Acı həyat. Roman. Fatma Ahmed kızı Nabieva

Acı həyat. Roman - Fatma Ahmed kızı Nabieva


Скачать книгу
başımda bir tərbiyəssiz var bəsdir, səndə oxşama ona sus. Uğur dərindən – dərindən nəfəs alıb, sakitləşməyə çalışdı. Birdən özlərinə baxan Mələyin ata – anasını gördüyündə, elə bil yuxudan ayıldı. İkisidə sual dolu baxışlarla baxırdılar olara, arvad halsız ayağa qalxdı gözləri yaşlı. Oğlum Uğur demişdi, Uğur qaçaraq gedib arvadı qucaqlayıb ağladı. Hay can Anam, arvatda Uğuru qucaqlayıb qızım deyib elə ağladı ki, Səlimin atası kənara baxdı xəcalətindən. Mələyin atasıda üzünü tutub ağlayırdı, oğlum qızım yıxılmış başı dəymiş, həkimlər özünə gətirə bilmirlər. Oğlum niyə getdin, kəşki getməsəydin. Səlim qulaqlarını tutdu, arvadın dediyini eşitməməkçün. Səlimin atası anladı olanları atası deməmişdi ailəsinə, Səlimə baxdı əsəbi baxışlarla. Uğurda arvadın belə deməsindən şoka düşmüşdü, Murad dayısına getmiş qızım. Orda talvardan düşmüş, sağ olsun nəvəsi çatdırmış qızımı xəstəxnaya. Uğur duyduqlarından şok keçirirdi, oğlum Səlimi nahaq vurdun onun bir günahı yoxdur. Səlim arvad ağlayaraq danışdıqca, xəcalətindən- üzüntüsündən qulaqlarını tuturdu. Uğurun gözlərində Səlimə və babasına qarşı nifrət dolu baxışları yarandı. Arvadı qucaqlayıb qızarmış, yaşarmış, gözləriylə kinli baxışlarla baxdı Səlimə.

      Evdə Dəniz oturmuşdu xadimə gəldi, Dəniz xanım çox gec oldu yatmadın. Ürəyin bir şey istəyirmi? Dənizdə ağlamışdı olanları duyduğunda, yox narahat olma sən get yat. Xadimə getdi, Dəniz üzünü tutub ağladı.

      Artıq səhər olmuşdu, həkim çıxdı otaqdan, hamı baxdılar həyəcanla. Həkimin üzündən bəlli idi hec xoş söz deməyəcəkdi. Yazıq anası heç oturduğu yerdən ayağa qalxada bilmədi stresdən. Qorxmuş uşaq kimi Uğurdan bərk – bərk yapışdı. Uğur bir anlıq arvadın qorxub necə özündən tutmasına baxdı, ürəyi param – parca oldu. Atasıyla, Səlimin atası yaxınlaşdılar həkimə. Həkim dərindən nəfəs alıb – olara: qızınızı təssüflər olsun ki, özünə gətirə bilmədik. Həkimin belə deməsindən bir anlıq hər kəs şok yaşadı. Səlim gözlərini qırpmadan baxırdı həkimə. Həkim – olara: sizə məsləhətim, paytaxt şəhərimizə aparıb ornın həkimlərinin nəzarəti altında saxlamaq daha yaxşı olar. Orda məncədə burdan daha yaxşı olacağını düşünürəm. Bu sözünü duyduqdan sonra, Səlimin atası əlini atıb divardan yapışıb dayandı. Öz – özünə: şükür Allahım çox şükür, Mələyin atası sanki keyləşmişdi. Birdən bağırdı həkimin yaxasndan tutub. Burası xəstəxana deyilmi? niyə qızıma dünəndən yardım etmirsiniz. Niyə bunu dünən demirdiniz, tez Səlimin atası həkimdən atasını ayırdı, – həkimə: üzürlü sayın. Gəlin Davud bəy etməyin belə, zorla kişini kənara çəkdi. Həkim anlayırdı şokda idi atası, artıq söz demədən getdi. Atası zorla danışırdı kövrəlmişdi, niyə qızıma yardım etmədilər? indi deyirlər aparın. Səlimin atası sakitləşdirməyə çalışdı, Davud bəy mənim orda tanıdığım güclü həkimlər var. Biz elə indicə qızı burdan aparacağıq, nə olar özünüzü ələ alın. İnanın mənə Mələk yaxşı olaçaq, sizin necə güclü və mərd qızınız olduğunu siz məndən daha yaxşı bilirsiniz. Atası elə kövrəldi ki, çarəsiz uşaq kimi Səlimin atasını qucaqlayıb ağladı. Uğur özünə qısılıb hələdə keyikib baxa qalmış arvada baxdı, yazığın üzünün rəngidə uçmuşdu. Qorxma anam, Mələk gərçəkdən güçlüdür, mənim dostum çox güçlüdür yaxşı olacaq. Arvad üzünü Uğurun sinəsinə qoyub qızım deyib ağladı, Uğur qucaqlayıb tutdu. Səlim bir addım atmışdı gözləri qaraldı, artıq heçnə görmədi, başını ikki əlləriylə tutdu. Atası anladı, qaçıb gəlib oğlunu tutdu. Səlim özündən keçinmək üzərə idi, Atası oğlunu gətirib otuzdurdu. Yanında əyləşib üzünü şillələdi. Səlim oğlum özünü ələ al, duyursanmı məni? oğlum, təkrar sələdi. Səlim özündən keçinməməkçün özünü toparlayıb gözlərini açıb baxdı. Halsız idi, dünəndən pərişan olmuşdu, üzündə Uğurun vurduğu yerlər bilinirdi. Atasının ürəyi acıyırdı, nə qədər tərs olsada evladı idi. Səlim alnını atasının çiyninə qoyub, – atasına: yaxşıyam. Sən get onu burdan aparmaqçün həkimlə danış, tez gedək burdan. Atası dərindən nəfəs alıb baxdı, Səlim alnını atasının çiynindən çəkdi ki, qalxsın getsin. Atası qalxıb getdi tez həkimlə danışsın. Səlim peşman baxışlarla baxdı Uğura qısılıb ağlayan Mələyin anasına. Uğurun nifrət dolu baxışlarıyla tuş gəldi baxışları. Səlimdə Uğura heyif cıxaçaq baxışlarla baxdı.

