Ədəbiyyatsız dünya. Коллектив авторов

Ədəbiyyatsız dünya - Коллектив авторов


Скачать книгу
başqa romanlarda görmədiyi bir təhlükəni hiss edir, bunun da səbəbi odur ki, başqalarının kitablarında Hüqodakı fövqəladə ehtiras yoxdur və bu roman miqyası etibarilə həqiqətlə başabaş rəqabət aparır, gerçək həyatın yerinə “bütöv” bir alternativ təklif edir.

      Məsələ belədir ki, daha xırda miqyasda da olsa, bütün bədii əsərlər oxucularını öz mənliklərindən çıxarır, sərhədləri dağıdır, onların özlərini xəyali personajlarla eyniləşdirib daha zəngin, daha təsirli və ya daha səfil, daha hərarətli, yaxud eləcə, içində məhbus olduqları güvənli həbsxanadan – yəni gerçək həyatdan fərqli bir həyatı təcrübədən keçirməklərinə fürsət yaradaraq onlara “imkansızı” bəxş edir. Bədii əsərlər buna görə mövcuddurlar. Çünki bircə həyatımız var, istəklərimiz və xəyallarımız isə daha çoxunu istəyir. Çünki olduğumuz şeylə olmaq istədiyimiz şey arasındakı uçuruma nə cürsə bir körpü atmaq lazımdır. Bədii ədəbiyyatın yaranmasının səbəbi budur: bədiiliyin bizi dartıb apardığı dünyada müvəqqəti də olsa daddığımız, ötəri, stabil olmayan, amma həm də ehtiraslı və sehrli həyatı yaşayarkən, qeyri-mümkün olanı mümkün olanla birləşdirə bilək ki, varlığımız həm reallıq, həm irreallıq, həm hekayə, həm təmsil, həm konkret həyat, həm də fövqaladə bir macəra ola bilsin.

      Bu möcüzənin baş verməsi üçün fiksiyanın uğurlu olmasına və oxucuların bu illüziyanı bölüşməsinə nail olmaq kifayətdir. Lamartin “Səfillər”romanını ona görə fərqləndirirdi ki, onda qarşısıalınmaz inandırıcılıq qabiliyyəti ilə oxucuları narahat edərək cəmiyyəti sarsıdan – 1848-in iyununda barrikadalar qurmaq üçün Parisin küçələrində daş üstə daş qoymayan və siyasi kariyerasını bitirən güc kimi – bir gücə çevrilə bilmək qüdrətinə malik olan geniş çaplı məqsədlər görürdü.

      Alfons de Lamartinin qorxuları xeyli adama gülünc gələ bilər. Bu gün kim düşünür ki, möhtəşəm bir romanın ictimai sistemi alt-üst edə bilər? Bu günkü açıq cəmiyyətdə ümumən ədəbiyyatı, xüsusilə romanı, (bəlkə də üstün) bir əyləncə və vaxt keçirmə forması, fantaziyanı zənginləşdirən və həyəcan yaradan bir iş sayır, ancaq hər şey bir yana, oxucuların yaxşı vaxt keçirmək, darıxdırıcı yeknəsəkliyi və xırda-para məişət dərdlərini kompensasiya etməyinin bir yolu kimi görürlər.

      Şekspirin faciələrindən Folknerin romanlarına, “Don Kixot”dan “Hərb və Sülh”ə, ən vacib ədəbi əsərlərin xırda da olsa ictimai-siyasi təlatümə səbəb olduğunu real mənada isbat etməyin heç bir yolu olmadığı üçün, ədəbiyyatın əyləndirici və zərərsiz bir akt olması fikri açıq cəmiyyətin ortaq qənaətinə çevrilib.

