Acı həyat. Roman. Fatma Ahmed kızı Nabieva

Acı həyat. Roman - Fatma Ahmed kızı Nabieva


Скачать книгу
Mələyə: gəldinmi qızım? Mələk gülümsədi çarəsiz. Gəldim canım Murad dayım. Kişi gözlərini açmadan – Mələyə: bir neçə saat öncə Dənizə sən haqda danışdım, xatırlayıb çox güldüm. Mələk kişinin əlini tutub, nə danışdın Murad dayı? kişi gülümsədi. Dənizə danışdım sənin kəntdə yaramaz oğlanları necə döymən haqqında, hətta əlindən almaq çox çətin olardı. Mələk bir anlıq kənara baxdı, kişinin xəbəri yox idi nəvəsinin yaxşıca payını verdiyindən. Mələk – Kişiyə: bəzən yaramazlıq edənləri döyməyimə necə baxırsan? kişi gülümsəyib, yaramazları olar qızım. Mələk əlini üzünə çəkib, – kişiyə: bəzən yaramazları bir dəfə vurmaqla axıllanmırlar. Təkrar əl hərləməli olursan, kişi gözlərini açıb şüphəli baxışlarla baxdı. Mələk kənara baxdığında anladı, nə isə olmuşdu.

      Uğur olanları anlatmışdı, atası oğluna çox əsəb olub acılamışdı. Səlim çarəsiz susrdu atasının qarşısında. Sən axlınımı oynatdın? zorla açarları götürüb evə gizlin girməkdə nə deməkdir? oğlum niyə bu qədər üzürsən məni. Səlimin başı ağrıyırdı gərçəkdəndə. Atası biraz yüksəkdən danışdığında, ikki əlləri ilə başını tuturdu. Atası – Səlimə: bilirsənmi nə var? o qızın əllərindən öpəcəm indi gedib. Vallahidə əllərinə sağlıq, illərdir mənim sənə edə bilmədiyimi etmiş, vallahidə bravo qıza. Səlimi kəssələr qan çıxmazdı. Birdən Dənizi gülmək tutdu, qardaşını Mələyin döyməsinə. Həmdə babası anlatmışdı Mələk haqda olanları. Səlim bacısına tərs – tərs baxdı. Dəniz – Səlimə: qardaşım düz ünvanına evə gəlsəydin vaxdında, babamın Mələk haqda anlatdıqlarını duyardın. Yəni səhv ünvana getməzdin. Dəniz ürəkdən qəh – qəhə cəkib, eyni babası kimi güldü. Uğur əsəbi idi Səlimə, Mələyin belə cəsarətli çıxıb Səlimin tək ağzının deyil, başnanda vuraraq payını verməsindən çox razı idi. Dənizə baxıb birdən Uğurda güldü. Gəlib əlini Səlimin çiyninə vurub, bir daha mənə bulaşma xala oğlu. Bax mənim necə dostum var, payını verib əllərinidə bağlayıb upakovka edib. Hələ ondan sonra mənidə qurtardı bir zəngii ilə, o bandit dostlarından. Düzü elə qorxaqlardan dost olmaz. Əsil dost mənim dostum kimi olar, gülüb getdi babasının yanına. Səlim dinmirdi, Dəniz gözlərini silib gəlib qardaşının yanaqlarından sıxıb, – Səlimə: yaraşıqlı qardaşım mənim. Gəl yardım edim gedək yerində yat. Səlim qalxmadı, – bacısına: səndəndə o gülməyinin heyifini alacam, unutma. Dəniz çiyinlərini cəkib – Səlimə: o zaman məndə səni Mələyə şikayət edərəm, yaxşıça əzişdirər səni. Yenə ürəkdən gülüb getdi. Səlim başına toxunmaq istədi başı ağrıdı, ofuldayıb baxdı əsəblə.

      Səlimin Atası gəlib Mələyə haqq vermişdi, artıq olanları babasıda bilmişdi. Mələk Səlimin atasının qarşısında biraz xəcalət çəkdi. Kişi gülümsəyib, – Mələyə: qızım dedim axı haq olanı etmisən, əllərinə sağlıq. Birdən babası oturduğu yerində, Mələyin çiyninə alnını qoyub gülməyə başladı. Mələk kişinin bu gülüşünə hər zaman heyran idi, necədə ürəkdən gülürdü dərdini – ağrısını unudub. Bir qoluyla kişini qucaqlayıb, üzünü başına qoyub baxdı. Mələkdən başqa hamısıda yaşı anlayırdılar, Səlim artıq durmayacaqdı heyif almadan.