      Beləcə 3 gün keçdi, Mələyi şəhər xəstəxanasına gətirmişdilər. Həkimlər əllərindən gələn yardımı əsirgəmədən edirdilər. Dənizlə Gülsümdə gəlmişdilər xəstaxanaya. Dənizdə gərçək olanları Gülsümə deməmişdi. Gülsüm Mələyin anasına qısılıb göz yaşlarına boğulmuşdu. Dəniz divara söykənib baxırdı gözləri yaşlı. Mələkdən hələ bir irəliyiş yox idi. Uğur gəldi əlində yeməklə, gəlib anasının o bir tərəfində əyləşdi. Gətirdiyi yeməkdən yedirməkçün səslədi anacan, yazıq arvad gözləri yaşlı dönüb baxdı. Hay can oğlum, Uğurunda gözləri yaşardı elə cavab duyduğunda. Canın ağrımasın anam, nə olar bir tikə ye mənim xətrimə. Belə olmaz, dostum ayıldığında yanında dayanmağa halımız olmasa, çox üzüləçək. Əliylə götürüb yeməkdən uzatdı ki yesin, arvad qırmadı verdiyini çətində olsa yedi. Yazıq o qədər kövrək olmuşdu, Uğurun əlini öpüb üzünə tutub ağladı. Uğura çox pis təsir edirdi yazıq qadını belə görməyi, dərdinin üstünə dərt gətiridi. Tez qucaqlayıb sinəsinə sıxıb tutdu, Gülsüm dayana bilmədi. Qalxıb ağlayaraq getdi, Dənizdə getdi Gülsümün ardınca. Səlimin atasıda kənardan dayanıb baxırdı. Mələyin atasıda bir kənarda otumuşdu, dinməz səssiz. Babasını gəlməyə qoymamışdılar, xəstə olduğundan. Səlimin bir səhvi hər kəsi pərişan etmişdi.

      Beləcə axşam oldurdu, həkim çıxdı otaqdan, hamı baxdılar həyəcanla. Həkim gülümsəyərək, – olara: gözümüz aydın xəstəmiz özünə gəldi. Bir anlıqda hər kəsin ürəyinə rahatlıq gəldi, Uğur anasını qucaqlayıb öpdü. Duydunmu anam? dedimmi mənim dostum güclüdür ayılacaq. Anasıda Uğuru qucaqlayıb ağladı, yazıq danışa bilmədi. Atası ayağa qalxıb gəldi. Dənizdə Gülsümü qucaqlayıb sevinclərini bölüşdülər, şükür bacım ayıldı. Dənizdə çox sevinmşdi, – Gülsümə: bacının hələ qardaşımdan alacaq heyifi var, belə rahat təslim olmazdı. Gülsüm Dənizin zarafat etdiyini düşünüb gülümsədi, gözlərinin yaşını sildi. Ancaq yazıq bilmirdi sözlərində gərçək vardı. Atası – həkimə: qızımı görə bilərəmmi? Həkim – atasına: ancaq deyim çox az vaxtlıq. Atası həkim sözünü bitirməmiş girdi içəri, Səlimin atasıda gəldi. Təşəkkür etdi həkimə, həkim əlini sıxıb, Paşa bəy siz mənimlə gəlsəniz. İşarə etdi ki, xəstə haqda təklikdə deyəcəkləri vardı, bu Uğurun gözündən qaçmadı. Getdilər həkimlə, Uğur işarə etdi Gülsüm yaxınlaşdı, mən indi gəlirəm anam. Tez ayağa qalxdı, – Gülsümə: anamın yanında əyləş, gəlirəm indi. Tez getdi həkimlə, Səlimin atasının ardınca.

      İçəridə qızının əlini tutub atası dayanmışdı yanında, Mələk çox halsız idi danışmağa çətinlik çəkirdi. Atası ağlamamaqçün özünü zor tuturdu, şükür səni Allahım bizə bağışladı qızım. Yorma özünü, sabaha daha yaxşı olacaqsan, danışarıq canım qızım. Mələk nə isə demək istəyirdi, bacarmırdı. Zorla Ana sözünü dedi, atası anından öpüb – qızına: ananda


Скачать книгу