Avropa. Türklər. Böyük Çöl. Murad Acı

Avropa. Türklər. Böyük Çöl - Murad Acı


Скачать книгу
Şambkalanın prototipi olan, çiçəklənən Yeddisu və digər vahələr meydana gəldi. (Akademik A.X.Marqulana onları tədqiq etməyə imkan vermədilər.)

      Onlar sehrli çubuğun hərəkəti nəticəsində meydana gəlmədi. Onları insanlar tikdilər, özü də bu adamlar nə tikdiklərini və necə tikdiklərini bilirdilər.

      Əlbəttə, bütün bunlar “köçəri vəhşilər” nəzəriyyəsinə uyğun gəlmir… Lakin Böyük Çöldə o türk sivilizasiyasının qalıqları hələ də qalmaqdadır. Ondan əlavə, türk mədəniyyətindən bəhs edən Çin, fars, ərəb salnamələri də vardır.

      İki min il əvvəl Altaydan qərbdə özünəməxsus mədəniyyəti olan möcüzəli bir ölkə yaranmağa başladı. Tez bir zamanda o, dünyanın mənəvi mərkəzinə çevrildi. Bu fakt dünya tarixində artıq müəyyən edilmişdir.

      Bura təhsil almağa gəlirdilər!.. Görünür, Tenqri-Tauya gələnlərdən biri də Yeşua adlı yəhudi olmuşdur. Onun Allahın göndərdiyi süvarilərin gəlməsinin qaçılmaz olduğu haqqında xatirələri xristianların qədim kitabı olan “Apokalipsis”də qeyd olunub. Sonralar “Yeşua” adı “İisus Xristos”a çevrildi… O, Altaydan başqa heç bir yerdə atlı qoşun və Göy Allahına qulluq edən ruhanilər görə bilməzdi.

      Nə mənəvi, nə maddi cəhətdən, nə də hərbi sahədə qıpçaqlar kimdənsə zəif idilər. Bu fikri nəinki Şərqin qədim salnamələri, həm də digər xalqların əfsanə və nağılları təsdiq edir; məsələn, “Aktaş” dastanı türklərdən birinci olaraq Volqa sahilinə gələn və “İdeldən Qafqaza qədər torpaqları özünə tabe edən” əfsanəvi Aktaş xandan bəhs edir. Qonşular onunla ittifaq bağlamağa çalışırdı… Keçmişi qiymətli daşlarla işıqlandıran digər əsərlər də var.

      Lakin türklərdən kimsə bu gün o dövrün böyük xadimlərinin adını çəkə bilərmi? Onların yürüşləri və nailiyyətləri haqqında harada oxumaq olar?

      Məşhur Britaniya ensiklopediyasında türklərin ölkələri haqqında məlumat var. Lakin Avropanı türk (qıpçaq) mövzusu avromərkəzçilik ideyası imkan verdiyi qədər maraqlandırır. Onlara (öz ideyalarına görə) bütün dünya Avropaya əlavə kimi görünür.

      Buna görə də biz Balamir xanın nə etdiyini bilmirik. Çar Xaratonun necə yüksəldiyindən də xəbərimiz yoxdur. Arif şəxs olan Donat özünü nə ilə əbədiləşdirmışdir? “Köçərilər” barədə monoqrafiyalarda onlar haqqında bir sətir də yazılmayıb.

      Görünür, müəllifləri məhz qıpçaq xanları Balamir, Xaraton və Donatın çöl sakinlərini Avropaya gətirdikləri, Bizans və Roma dövlətlərinin türklər qarşısında baş əydikləri barədə düşünmək belə dəhşətə gətirir. Türklərin içərisində böyüklərdən böyük olan, bizim xalqın fəxri olan Attila haqqında hələ tarixi həqiqət söylənilməmişdir.

      Türklərin Böyük köçünü Attila başa çatdırdı, Avropa onun ayaqları altında idi, xərac ödəyirdi… Lakin indi o hadisələr haqqında tamam başqa cür danışırlar. Türklər öz tarixlərini bilmirlər və bu tarixi onlardan gizlədirlər.

      Məğlubedilməz Attilanı Roma ordusu deyil, Avropanın birləşmiş ordusu deyil, öz böyüklüyü məğlub etdi. Bu, ağır yük idi. O, Attilanı əzdi. Attila xalqının əlindən sülhü və əmin-amanlığı aldı! Sərkərdə öləndən sonra yüz səksən dörd (!) oğlu qaldı, qızları saymırdılar. Atanın taxtına namizədlər, damarlarında Attilanın qanını daşıyanlar sakit otura bilərdilərmi? Əlbəttə yox. Şiddətli daxili müharibələr başlandı… Türklər özləri ilə vuruşurdular. Boyunlarına qul xaltası taxana qədər…

      Xalq parçalandı.

