Nilsin vəhşi qazlarla səyahəti. Selma Lagerlof

Nilsin vəhşi qazlarla səyahəti - Selma  Lagerlof


Скачать книгу
qanad çala bilmədi və sürətlə aşağıya, çəmənliklərə və qol-budaqlı söyüd ağaclarına doğru enməyə başladı.

      Kebnekaysdan olan Akka! Kebnekaysdan olan Akka!

      Dəstənin sonunda uçan və ev qazının üzləşdiyi çətinlikləri yaxından görən qazlar çığırdı.

      – Hə, yenə nədir, nə istəyirsiz məndən? Rəhbər qaz dedi. Bu dəfə o həddən artıq acıqlı səsləndi.

      – Ağ qaz daha çatdırmır, o yerdə düşəcək. Vəziyyəti pisdir.

      – Ona deyin ki, hündürdən uçmaq alçaqdan uçmaqdan daha asandır. Rəhbər qaz bu sözləri heç geri çevrilmədən dedi və yoluna əvvəlki kimi davam etdi.

      – Erkək ev qazı bu məsləhətə də əməl etməyə çalışdı amma hündürə qalxanda külək onu elə vurdu ki, az qala sinəsindəki tüklər yanacaqdı.

      – Akka! Akka!dəstənin sonunda uçan qazlar yenidən rəhbər qaza xitab etdilər.

      – İmkan verməyəcəksiz mən rahat uçum? Rəhbər qaz bu dəfə əvvəlkindən də acıqlı çımxırdı.

      – Ağ qaz bu dəqiqə yerə düşəcək.

      – Ona deyin ki, əgər dəstə ilə uçmaq üçün kifayət qədər güclü deyilsə, o zaman evə qayıtsa yaxşıdır. Rəhbər qaz qışqırdı. Onun əlbəttə ki, sürətini azaltmaq fikri yox idi və o yoluna əvvəlki kimi davam etdi.

      – Hmm. Demək məsələ bu imiş. Ev qazı elə o anda başa düşdü ki, rəhbər qazın onu özü ilə Laplandiyaya aparmaq fikri yox imiş. O sadəcə olaraq onu şirnikləndirib evdən çıxartmaq istəyirmiş. Vəssalam!

      O hiddətləndi. Bu dəmdə gücünü itirmək ona çox ağır gəlirdi. Belədə o bu özündənrazılara ev qazlarının gücünü, nəyə qadir olmasını göstərə bilməyəcəkdi. Onda belə çıxırdı ki, ev qazları heç nəyə yaramırlar. Amma işin ən pis tərəfi o idi ki, o Akka adlı rəhbər qazla bəhsə girmişdi. Bu çox xüsusi məqam idi. O ev qazı olsa da Akka adlı rəhbər qaz barədə eşitmişdi. Onun yaşı yüzdən artıq idi. Onun elə gurultulu adı vardı ki, dünyanın ən yaxşı vəhşi qazları belə onun arxasınca gedirdi. Amma Akkanın və onun dəstəsinin bu ev qazına olan nifrətləri açıq-aşkar hiss olunurdu və erkək ev qazı çox böyük məmnuniyyətlə onlarla bərabər olduğunu bu özünü bəyənmişlərə göstərərdi.

      O geri qayıdıb-qayıtmamağı, sonra kimi dəstə ilə uçub-uçmamağı beynində götür-qoy edərək dəstənin lap axırında asta sürətlə uçurdu. Nəhayət sonda onun belində oturan balaca varlıq dedi:

      – Əziz erkək qaz Morten. Sən bilirsən axı, sən heç zaman bu qədər məsafə uçmamısan, bu qədər uzaq yol qət edib vəhşi qazlarla bərabər Laplandiyaya uça bilməyəcəksən. Özünə qəsd etməmiş geri qayıtmaq sənin üçün daha yaxşı seçim olmazmı?

      Amma fermerin oğlu ev qazının indiyə kimi tanıdığı ən pis varlıq idi və qaz başa düşəndə ki, onun belindəki bu fərasətsiz, balaca varlıq onun bu səyahəti gerçəkləşdirə biləcəyinə inanmır daha da hiddətləndi. Bu zaman o oğlana xəbərdarlıq etdi ki, əgər onun ağzından bir kəlmə daha çıxarsa yuxarıdan aşağı atacaq onu.

      – Əgər bu barədə ağzından başqa bir kəlmə də çıxsa, səni növbəti üstündən uçacağımız arxa tullayacam! O bu sözləri deyəndən sonra onun qəzəbi ona elə bir qüvvət verdi ki, demək olar başqa qazlar kimi sürətli və hündürdən uçmağa davam etdi.

