Acı həyat. Roman. Fatma Ahmed kızı Nabieva
bağlanmırmı? yoxsa mən səhvmi bilirəm. Rəyis biraz baxıb, – Uğura: bizimkilər Səlim bəyin şikayəti üzrə vurulduğu yerə baxış keçirmişlər. İşimiz belədir, hər şeyi dəqiqləşdirməyimiz gərəkirdi. Mən dəqiq araşdırmalarını tapşırdım. Nə üçün bunuda deyim, cünki durduq yerdə admın başına vaza vurmaq hər qadının işi deyil. Bəzi şüphələrimiz oldu, – Mələyə: Mələk xanım əvəllər narkotik tərkibli və, yaxud başqa ilaçlar qəbul etdinizmi? Mələk pərt oldu. Uğurda şok halda rəyisə əsəblə baxan babasına baxdı. Uğur – rəyisə: Mələk bir ay mənimlə çalışdı. Siz nə danışırsınız, nə narkotiki, nə ilacları? durun bir dəqiqə burda yanlışlıq var. Birdən Səlimin rahat oturması gözündən qaçmadı, və anladı onun qurduğu oyuna düşmüşdü yazıq qız. Babası gözlərini qıyıb, bir kəlmə demədən rəyisin gözlrinin içinə baxırdı. Kişiyə çox pis təsir etmişdi, günahsız qızın nəvəsi tərəfindən bu həddə şərlənməsi. Babasıda ən azından Uğur qədər anlamışdı, nəvəsinin qurduğu oyun idi bu. Rəyis davam etdi sözünə. Ora baxış keçirilən zaman, xanımın iş paltarının cibindən qadağan olunmuş ilaclar tapılıb təhvil verilmiş bizlərə. Mələk bir anlıq özünü deyil, ailəsini düşünüb pis oldu. Əli ilə boynunu – üzünü ovub baxdı Səlimə. Səlimdə kinlə cavab baxışları olaraq baxdı, o mənada ki, məndən qurtuluş yoxdu deməkdir. Babası – rəyisə: siz nə danışdığınızı bilmirsiniz, rəyis – babasına: Murad bəy, baxın belə danışmayın qanunla. Biz nə tapmışıq onuda anlatırıq burda sizə. Uğur birdən əsəbləşib Səlimin yaxasından tutub, – Səlimə: alcaqsan sən, duyursanmı? gördüyüm ən şərəfsiz birisən. Sən etdin bu işi bilirəm, rəyis sakit olun desədə, Uğur buraxmadı yaxasını. Qapıda dayananlar qaçıb gəlib, Uğuru ayırdılar Səlimdən. Səlim Uğurun özündən Mələyi gizlətməsinə görə onada əsəbi idi. Yazıq babası sanki kar olmuşdu bir anlıq. Baxa qalmışdı olanlara və, duyduqlarına. Mələkdə ondan fərqli deyildi, yazıq şok olmuşdu. Uğuru zorla kənara çəkdilər. Uğur – Səlimə: bu qızın günahından necə qutaracaqsan sən? sən nə şərəfsizsənmiş, tfu sənə. Rəyis acıqlandı, bəsdir indi atdıraram səni içəri. Uğur əsəbləşdi, – rəyisə: qanun dedin bayaq, hansı qanunda yazılıb qonaq gələn qızıa şər atılıb, bu duruma düşürülməsi. Harda yazılıb deyin, bağırdı. Səlim Uğura baxırdı tərs —tərs. Mələk birdən – rəyisə: hə mənimdir cibimdən tapdığınız dərmanlar. Babasıda, Uğurda, Mələyə baxdılar təcüblə. Səlim baxdı anladı, Mələk acığa dedi belə. Mələk – rəyisə: məni indi tutuqlamanız lazımdır elə deyilmi? mən öz razılığımla indi sizə izahatımı yazacam. Sizin işiniz məni tutuqlayıb, lazımı orqanlara təhvil verməkdir. Qalanı orda qanunlarınız həll edərlər, mən razıyam cəzamı çəkməyə. Əlbətdə bu bir oyundu, Mələyə Səlim qurmuşdu. Ancaq indi Mələyin belə deməsi, gərcəkdən hər kəsi çətin vəziyyətdə qoymuşdu. Mələk əsəblə – rəyisə: icazənizlə kağız – qələm verin, kecib əyləşdi. Rəyis kağız – qələm verdi. Mələk götürüb yazdı, az vaxtda qaytardı. Rəyis kağızı oxuyub təcüblə – Mələyə: bura qonaq adıyla narkotik alveriçünmü gəldiniz? Mələk – rəyisə: bəli. Mən o dediyiniz xırda – para ilaclarla məşğul olan deyiləm. İnanın cox təhlükəli narkotik alverçisiyəm. Rəyis şaşqın baxışlarla baxdı Səlimə, babasına, – Mələyə: anlamadım mən sizi. Siz indi öz razılığınızla girişmədiyiniz işdənmi bəhs edirsiniz? yoxsa gərçəkdirmi yazdığınız. Mələk əsəblə – rəyisə: bilirsinizmi yoldaş rəyis, görürəm Səlim bəydən yaxşı aktiyor alınmaz. Bu həyatda senorya yazan elə yazmalıdır ki, hər şey gərçək kimi