Ölüm qədər sadə. Piter Ceyms

Ölüm qədər sadə - Piter Ceyms


Скачать книгу
yayılırdılar.

      – Necə alçaqdılar! – O, yenidən ratsiyanı götürüb çağırış düyməsini basdı.

      – Bəsdir, bəsdir daha, şənləndiyiniz yetər! Buraxın məni buraxın. Xoşluqla deyirəm!

      Sakitlik.

      – Maraqlıdır, görəsən, bu Devi kimdir?

      Boğazı qurudu. Bir qurtum su olsaydı! Başı hərlənirdi. O, evə, yatağa, Eşlinin yanına getmək istəyirdi. Onlar indi onun arxasınca gələcəklər, bir neçə dəqiqədən sonra. Sadəcə gözləmək lazımdır. Sabah isə onların cavabını verəcək.

      Əvvəl hiss etdiyi ürəkbulanma qayıtdı. Maykl üzünü turşutdu. Gözləri önündə hər şey hərlənirdi və üzürdü. O, yenə də yuxuya getdi.

      6

      Uçuş necə pis keçmişdisə, eləcə də başa çatdı. Şassinin9 təkərləri uçuş-enmə zolağının betonu ilə elə güclü toxundu ki, təyyarə titrədi. Mark Uorren çətinliklə nəfəs aldı. O, yorulmuşdu, oturacaq basılıb əyilmişdi, təhlükəsizlik kəməri qarnına batmışdı, mədəsi duzlu xörəkdən yanırdı. Yeməkdən imtina etmədiyinə görə peşman olmuşdu. Axırıncı dəfə avtomobil jurnalında “Ferrari-365”in şəklinə bir nəzər saldı.–Mən səni istəyirəm, – deyə fikirləşdi. – Ah, səni necə istəyirəm, dəhşət istəyirəm.!

      Kiçik pəncərədən aramsız yağışdan yuyulmuş uçuş enmə zolağının işıqları yanıb-sönürdü. Təyyarə sürəti azaltdı. Salonda təyyarəçinin dumanlı hava ilə əlaqədar olaraq gecikməyə görə üzr istəyən səsi eşidildi.

      – Lənətə gəlmiş duman! İyrənc ingilis havası! – Mark qırmızı “ferrari”, Marbeldə villa, isti günəş və rəfiqə arzulayırdı. Elə-belə rəfiqə yox, füsunkar bir rəfiqə arzulayırdı. Əgər Lidsə gəlmə səbəbi olan müqaviləni bağlamağı alınsa, onda villa və “ferrari” yə bir addım yaxınlaşacaq. Rəfiqə isə artıq ikinci məsələdir.

      Mark çətinliklə kəməri açdı, diplomatını oturacağın altından çıxardı, jurnalı onun içərisinə qoydu, qalxdı və yük yerindən plaşını götürdü. Sərnişinlər salonun girişində toplaşmışdılar, lakin onun üçün fərqi yox idi. O qədər yorğun idi ki, hətta yana əyimiş qalstukunu da düzəltmədi. Səliqəsiz geyinən şərikindən fərqli olaraq, Mark öz xarici görünüşünə çox diqqət edirdi. O, həmişə özünün açıq rəngli saçlarını qısa kəsdirir və iyirmi səkkiz yaşdan daha böyük göstərən ciddi kostyumlar geyinirdi. Onun geyimi nöqsansız təmizliyi ilə seçilirdi. Sanki indicə dükandan alınıb. Mark özünü tipik gənc uğurlu iş adamı kimi göstərmək istəyirdi, əslində isə istənilən insan qrupunda ticarət agenti kimi seçilirdi.

      Onun saatı 23:48 dəqiqəni göstərirdi. Mark mobil telefonu yandırıb, nömrəni yığmağa macal tapmamış telefon cırıldadı və displey söndü. O, əlini cibinə saldı və fikirləşdi ki, zənglər üçün artıq çox gecdir. İndi o yalnız evə getmək və yatmaq istəyir. Bir saatdan sonra gümüşü “BMW X5” -ni arxaya verərək yeraltı qaraja saldı. Liftlə beçinci mərtəbəyə qalxaraq mənzilinə daxil oldu.

      Dəbdəbəli “Van Alen”də mənzil almaq üçün nəmərləri bərk sıxmaq lazım gəldi, ancaq əvəzində cəmiyyət pilləsində öz növbəti addımını atdı.

      Braytonun sahil kənarında ar-deko üslubunda müasir, əzəmətli bina. Sakinlərin arasında bir çox məşhurlar var idi. Əla ev idi. Əgər sən “Van Allen”də yaşayırsansa, deməli, nə isə ifadə edirsən. Əgər belədirsə, deməli, sən varlısan. Varlanmaq bütün həyatı boyu Markın yeganə arzusu olub.

      O, geniş qonaq otağına daxil olanda, telefonun avtocavablayıcısında çağırış işığı yanıb-sönürdü.