      Onun bu tempi uzun müddət qoruyacağı az inandırıcı idi, buna heç ehtiyac da yox idi. Çünki bu anlarda sürətlə günəş qürub etməkdə idi, qaranlıq vaxtı isə vəhşi qazlar alçaqdan və asta sürətlə uçurlar. Oğlan və ev qazı nə baş verdiyini başa düşənə kimi vəhşi qazlar Vom gölünün sahilində yerə endilər.

      Oğlan qazın belindən yerə hoppanıb düşündü: Yəqin ki, vəhşi qazlar gecəni burada qalmağı planlaşdırırlar.

      O indi orta ölçülü gölün dar çimərliyində dayanmışdı. İndi bu gölə baxmaq heç də xoş deyildi. Qışdan qalan qalın buz qatı bəzi yerlərdə əriyib oyuqlar yaratmışdı, bəzi yerlərdə isə çatlar. Ona görə də çox pis bir mənzərə vardı. Onun önündə qara və kələ-kötür göl səthi vardı…

      Buz artıq əriməyə başlamışdı. Bəzi yerlərdə parıldayan buz parçaları göl səthində üzürdü. Amma uzun sürən qışın qorxunc anlarını yada salmaq üçün bəzi qalın qara buz parçaları da gözə dəyirdi.

      Gölün qarşı tərəfində isə seyrək evləri olan və açıq bir kənd vardı. Qazların endiyi yerdə isə sıx şam meşəsi qaralırdı. Adama elə gəlirdi ki, şam və küknar ağaclarının qışı özlərinə bağlı saxlamaq üçün sehrli gücləri var. Başqa hər yerdə torpaq çılpaq idi. Amma şap budaqlarının altında qalaqlanıb, bərkiyən qar artıq əriməyə başlayırdı, əriyirdi, donurdu, əriyirdi, donurdu. Buz kimi möhkəm olana kimi bu belə davam edirdi.

      Oğlan arktik vəhşi təbiətdə gecələməli olduğunu düşündü. Bu fikir onun canını elə ürpəşdirdi ki, o çığırmaq istədi. Özünü çox ümidsiz və köməksiz hiss edirdi. Həm də çox ac idi. Bütün gün ərzində ağzına bir tikə də almamışdı. Amma indi yeməyə bir şey tapa bilərdimi buralardan? Mart ayında bu ərazilərdə nə ağacda nə də torpaqda yeməyə bir şey bitirdi.

      Hə, o haradan yeməyə bir şey tapacaqdı, harada daldalanacaqdı, kim onun yatağını səhmana salıb səsləyəcəkdi? Bəs onu vəhşi heyvanlardan kim qoruyacaqdı?

      Çünki indi günəş tam batmışdı, göl tərəfdən isə şaxta gəlirdi, hər tərəf qaranlığa büründüyündən ətraf daha da vahiməli bir görünüş alırdı. Soyuq, səssizlik və zil qaranlıq… Meşədən isə bu dəmdə vəhşi heyvanların qəribə səsləri gəlməyə başladı.

      Bayaqdan göylərdə uçurdu, əhvalı da yerində idi oğlanın. İndi isə o bayaqkı yaxşı əhvaldan əsər-əlamət qalmamışdı. O ümidsizcəsinə ətrafa boylanır, yol yoldaşlarını axtarırdı.

      Sonra isə oğlan baxıb gördü ki, erkən ev qazının durumu onunkundan daha betərdir. İndicə endiyi yerdə əllərini açıb uzanmışdı. Sanki ölməyə hazırlaşırdı. Boynunu da yerə söykəmişdi, gözlərini yummuşdu. Nəfəsi fısıltılı və ağır-ağır gəlirdi.

      – Mənim əziz Morten qazım. Oğlan dedi. Gəl çalış bir-iki qurtum su iç. Buradan gölə cəmi iki addımdır.

      Amma erkək ev qazı yerindən heç qımıldamadı da.

      Oğlan zaman-zaman bütün ev heyvanlarına qarşı çox hörmətsiz və qəddar davranmışdı, bu qəddarlıqdan ara-sıra bu qaz da öz payını almışdı. Amma indi oğlan hiss elədi ki, bu yarımcan qaz yer üzərində onun yeganə həmdəmi və təsəllisidir. Bu baxımdan onu itirməkdən çox qorxurdu.

      Oğlan qəflətən qaza tərəf gedib onu çəkməyə, sürüməyə, gölə doğru hərəkət etdirməyə çalışdı. Amma Morten çox ağır idi və bu iş həqiqətən də oğlan üçün çox məşəqqətli bir iş idi. Amma oğlan nəhayət bunu bacardı.

      Erkək qaz birinci boynunu uzatdı. Bir anlıq o hərəkətsiz halda, orada sahildə uzandı. Bir an sonra başını suyun içərisində tərpətdi və ağzını su ilə doldurdu. Sonra isə o fəxarətlə qamışların arasında üzməyə başladı.

      Vəhşi


Скачать книгу