görsənsin. Mən istəmirəm Səlim bəy, pis aktiyor rolunda oynatsın sizi qarşımda. Mən yazdım orda həyat senariyamın başlığını, hadi çağırın məni aparsınlar. Qalanınıda qanunlarınız yazıb tamamlayarlar, nöqtəsi harda qoyular – qoyular. İnanın artıq mənə fərqi yoxdur, qarşında əyləşən bu yaşlı insandan tərbiyə aldım mən. Babası ayağa qalxdı, gözləri yaşardı yazığın. Əsən əliylə Mələyin üzünə sığal çəkib, gülümsədi. Dönüb Səlimə baxdı, göz yaşları axdı üzünə. Səlim babasının ağlamasına pis oldu. Ançaq necə demişlər? sonrakı peşmanlıqlar fayda vermir. Babası ürəyini tutub yıxılacaqdı, Səlim cəld qalxıb tutdu. Baba səslədi, həkim çağırın bağırdı. Babası qollarında yerə cökərək, gözlərini yumdu. Səlim qorxub babasını səslədi. Baba duyursanmı məni? baba qurban olum aç ğözlərini, ağladı qucaqlayıb. Rəyis tez telefonla yardım çağırırdı. Uğurla, Mələk, bir anlıq keyləşib baxa qalmışdılar. Uğur tez yanında əyilib, babasının nəbzini yoxladı. Qulağını sinəsinə qoyub, ürək döyüntüsünü dinləməyə çalışırdı. Səlim qorxmuşdu, baba deyib ağlayırdı. Mələk Səlimin qollarında huşsuz qalmış kişiyə baxdı. Kişinin bu hala düşməsinə elə üzüldü ki, gözlərindən yaş süzüldü üzünə.
Babasını xəstəxanaya çatdırmışdılar, Mələyi rəyis qoymamışdı xəstəxanaya getsin. Səlimlə Uğur qapının önündə gözləyirdilər, qacaraq Dəniz gəldi. Çatıb soruşdu həyəcanla – Uğurdan: nə oldu babama? yaxşıdımı nə dedilər? Səlim üzgün dayanmışdı. Uğur əsəblə – Dənizə: bunu şərçi qardaşından soruş, o deyər sənə nə olduğunu. Səlim – Uğura: əlimdə qalacaqsan haa, sözünə diqət et. Uğur əsəblə – Səlimə: şərəfsizsən, duydunmu? tanıdığım ən şərəfsiz birisən. Səlim Uğuru vurmağa hücum etdi, Dəniz imkan vermədi. Dəniz – qardaşına: Səlim yetər, bax indi atamı arayacam. Qardaşının sinəsindən tutub geri çəkdi, – Uğura: heç olmasa burda bir – birinizə girmədən durun. Səlim nə oldu babama? Səlim biraz arxaya çəkilib divara söykənib, – Dənizə: şövbədə özündən keçindi. Uğur yenə susmadı, – Səlimə: kimdir görəsən günahkar? Səlim əsəblə – Uğura: sənin gizlin saxladığın pislikş. Uğur Səlimi vurmamaqçün özünü zor tutdu. Uğur – Dənizə: qardaşın Mələyin üstə başqa şər atdı. Mələyin iş paltarının cibinə bu şərəfsiz nələrsə qoymuş ki, qızı tutuqlasınlar. Dəniz dönüb qardaşına şaşqın baxıb, nəə? Səlim sən axlınımı iitirdin? bu nə deməkdir? yalandır de. Uğur – Dənizə: babanda bunun etdiyinə dözə bilmədi, yıxıldı yazıq. Dəniz əliylə ağzını tutub baxdı, – qardaşına: səni mütləq həkimə göstərmək lazımdır. Sən dəlimi olmusan? buda nə deməkdir, axşam babamla razılığa gəlmədinmi. Demədinmi şikayətini geri çəkirsən? Səlim – Dənizə: çəkəcəkdim. Ancaq polislər o dəlinin cibindən nələrsə tapdıqlarını dediklərində, mən nə edə bilərdim? bağırdı. Dəniz başını tutub, aman Allahım qardaşım nə edirsən sən? yazıq demi qıza? bu vaxdı həkim çıxdı. Tez irəli gəlib Səlim – həkimə: necədir babam? Həkim dərindən nəfəs alıb – Səlimə: ən azı 10 gün burda qalmalıdır. Sonrasına baxarıq, baban infarkt olmuş, səsissizliyə və dinləməyə ehtiyacı var. Duyduqlarında çox üzüldülər, Səlim əlini saçına çəkib əsəblə baxdı. Dəniz – həkimə: görə bilərikmi? – Dənizə: hələ olmaz. Sizdə burda yavaş olun, Səlimlə Uğura işarə etdi, duymuşdu davalaşan səslərini. İcazənizlə deyib getdi, Dəniz qardaşını qucaqlayıb ağladı, səsini içinə salıb. Uğurda biraz kənara gedib öz – özünə: of Allahım sən səbir ver, dönüb Səlimə baxdı tərs – tərs.
Mələyi dəmir barmaqlıqlara salmışdılar, narahat idi Murad dayısına görə. Arada oyana – buyana gəzirdi, səbri çatmırdı.