Günahsız günahkar. Roman. Hissə – 4. Fatma Axmed kızı Nabieva
deyə – Aylına: nə istəyir səhər – səhər? onsuzda kefimiz yoxdur. Aylın Ramizə cavab verdi alo, maşına əyləşdi, Niçat qapını örtüb gəlib sükan arxasında əyləşdi. Aylın biraz qulaq asıb – Ramizə: bağışla gələ bilmərəm, bilirsən məndə öz şirkətimdə çalışmalıyam. Nicat maşını işə salıb qaza basdı, – Ramizə: bizimdə durumumuz eynidir bilirsən. Nazlı bizimçündə candır, qandır, bizdə sizin kimi qaça – qova çalışırıq, birtəhər yola ver işini. Aylın telefonu söndürüb – Nicata: Ramiz idi, – Aylına: bildim o olanı, nə istəyirdi? Aylın dərindən nəfəs alıb – Nicata: yardım istəyirdi. Mənim şirkətə gəlib çalışmamı xayiş edirdi, qalanını eşitdin nə dedim. Nicat maşını idarə edə – edə – Aylına: ondan uzaq olmağa çalış canım, manyakdır o manyak. Dinc dayanmır, qaşınır ki qaşınır. Nicatın əsəbləndiyini görü, b Aylın yan şüşədən dışarı baxdı susaraq. Nicat maşının sürəətini artırdı, getdilər.
Aylının etiraz etməsinə Ramiz çox əsəbləşdi, telefonu masaya atdı, gəlməzsən əlbətdə o… yanında olduqca gəlməzsən. Nicatın ardınca pis sözlər işlətdi, qapı döyüldü içəri yanlarında çalışan qız girdi. Ramiz bəy bir saatdan yeni işi imzalamaqçün gələcəklər. Ramiz tək başına qalmışdı, – qıza: anladım, gəldiklərində xəbər et mənə. Qız – Ramizə: baş üstə Ramiz bəy, çıxdı otaqdan. Ramiz öz – özünə: deyinirdi, … işin ortasına mən… olsun. Əlləriylə başını tutub dayandı, masaya dirsəklənib.
Axşam işdən çıxıb hamı gəlmişdilər Nazlının yanına, Nazlını xəstəliyi üstünləməyə başlayırdı, hər kəs pərişandı. Aylın bir yerdə dayana bilmrdi, karidorda oyana – buyana gəzir düşünürdü, düşündükcədə az qalırdı dəli olsun. Aylın öz – özünə: Allahım nə olar mənim ömrümdən kəs sən, o qıza qıyma. Ramzə zəng gəldi, telefona cavab verdi alo, biraz qulaq asdı üzünün ifadəsi dəyişdi. Gərçəkdənmi? bir dəqiqə, bu dəqiq məlumatdırmı? ay Allahıma çox şükürlər olsun, dönüb Ayına tərəf baxdı.
Aylın fikirli olduğundan Ramizə fikir vermədi. Ramiz telefonda deyilən suala cavab verdi, yox – yox pul prablemimiz yoxdur, narahat olmayın. Biz o zaman həkimədə xəbər verək indi. Baxın biz hətta dediyiniz pulun iki qatını ödəyəcəyik, tamam o zaman anlaşıdıq, telefonu söndürüb Aylına tərəf gəldi. Aylın qəmgin – fikirli Ramizə baxdı bir anlıq dayanıb. Ramiz – Aylına: şad xəbərim var canım, Aylın dərindən nəfəs alıb Ramizə baxdı. Ramiz – Aylına: soruşmayacaqsanmı nə xəbərdi? Aylın çiyinlərini çəkib – Ramizə: bu dəqiqə mənə Nazlıdan başqa heçnə maraqlı deyil. Ramizin gözlərində, uzun zamandan bəri görsənməyən sevinc dolu parıltı görünürdü. Bunu Aylında hiss etdi, ancaq axlına gəlmədi Ramiz nəyçün belə şad idi. Ramiz Aylını qucaqlayıb, Nazlıçün donur tapılmış canım. Aylın birinci baxa qaldı, bun çox inanmaq istədi. Beynində bütün günü dolaşıb qalmış fikirlərinin sehrinə düşüb, Ramizin dediyi sözü səhvən anlamış olmasını istəmirdi. Ramiz elə sevinmişdi ki, – Aylına: sən sevinmədinmi? nədir bu baxışlar?
Aylın Ramizdən təkrar soruşmağa belə qorxurdu, qorxurdu ki səhv eşidərək və üzüləcəkdi. Ramiz Aylının çiyinlərindən tutub, – Aylına: deyirəm Nazlıya donur tapılıb, az öncə zəng edib bildirdilər. Aylın elə bil nəfəs almağa unutmuşdu. Ramizin dediyinin gərçək olduğuna əmin olduqdan sonra, dərindən – dərindən nəfəs alaraq baxdı. Gözləri doldu – Ramizə: gərçəkdənmi? Ramiz anladı Aylın şokdaydı. Nazlının xəstələndiyi gündən bu yana çox üzülmüşdü. Ramiz – Aylına: hə canım, bu gözəl xəbəri birinci səninə paylaşmaq istədim. Aylın Ramizə sarılıb ağladı, çox yorulmuşdu yazıq, elə bil dünyanı hədiyyə etmişdi Ramiz bu xəbərlə Aylına.
