Qıpçaq çölünün yovşanı. Мурад Аджи
Rusu xaça dəvət edən “kişi” tarixə belə düşüb.
987-ci ildə bu pozğun knyazın başına gələnlər bir daimi tapmacadır. “İllər haqqında povest”dən göründüyü kimi, həmin ildə o, yanına xristian, yəhudi və müsəlman nümayəndələri dəvət edir ki, din seçsin.
“İllər haqqında povest”, “Korsun əfsanələri”, mitropolit İlarionun “Qanun və bərəkət haqqında hekayətlər”, monarx İakovun “Knyaz Vladimirin barəsində xatirələr və mədhlər” əsərlərinin müqayisəsi göstərdi ki, bunlar bir çox rus tarixçilərinin güman etdikləri kimi, tarixi faktlar deyil. Bunlar sadəcə ədəbi əsərlərdir ki, Rusun xristianlaşması ilə bağlı versiyaları hər müəllif kefi istədiyi şəkildə verib.
Bununla belə seçmə problemi olub. Ancaq dini yox, geopolitik seçmə gedib: millətlərarası həyatda cavan Rus dövləti kimə arxalansın.
Əlbəttə, məsləhət üçün Valdemar heç kəsi dəvət etməyib, özü birbaşa Bizans kursunu götürüb. Knyaz doğru hesab edirdi ki, qərbdənsə, şərq təsiri altında olmaq Rus üçün daha çox arzu olunan siyasətdir.
Bəli, seçmə nədə göründü: Şərqlə Qərbdən birini, dünyanın müxtəlif dinlərindən birini qəbul etməkdə. Əvvəlki vəziyyətində qalmaq Rus üçün dünyəvi həyatdan, mədəniyyətdən, ticarətdən kənarlaşmaq demək olardı.
“Knyaz Vladimirin barəsində xatirələr və mədhlər” əsərinin müəllifi monax İakova elə mənbələr məlum olub ki, onlar bizə çatmayıb. Ancaq həmin mənbələrə Bizans müəllifləri də istinad edirlər. Monax İakov məlumat verirdi: Kiyev knyazı Valdemar Korsun yürüşünə iki il qalmış xristianlığı qəbul edib. Ancaq Rusiya tarixçiləri bunu qəbul etmirlər, başqa fikirdədirlər.
Xristian sərkərdənin başçılığı ilə rus ordusu Korsun məbədlərini xarabazara çevirdi. Bəlkə heç Korsunda xaç qəbulu olmayıb?
Maraqlıdır ki, Rusun xristianlığı qəbul etməsinin tarixi Bizans Kilsəsində heç qeydə alınmayıb. Bu faktı nəzərə almamaq mümkün deyil. Bəlkə buna görədir ki, Bizans yazıçıları (Psell və başqaları) Rusu bütpərəstlər ölkəsi adlandırırdılar. Yaxşı əgər Bizans Rusun xaç qəbulunu dərhal bilməyibsə, bəs Kiyev knyazı xristian xaçını kimin əlindən qəbul edib?.. Bu sirrin üstündə yeddi qıfıl var.
Tarixin üzünün köçürülməsi
Bilməcələr, sirlər… Axı məhz bu bilməcə və sirlərin içində yatır ki, Kiyev Rusu ilə Bizans arasında HƏ İSƏ olub şüurlu şəkildə bunu sirr dumanına bürüyüb rus oxucusundan gizlədirlər. Dəşti-Qıpçaq adlanan bu HƏ İSƏ tez-tez və güclü şəkildə Rusdakı hadislərə təsir edib. Həm də təkcə Rusdakı hadisələrə yox. Məhz buna görə də rus tarixinin ilk səhifələrindəcə bu hadisələrin şərhində qeyri-dəqiqliyə yol verirlər; adamın yadına cidanı çuvalda gizləmək düşür. O zamanlar planetin ən böyük dövləti sayılmış bir ölkəni əritməyi qərarlaşdırıblar. Başlanğıc üçün pis deyil.
Əsrarlı Dəşti-Qıpçaqdan əvvəl (onsuz da bu kitab ona həsr olunub)bir daha qeyd edək ki, ruslar (slavyan olmayan, əsl ruslar nəzərdə tutulur T.H.) varyaq adları daşıyırdılar bu belə də olmalı idi, onlar skandinaviyalı idilər. Bunlar sonralar sadədil salnaməçilər tərəfindən slavyan məxrəcinə salındı: Xelqə oldu Olqa, İnqvar-İqor, Valdemar-Vladimir4. Sənədlərdə X əsrdə Kiyevin bu hakimlərinin adları var: Xelqə, Xelq (sonra Oleq), Valdemar, Hunnar, Vermun, Fauler, İnqald.
Qədim Kiyevdə hakimiyyətdə slavyan olmayıb. 911-ci ildə Kiyev knyazları ilə Bizans arasındakı müqavilənin mətni bunu israrla təsdiqləyir.
