Acı həyat. Roman. Fatma Ahmed kızı Nabieva
dalğa xanım sən mənə yardım et qəhvələr süzək. Dəniz anladı Uğurun özünə sözü var idi, tamam mənmim yaraşıqlım. Ayağa qalxıb getdilər mətbəxtdə. Gülsüm uşaq kimi başını Mələyin çiyninə qoyub, necə kecdi gəzintiniz? – Gülsümə: vallahi mən buranın gözəlliyini, kəndimizin təbiətinə dəyişmərəm. Gülsüm bilirdi Mələk sevmirdi artıq buranı, son olanlardan sonra. Vallahi düz deyirsən bacım, məndə darıxdım kəndmizçün. Mələk – Gülsümə: sən məcbursan qalmağa burda, sənin əvəzindən mən kəndimizin dadını çıxararam. Gülsüm Mələyin zarafatına gülümsədi, ancaq artıq söz deyib kefini qaçırmaq istəmədi.
Beləcə bir gecənində sabahı oldu, Mələk yerindən qalxıb gəldi, anası mətbəxtdə yemək hazırlayırdı. Mələk – anasına: sabahın xeyir anacan, – Mələyə: sabahın xeyir qızım, gəl səhər yeməyin hazırdır. Mələk keçib əyləşdi, – anasına: Uğur qalxmadımı hələ? anası çay süzüb gətirib qarşısına qoydu. Uğur səhər tezdən getdi qızım, narahat olma mən onunda səhər yeməyini verdim. Mələk – anasına: yəqin işə gedib, neçə günlərdir yazıq işindən oldu. Anası gedib siniyə səhər yeməkçün, yağ – pendir və başqa şeylər qoyub gətirdi. Sinidəkiləri masaya düzüb – qızına: Uğura bir can borcumuz var qızım. Çox mədəni və tərbiyəli oğlandır, çox sağolsun hərşeyçün, bizə oteldə qalmağada icazə vermədi. Mələk çayından içib, – anasına: o mənim canım dostumdur, anası baxıb gülümsədi. Mələk birdən masada qalmış Uğurun telefonunu görüb, – anasına: off telefonunu unutmuş yazıq. Anası – Mələyə: məndə o gedəndən sonra gördüm qızım, – anasına: mən birazdan aparıb çatdıraram iş yerinə. O telefonla sifariş qəbul edir, anasıda üzüldü belə dediyində – Mələyə: of yazığa söz gəlməsin sonra. Məndə gəlim qızım səninlə, – anasına: yox ana sən narahat olma, taxsi çağırıb çatdırıb tez qayıdacam. Anası artıq söz demədi, tamam qızım yeməyini ye apararasan.
Evdə atası – Dənizə: bax qızım sənə deyirəm son dəfə, o yaramaz qardaşına yardıma filan getməyə düşünmə. Qoy işə alışsın, boş qalıb yaramaz oldu son vaxtlar. Dəniz gülümsəyib, – atasına: tamam ata. Sən gec qalma işə, gəl mən səni uğurlayım, uğur dediiyində atası – Dənizə: o Uğurlada danışacam mən. Bu nədir qız kimi küsüb işdən getmələr filan? hardadır o? Dəniz istəmirdi atası əsəbləşsin. Ata Uğur uşaq deyil, tapar başqa iş narahat olma. Bax özün dedin qardaşım boş qalıb yaramaz oldu, işləsin daha yaxşı. Atası əsəblə başını sirkələyib getdi, ardıncada Dəniz getdi yola salsın atasını.
Mələk taxsiylə gəldi, gül mağazasının qarşısında endi maşından, qapını örtüb getdi mağazaya. Gəldi mağazada kimsə yox idi, baxdı səslədi: Uğur burdasanmı? səs verən olmadı. Öz – özünə: mağazanı açıq qoyub getməzdi bu, arxaya döndükdə qarşısında Səlimi görüb baxdı əsəblə. Səlimdə əsəbi baxışlarla baxırdı, – Səlimə: pis yuxu kimi qarşıma çıxmasan olmazmış. Səlim kinlə gülümsəyib, – Mələyə: mənimçünmü darıxdın? yoxsa yenə xəstəxanaçünmü darıxdın. Məncə ikinci variantı sən çox sevirsən. Mələkdə əsəblə acıq verərək – Səlimə: unutmadınsa 2 – 1 – dir şotumuz. İki dəfə o boş başından vurduğumu və, birisində xəstəxanalıq etdiyimi unutmadın hər halda. Səlim – Mələyə: mən sevirəm şotumu düşmənimdən üstün etməyi. Narahat olma sənin şotun 2 – də, mənim isə 10 – da dayanacaq, həmdə bonusuyla. Mələk kinlə gülümsəyib, – Səlimə: sən məndən it kimi qorxursan, dediyin o onuncu şota çatmağına səndə g… t lazımdır. Səlim özünü zor tuturdu, Mələyin ağır sözlərinə cavab verməməkçün. Mən