Robin Hud. Народное творчество
etməli olduğunuzu sizə deyəcəyəm.
Arabaçılar Nottinhemə gəlib əhvalatı şerifə danışdılar. Pulları stolun üstünə tökən kimi şerif hirsindən qıpqırmızı oldu. O öz saxta pullarını tanımışdı.
– Deməli, Robin Hud məndən qisas alır! Axmaqlar, – deyə arabaçılara qışqırdı. – Mən sizə nə tapşırmışdım! Saxta pul götürməyiniz bəs deyil, hələ atları, arabanı da itirmisiniz! Sabah səhər ikinizi də asdıra-cağam!
Qulluqçulardan hansısa bu sözləri eşitdi. Qısa zamanda bütün Nottinhemə xəbər yayıldı ki, Robin Hud şerifi barmağına dolayıb. Kimin şeirfdən zəhləsi gedirdisə, bunu eşidəndə sevindi. Xəbər gəlib Robin Hu-dun özünə çatanda o, qəhqəhə çəkib güldü. Amma Uill Skarlet ona bildirdi ki, şerif iki arabaçını sabah asacaq. Robin Hudun üzü ciddiləşdi:
– Mən razı olmaram ki, mənim zarafatıma görə iki günahsız adamı assınlar. Biz onları mütləq xilas eləməliyik.
Ertəsi gün şerifin adamları iki arabaçını Şervud meşəsinə gətirib boğazlarına kəndir keçirdilər. Bədbəxtlər elə hay-küy saldılar ki, şerifin adamları onların ölümünü gözləmədən çıxıb getdilər. Yükdaşıyanların rəngi qaralanda qəfildən kəndirlər qırıldı. Onlar yerə yıxıldılar. Bu zaman meşədən yaşıl paltarlı iki adam çıxıb dedi:
– Bizi başçımız göndərdi ki, sizi xilas eləyək. Sizdən alınan araba da, atlar da hazırdır. Minib Londona gedin. Bir də Nottinhemə qayıtmayın. Başçımız sizə pul da göndərdi. Qorxmayın, bu dəfə pullar saxta deyil.
Yükdaşıyanlar özlərinə gəlib arabaya mindilər və yola düşdülər.
Səhər şerif meşəbəyinin evinə gəlib onu evdə tapmadı. Daxmanın qapıları açıq idi. İçəridə heç kəs yox idi. Elə bu zaman bir ox gəlib daxmanın qapısına sancıldı. Oxun ucuna məktub bərkidilmişdi. Şerif məktubu açıb oxudu:
"Əgər şalbanlarını geri almaq istəyirsənsə, bu gecə meşə kənarındakı təpənin ətəyinə gəl. İmza: yoxsulların və əzilənlərin müdafiəçisi!"
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.