Ədəbiyyatsız dünya. Коллектив авторов

Ədəbiyyatsız dünya - Коллектив авторов


Скачать книгу
məntiqdənkənar qəddarlıqla bölgədə törətdiyi siyasi cinayətlərin təsviri və üstü açılmamış suçların qədim İnka törənlərindəki qurbanvermə rituallarından təsirlənmə ola biləcəyi ilə bağlı getdikcə artan şübhələr And dağlarının vəhşi mənzərəsiylə birləşərək güclü bir irrasioanlizm havası yaradır. Kitabda ölüm hər yerdədi; ölümün daimi yaxınlığı Perunun kasıblığı, partizan döyüşlərinin təbiətindən və ümidsizlikdən daha güclü şəkildə hiss edilir.

      İnsan düşünür ki, elə bil modernist Lyosa optimizmini itirib, həqiqi postmodern bir antropoloq kimi ölkəsini anlamaq üçün onun irrasionalizminə, şiddətinə, maarifçilik öncəsi dəyərlərinə və törənlərə diqqət kəsilmək qərarına gəlib. Bu əsər sujetin tələb etdiyindən də artıq əfsanələrlə, əski tanrılarla, dağ ruhları ilə, şeytanlarla, iblislərlə və cadugərlərlə doludur. “Çünki bu cinayətlərin məntiqlə açıqlanası heç bir tərəfi yoxdur.”

      Digər tərəfdən, qəribədir ki, “And dağlarında terror” roman kimi öz bətnindəki irrasionalizmdən heç bir iz daşımır. Kitabın bir-biriylə ziddiyət təşkil edən iki məqsədi var: bir tərəfdən Dekartçı rasionalizmin və məntiqi mühakimə yürütməyin bir növ tamaşası olan detektiv roman qurmaq, digər tərəfdən isə şiddət və qəddarlığın gizli köklərinə eyham vuran məntiqsizlik atmosferi yaratmaq. Bir-biriylə toqquşan bu məqsədlər romanda üçüncü və yeni bir şeyin – xəyalın ortaya çıxmasına qəti kömək etmir. Çünki “And dağlarında terror” nəticə etibarilə tipik bir Lyosa romanıdır, yəni müəllif aradakı hədsiz qatmaqarışıqlığı boşlasa belə, hiss olunur ki, təhkiyə həmişə nəzarətdədir. Kitab boyunca qəhrəmanların səsləri planlaşdırılmış orkestrasiya ilə idarə olunur. Kitabın gücü və gözəlliyi, əla qurulması, yaxşıca səhmana salınmasındadır.

      “And dağlarında terror” əsərində Üçüncü Dünya ölkələri haqqında olan köhnəlib yıpranmış modernist ehtimalları heçə saymaq kimi bir niyyət olsa da, bu kitab, məsələn, Tomas Pinçonun “Cazibənin göyqurşağı” əsəri kimi postmodern roman deyil. “Özgə” mədəniyyətlərdən olanların məntiqsiz məxluqlar kimi təsəvvür edilməsi və bu cür kobud məntiqi mühakimələrlə bağlı ünsürlər – sehr, qəribə törənlər, təsirli mənzərələr və vəhşilik – kitabda boldur. Amma digər tərəfdən də insan bu kitabı anlaşılmaz mədəniyyətlər haqqında sıralanmış kobud hökmlər, qərəzlər paradı kimi yox, bu günkü Perunun gündəlik həyatında baş verən adi, sıradan hadisələri nəql edən, güvənli bir tarix kimi, əyləncəli, oyunbaz və çox vaxt da gülməli realist bir mətn kimi oxuyur. Balaca bir qəsəbənin partizanlar tərəfindən işğal edilməsi və sonra gələn ittihamlar, ya da bir əsgərlə bir fahişə arasındakı melodramatik, hədsiz sentimental eşq hekayəti reportaj qədər inandırıcıdır. “And dağlarında terror” romanında təsvir edilən Peru “heç kimin başa düşməyəcəyi” yerdi; hamının öz səfil maaşından şikayət etdiyi, amma yenə də onu qazanmaq üçün həyatını təhlükəyə atdığı bir ölkə. Həmişə eksperimental olsa da, Lyosa amerikan yazıçıları içində həm də ən realistlərindəndir.

      Kitabın əsas personajı çavuş Litumanı Lyosanın digər romanlarından da xatırlayırıq. Başqa bir detektiv roman olan “Palomino Moleronu kim öldürüb?” əsərində əsas personaj idi; “Yaşıl ev” romanında fahişəxanada ikili həyat yaşayan adam idi; “Culiya xala və cızmaqaraçı”da isə görünüb, itir. Lyosa ayağı həmişə yerə dəyən, orduda xidmət edə bilmək üçün xoşməramlı şəkildə əlindən gələn hər şeyi ifrata və təəssübkeşliyə varmadan, dürüstcəsinə icra edən, sağ qalmaq üçün həmişə ayıq fəhmi və qara yumora yaxınlaşan istehza qabiliyyəti olan bu realist qəhrəmanı çox böyük uğurla, sevgiylə təsvir edir.