eyni yerdə düşmənimi təkrar nakaunta salmaram, qorxma səni vurmağa gəlmədim. Demək istədi Uğur telefonunu unudub, o arada yenə unutdu sözünü. Nə qədər çalışdı xatırlaya bilmədi. Səlim acıq verərək ürəkdən güldü, – Mələyə: nə oldu, qorxundan dilinimi unutdun? qarşımda əsib boşa gurlayırsan. Mələk alnına əlini tutub düşündü nə üçün gəldiyini, özündən asılı olmurdu əsəbləşirdi xatırlamadıqda. Keçib əyləşdi, bir anlıq əliylə üzünü tutub gözlərini yumub dayandı. Səlimdə acığa gəlib masada oturdu ayağını sallayıb. Mələk baxdı tərs – tərs, ayağa qalxdı ki Səlimdən uzaq dayansın, başı gicəlləndi. Səlim tez qolundan tutdu yıxılmasın, tezdə qolunu çəkib – Səlimə: toxunma mənə. Gedib qapıdan çıxaçaqdı Dənizlə rastlaşdı, az qaldılar bir – birinə çaxılsınlar. Dəniz – Mələy: Mələk? salam canım tez qucaqlayıb, arxadan özlərinə baxan qardaşına baxdı narazı baxışlarla. Nə yaxşı gəldin, Mələk elə bil keyləşmişdi – Dənizə: mən gəlmişdim bura Uğura. Yenə sözünü xatırlamadı, birdən nə isə düşündü, cibindən telefonu cıxardı. Dəniz anladı Uğurun telefonuydu. Uğur evdə telefonunumu unutmuş? sən ona görə gəldin bura. Mələk baxdı Dənizə, hə evdə unutmuş ona görə gəlmişəmmiş. Dəniz pis oldu Mələk belə dediyində, – Dənizə: sən verərsən Uğura telefonunu. O telefonsuz sifarişləri qəbul edə bilməz, Dəniz qaldı ortalıqda. Səlim arxadan – Mələyə: niyə Dəniz verməliymiş ki, Uğur dostunun telefonunu? Dəniz qardaşına işarə etdi sussun. Səlim susmadı, – Mələyə: onu burdan qovdum rədd oldu, artıq çalışmır anladınmı? bir daha bura gəlməyə hünər etmə. Dəniz – qardaşına: Səlim bəsdir sus, Mələk duyduğundan baxa qalmışdı. Düzmü eşitmişdi? Uğur işindənmi olmuşdu özünə görə? çox pis oldu. Peşman baxışlarla baxdı Dənizə. Dəniz qolundan tutub – Mələyə: gəl əyləş xayiş edirəm. Mələk qolunu Dənizdən çəkdi, bir söz demədən çıxdı getdi. Dəniz – Səlimə: nə olardı qızı üzməsən? of Səlim off, görmürsənmi yazığın halını. Nə üçün gəldiyini unutdu. Səlim hec veçinə almadan – bacısına: cəhənnəmə unutsun, mənə nə? Dəniz əsəbləşdi. Deyimi sənə nə? sən vurduqdan sonra qızın yaddaşı gedir, həkim dedi ki ola bilsin özünü belə unutsun. Anladınmı indi? yəni yaddaşı əbədi gedər qayıtmaya bilər, tələsik qaçdı Mələyin ardınca. Səlim bilmirdi bu qədərini, biraz baxıb masaya yumuruğunu vurub, az belə olmuş pisliyə. Belə desədə üzündən bəlli idi peşman olduğu.
Dəniz qaçıb çıxsada Mələyi tapa bilməmişdi, ətrafa baxıb öz – özünə: of Mələk hara getdin? tələsik maşınına əyləşib getdi.
Mələk yolun kənarı ilə gedirdi üzgün – peşman, Uğurun özünə görə işindən olmasına çox pis olmuşdu. Allah mənim cəzamı versin, axx dostum necə bunu məndən gizlədərsən sən. Qollarını bir – birin doladı, canından üşütmə keçdi bir anlıq, yenə yağış yağasına oxşayırdı. Yazıq son eşitdiyindən heç bilmirdi hara gedirdi.
Evə Uğur gəldi əlində poketlərlə, səslədi: mən gəldim. Anası gəldi əlini dəsmala silə – silə, – Uğura: gəldinizmi oğlum? Uğur birinci anlamadı, gədim anam. Xoş gədiniz oğlum, arxaya baxdı qızını görməyincə – Uğura: Mələk yoxmu? Uğur təcüblə – arvada: Mələkmi? evdə deyilmi Mələk? biraz şaşırdı. Əlindəki poketləri yerə qoyub baxdı, anasıda biraz şaşrdı, – Uğura: Mələk sənə getdi. Sən telefonunu evdə unudunca, dedi sifarişlərinə lazımdır. Uğurun elə bil başından qaynar su tökdülər, bir anlıq Mələyin ora getməsinə həyəcanlandı. Bilirdi orda Səlimin çalışdığını, – arvada: mən orda deyildim anam. İndi gedirəm narahat olmayın siz, Mələyi gətirəcəm. Yazıq arvad