Səməd Vurğun xatirələrdə. Коллектив авторов

Səməd Vurğun xatirələrdə - Коллектив авторов


Скачать книгу
yaxşı yadımdadır, bir dəfə Azərbaycan Dövlət Universitetinin Kommunist küçəsindəki binasında şairlərlə görüş gecəsi keçirilirdi. Gecədə Səməd Vurğun və Müşfiq şeirlərini oxuduqları zaman, ağzına qədər dolu olan salon (o zamanlar şeir gecələri izdihama çevrilirdi) onları sürəkli alqışlarla qarşıladı. Müşfiq yəqin ki, öz taleyini qabaqcadan duyurmuş kimi – “Yazmaram, a dostlar, sizdən olmasam!” – deyə (şeirin ancaq bu misrası yadımda qalıb) atəşin bir şeir oxudu. Bu şeir daxili bir sədaqətin, saf vicdanın səsi idi. Ona görə Müşfiq xitabət kürsüsündən düşərək həyəcan içərisində Səmədə yanaşdı və onu qucaqladı. Onlar qardaş kimi öpüşdülər. M.Müşfiq qazandığı müvəffəqiyyətin təsiri altında “Səməd! Gərək ya mən yaranaydım, ya sən!” – deyə bir növ zarafat etdi. Səməd isə cavabında, “hər ikimizin yaranmamız daha gözəldir!” – dedi və onu yenidən qucaqladı.

      Bir neçə gündən sonra M.Müşfiqin faciəsini eşitdik… Bu xəbər Səməd Vurğunu sarsıtmışdı. Həmin gün biz Kommunist küçəsilə aşağı enirdik, Səməd dərin düşüncələr içərisində idi, o ətraf aləmi tamamilə unutmuşdu, dinməz söyləməz addımlayırdı. Biz Sabir bağına çatdıqda Səməd Vurğun dayandı və mənim daha yaxşı eşidən sol qulağıma əyilərək rusca “Poqib velikiy talant!” – dedi. Səməd Vurğun ömrünün axırına qədər Müşfiqi unuda bilmirdi.

      1938-ci ilin yazında və yayında Səməd Vurğun haqqında söz-söhbət yayılır və adamlar pıçıldaşırdılar. Belə dedi-qodular duyan və düşünən dostları dəhşətə gətirirdi. Səməd Vurğun isə qətiyyən sarsılmırdı, ədalətin təntənəsinə inanırdı. 1938-ci ilin avqust ayının ortalarında mən Kislovodskdan qayıtmışdım. Səməd Vurğun öz ailəsi ilə birlikdə orada qalmışdı. O yay Cəfər Xəndan da Səmədlə qonşuluqda olurdu. Mən Kislovodskdan qayıdan günün səhəri işə (V.İ.Lenin adına Pedaqoji İnstitut) gedən zaman İyirmialtılar bağının qarşısında böyük sənətkar H.Sarabski ilə rastlaşdıq. O, oynaq gözlərilə ətrafı yoxlaya-yoxlaya xəlvəti “nə xəbər var” – deyə soruşdu. Mən dedim ki sağlıq salamatlıqdır. Sarabski həyəcan içində “Məndən gizlətmə, Səməd hardadır?” – deyə təkidlə soruşdu. Mən onu inandırdım ki, Səmədi üç gün bundan qabaq Kislovodskda qoyub gəlmişəm. O, çox sevindi, gözlərinə sanki işıq gəldi, sifəti alışıb yanmağa başladı və pəsdən incə, məlahətli, ancaq ikimizin eşidə biləcəyimiz bir səslə Səmədin “Macəra” poemasından bir parça oxudu:

      Yaxşı yadımdadır on beş il əvvəl

      Özgə qundağında layla çaldığın.

      Uzun saçlarını yolduqca hər əl

      Qul kimi qolları bağlı qaldığın.

      Yaxşı yadımdadır hər səhər erkən

      Nehrə çalxadığın, qaymaq tutduğun…

      H.Sarabski şadlığından ağladı.

      Səməd Vurğunu o dövrün, keçici də olsa, xoşagəlməz çarpaşıqlarından xilas edən xalq nəfəsi, el məhəbbəti, bir də özünün səmimiliyi, mərdanəliyi, iradəsi və gələcəyə inamı oldu…

      M.Vəkilov.Ömür dedikləri bir karvan yolu.

      B., “Yazıçı”, 1986, s.43-137.