Ramiz Aylını qucaqlayıb özünə sıxıb tutdu bərk – bərk. Nicat kənardan oların nə danışdığını duymamışdı. Aylının Ramizə sarılması heç xoşuna gəlmədi. Ramizin üzü Nicata tərəf idi. Ramiz o arada qalmadı əməlindən geri. Aylını qucaqlayaraq saçlarından öpdü, qoxladı. Nicata baxdı kinli və acıq verən baxışlarla.
Aylın birdən Ramizdən ayrılıb, Nicata tərəf qacdı. Nicata yetişib yavaş səslə, Nazlıçün donur tapılmış, şükürlər olsun. Aylının həyəcadan səsidə batmışdı sanki. Nicat elə sevindi ki, – Aylına: bu yuxu deyil, elə deyilmi? Nicatında gözləri doldu bir anda. Aylın Nicatı daha çox anlayırdı, – Nicata: məndə elə sanmışdım, ama gərçəkdi. Nicatla Aylın biri – birilərinə sarıldılar, bu şad xəbər oları çox sarsıltmışdı. Nicatın sevincindən gözlərindən yaş süzülürdü. Aylını bərk – bərk qucaqlayıb, öz – özünə: çox şükürlər olsun Allahım sənə.
Ramiz tez getdi Dilqəmlə Nazlıya şad xəbəri vermək üçün. Aylınla Nicatın qucaqlaşmasına bir o qədərdə reaksiya vermədi. Gərçəkdəndə bu elə bir an idi ki, insan qarşısında olan düşmənini belə qucaqlayardı sevincindən. Niçatın sanki son gücü idi canında qalan. Aylının boynunu buraxmadan – Aylına: sənə demişdim, mən gücümü səndən alıram. Nə olar qal mənimlə biraz belə, buraxma məni. Aylın hiss etmişdi, Nicatı buraxsa yıxılacaqdı. Aylın – Nicata: tamam yanındayam, buraxmıram qorxma, üzündən öpdü Nicatın. Nicat Aylının saçlarına burnunu -üzünü dayayıb dayandı səssiz, çox üzülmüşdü yazıq.
Ramiz Nazlının yatdığı otağa gəldi, Dilqəm yanında əyləşmişdi, Nazlının əini alnın dayayıb dayanmışdı səssizcə. Ramiz Nazlıya baxıb gülümsədi, gözəl bacım mənim, yaxınlaşıb alnından öpdü. Nazlı Ramizin xətrini çox istəyirdi, Dilqəm yorğun – üzgün baxışlarla Ramizə baxdı. Ramiz Dilqəmin boynuna sarılıb, qulağına yavaşca pıçıldadı, qardaşım donur tapılmış. Dilqəm Ramizə baxırdı gözlərini qırpmadan, eyni Aylında olan şokdan idi Dilqəmdəkidə. Ramiz – Nazlıya: sənə donur tapılmış canım, çox şükürlər olsun. Nazlının gözləri yaşardı danışa bilmədi. Dilqəm ayağa qalxıb Ramizin gözlərinin içinə baxdı. Ramiz – Dilqəmə: düz eşitdin dardaşım, donurumuz tapılmış zəng edib bildirdilər. Dilqəm də danışa bilmədi, Ramizin boynuna sarılıb səssiz – səssiz hiçqıraraq ağladı, Ramizin ürəyi pis oldu. Dilqəmin kürəyinə əlini vuraraq sakitləşdirməyə çalışdı, – Dilqəmə: keçdi qardşım, keçdi sakit ol. Dəli rüzğarın gətirdiyi qara bulutlar idi, sonunda üstümüzən əsdi gurladı keçdi, çox şükürlər olsun Allahıma. Ramizdə ağlamamaqçün özünü zor tuturdu, Dilqəm ağladığını Nazlı görməsin deyə, Ramizin boynunu buraxmırdı. Ramizdə bunu çox gözəl anlayırdı, Nazlıya Dilqəmi işarə edib, gülümsədi.
Belecə bir ay keçdi, Nazlı artıq donurun sayəsində yaxşılaşmıdı evə buraxmışdılar. Dilqəm özlərinə gətirmişdi Nazlını. Nazlı evinə dönmək istəyirdi, ancaq anasına qaynanasının uyduraraq, Dilqəmlə qaçmış sözünə görə çox xəcalət çəkirdi. Aylın – Nazlıya: bax anan səni bağışlayacaq bilirəm, gedək çəkinmə bacım, o ev sənsiz boş görsənir, baxmayaraq biz orda yaşayırıq Nicatla. Nazlı əllərini ovuşdura – ovuşdura Dilqəmə baxdı. Dilqəm – Nazlıya: canım məndən olsa səni heç buraxmazdım bilirsən, az vaxtlığa səni anana göndərməyə məcburam. İnşalla tezliklə həmiəlik bu evin gəlini olacaqsan yaxınlarda. Ramiz Dilqəmin çiyninə əlini vurub, zarafata işarə etdib gülümsədi. Nazlı çox qəribə sual verdi, – Aylına: anam sən uzaq olsanda səni hiss edərdi hər zaman,