Ceyn Eyr. Шарлотта Бронте
saxlamaqdan ötrü mister Edvardın da varlı olmasının zəruriliyini anlayırdı. Oğlu, nəhayət, kamillik həddinə çatanda qoca ləyaqətli sayılmayacaq bir neçə tədbirə əl atdı və bununla da xeyli bəlalara səbəb oldu. Qoca Roçester və mister Roland mister Edvardı elə vəziyyətə saldılar ki, bu ona böyük çətinliklər törətdi, onlarsa elə hesab edirdilər ki, bu vəziyyətdən istifadə edərək özlərinə var-dövlət əldə edəcəklər. Mister Roçester asanca bağışlayan adamlardan deyil. Ona görə də atası və qardaşıyla əlaqəni kəsdi və neçə illər sərgərdan həyat sürdü. Təəccüblü deyil ki, o bu köhnə evi sevmir və ata-baba evində yaşamaqdan qaçır.
‒ Axı nəyə görə burdan qaçmalıdır?
‒ Ola bilər, bu ev ona kədərli təsir bağışlayır.
Cavab məni qane etmədi. Mən daha çox bilmək istəyirdim. Amma qarı bu barədə söhbəti kəsməyin tərəfdarıydı və mən belə də etdim.
Bir neçə gün mister Roçesterlə görüşmədim. Bir axşam o, Adeli və məni aşağı çağırdı. Mister Roçester Adelə hədiyyə almışdı. Qız iri qutunun ağzını açdı və içindəki hədiyyəyə tamaşa etməyə başladı.
‒ Miss Eyr, yaxına gəlin, əyləşin.
Mən onun dediyinə əməl etdim.
‒ Miss Eyr, necə bilirsiz, mən gözəl kişiyəm?
Cavab özümdən asılı olmayaraq ağzımdan çıxdı:
‒ Xeyr, ser!..
‒ Vicdanıma and içirəm ki, siz qeyri-adi adamsız!
‒ Mister Roçester, mən elə demək istəmirdim, çox səfeh alındı.
‒ Tamamilə doğrudur, mən də belə düşünürəm.
Oturmuşdum, dillənmirdim.
‒ Diliniz tutulub, miss Eyr?
Sonra mister Roçester uzun-uzadı öz həyat təcrübəsindən, həyatından danışdı. Nəhayət, mən dilləndim:
‒ Artıq saat doqquzu vurdu, ser.
‒ Heç nə olmaz… Adel hələ yatağa girməyə hazır deyil. İndi o, Sofïnin köməyi ilə hədiyyə etdiyim paltarı geyinməklə məşğuldur. Bir-iki dəqiqədən sonra içəri girəcək. Getməyin, qalın, baxın görün mən deyən düz olacaqmı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.