      Xavər Vəkilova

      Mənim üçün çox böyük itki oldu, amma…

      Yeznəm Abdulla Şaiq oğulluğa götürdüyü folklorçu Hümmət Əlizadəyə öz evində toy eləyirdi. Anam onlara köməyə getmiş və mənə də tapşırmışdı ki, dərsdən çıxıb ora gəlim, əl-ayağa dolaşmasınlar deyə uşaqlara baxım. Dərsdən çıxıb bacımgilə gəldim. Çoxlu qonaqları vardı. Məktəbli formamı əynimdən çıxarmamış səsli-küylü uşaqları öz otaqlarına apardım. Ara qapını örtərkən Səməd məni görüb, Abdulla Şaiqdən soruşur: Şaiq əfəndi, bu qız kimdi? – Baldızımdır, Xavər, övladımız kimidir. Gəlini gətirmək məqamı çatanda evdən yalnız böyüklərin çıxdığını görən Səməd deyir ki, Şaiq əfəndi, nə olar, qoy Xavər də bizimlə getsin.

      O vaxtkı qanunlara görə azyaşlılar böyüklərin icazəsi olmadan onlarla birlikdə əyləşməz, toy və nişan məclislərinə getməzdi. Buna baxmayaraq, bacım yuxarı qalxıb, mənim də gəlin dalınca gedəcəyimi bildirdi. Gözlənilməz xəbərdən özümü itirib nə edəcəyimi bilmirdim. Maşına əyləşdim və gedib gəlini gətirdik.

      Yenə qonşu otağa keçmək istəyirdim ki, Səmədin səsi gəldi:

      – Şaiq əfəndi, bəs Xavər bizimlə əyləşməyəcək?

      Onda hiss etdim ki, Şaiq əfəndinin Səmədə hörməti hədsiz olduğundan istəklərinə qarşı çıxa bilmir. Odur ki, bir söz demədən əlimdən tutub məni masa arxasında Səmədlə üzbəüz əyləşdirdi. Özümü necə aparacağımı bilmədiyimdən və utandığımdan qıpqırmızı qızarıb süfrənin saçaqlarını hörürdüm. Səməd isə gözünü üzümdən çəkmirdi.

      Ertəsi gün bacım bizə gəlib dedi ki, Səməd Xavərlə evlənmək istəyir. Atam razılıq vermir, deyirdi ki, Xavər uşaqdır, hələ heç yeddiillik məktəbi bitirməyib!

      Elə həmin gün Səməd bacımın böyük oğlu, sonralar tanınmış elm xadimi olan Kamal Talıbzadəni dilə tutub onun vasitəsilə mənə məktub göndərmişdi. O, mənimlə görüşmək istəyirdi. Səmədin fikrindən dönmədiyini görüb qərara aldılar ki, son söz mənim olsun. Çünki Səməd inad edirmiş ki, əgər mənimlə şəxsən görüşsə, onunla evlənməyə razılıq verəcəm. Nəhayət, görüşümüz Şaiq əfəndigildə təşkil olundu. Otaqda ikimiz oturmuşduq, Səməd indiyədək keçirdiyi çətin və əzablı həyat yolundan danışıb, kasıb olduğuna görə qızların onunla ailə qurmaqdan imtina etdikləri haqqında danışdı…

      Böyüklər razılıq verdikdən sonra nişanlandıq və iki il nişanlı qaldıq. Toy günümüz indiyədək yadımdadır – 1934-cü ildə 16 yaşım tamam olan kimi bizə məclis qurdular. Toyumuzda şair və yazıçılardan Mikayıl Müşfiq, Hüseyn Cavid, Mirzə İbrahimov, Sabit Rəhmangil, Mehdi Hüseyn, Cəfər Xəndan, Yusif Vəzir Çəmənzəminli, Yazıçılar İttifaqının sədri Məmməd Kazım Ələkbərli və digər tanınmış şəxslər – ailəli olanlar ailəsi ilə, olmayanlar özləri iştirak edirdilər. Rəhmətlik Əhməd Cavad məclisdə tamadalıq edir, xanəndə Hüseynağa Hacıbababəyov oxuyur, Qurban Pirimov isə tarda onu müşayiət edirdi.

      Biz məclisə daxil olan kimi Müşfiq ayağa qalxıb bu şeiri dedi:

      Gecəyə aydımı, bəy gəlib çıxdı,

      Günəşmi, yanında gəlinə bir bax?!

      Taledəndimi bu, qənirsizdiər,

      Çəmənmi, əlində gülünə bir bax?!

      Bu el, bu obanın əziz Xavəri,

      Olmaz gözəllikdə tay bərabəri.

      Çağırın, kimlərin yoxdu xəbəri,

      Səmədə saldığı meylinə bir bax!

      Şairlər yığnağı qan qardaşıdı,

      Səməd bəy bu gülün sarmaşığıdı,

      Xavər məclislərin yaraşığıdı,

      Sünbülmü,


Скачать книгу