Həmin müqavilə belə başlayır: “Biz-Rus nəslindən Karl, İnqelot, Farlov, Vərəmid, Rulav, Hudu, Raul, Karn, Flelav, Rüar, Aktutru, Lidulfost, Stemid…”. Buyurun, Rusu bunlar təmsil edirdilər, Rusun adından danışmaq bu adamlara etibar olunmuşdu. V. O. Klüçevski (1841-1911) yazırdı: “İlk rusların varyaqların və onların drujinniklərinin adları, ümumən, skandinav mənşəlidir”.
Şübhəsiz, iş yalnız onda deyil ki, bu sənədlər hansı dildə yazılıb və bu adamlar hansı dildə danışırdılar. Həmin müqavilənin 7-ci və 8-ci maddələrində şərt qoyulurdu ki, ruslar və yunanlar “qul kimi satılıb-alına bilməzlər”. Slavyanların adı çəkilmir. X əsrdə slavyanlar ruslar üçün “canlı əmtəə" və gəlir mənbəyi idi. Ruslar Bizansın və Şərqin qul bazarlarında slavyanları alıb-satırdılar. Bu qul alveri barəsində Bizans imperatoru Konstantin Baqryanorodnı da, başqa müəlliflər də yazıblar.
Buna görə də 911-ci il müqaviləsinin slavyan dili haqqında N.M.Karamzinin düşüncələri, yumşaq desək, özünü doğrultmur. Həmin müqavilənin rus mətni dünyanın istənilən dilində ola bilərdi, bircə slavyanca yox çünki hökmdarlar qul dilində yazmırdılar.
Daha münasibi belə olardı: müqavilənin ikinci, itmiş (itirilmiş daha düz olardı T.H.) nüsxəsi olsaydı, mütləq türkcə yazılmış olacaqdı bu, Dəşti-Qıpçağın hakim dili idi. Bizansın Skifiya ilə rəsmi iş yazışmaları beş əsr bu dildə aparılıb. Kiyevdə öz hakimiyyətləri dövründə varyaqlar da bu dili bilməyə bilməzdilər.
Rus salnaməçiliyinin bilicisi A. A. Şahmatov (18641920) vaxtilə aşkar etmişdi ki, “İllər haqqında povest” bu əsrlər müddətində ən azı iki dəfə əsaslı surətdə işlənib. Sonrakı tədqiqatçılar müəyyən etdilər ki, povestin ayrı-ayrı yerləri beş dəfə işlənib-köçürülüb. Nəticədə qara ağ olub, yaşıl da qızarıb. Nestorun əsərindən mahiyyətcə heç nə qalmayıb.
Xronoloji uydurmaları təhlil edən A. A. Şahmatov mümkün bilib desin ki, Rusun bu baş salnaməsində 945-ci ilə qədər cəmi dörd tarixi epizod tarixi gerçəkliyə uyğun gəlir. Qalanlarının babalı sonrakı müəlliflərin boynuna.
Şahmatovun fikrincə, Rusda salnamələr (başqa tarixi ədəbiyyatlar da həmçinin) “əxlaqi-tərbiyəvi məqsəd əvəzinə, dövlət siyasətinin məqsədinə” qulluq edib, bunun üçün də əfsanələr, uydurmalar, təbii ki, həqiqətdən daha çox arzu olunub.
P.N. Milyukovla razılaşmamaq mümkün deyil 1898-ci ildə yazırdı: “XV əsrin sonu və XVI əsrin əvvəllərində onlar (rus istorioqrafları M.A.) özlərinə müasir hadisələri tendensiyalı-qərəzli verməklə kifayətlənməyib, keçmişdəkilərin də işıqlandırılmasında istədikləri mövqedən yazırdılar.
Rus dövləti, Kiyev vərəsəliyi və nəhayət, Bizans imperatorlarının hakimiyyəti ilə bağlı Moskva hökmdarının, Moskva siyasi sərənçamlarının ədaləti barədə bir neçə əfsanə uyduruldu”.
Buyurun, “moskallıq nə vaxt doğulub: XV əsrin sonu, XVI əsrin əvvəli. Bə Rusiyanın “moskallıq tarixi” meydana gəlir. Bununla da üzünü köçürüb dəyişdirmə, quraşdırma normaya çevrilib.
Günəmuzd akademiklər Rusiyanın tarixini növbəti köçürərkən həqiqəti çığıran faktları qoyub salnamələrin miflərinə əsaslandılar. Saxta patriotizm yaratmağa çalışan akademiklər Rıbakovlar köhnələrlə kifayətlənməyib yeni miflər düzəldiblər. Yerevanda “bünövrə daşı” basdırıb Erebuninin tarixini e.ə. VIII-VII-ci əsrlərlə bağlayıb, Yerevanın 2500 illiyini keçirən ermənilərin əfsanəsini təkrar edərək, bu akademiklər Kiyevin yaşını dəyişmək istədilər. 1994-cu ildə, senzura buxovu zəiflədikdə ak. V.L. Yanin yazdı: "IX-XII əsrlərin hadisələri
4
Daha mötəbər fikir var ki, Oleq Uluğdan, İqor Uğurdan dəyişib, türk mənşəlidir – T.H.