Xeyrin çöküşü. Zaur Pənahov

Xeyrin çöküşü - Zaur Pənahov


Скачать книгу
də çalındı. Bu dəfə küçələrdə hərəkət edən heç kəs qalmadı. Son bir-iki ailə də uzaqdan gələn taqqıltı səsləriylə qapılarını kilidlədilər. Və üçüncü zəng, ev sahibi qapının önündə gözlərini səmaya dikəldərək, sanki, məst olmuş Eçsoya səsləndi. Üçüncü zəngdən sonra bayırda qalmaq haqda qadağa olmasaydı Eçso, bəlkə də, yuxusu gələnədək burada qalardı. Kənd, taxta hasar, möhkəm darvaza və qazzalar tərəfindən qorunmağına baxmayaraq son xəbərdarlıq zəngindən sonra bayırda qalmaq qəti qadağan idi. Çünki çox nadir olsa da, bəzən vidralar taxta hasarı dırmaşaraq içəri girə bilirdilər.

      Eçso ümidsizcə ayağa qalxıb stolu götürərək asta addımlarla evə girdi. Ancaq o, hələ qapını örtməmişdi ki, zəng dördüncü dəfə aramsız olaraq çalınmağa başladı. Zəngin bu cür çalınmağı kəndin xaricində kiminsə olduğunu bildirirdi. Eçso bu cür halla bir neçə dəfə qarşılaşmışdı. Uzaq yoldan gələn, ya da yorğunluqdan çöldə yatıb qalan kim idisə, yəqin, elə indi qorxu və həyəcanla qaçaraq kəndə gəlirdi.

      Eçso həmin axmağın hal-hazırda aldığı sifəti xəyalında canlandırıb gülümsədi. Ev sahibinin yenidən, bu dəfə daha inadla onu səslədiyini eşidib içəri girmək istədi, ancaq tərs gedən bir şey var idi. Əgər zəngin səsi dayanmırsa, deməli, çöldə qalan kimdirsə ya bütün yamacı bürüyən səsi eşitmir, ya da həyatından bezib içəri girmək istəmirdi.

      Eçso kimi vəziyyətin fərqində olanlar evlərindən çıxaraq bir-birilərinə baxıb, nə baş verdiyini soruşur, bəziləri isə bu işi ehtiyatla açdıqları pəncərədən görürdülər. Nəzarətçi artıq xəbərdarlıq zəngini yox, qazzaları çağırış zəngini çalmağa başlamışdı. Bu insanları daha da qorxutdu və hətta bir çoxları yenidən evlərinə girib qapını arxadan bərk-bərk bağladılar. Eçso ev sahibi ilə birlikdə, heç nə görməsələr də səsin gəldiyi yerə baxırdı.

      “Yaxşı, içəri gəl, qapını bağlayıram,” dedi ev sahibi evə girərək.

      Eçso bilmədiyi səbəbdən içəri girməkdə tərəddüd edirdi.

      “Siz bağlayın, mən indi gəlirəm,” dedi və gözlənilmədən darvazaya tərəf qaçmağa başladı.

      “Nə? bir dəqiqə, hara gedirsən? Dəli olmusan?! Bura gəl, Eçso… Eçso…” deyə ev sahibi Eçsonun arxasınca çağırdı, amma cavab ala bilmədi.

      Eçso fasiləsiz çalan və əsəblərə toxunan səsin gəldiyi nəzarətçi qülləsinə qaçaraq tez çatdı. Səs yaxından daha da dözülməz gəlirdi. Eçso əllərini ağzına tutub bir neçə dəfə nəzarətçini çağırdı. Mudi, Eçsonun səsini gec də olsa eşitmişdi. Başını qüllədən aşağı uzadaraq “Sənin burada nə işin var?!” hirsli baxışlarla yüksək səslə qışqırdı.

      Eçso “Çöldə qalan kimdi?” deyə yüksək səslə (Mudinin zəngin səsindən zəif eşitdiyini təxmin edərək) soruşdu.

      “Qocanın biri, dəli olub nədi, gecə vaxtı oyan-buyana gəzir.”

      “Qoca?” Eçsonun ağlına nədənsə yamacdan gələrkən qarşılaşdığı yaşlı adam gəldi. “Qapını aç, mən onu gətirərəm,” dedi.

      Mudi “Nə?! Dəli olmusan? Qayıt evə, indi qazzalar gələr,” deyib yenidən zəngi var gücü ilə çalmağa başladı.

