula çıxanlara verirdilər. Döyüşçülərin çoxunun tək bir odeyalı vardı. Qarşı-şaxtalı gecələrin birində əynimdəki paltarların hamısı adbaad gündəliyimə yazmışdım. Çox maraqlı qeyddir. Çünki insanın üst-üstə nə qədər paltar geyə biləcəyinin sənədli göstəricisidir. Beləliklə sayım: qalın alt köynəyi və uzun alt tuman, flanel köynək, iki sviter, yun pencək, dəri gödəkcə, məxmər şalvar, sarıq, qalın corab, uzunboğaz çəkmə, yağışdan qorunmaq üçün brezent plaş, şarf, içi yunlu dəri əlcək, yun papaq. Amma altdan – üstdən bu cür geyinib qıfıllanmağıma baxmayaraq yenə də külək qabağında qalmış yarpaq kimi titrəyirdim. Doğrudur, gərək təbiət etibarı ilə soyuğa davamsız olduğumu da ayrıca qeyd edim.

      Belə şəraitdə hər kəs üçün çörək qədər qiymətli sayılan yaşayış vasitəsi odun idi. Əsas məsələ isə onun yerli-dibli tapılmamasında idi. Səngərimizin qazıldığı təpə hətta ən yaxşı vaxtlarında da bitki örtüyünün zənginliyi ilə öyünə bilməzdi. Burada soyuqdan titrəyən könüllülər dəstəsinin dayandığını göz önünə gətirəndə isə hətta barmaq yoğunluğunda çubuq tapmağın da nə qədər müşkül iş olduğunu göz önünə gətirmək çətin deyildi. Yemək, yuxu və qarovul saatlarından başqa bütün qalan vaxtları mövqe tutduğumuz təpənin arxasındakı vadidə dolaşıb odun, çır-çırpı axtarırdıq. İndi o vaxtları yada salanda balaca bir kolu qoparmaq üçün çəkmələrimin zədələnməsindən də qorxmayıb bıçaq kimi düz, sərt qayalara necə dırmandığıma təəccüblənirəm. Üç əsgər az qala yarım gün ərzində yalnız bir saat qızınmağa imkan verən çırpı yığa bilmişdi. Bitib-tükənmək bilməyən odun axtarışları hamımızı əməlli-başlı botanika mütəxəssisinə çevirmişdi. Yamacda gözümüzə dəyən bütün bitkilər yalnız “istilik vermə” xüsusiyyətinə görə təsnif edilirdi. Bəzi ot və süpürgə kolları sadəcə sobanı yandırmaq işinə yaraya bilərdi. Çünki yanmağı cəmisi bir neçə dəqiqə çəkirdi. Yabanı rozmarin və nazik drok kollarından tonqal alışandan sonra istifadə etmək olurdı. Cırtdan palıd isə (qarağat kolundan da kiçik ağac növü idi) oda davamlı olduğundan yanmaq bilmirdi. Bizim mövqenin sol tərəfində, yamacın yuxarısında əla yanan quru qamış vardı. Lakin onu faşist güllələrinin atəşi altında biçmək lazımdı. Düşmən pulemyotçuları qamışlığa yaxınlaşdığımızı görən kimi gülləyə hayıfları gəlmədən yağış kimi atəş yağdırırdılar. Amma bir qayda olaraq çox yuxarını nişan aldıqlarından güllələr başımızın üstündə quş kimi ötür, bəzən isə bir neçə addımlığımızda vıyıltı ilə torpağa sancılıb əhəngdaşı parçalarını havaya sovururdular. Belə hallarda dərhal yerə uzanıb özünü torpağa sıxmalı idin. Amma heç nəyə baxmadan yenə qamış yığmağa gedirdik. Çünki qızınmaq hər şeydən vacib idi.