      Mark keysi döşəməyə tullayıb, tez özünə “Balveni” viskisi süzüb pəncərəyə yaxınlaşdı. Saatın gec olmasına və yağışa baxmayaraq aşağıdakı park adamla dolu idi. Uzaqda sahil işıqları və tünd-mürəkkəb rəngli dəniz görünürdü. Gözlənilmədən əl telefonu cırıldadı. Mark ekrana baxdı. Bax hələ! On dörd yeni məlumat. Telefonu enerji mənbəyindən ayırmadan avtocavablayıcıya zəng vurdu. İlk məlumat axşam saat yeddidə Pitdən gəlib hansı cəhənnəmdə olduğunu soruşurdu. İkincisi 7:45 də Robbodan– bu qoyun da lütfkarlıqla “Yağlı quzu” adlı digər pivəxanaya getdiklərini bildirirdi. Doqquzun yarısında hədsiz sərxoş olan Lyuk və Coş zəng vurublar. Ona məlumat veriblər ki, “Quzu”dan Akfildroudda yerləşən “Əjdaha”pivəxanasına gedirlər.

      Növbəti iki məlumat Lidsdə olacaq müqavilə ilə bağlı əmlak agentliyindən və onların hüquqşünasından idi.

      Altıncı məlumatı saat 23:05-də son dərəcə qanı qaralmış Eşli göndərib. Onun səsi o qədər üzgün idi ki, Mark təəccüb etdi. Eşli hər zaman sakit və soyuqqanlı idi.

      – Mark, xahiş edirəm mənə zəng vur, xahiş edirəm nə vaxt alınsa zəng vur. –Mark onun açıq amerikan ləhcəli ahəngdar səsini eşitdi.

      O, cəsarətsiz halda növbəti məlumata keçdi. Yenə Eşli idi. Səsində həyəcan var idi. Ardınca biri. Daha biri. Sonra yenə biri. O, hər on dəqiqədən bir zəng vurub. Onuncu məlumat Mayklın anasından idi. Onun səsi də kefsiz idi: Mark hardasan? Xahiş edirəm, mümkün olan kimi zəng vur. Mark pauzanı basdı. Görəsən, orda nə baş verib? Növbəti zəng yenə də Eşlidəndir. Az qala isterika vəziyyətində idi: Mark dəhşətli qəza baş verib. Pit, Robbo və Lyuk həlak olublar. Coş reanimasiya şöbəsindədir. Mayklın harada olduğunu heç kəs bilmir. Ya Rəbbim, Mark, xahiş edirəm mənə zəng vur! Mark qulaqlarına inanmayaraq məlumatı bir daha dinlədi və ağır halda divanın qoltuq yerinə çökdü.

      – Mərhəmətli Allahım. O, yenidən avtocavablayıcının qeyd hissəsini yandırdı. Eşli ilə Mayklın anası təxminən eyni şeylər deyirdilər. Zəng vur. Xahiş edirəm, zəng vur.

      Mark viskini içdi, daha üç barmaqlıq süzüb pəncərəyə yaxınlaşdı. Öz əksinin arasından bir müddət baxışları ilə maşınları ötürərək, bulvara baxdı sonra isə diqqətini dənizə tərəf yönəltdi. Uzaqda üfüqün lap yaxınlığında iki xırdaca parlaq nöqtə yanıb-sönürdü. Ola bilsin ki, Lamanşdan neft daşıyan qurğu və ya quru mal daşıyan maşın gəlir. Onun fikirləri qarışırdı. Əgər təyyarə vaxtında gəlib çatsaydı mən də qəzaya uğrayardım.

      Ancaq bu artıq xüsusi məna kəsb etmirdi. Mark viskidən bir qurtum içib, divana əyləşdi. Demək olar ki, o anda telefon yenidən zəng çaldı. Mark aparata yaxınlaşdı və gözlərini ekrandakı nömrəyə zillədi. Eşli! Tərəddüdlə, qəbuletmə düyməsini basdı və telefonu avtocavablayıcıya keçirtdi. Sonra telefonu atıb, arxasını divana söykəyərək və ayaqlarını uzadaraq, oturdu. Buz parçaları cingildədi. Mark başa düşdü ki, əlləri əsir. O, başdan ayağa əsirdi. O Banq və Olufsen adlı musiqi mərkəzinə yaxınlaşdı və Motsartın əsərlərindən ibarət yığma kompakt diski qoydu. Motsartın təsiri altında o, həmişə yaxşı fikirləşə bilirdi. Fikirləşməyə isə çox şey var idi.

      Mark yenidən diqqətini stəkandakı buz parçalarında cəmləşdirdi. Sanki oyun sümükləri idi. O, dəstəyi götürüb nömrə yığana qədər bir saatdan artıq vaxt keçdi.

      7

      Spazmalar sürətlənirdi. Maykl ayaqlarını möhkəm sıxaraq


Скачать книгу