Acı həyat. Roman. Fatma Ahmed kızı Nabieva
ata – oğul arasında belə şeylər. Yazıq arvad özüdə pis oldu. Gəlib Dənizin göz yaşlarını sildi, alama qızım ürəyinə salma belə şeyləri. Gülsümün elə bil ürəyinə dammışdı, bu Mələklə əlaqədardı. Dənizə sual dolu baxışlarla baxdı. Dəniz işarə etdi ki sonra zəng edəcəm. Sən xalayla qal bacım mən gedim bir baxım, tez getdi. Arvad ardınca baxıb, – Gülsümə: anasız qızlar yazıq olurlar, can qızım can. Gülsüm keçib əyləşib baxdı şüphə dolu baxışlarla, arvad şüpələnməsin deyə Dənizində ardınca gedə bilmədi.
Dəniz qaçaraq gəldi xəstəxanaya, qardaşı divara söykənib dayanmışdı. Yazıq Uğur pərişan halda oyana – buyana gəzirdi, ikisinində üzlərində yaralanmış yerləri bilinirdi. Dəniz baxıb anlamağa çalışdı, – qardaşına: Səlim Mələyə nə oldu? Uğur baxdı üzgün baxışlarla. Dəniz qardaşına yaxınlaşıb qolundan tutub sirkələdi, cavab ver Səlim nə oldu Mələyə? – bacısına: vurdular pıçaqla. Dəniz ağzını tutub, baxdı dönüb Uğura sual dolu baxışlarla. Uğur stressdən düz əməlli danışa bilmirdi, bu arada həkim çıxdı otaqdan. Uğur – həkimə: necədir vəziyyəti? Həkim ağzından maskasını çıxardıb baxdı. Xəstəmizin şükür orqanına zərər verməş kəsiiyi, lazım olan yardımı etdik. Bunu deyim ki, hələki burda qalması gərəkir. Çox qan itirmiş, ancaq yenə deyirəm, qorxulu bir şeyi yoxdur. Hələlik burda müalicəsini davam edəcəyik və yaxşılaşacaq inşallah. Elə bil Uğurun üstündən dağları götürdülər, off Allahım çox şükür. Həkim – Uğura: qızın bu hala necə düşməsi haqda polislərə ifadə verəcəksiniz. Bu gün görməniz mümükün deyil xəstəmizi, icazənizlə, Həkim geti. Dəniz gəlib qolundan tutub, – Uğura: Uğur nələr olur? kim vurmuş Mələyi? Uğur dərindən nəfəs alıb baxdı Dənizə.
Gecə saat 10 olurdu. Anası narahat idi gəlib – Gülsümə: qızım Uğurla qızım nə çox qaldılar? Gülsüm artıq xəbərdar idi olanlardan. Roza xala indi Mələk mesaj yazıb bildirdi, Uğurun maşını xarab olmuş yolda qalmışlar. Uğuru tək qoymaq istəməmiş, narahat olmsın anama bildir dedi. Anası üzüldü duyduğunda, off yazıqlar yolda qalmışlar demək ki, mən bir arayım baxım qızıma. Gülsüm tez aramasın deyə bəhanə uydurdu, – arvada: Dəniz indi gedib Mələyi ordan götürüb, özüylə aparaçaq dedi. Olara yaxın yerdə qalmışlar yolda, arvad inandı – Gülsümə: Allah razı olsun, Dənizdə çox mərəfətli qızdır. Sən get yat Roza xala narahat olma. Mələyin telefonunun enerjisi azmış, sönə bilər dedi. Arvad şüphələnmədi, çünki inanırdı ətrafında olanlara, tamam qızım səndə get yat gecdir. İnşallah səhər gələrlər, gecən xeyrə qızım, getdi. Gülsüm arvad gedən kimi ağzını tutub, səsini içinə salıb ağladı, qızı haqda yalan danışmağı Gülsümə heç rahat deyildi.
Dəniz duyduqlarından şok olmuşdu, aman Allahım bu qızı niyə bəlalar tapır? Səlim bacısına baxdı. Uğur bir yerdə rahat dura bilmirdi, boynunun ardını tutub oyana – buyana gəzirdi. Bilmirəm niyə onu tapır bəlalar, əsəblə Səlimə baxdı. Ancaq bu dəfə Səlim səbəb olmamışdı, əksinə Mələyi qorumağa çalışmışdı. Bunu Uğur anlayırdı, ancaq öncə etdiklərinə hələdə əsəbi idi. Səlim gəlib əyləşdi, – bacısına: bilirsənmi, indi onun yerində mən yatmalıydım. Məni arxadan vurmaq istədikdə Mələk özünü qabağa verdi, yəni bu qəfil oldu. İnan ki görsəydim imkan verməzdim, Dəniz bir anlıq qardaşına baxdı üzgün baxışlarla. Qardaşını qucaqlayıb kövrəldi, heç birinizə bir şey olmasın, duyursanmı? Səlim uşaq kimi bacısını qucaqlayıb, başını çiyninə qoydu. Dəniz qardaşını çox istəyirdi, baxmayaraq bəzi tərs xasiyyətləri olsada, hamınız əzizsiniz mənə. Mələkdə yaxşı olacaq, Allah onu bizə bağışladı, Uğur dözmədi getdi harasa. Səlim baxdı Uğur getdi, qalxıb tez otağın qapısına yaxınlaşdı. Dəniz -qardaşına: Səlim olmaz dedi həkim duymadımı? Səlim heç cavab vermədən girdi içəri. Dəniz ayağa qalxıb, of Səlim off, gəlib qapının yanında dayandı ki, gələn olsa bildirsin.