      Onlardan, bu qəlpələrdən burqundların, savoyalıların, xorvatların, bavariyalıların, saksonların, katalonların, serblərin, çexlərin, bolqarların və Avropanın digər “kiçik xalqlarının”, Avropa tarixçilərinin “xəstə” dünyagörüşünə görə, birdən-birə heç nədən meydana çıxan xalqların tarixi başlandı. Elə bil göydən düşmüşdülər.

      Attiladan sonra Böyük Çöl bir-biri ilə düşmənçilik edən xaqanlıqlara, uluslara, ailələrə bölündü… Hamının hamıya qarşı müharibəsi başlandı. Daxili müharibələr heç vaxt səngimək bilmirdi. O, indi də davam edir. Hər yeni nəsil dünyaya qonşuya nifrətlə gəlir, nifrətlə də dünyadan köçürdü.

      Qardaşlar bir-biri ilə mübahisə etdilər,

      Polad qılınclarını həvəslə itilədilər.

      Ölənə qədər bir-birini doğradılar,

      Qılınclaşdılar, döyüşdülər, söyüşdülər.

      Qardaş-qardaşı yalançı adlandırdı,

      Nəhayət, sonuncu da məhv olub getdi.

      İndiyə qədər nəvələri də döyüşür,

      Hamı həqiqət uğrunda vuruşur.

      Əvəzində özləri ölür, məhv olur.

      Bu sözləri şair Aleksey Konstantinoviç Tolstoy yazıb getmişdir. Onun türk mənşəyi haqqında ailə şəcərəsi, ailə gerbi və əlbəttə ki, qədim çöl əfsanələrini öz dərinliyi ilə, riqqətlə təsvir etdiyi şeirləri xəbər verir.

      K.Timiryazev

      «Timiryazevlər soyadı 1408-ci ildə Qızıl Ordadan böyük knyaz Vasili Dmitriyeviçin yanına gəlmiş İbrahim Timiryazevdən gəlir… Timiryazevlər soyadı «dəmir döyüşçü» xüsusi isminə gedib çıxır».

      Bizim mənəvi sərvətimiz

      Hunlar, yəni qıpçaqlar haqqında çox yazılıb, guya onlar vəhşi dalğa kimi Avropadan keçib və yoxa çıxıblar… Bəs bu vəhşi ordular necə yaranmışdı? Onları kim böyütmüş, kim geyindirmiş, kim yedizdirmişdi? Hərb sənətini kim öyrətmiş, nəhayət, silahlandırmışdı? Axı bütün bunlara ciddi məbləğdə maddi xərc tələb olunurdu.

      Düz yerdə dünyanın ən güclü ordusu meydana gələ bilməz! Türk atalar sözündə deyilir: “Dayça yetişdirməyən ata minə bilməz”. Qıpçaqlar “öz dayçalarını” yeddi yüz il yetişdirmiş, sonra onlar süvari olaraq dünyanı yerindən oynatmışdılar… İki min il tarixi olan səhifələri açmaq üçün xeyli suallar vermək lazım gəldi.

      Altayın geologiyası ilə maraqlanandan sonra mən dərk etdim ki, yeni metalişləmə texnologiyası niyə məhz orda meydana gəlmişdir, sən demə, buranın filizinin tərkibi dəmir və digər qiymətli qarışıqlarla çox zəngindir. Sonra Çin salnamələrinin qoruyub-saxladığı “Bahadur Tenqri” yazısındakı sözlər məni cəlb etdi. Məhz türklər iki min il yarım bundan qabaq onlara dəmirin sirrini açanı Göy Allahı adlandırmışlar.

      Burada sual meydana çıxır: ümumiyyətlə, biz qədim türklərin mənəvi mədəniyyəti haqqında nə bilirik? Çox çətinliklə Tenqri xan haqqında məlumat toplanıldı.

      Yeni Allaha sitayiş, görünür ki, dəmirlə əlaqədar idi. Bəs görəsən, niyə? Təsadüfi deyil ki, qədimdə dəmiri “səma metalı” adlandırırdılar… Bəlkə, bu sitayişin “yaranmasına” meteoritlər kömək əli uzadıb? Səma daşları qədim insanları “Göydən gələn metalla” tanış etdi! Bu, səma metalının gücünü dərk edən insanlarda inkişaf edərək


Скачать книгу