Qəzəllər. Hacı Mail

Qəzəllər - Hacı Mail


Скачать книгу
məhz budur nöqsanın”, “Nola ol yar məni bircə dəfə yad eləsin”, “Yenə meydan oxuyur qəmzələrin cəlladə”, “Hərdən ol qönçə dodaqlar açılır, xəndə olur” və s. qəzəlləri xalq tərəfindən çox bəyənilirdi. Qeyd etmək lazımdır ki, 60-cı illərdən bu yana Azərbaycan xanəndələrinin Füzuli, Seyid Əzim və Vahiddən sonra qəzəllərinə ən çox müraciət etdikləri şair məhz Hacı Mail olmuşdur.

      Hacı Mail 1977-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna elmi işçi kimi işə qəbul olunur. Aldığı ali təhsilin başqa sahəyə aid olmasına baxmayaraq, fars və ərəb dillərini bilməsi, klassik Şərq ədəbiyyatına dərindən bələd olması, ərəb əlifbası ilə gözəl xəttə malik olması, əlyazma kitabları üzrə mütəxəssis olması onun bu instituta məmnuniyyətlə qəbul edilməsinə səbəb olur. Akademiya həyatı, elmi mühit Hacı Mailin elmi fəaliyyətinin inkişaf etməsində xüsusi rol oynayır. Burada o, özünə gözəl alim dostlar qazanır: Mərhum akademik Ziya Bünyadov, akademik Həmid Araslı, professor Əkrəm Cəfər (əruzşünas-alim), görkəmli alim professor Rüstəm Əliyev, professor Əbülfəz Rəhimov (mərdəkanlı, mətnşünas-alim) professor Cahangir Qəhrəmanov (Əlyazmalar İnstitutunun sabiq direktoru), akademik Bəkir Nəbiyev, akademik Hacı Vasim Məmmədəliyev və bir çox başqa böyük alim və səmimi insanlarla dostluq onun elmi fəaliyyətində də özünü göstərir. Ömrünün sonuna qədər – yəni, 20 ildən artıq bir dövr ərzində məhsuldar işlədiyi bu institutda Hacı Mail Məhəmməd Füzuli divanının müxtəlif ölkələrdə qorunub-saxlanılan ən qədim nüsxələri üzərində tədqiqat işi aparmış, Füzuli divanının kamil elmi-tənqidi mətnini hazırlamışdı. Lakin uzun müddət əlyazma halında qalan bu kitab, nəhayət, 1996-cı ildə Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı ilə çap olunur. Bundan başqa o, həm də Füzuli divanına geniş şərh yazmışdır. Həmin şərhlərin bir qismi mətbuatda dərc olunmuşdur.

      Hacı Mailin elmi fəaliyyəti təkcə Füzuli yaradıcılığı ilə məhdudlaşmırdı. O, məşhur Qaraqoyunlu hökmdarlarından olan Cahanşah Həqiqinin əsərlərini çapa hazırlamış (mərhum professor Əbülfəz Rəhimovla birlikdə) və Azərbaycanın tanınmış şairlərinin novhə və mərsiyələrindən ibarət “Dahilərin göz yaşı” adlı kitabını çap etdirmişdi. Redaktorluğu altında bir çox kitablar çap olunmuşdu: “Kişvərinin seçilmiş əsərləri”, Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərinin elmi tənqidi mətni, “Hacı Şeyx Əli Tutinin şeirləri”, “Füzuliyə təxmislər” və s.

      Hacı Mailin şeirləri gənc yaşlarından Azərbaycanın müxtəlif qəzet və dərgilərində çap olunurdu, lakin ilk dəfə kitab şəklində 1986-cı ildə “Yazıçı” nəşriyyatı tərəfindən nəşrə hazırlanan “Qəzəllər” toplusunda 60 qəzəli çap olunmuşdu. 1994-cü ildə isə “Azərbaycan” nəşriyyatında dahi şairimiz Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə “Qəzəllər” kitabı buraxılmışdı.

      1990-cı ilin yayında Hacı Mail öz evində əsası 1860-cı ildə Bakı şəhərində qoyulmuş, lakin Sovet hökuməti tərəfindən 1924-cü ildə qapanan “Məcməüş-şüəra” ədəbi məclisini bərpa edir. Bu münasibətlə məclisin üzvü mərhum Namiq Şəfayi (maştağalı şair Məhəmmədəli Şəfayinin oğludur) yazır:

      …Yığılıb gəldi bütün şairlər,

      Məsləhət eylədi, tədbir oldu.

      Şüəra məclisi, bu ali bina,

      Düzəlib, bir daha tə’mir oldu.