Səlim içəri keçdi, otaqda heç kim olmadığını bilirdi, gəlib Mələyin yanında dayanıb baxdı. Mələyin qoluna sistem qoşulu idi, gözləridə qapalı idi. Səlim yanında çöküb pıçıltılı səslə, – Mələyə: heç axlıma gəlməzdi, bir gün düşmənim olan birisi qarşma keçib məni qoruyacaq. Nədən etdin bunu? bəs deyirdin məndə sənin düşməninəm. Mən sənin yerində olsam, sənin etdiyini edərdimmi? Mələk pıçıltıyla – Səlimə: gərçəkdən dediyim kimi, bizim kəndin qarılarına vır- vır etməyin oxşardı. Səlim baxdı bir anlıq əsəbləşdi, həmdə sevindi Mələyin özündə olmasına. Vallahi qarşılaşdığım ən pis birisən bu həyatımda, bu halınla belə cavab qaytarmağından qalmırsan. Mələk – Səlimə: şot neçə oldu? məncə bu dəfə hec – heçə oldu. Səlim – Mələyə: yox elə olmadı, sən məni iki dəfə qurtardın, birinci məni vuranın arxadan başına şüşə vurdun. Sonrada özünü pıçağın qarşısına atdın, sən profisyonalsan baş yarmağa, deyim bil. Qızım səndə adi hala çevrilib adamın başına vurub yarmaq. Mələk – Səlimə: pardon Səlim bəy, mən imkan verə bilməzdim, mənim düşmənimi başqası vursun. Yəni deyirsən özüm əzişdirəçəm hə? manyaksan sən. Mələyin dodaqları quruyurdu. Mələk – Səlimə: yardım et burdan çıxmağıma, evdə anam narahatdır bilirəm. Səlim – Mələyə: Gülsüm uydurmuş birşeylər anana çoxdan, narahat olma. Mələk udqunub, mənim başa vurmağımdan fərqli olaraq, bacımda yalan danışmağında profisyanaldır. Səlim -Mələyə: iki bacılar başqa – başqa manyaklarsınız. Mələk – Səlimə: gözünün şahidisən qıraq dur çalışıb, yəni başının tam sıradan çıxmasını istəmirsənsə. Səlim – Mələyə: yanında çox qala bilmirəm, krimnalni Mələk xanım. Ancaq bunu bil səninlə işim bitmədi, alnından öpüb çıxdı otaqdan. Mələk əsəbləşdi, ardınca – Səlimə: başımın bəlası pislik, tərpəndiyində canı acıdı ofuldadı.
Beləcə ağır gecənin sabahı oldu, üçudə oturmuşdular kalidorda. Dəniz oturduğu yerdə qardaşına qısılıb yatmışdı. Səlim bacısını özünə qısıb tutub fikirə dalmışdı. Uğur ayağa qalxıb, qapının yanına gəlib dayandı. İçərdən tibb bacısı çıxdı, – Uğura: birazdan həkim gəlib yoxlayacaq, sizə deyəcək xəstəmizi görmək olar ya yox. Getdi karidorla, Uğur tibb bacısının ardınca baxdı və, ehtiyatla qapını açıb girdi içəri. Səlim baxdı, Uğurun girməsi xoşuna gəlmədi. Dənizi oyatmamaqçün sakit dayandı.
Uğur gəlib Mələyin alnından öpdü. Mələk gözlərini açıb baxdı, – Uğura: dostum, – Mələyə: hay can dostum. Uğurun gözləri yaşardı, – Mələyə: qorxuzdun məni, birdə belə etmə tamammı? getmə bilmədiyin yerlərə mənsiz. Mələk anlayırdı Uğur çox həyəcan keçirmişdi, zarafatla – Uğura: dostum deyirdin mənimlə savaşa gedərdin. Bax kiçik bir savaşa düşdük səninlə, dediyin kimi düşmənlərimi 10 dəqiqəyə upakovka edə bilmədim. Əksinə sən həll etdin çoxunu. Uğur yaşarmış gözlərini silib, – Mələyə: səhvin var dostum sən, deməyə çətinlik çəkdi sözünün ardını. Mələk anladı istəmədi dostu üzülsün, – Uğura: boş ver xırda – para kəsikdir, oldu keçdi. Səndən bir xayişim var dostum, nə olar qaçırt burdan məni. Uğur gülümsəməyə çalışdı, – Mələyə: soz azacıq sıx dişinə qaçıraçam. Mələyin üzündən öpüb, az vaxdan həkim gələcək. Burda məni görsə, vır – vır edəcək dediyin kənt qarıları kimi. Mələk gülümsədi, tamam dostum çıx görməsinlər, Uğur təkrar üzündə öpüb çıxdı. Mələk öz