      Eçso tərəddüdlə qapıya yaxınlaşaraq qadağan olduğunu bildiyi halda qapıya toxundu. Bəlkə, Mudi onun bu səhvinə göz yumardı, lakin qazzalar heç vaxt. Nəzarətçinin əsəblə dodaqlarını tərpədərək (ehtimal ki, söyürdü) zəngi fasiləsiz çalmağı onun artıq əsəblərinə toxunurdu. Bunun heç bir mənası olmadığını və qazzaların hava tamam qaralmamış gəlməyəcəyini bilirdi. Əgər bir insanın həyatı başqa birinin qanunu pozmağından dəyərlidirsə, onda Eçso bu gecə qanunu pozmalı idi və o, yalnız bu haqda düşünürdü.

      

      Darvaza kilidli olsa da, Eçso açarın kilid dəliyində olduğunu gördü. Düşünmədən açarı çevirib böyük darvazanın bir qapısını aralayaraq bayıra çıxdı. Elə həmin vaxt uzaqda bir qocanın doğrudan da mənasızca ora bura gəzdiyini gördü. İlk baxışda onun kim olduğunu anlamasa da, bir müddət sonra yeriş tərzindən və əlindəki əsadan bu gün qarşılaşdığı həmin qoca tacir olduğuna şübhəsi qalmadı.

      Eçso qazza görmək ümidi ilə ətrafına boylandı. Günəşin üfüqdə son şüasını göstərib bir anda yox olduğunu izləyərkən Eçsonun ürəyi onun təsəvvür belə etmədiyi dərəcədə şiddətlə döyünməyə başladı. Artıq bu vaxtdan sonra hər şey ola bilərdi, bu vaxtdan sonra nə gözləməyə, nə də ümid etməyə vaxt qalmışdı, yalnız bir çarə, bu onu qorxutsa da qocanı özü gətirməliydi.

      Tərəddüdlə addımını bir irəli, bir geri atırdı. Sonra, iki yüz addım qaçıb qocanı qolundan tutaraq gətirməkdən ibarət olan planı beynində dəfələrlə təkrarlayıb, var gücü ilə qaçmağa başladı. Bir ara Mudinin zəngi necə saxlayıb onun arxasından səsləndiyini eşitsə də dayanmadı, heç nə düşünmədən qaçdı.

      Bir müddət qaçdıqdan sonra “Dayan!” deyə ciyərində qalan son havayla səsləndi. “Dayan!” Qocaya onu eşidəcək qədər yaxınlaşmışdı. Yaşlı tacir, axır ki onu eşitmiş, ya da görmüşdü, çünki gözlərini qıyaraq Eçsonun gəldiyi istiqamətə baxırdı.

      “Bu sənsən?” deyə qoca mənasız bir təəccüblə əldən düşmüş gəncə baxaraq olduqca sakit səs tonu ilə soruşdu. Gənc oğlanla arasında artıq bir neçə addım məsafə qalmışdı.

      Eçso əllərini dizinə dayayaraq “Te… tez… tez olun, kəndə qayıtmaq lazımdı,” deyə tənginəfəs bildirdi. “Gedək, tez olun.”

      Ancaq qoca heç nə etmədən ona tamaşa edir, diqqətlə onun üzünə və dolu bədəninə baxaraq özünü əsl dəli kimi aparırdı. “Çox qəribədi,” deyə olduqca sakit səs tonuyla öz-özünə pıçıldadı. “Bunu gözləmirdim.”

      Eçso “Nəyi gözləmirdiniz? Bunun vaxtı deyil, tez kəndə qayıtmalıyıq,” deyə təlaşla bildirdi. “Ardımca gəlin,” deyə əlavə etdi.

      Ancaq tacir vəziyyətin nə qədər ciddi olduğunu anlamamağa davam edirdi, əsasına söykənib nə isə düşünürdü. Eçso onun bu vəziyyətini görüb yeriməyinə kömək etmək üçün əlini uzatdığı anda insanın içinə qorxu salan vidralara xas o ulama səsi bütün yamacda dəhşət içində əks olundu. Eçso yaxşı bilirdi ki, vidralar adətən qurban gördükləri vaxt digərlərini çağırmaq üçün ulayırlar, bu vidralardan ən az birinin onları gördüyünü göstərirdi. Hava ala-toran olsa da gün tamam batmışdı, bir sözlə, vidraların gizləndikləri qaranlıq meşələrdən və dərin mağaralardan çıxmağına heç nə mane olmurdu. Bu an hər şeyin bitdiyini söyləyən o dəhşətli duyğu Eçsonun bütün bədənini bürümüşdü. Ürəyi, sanki, dörd qat böyüyərək sinəsində hər döyünməsində bədənini silkələyən bir şiddətlə çırpınırdı. İndi kəndlə aralarındakı yol ona dibsiz quyu kimi görünürdü.

      Qoca onun bu vəziyyətini görüb “Çox az vaxtımız var,” dedi. “Sənə deyəcəklərimə yaxşı qulaq as. Ola bilsin qulağına qəribə gələcək, amma bura məni sən göndər…”

      Susdu. Yaxınlıqdakı ağaclıqdan


Скачать книгу