      Şükrilillah ki, yetişdim kamə,

      Mailin döndü evi pir oldu…

      Əruz vəznində, sonradan isə hecada və sərbəst vəzndə də yazan şairlər Hacı Mail tərəfindən bu məclisə dəvət olunurdular. “Məcməüş-şüəra”nın fəaliyyəti televiziya ekranlarında işıqlandırılır, ölkə mətbuatında bu haqda məqalələr çap olunurdu. Qonşu İran və Türkiyənin mətbuatında da bu məclis haqqında məlumatlar verilirdi. İran İslam Respublikasında dərc olunan “Füruği-azadi” qəzetinin 1370-ci il 13-14 azər (04-05 dekabr 1991) nömrələrində Əhməd Azəroğlu yazır:

      “Bu ədəbi əncümən 20-ci illərə qədər davam etmiş, sonra şura hökuməti iş başına gəldikdə qapandı. O zaman arabir bir para evlərdə gizli şəraitdə cələsələr keçirilirdi. 1923-cü ildə bu gizli cələsələr də həmişəlik tətil oldu.

      1990-cı ildə bu məclis təzədən Nardaran şəhrində Hacı Mailin başçılığı ilə hər həftə şənbə günləri mürəttəb təşkil olur və 1991-ci ildə hökumət tərəfindən rəsmiyyətlə tanınmışdır”.

      Məşhur qəzəl şairləri: Həkim Qəni, Ələkbər Şahid, Rüstəm Samit, Cəfər Rəmzi, Mirzə Müştaq, Ağaəmi Buzovnalı, Ənvər Nəzərli, Şahin Fazil, Elnarə Buzovnalı, Namiq Şəfayi, Baba Pünhan, Hacı Ələmdar Mahir, Hacı Qəzənfər Talib, Hacı Yaşar Cahid və başqaları bu məclisin daimi iştirakçıları idilər.

      Bir müddət sonra məclis Bakıya köçərək Mədəniyyət fondunda fəaliyyətini davam etdirməyə başlayır. Lakin müəyyən səbəblərə görə Hacı Mail öz istəyi ilə məclisin sədrliyindən uzaqlaşır.

      1994-cü ildə Hacı Mail “Füzuli ədəbi məclisi” adlı yeni bir şeir məclisi təşkil edir. Ömrünün sonuna kimi, yəni 1999-cu ilə qədər bu məclisə rəhbərlik edir.

      1990-cı ildə Hacı Mail Azərbaycan Respublikasından ilk dəfə olaraq Həcc ziyarətinə gedən zəvvarların sırasında Məkkə ziyarətinə gedir. 1991-ci ildə İran İslam Respublikasında rəsmi səfərdə olur. Məşhəd şəhərində İmam Rza (ə)-ın məqbərəsini ziyarət edir. Təbrizdə, Ərdəbildə, Qumda və başqa şəhərlərdə müxtəlif tədbirlərə qatılır. 1994-cü ildə Kərbəlada, Nəcəfdə və İraqın başqa şəhərlərində İmamlarımızın (ə) məzarlarını ziyarət edir. 1996-cı ildə İraqda Məhəmməd Füzulinin 500 illik yubileyi münasibəti ilə keçirilən konfransda Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində olur. Dəfələrlə Türkiyədə, Orta Asyanın bir çox şəhərlərində, Rusiyada keçirilən elmi-dini konfranslarda iştirak edir. Elmi, ədəbi və dini fəaliyyətlərinə görə Azərbaycanın və başqa ölkələrin fəxri adları və təşəkkürnamələri ilə təltif olunur.

      Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı elmi fəaliyyətinə, dahi şairimiz Məhəmməd Füzulinin “Divan”ının elmi-tənqidi mətninə, M. Füzulinin “Leyli və Məcnun” əsərinin tədqiqatçı-alim Ayna Babayeva tərəfindən hazırlanmış elmi-tənqidi mətninin mükəmməl redaktəsinə və s. elmi işlərinə görə 1997-ci ildə Hacı Mailə müdafiəsiz “filologiya elmləri namizədi” (filologiya üzrə fəlsəfə doktoru) elmi dərəcəsi verilir.

      1995-ci ildə Hacı Mailin 60 illik yubileyi dövlət tərəfindən qeyd edilir. Vəfatından sonra, 2005-ci ildə 70 illik yubileyi Azərbaycan Respublikası Mədəniyyət nazirliyi tərəfindən Respublika sarayında təntənəli surətdə qeyd olunur. Həmin il “Lider” televiziya kanalı Hacı Mailin həyat və yaradıcılığına həsr olunmuş “Hacı Mail nağılı” filmini çəkir (Rejissor Ələkbər Muradov, ssenari müəllifi Zahir Adiloğlu). Tanınmış jurnalist Zahir Adiloğlu Hacı Mailin xatirəsinə həsr olunmuş “Sonsuz ömrə nöqtə qoyulmaz” adlı kitab çap


Скачать книгу