      Soyuqla müqayisədə digər rahatsızlıqlar çox əhəmiyyətsiz görünürdü. Aydındır ki, həmişə çirk – pas içində gəzirdik. Digər ərzaqlar kimi suyu da qatırlarla Alkuberredən gətirirdilər. Adam başına gündə təxminmən bir litr su düşürdü. Su dediyimiz əslində boz-bulanıq maye idi. Rəngi təzə sağılmış süddən o qədər də seçilmirdi. Onu bizə yalnız içmək üçün verirdilər. Amma mən həmişə yuyunmaqdan ötrü də az qala bir dolu parç su çırpışdıra bilirdim. Bu su ilə bir gün yuyunur, ertəsi gün üzümü qırxırdım. Dediyim işlərin ikisini də eynu gündə görməyə heç vaxt su çatmırdı. Mövqe dəhşətli üfunət iyi verirdi. Balaca barrikadamızın arxasında isə insan nəcisindən ayaq basmağa yer yox idi. Bəzi könüllülər ehtiyaclarını hətta səngərdə rəf edirdilər. Bundan daha iyrənc bir şey təsəvvürə gətirmək mümkün deyil. Xüsusən, gecələr kiminsə nəcisinə batmaq təhlükəsindən hec cür qoruna bilmirsən. Əslinə baxanda, çirk məni heç vaxt o qədər də narahat etmirdi. Düzdür, bu barədə çox danışırlar. Amma bir məsələ də var ki, burun dəsmalı olmadan keçinməyə çox tez öyrəşirsən, bir az əvvəl yuyunduğun kasadan sonra yemək qabı kimi isdtifadə edə bilirsən. İki-üç gündən sonra pal – paltarda yatmaq da ciddi çətinlik törətmir. Gecələr, aydın məsələdir ki, nə paltarı, nə də ayaqqabını soyunmaq mümkündür. Çünki düşmənin hər an baş verə biləcək gözlənilməz həmləsinə hazır olmalısan. Səksən gündə paltarımı yalnız üç dəfə əynimdən çıxarmışdım. Doğrudur, gündüzlər də bir neçə dəfə geyimimi dəyişə bilmişdim. Soyuq olduğundan heç birimizi bit basmamışdı. Səngərdəki siçanlarla siçovulların isə sayı-hesabı yox idi. Bəzən onların bir yerdə yaşamadıqlarını deyirlər. Əslində isə tör-töküntü bol olanda bu yaramaz məxluqlar öz aralarında çox asanlıqla dil tapırlar.

      Qalan məsələlərdə vəziyyətimiz pis deyildi. Yemək keyfiyyətli idi. Ürəyimiz istəyən qədər şərab verirdilər. Günə bir qutu siqaret, iki günə isə bir qutu kibrit ayrılmışdı. Hətta gecələr yandırmaq üçün şam da alırdıq. Onlar çox nazik idi, bayram şirnisini bəzəmək üçün istifadə olunan şamlara bənzəyirdi. Hamı hasısa kilsədən oğurlandığını güman edirdi. Hər səngər gündə üç ədəd yeddi santimetrlik şam alırdı. Hər biri təxminən iyirmi dəqiqə yanırdı. O vaxtlar satışda hələ şam tapmaq mümkün idi. Mən özümlə bir neçəsini götürmüşdüm. Şam çatışmazlığını bir müddət sonra daha kəskin şəkildə hiss etməyə başladıq. Adi halda xırda görünən belə şeylərin əhəmiyyətini günün birində onlar yoxa çıxanda daha yaxşı anlayırsan. Məsələn, gecələr həyəcan siqnalı veriləndə, hərə dərhal tüfəngindən yapışıb ayağı altında qalan hər şeyi və hər kəsi tapdalayaraq irəli atılanda, ani şam işığı bəzən insanın həyatını xilas edə bilər. Hər könüllünün əlinin altında mütləq çaxmaq daşı və yarım metrlik sarı fitil olurdu. Tüfəngi çıxmaq şərti ilə bunlar döyüşçünün ən qiymətli müxəlləfatı idi. Çaxmaq daşının üstünlüyü küləkli havalarda da ondan istifadə etməyin mümkünlüyündə idi. Amma tonqal yandırmaq baxımından bir şeyə yaramırdı. Kibrit yerli-dibli yoxa çıxandan sonra tonqal yandırmaq üçün yeganə vasitəmiz barıt idi. Gilizləri açıb barıtını tonqalın altına tökür, çaxmaqdaşının qığılcamı ilə yandırırdıq.

      Biz qeyri-adi həyat yaşayırdıq. Qatıldığımız işə müharibə demək mümkün idisə, üstəlik həm də vuruşurduq. Könüllülər uzun müddətli hərəkətsizlikdən şikayətçi idilər. Səs-küy salıb nə üçün hücum əmrinin verilməməsi ilə bağlı izahat tələb edirdilər. Hamı bilirdi ki, düşmən birinci hücuma keçməsə döyüşü hələ çox gözləmək lazım gələcək. Mütəmadi yoxlamalar zamanı Jorj Kopp bizimlə açıq danışırdı. “İştirak etdiyimiz müharibə arabir ölüm hallarının baş verdiyi komik operadan


Скачать книгу