Şəhid Ənvər Paşa. Nevzat Kösoğlu

Şəhid Ənvər Paşa - Nevzat Kösoğlu


Скачать книгу
ziyalıları, xüsusilə, din alimləri, uzun əsrlər boyunca bilməyə davam etmiş; amma lazım olan addımı ata bilməmişdilər. Buna görə cəbhələrdən təxribat xəbərləri gəldiyində Ayasofya kürsüsündə Şeyx Himmetzade Abdullah Əfəndi, "Ümməti-Məhəmməd, dövlət sahibsiz qaldı; şəhər və qalalar düşmən əlinə düşüb, məscid və məscidlər kilsə oldu; əməllərinizi dəyişdirin, günahınıza tövbə edin…” deyə qışqırarkən heç kim cəbhədəki təxribata mənim günahımın nə dəxli var demirdi. Bu bütöv məsuliyyət içində, hər kəsin ayrıca siyasi, yaxud əsgəri məsuliyyətləri vardır; bu məsuliyyətlər içində edilənlər o bütöv məsuliyyətin gərəyini həyata keçirmək üçün onun yardımçısına çevrilər.

      Bu girişi ona görə yazıram ki, imperatorluğumuzun yıxılmasını Ənvər Paşa və yoldaşlarının qərarlarına bağlamaq, ya düşüncə yükündən məhrum, yüngül tarixçilikdir, yaxud hansı motivlə olursa-olsun, siyasət işlətmək cılızlığıdır. Bu cür zəifliklərdən xilas olar, tarixin bütöv şərhində sağlam bir xətt tuta bilsək, vəsilələrin siyasi məsuliyyətlərini qiymətləndirməkdə də məqsədəuyğun mühakimə yürüdə bilərik.

      Osmanlı İmperatorluğunu quran da, yaşadan da Türk milləti idi; heç olmasa, l856-cı il İslahat Fərmanına qədər bir milli dövlət idi; hakimiyyət Türkün, siyasi hüquqlar Müsəlmanların əlində idi. Türklər İmperatorluğun quruluş dövrlərində olduğu kimi yıxılmaq dövründə də böyük ölçüdə tək idilər və aydın olan odur ki, Türk millətinin bu imperatorluğu daşıyacaq mədəni gücü, iman istiliyi artıq qalmamışdı. Yüksəlişin olduğu kimi, çöküşün də qəhrəmanları vardır. Bunların həyatı daha maraqlı və faciəvidir. Çöküşün qəhrəmanları, ən böyük fədakarlıqlarla və sarsılmaz imanlarıyla, nə qədər yıxılmalar və ağrılar bahasına sonunda həyatlarını ortaya qoyaraq vəzifələrini yerinə yetirənlərdir. Və Ənvər Paşanın nəslində bu insanlar o qədər çoxdur ki, bu qəhrəmanların varlığıyla imperatorluğun çöküşünü birlikdə izləmək çaşdırıcıdır və insanı üsyankar olmağa məcbur edir. Hər cür həyat xoşbəxtliyini fəda edərək, nəhayət, həyatını ortaya qoyaraq edilən bu mübarizələrə, bu bənzərsiz insanlara baxmayaraq, Osmanlı İmperatorluğunun çökməsi haqsızlıq kimi görünür. Belə ki, Kanal Hərəkatında Osmanlı əsgərlərinin fədakarlıqlarını görən IV Ordunun Alman qərargah rəisi “Ya rəbbim, bu insanları əməllərinə layiq qiymətləndirməsən, ədalətindən şübhə edərəm", – deyə qeyd edir. Nə olur-olsun, onlar vəzifələrini qəhrəmancasına həyata keçiriblər, amma çöküşün mexanizmi başqadır.

      Bu insanları qiymətləndirmək də asan deyil. Bunlar çöküşün qəhrəmanları idilər, ürəkləri dağ kimi idi; xəyalları da elə… Əsla kiçik düşünmürdülər. Uca Dövləti qurtarmaq üçün hər biri imparatorluğun bir uzaq səmtində can verərkən xəyalları yalnız Turanı qurmaq deyil, bütün İslam aləmini Qərbə qarşı ayağa qaldırmaq idi. Yəni ölkəsi və dövlətiylə özünü qurtara bilmək üçün atəşlərə atılarkən bütün Müsəlman dünyasını qurtarmağı arzulayır və bunun həyəcanı ilə döyüşürdülər. Böyük düşünmək, böyük xəyallar qurmaq, böyük ürəkli olmaq, böyük zamanların təzahürləridir; halbuki bunlar çökürdülər və çökərkən belə ürəklərində, bəyinlərində bu böyüklükləri unutmadılar.

