Avropa. Türklər. Böyük Çöl. Murad Acı
və suda onlara tay yox idi.
Avropa alimləri “rus” sözünün qədim varyaq (qədim island dialekti) dilindən yarandığını və mənasının “avarçəkən”, “dənizçi” olduğunu söyləyirlər. Dünya skandinavları dənizçi, “dəniz döyüşçüsü” kimi tanımışdı. Çaylar onlar üçün yol, sahildəki sıldırım qayalar isə sığınacaq idi. Onların qədim əfsanələri o tarixi bizə çox gözəl çatdırır.
Varyaqların Kiyevə gəlişi. Qədim salnamələrdə var yaq ları, adətən, avar çəkən kimi təsvir edirdilər.
Axırıncı şübhəni finlər və estonlar aradan götürür, belə ki, onlar köhnə adətləri üzrə İsveçi “Rousiya” sözünə həmahəng olan “Ruotsi” adlandırırlar. Eyni zamanda bu yaxınlaradək SSRİ adlanan cənub qonşularına “Veniya” deyirlər. Bu, “venedlər”, yəni “slavyanlar” deməkdir. Bu, fin və eston toponimika və leksika normasıdır.
“Venedlər” sözü alman dilində də “slavyanlar” deməkdir. İtalyanlarda da bu söz işlədilir… “Ruslar” və “slavyanlar” etnoqrafiyada müxtəlif, bir-birinə tamamilə uyğun gəlməyən anlayışlardır. Lakin bu o demək deyil ki, iki xalq vahid bir dövlət yarada bilməz.
Dünya ilk dəfə Avropa xalqlarından biri kimi slavyanlar haqqında Roma alimi və yazıçısı Böyük Plininin (24–79) çoxcildli “Təbiət tarixi” traktatından öyrəndi. Bu, qədim dünyanın həqiqi ensiklopediyasıdır! Onun əsasında sonralar nə qədər alim yetişdi. Qədim slavyanlar orda “venedlər” adlandırılır.
Digər Roma tarixçisi Tasit (58–117) Avropanın şimalında, Visla və Oder çayları arasında yaşayan xalq – venedlər haqqında olan məlumatı təsdiqlədi və zənginləşdirdi. O vaxtdan dünya elmində slavyanların, dəqiq qesək, venedlərin təsbit edilmiş tarixi başlayır. Bundan sonra bu barədə rus tarixçilərinin yazdığı nə varsa hamısı cəfəngiyyatdır.
Slavyanlar və ruslar hətta qonşu da deyildilər, onları Baltik dənizi ayırırdı. Həyat tərzlərinə, görünüşlərinə, mənəvi düşüncələrinə, bir sözlə, hər şeylərinə görə onlar fərqli idilər. Varyaqlar, məsələn, Odinə inam bəsləyirdilər, slavyanların bundan xəbərləri yox idi. Varyaqlar ruzilərini hərbi yürüşdə, dəniz ticarətində axtarırdılar, slavyanlar isə əkinçi və maldar, sonralar isə köçəri əkinçilər idilər.
Üstəlik, salnamələrdə yazılırdı ki, “ruslar slavyanlarla döyüşə gedirdilər”, “slavyanlar ruslara xərac verirdilər”… Bu iki xalq ictimai inkişafın tamamilə müxtəlif pillələrində dayanırdı. Hətta nəzəri surətdə onların birləşməsi mümkün deyildi.
Ruslar IX əsrdə Bizansı narahat edirdilər. Düzdür, bəzi rus tarixçiləri qəlblərinin sadəliyindən təsdiqləyirlər ki, bütün bu narazılıqlar hansısa “slavyan-ruslar” tərəfindən törədilirdi. Lakin onlardan savayı heç kəs bu cür qəribə “xalqdan” danışmayıb və danışmır.
“Slavyan-ruslar” haqqında danışmaq tarixdə “yunan-ərəb” və yaxud “romalı-mərakeşli” axtarmaq kimi bir şeydir. Bu, sağlam düşüncə nöqteyi-nəzərindən cəfəngiyyatdır. Lakin təəssüf ki, Rusiya tarixində uydurma tatar-monqollarla yanaşı, uydurma slavyan-ruslar da mövcudluqlarını saxlayırlar.
X əsrdə Şərq salnaməçisi İbn Rusta yazırdı: “Rusların əkin sahələri yoxdur, onlar ancaq slavyan torpağından gətirilənlər ilə qidalanırlar”. “Həmişə onlardan (ruslardan) 30–200 nəfəri slavyanların yanına gedir və öz dolanışıqları üçün zorla nə varsa götürürlər”, ‒ deyə o dövrün digər bir yazıçısı Qardizi də bunu təsdiqləyirdi.