      Özü də Perudakı hərbi litseylərdən birində təhsil almış Lyosa, onsuz da hərbi mühitini həmişə böyük uğurla və ləzzətlə təsvir edib: məsələn, “Şəhər və itlər” romanında gənc əsgərlər arasındakı rəqabəti və çəkişməni nəql edəndə, ya da “Yüzbaşı və qadınlar taboru”nda hərbi bürokratiya və ordudakı cinsi məsələlərdən yazarkən, ləzzətlə və həyəcanla yazdığı o saat hiss olunur. Kişilərin dostluğundakı incəliklərə diqqət yetirərkən, sərt kişi xasiyyətinin qırılma nöqtələrini araşdırarkən, fahişələrə ümidsizcəsinə aşiq olan sərt kişilərdən bəhs edərkən, ifrat görünən kişi sentimentalizminə qəfil nöqtə qoyan kobud bir zarafatı yerində işlədərkən, Lyosa doğurdan da çox parlaqdır. Onun qəddar yumoru həmişə çox əyləncəlidir; heç vaxt da səbəbsiz və boşuna deyil. İlk romanlarından başlayıb diqqətlə oxunsa, o saat görünəcək ki, o, radikal utopiya düşkünlərindən və fanatiklərin aşırılığındansa, üstunlüyü həmişə ağıllı realistlərə və ironik mülayimlərə verir.

      Bu kitabın – “And Dağlarında terror”un nisbi müsbət qəhrəmanları əsgərlərdi. Digər tərəfdən, romanda “Aydınlıq Yol” partizanlarını anlamaq üçün çox da cəhd edilmir. Onlar daha çox xalis məntiqsizliyin və absurda çıxan şərin təmsilçisi kimi görünürlər. Lyosanın bu anlayışsızlığı təbii ki, inkişaf xəttini illər boyu yazdığı məqalələrdə gördüyümüz siyasi düşüncəsindəki dəyişikliklərlə də bağlıdır. Cavanlığında Kuba İnqilabından təsirlənən modernist-marksist Lyosa, yetkinlik illərində şüurlu bir liberal oldu və 1980-ci illərdə “bütün Latın Amerikası Kuba nümunəsini örnək götürməlidir” deyən Günter Qrass kimi düşünənləri tənqid edərək yarızarafat, yarıciddi şəkildə “Dünyada Marqaret Tetçerə heyran olub, Fidel Kastrodan nifrət edən iki yazıçıdan biriyəm” – dedi. O biri yazıçı, daha doğrusu şair Filip Larkin idi.

      “And dağlarında terror” romanındakı “Aydınlıq Yol” partizanlarının təsvirini oxuyandan sonra Lyosanın gənclik dövründəki məqalələrindən birində, 1965-ci ildə “Peru ordusuyla bir münaqişədə” öldürülən marksist partizan dostu üçün yazdığı şəfqət dolu, təsirli xatirə yazısını oxumaq sarsıdıcıdır. Bizimkimilər gənclik bitib-gedəndən sonra, partizanların da insan olduğu dərk olunurmu, ya da müəyyən yaşdan sonra insanın partizanlar arasında döyüşən bir dənə də olsun dostu qalırmı? – deyə düşünməyə başlayır. Lyosanın yazdıqları elə cazibədar və düşüncələri elə canlıdır ki, adam onun siyasi fikirləri ilə razılaşmadığı yerlərdə belə, ən azından onun bu düşüncələrə hər şeyi ürəkdən eləyən balaca oğlan uşağının saflığı ilə bağlanmasını sevir.

      Perunun ən parlaq, amma nakam yazarlarından olan Sebastian Salazar Bondinin cavan ölməsinə yazdığı erkən dönəm esselərindən birində bizi də kədərləndirən bu təməl sualı verir: “Peruda yazıçı olmaq nə deməkdir?” Təkcə Peruda düz-əməlli oxucu kütləsi və ciddi naşirlik sənayesi olmadığı üçün yox, həm də ona görə ki, yoxsulluğa, cəhalətə, düşmanlığa qarşı dirənən və ayaqda qalmağa çalışan bütün yazıçılara ölkədə başdanxarab kimi baxırlar, bu yazıçılar irreal bir həyata məhkum edildikləri üçün də “Perulu hər yazıçı axırda məğlubiyyətə məhkumdur” – deyən Lyosanın gənclik qəzəbiylə özümüzü eyniləşdirmək o qədər də çətin deyil. Lyosanın gəncliyində “o birilərinin hamısından axmaq” dediyi və heç kitab oxumamaqlarını qəzəblə tənqid etdiyi Peru burjuaziyasından nifrət etməsini, Dünya ədəbiyyatında Perunun xidmətinin heyf ki, az və zəif olmasını


Скачать книгу