      Sonra hər şey bitib, Anadoluya çəkildiyimiz zaman gün keçdikcə onları anlamaq çətinləşdi. Döyüşlərin və sonrakı illərin yükünü çəkən insanların ürəkləri daraldı, baxış bucaqları daraldı, araya mənasız siyasi intriqalar girdi. Belə ki, Ərzurumu, Sarıqamışı Turan zənn etdilər və Ənvər Paşanı, əsgərlərimizi Turan yolunda qırğına verməkdə günahlandırdılar. Bu ölü insanlar, biz İraqda, Suriyada, Sarıqamış və Çanaqqalada döyüşərkən vətən torpaqlarını müdafiə etdiyimizi anlaya bilmədikləri kimi, ingilis ordularının minlərlə kilometr kənarlardan gəlib buralarda nə axtardıqlarını düşünməyi də ağıllarına gətirə bilmədilər. Bəli, iman işığı olmayınca, göz görməz. Sadəcə bu qədər idi? Xeyr. Ənvər Paşa haqqında Milli Mübarizə illərində və şərtləri içində nizamlanmış xüsusi bir təbliğat işi vardır ki, bunun təsirləri hələ də özünü göstərir.

      Narahatlıqlar və təbliğat

      Birinci Dünya Müharibəsinin məğlubiyyətlə nəticələnməsinin ardından, bütün baş verənlərin məsuliyyəti İttihad Tərəqqi Hökuməti və xüsusilə, onun liderlərinə yüklənərək, müttəfiqlər və xüsusilə, ingilislərin nəzərində mövqe qazanmağa çalışırdılar. Bunun üçün “İngilis Dostları Cəmiyyəti” belə qurulmuşdu. Dövrün digər siyasi partiyaları isə, İttihad Tərəqqi Hökuməti və idarəçiləri haqqında, heç bir ölçü və üslub tanımayan hücumlarla, guya siyasi gedişlər həyata keçirirdilər; onların xəyanətindən dinsizliyinə qədər ağıllarına nə gəlirsə, tərəddüdsüz söyləyirdilər. Milli Mübarizənin təşkilatlandırıcı gücünü və skeletini İttihadçılar meydana gətirdikləri halda, onlar da İttihadçılıqlarını, heç olmasa, dilə gətirməkdən çəkinir, gizlətməyə çalışırdılar. Yeni ruhla başlanan bu mübarizədə, İttihadçıların böyük əksəriyyəti üçün köhnə etiket və problemləri bir kənara qoymaq heç də çətin olmamışdı.

      Xaricdə Sovetlərlə qurduğu əlaqələrlə Milli Mübarizəyə dəstək təmin etməyə çalışan Ənvər Paşadan, Sakarya Savaşından sonraya qədər Anadoluya gəlir deyə qorxulmuşdur. Bu döyüşün Türk Ordusunun zəfəri ilə nəticələnməsinə qədər, Sovetlər də Ənvər Paşanı əhəmiyyətli bir həmsöhbət olaraq qiymətləndirmiş və əlaqələrini bu şəkildə davam etdirmişdir. İnönü və Kütahya Savaşlarındakı müvəffəqiyyətsizliklər və Yunan ordusunun Sakaryaya gəlib çıxması əsgər və xalq arasında, hətta Böyük Millət Məclisində Ənvər Paşanın Anadoluya girəcəyi, Milli Mübarizənin başına keçəcəyi proqnoz və söz-söhbətlərini gücləndirmişdi. Ənvər Paşa, döyüşdə məğlub olmasına baxmayaraq, qorxmaz bir qəhrəman olaraq tanınmaqda və sevilməkdə idi.

      Daha sonra görəcəyik ki, Ənvər Paşanın fikri Anadoluya dönmək deyil, Milli Mübarizəyə kənardan kömək etməkdir. Ancaq yunan ordusunun Ankaraya yaxınlaşması onun da düşüncələrini dəyişdirmişdir. Əgər Türk ordusu Sakaryada məğlub olsa, Milli Mübarizə baş tutmur və nə bahasına olursa-olsun müdaxilə etmək lazım gələ bilərdi. Paşa, Sakarya savaşının əvvəlində Batuma gəlir və döyüşün nəticəsini gözləyər. Məğlubiyyət halında Anadoluya girəcəyini də açıq şəkildə bəyan edir. Döyüş Türk əsgərinin zəfəri ilə nəticələnincə Ənvər Paşa da, Türküstana doğru çəkdiyi hədəfə doğru yola çıxar.

      Ənvər Paşanın açıq və səmimi bəyanatlarına baxmayaraq, onun Anadolu ətrafında olmasından narahatlıq duyan Milli Mübarizə öndərləri, Paşanın Türkiyəyə girmə ehtimalına qarşı tədbirlər görür, əsgər və xalq içindəki yüksək etibarını qırmaq üçün bir sıra təbliğatlara girişirlər. Ənvər Paşanın kommunist olduğunu, Qızıl Ordu ilə Anadolunu işğal edəcəyi söz-söhbətləri bu dövrdə ortaya çıxır. Taleyin oyunu olaraq, bu təbliğatların ən fəal ideoloqu və müdafiəçisi də, “Ənvər mənim həyatımı xilas edib.” – deyən Kazım Qarabəkir Paşadır. Həqiqətən də, Balkan savaşı əsnasında, İttihadçılıq ideologiyası ilə əsgərlər arasında təxribatçılıq etdiyi üçün “Divan-i


Скачать книгу