Belə çıxır ki, Çarqradın (Konstantinopolun) qapısına qalxan mıxlayanlar slavyan deyildi, bu, varyaq qalxanı idi.
Müqəddəs Kiril və Mefodi kimdir?
Müqəddəs qardaşlar olan Kiril və Mefodi, ilk “slavyan” maarifçiləri haqqındakı tarix daha maraqlı və ibrətamizdir. Onlara heykəl də qoyublar, şərəflərinə bayramlar da keçirirlər. Lakin onların slavyan olduqlarını kim və harada sübut edib?
Qardaşlar slavyan torpaqlarından uzaqlarda, Böyük Bulqar xaqanlığı ərazisində dünyaya gəliblər. Türk dilində, bəzən onu Avropada protobolqar adlandırdıqları dildə danışır və yazırdılar. Onlarda slavyanlıqdan nə var idi ki? Yeni yazı qrafikasını öz doğma türk dilləri üçün, köhnə run yazısının əvəzinə hazırlamışdılar.
Bu iki qardaş rus tarixinin növbəti tapmacasıdır. Bəziləri onları yunan, bəzilərisə slavyan hesab edir. Amma qardaşlar rus dilində çin, zulus və sair dillərdə anladıqları qədər anlayırdılar, yəni onu heç bilmirdilər. Müqəddəs Kiril slavyan əlifbası olan kirili yox, qlaqolitsanı yaratmışdı. Bu, müxtəlif şeylərdir. Məlumdur ki, türk-qıpçaqlar Avropada qəbul edilmiş yunan və latın hərflərindən (liter) fərqli olan run yazılarından istifadə edirdilər. Öz yazılarına Avropa görünüşü vermək üçün qardaşlar runları literə çevirdilər. Bax bütün ixtira bundan ibarətdir.
Qlaqolitsada türk dilinin səciyyəvi səslərini vermək üçün öz hərfləri mövcud idi. Ona görə də qlaqolik əlifbada rundakı qədər – qırx işarə vardı. Slavyan əlifbasında isə, məlum olduğu kimi, onların sayı əhəmiyyətli dərəcədə azdır.
Rus tarixində “slavyanların ilk maarifçiləri” epizodu haradan və necə meydana gəlib? Sən demə, qədim mətni tərcümə zamanı etdikləri səhvdən (bilməyərəkdən və ya qəsdən). Əvvəllər ona əhəmiyyət vermədilər, sonra isə götürüb tarixi fakta çevirdilər. Qədim slavyan dilinə[18] tərcümədə Kiril və Mefodinin fəaliyyəti haqqında deyilib: “Xersonesdə Kiril rusun yanında oxuyur və rus dilini öyrənirdi”. Hər şey bu sözlə başlandı.
Elə buradan da görünür ki, Kiril rus deyildi, bunu pravoslav publisistikası da inkar etmir. Hamısından betəri odur ki, yunan orijinalında belə söz yoxdur!
Məsələ nədir? Məlum olub ki, rus mətnində orijinaldakı “sur” sözü “rus” sözü ilə əvəz edilib. Bunlar müxtəlif anlayışlardır. IX əsrdə “sur” “suriyalı” demək idi. Suriya kitablarına müraciət etmək Kiril və digər maarifçilər üçün təbii idi.
Rus kitabları o vaxtı heç mövcud da deyildi… Əgər yazı yoxdursa, kitablar haradan ola bilərdi?!
“Slavyanların ilk maarifçiləri” əfsanəsini nə Bizans, nə də digər sənədlər təsdiqləyir. N.M.Karamzin bu “maarifçilik” faktını, qabaqcadan etibarsızlığından xəbərdar olsa da, salnaməçi Nestordan götürüb. Böyük tarixçini çaşdıran o idi ki, guya 898-ci ildə Kiril və Mefodini kitabları slavyan dilinə tərcümə etməyə göndərmiş imperator Mixail 867-ci ildə öldürülmüşdü və bu səbəbdən də deyilən tarixdə onları Moraviyaya göndərə bilməzdi.
Sonra, slavyan əlifbasının mövcud olmadığı bir dövrdə o, kitabı tərcümə etməyə necə əmr verə bilərdi? Əgər slavyanlar oxumağı bacarmırdılarsa, əgər tərcüməçilər slavyan dilini bilmirdilərsə, bu cür kitablar kimə lazım idi?
Daha bir sual: Moraviyanın özündə hansı dildə danışırdılar? Sübut var ki, orada türk dilində danışırdılar. Hər halda, tapılan yazılar türk run yazısı ilə daş üzərində həkk olunub… Əgər belədirsə, onda Moraviyada
18