      Geçə Uğurla evə gec gəldilər. Uğurun kerfi yaxşı idi, – Mələyə: dostum hələ inana bilmirəm. Evə gəldiyimdə Səlimin bağlı olduğunu gördüyüm gözümün önündən getmir. Uğur pencəyini divana atıb əyləşdi. Mələk mətbəxtdə gedib səsləndi, – Uğura: sənə çay – qəhvə? – Mələyə: sən içəndən dostum. Az vaxtdan Mələk sinidə iki fincan çaylarla gəldi, çayın birisini Uğura verdi əyləşdi. Uğur təşəkkür etdi, sinidən götürüb şirinyyat qabınıda Uğura yaxın qoydu. Uğur birdən gülməyə başladı, – Mələyə: ağzına skoc bağlamağın ayrı ləzzət elədi mənə. Mələk çayından içib, – Uğura: onun dır- dirina qulaq asacaq deyildim ki, kənt qarıları kimi vır – vır ağzı durmurdu. Uğur gülməkdən özünə hakim ola bilmirdi. Mələk zarafatla, – Uğura: oğlan o günü babasınada deyirdi, qanım sənin qanındandır filan, guya çəkmiş kənt tərəfimizə. Düz deyir çəkmiş, sadəcə kənt qarılarına. Allah saxlasın olar dır – dıra başladıqlarında. Uğur gülməkdən göz yaşlarını silib, – Mələyə: komediyasan dostum vallahi. Ancaq unutma, ondan ehtiyat etməyin gərəkir. Mələk çayını içərək baxmadan, – Uğura: mən niyə ki? mən tərəfdən problem olmadı. Mağazada xalan oğlu tərəfindən təcavüzə uğrayıb, huşsuz yatan mən deyildim. Hələ döşəmədə leş düşüb sərələnmiş Səlim bəyi demirəm. Siz məndən ehtiyat edin dostum. Uğur zarafatına yenə ürəkdən güldü. Vallah dostum səninlə savaşa belə gedərəm. İnan silahsız düşmənləri 10 dəqiqəyə upakovka edərsən. Mələk Uğurun uşaq kimi deyən sözlərinə, başını narazılıqla sirkələyib gülümsədi. Anacaq üzünü tez bir zamanda ciddi ifadə alaraq fikirə daldı. Uğur çayını götürüb içərək baxdı Mələyə.

      Səhər açıldı, bazar günü olduğundan Uğurda evdə idi. Mələk oyanıb gəldiyində, Uğurla əyləşib özünü gözləyən Gülsümü görüb baxdı əsəblə. Dönüb getmək istəyirdi Gülsüm səslədi, bağışla bacım nə olar. Mələk Gülsümü cox istəyirdi, özünə bacım deməsinidə çox özləmişdi. Dönüb ciddi üz ifadəsi ilə – Gülsümə: bu birinci – axırıncı olsun yalançı bacım. Elə bil Gülsümə dünyaları hədiyyə etdilər. Qalxıb qaçıb gəlib Mələyə elə sarıldı ki, Uğur baxıb gülümsədi. Mələkdə qucaqlayıb – Gülsümə: bax bacım bir daha gizlin işlər çevirərsənsə ardımdan, Gülsüm imkan vermədi. Bir daha olmayacaq, bağışla, bağışla, bağışla. Mələk – Uğura: dostum bazar günü budilniki kim qurmuş? Gülüsmü işarə etdi. Uğur Mələyin Gülsümün bağışla sözlərini təkrarlamasına işarə etdiyini anladı. Əlini- əlinə vurub güldü ürəkdən. Mələk Gülsümü qacaqlayıb baxdı, zarafatını anlayıb gülən Uğura.

      Beləcə günlər keçdi, Murad dayısı sağalmışdı. Mələklə artıq hazır idilər öz doğma kəntlərinə qayıtmağa. Avtobus voqzalına Gülsümlə, Uğurda, gəlmişdilər yola salmağa. Gülsüm – Mələyə: canım bacım yenə gəl tamammı? Mələk Gülsümə elə təcüblə baxdı ki, Uğuru gülmək tutdu. Amandı sizin şəhəriniz sizə qalsın istəmirəm artıq. Gülsüm incik baxışlarla baxdı. Dənizdə gəldi, – Mələyə: bax Mələk Gülsümün sözünə məndə qoşuluram. Çalış yenə gəl, tamammı? oldu xırda – para problemimiz o heç. Mələk əsəbləşəcəkdi Dənizə, o arada Murad dayısı yaxınlaşdı. Kişi mehribanlıqla – Mələyə: gedək qızım, bizi gözəl kəndimiz gözləyir. Səlimin atası yaxınlaşdı salamatlaşmaqüçün. Ata bir daha deyirəm qal, nə olar getmə. Bax nə gözəl səninlə söhbət edirdik, sən burda olsan içim rahat olar. Atası gülümsəyib, – oğluna: gördün oğlum mən şəhər yerində bacarmıram, xəstələnirəm. Mənə kəndimiz yaxşıdır, sənədə məsləhətim öz doğma kəndinə qayıtmaqdır. Burda şəhərdə nə təmiz hava alırsınız, nə də kənt meyvəsindən yeyə bilirsiniz. Atası Dənizə baxıb, başını narazılıqla sirkələdi. Nə desədə atasını razı sala bilməyəcəyini yaxşı bilirdi. Kəndə gedəcək avtobusa bildiriş olundu. Mələklə, Murad dayısı bir – bir qucaqlaşıb salamatlaşdılar hamıyla. Uğur – Mələyə: dostum bilirəm burda yaxşı xatirələr yazılmadı xatirə dəftərinə. Ancaq mən kəndinizə mütləq gələcəm


Скачать книгу