      Bu (fərq etməz, dini olsun, ya da siyasi) görən bütün qapalı cəmiyyətlərdə də belədirmi? İnancı baltalayır və stabilliyini itirir deyərək romanlara qarşı instinktiv bir inamsızlıq bəsləyən təkcə ispan inkivizisiya deyildi. Dünyadakı bütün diktatorlar azad yaradıcılığın və bədii ədəbiyyatın yayılmasının oturuşmuş sistemi təhlükəyə ata biləcəyinə və intizamı, yəni ictimai normaları dağıda biləcəyinə inanaraq ədəbi əsərlərə senzura tətbiq ediblər. Bu nöqtədə faşistlər, kommunistlər, fundamentalistlər və üçüncü tip ölkələrin hərbi diktaturaları eynidir: onların hamısı bədii ədəbiyyatın xəyalpərəst demokratiyaların zənn etdiyi kimi sadəcə vaxt keçirmək metodu olmadığına, hər an beyində və xəyal gücündə partlayış yaradaraq oxucuları üsyankar müxaliflərə çevirə biləcək intellektual və ideoloji bir saatlı bomba olduğuna inanırlar. 1864-cü ildə Katolik Kilsəsi Lamartinlə eyni fikri bölüşərək və Viktor Hüqonun romanlarını inananlar üçün zərərli hesab edib yasaqlı kitablar siyasına salmışdı.

      Diktaturalar bu məsələni şişirdirlər, ki bu təəccüblü deyil, çünki avtoritar gücün tipik özəlliyi paranoyadır, yəni davamlı şəkildə hamıdan və hər şeydən şübhələnmək, hər yerdə düşmən görmək və düşmən yoxdursa da özlərini rahat hiss etmək üçün senzuranı və təzyiqi legitimləşdirmək üçün düşmən icad edərək yaşamaq duyğusu.

      Şişirdirlər, fəqət onlara haqsız demək olmaz. Vətəndaşların fikirlərini və istəklərini ifadə edə biləcəyi, tənqidi düşüncələrini səsləndirəcəyi bütün yolların – media, siyasi partiyalar, seçkilər – bağlandığı cəmiyyətlərdə, ədəbiyyat öz-özündən ədəbi olmağın ötəsinə keçən və siyasiləşən bir vaciblik qazanır. Oxucular bu mətnlərin sətir aralarını oxuyur və propaqanda alətinə çevrilən, xəbərlərin ört-basdır edildiyi, fikirlərin yasaqlandığı və tənqidlərin əngəlləndiyi mediada tapa bilmədiklərini burda görürlər (ya da gördüklərini zənn edirlər). Yazıçıların niyyəti bu olub-olmasa da, belə vəziyyətlərdə ədəbiyyat ictimai sistemdən əl çəkməyən və onu sorğu-sual edən dağıdıcı bir rola bürünür.

      Niyə dağıdıcı? Çünki bədii ədəbiyyatın oxucular üçün yaratdığı gözəl və ideal dünya – Lamartin “imkansız” dünya deyərdi – onlara yaşadıqları dünyanın qüsurlarını göstərir və onları bariz şəkildə reallıqla üzləşdirir: uğurlu bədii əsərlərin sözlərin gözəlliyi, strukturun zərifliyi və texnikanın gücü vasitəsi ilə təsvir etdiyi ən çirkin, ən alçaq və ən səfil şeylər belə sənət səviyyəsinə qalxıb parlayan möhtəşəm reallıqlar olduğu üçün, onların yanında “real” həyat balaca və zavallı görünür.

      Oxucular bu təsvirləri gerçək dünya ilə qarşılaşdıranda, onlara qalan şey tam olaraq “şövq” deyil, daha çox narahatlıqdır: dünyanın pis olması, yaşadığımız həyatın xəyalımızda olandan və yarada biləcəyimizdən yetərsiz olması hissi. Heç kim iddia etmir ki, bu narahatçılıq insalarda məcburi şəkidə öz-özünə “şövq”, nə cürsə cəmiyyəti dəyişdirmək, sarsıdaraq ətalətdən xilas etmək, bədii əsərlərdəki nümunəvi dünyaya daha çox oxşatmaq üçün hərəkətə keçmək istəyi yaradır. Heç biri reallaşmasa da, problem deyil. Fərdlərin hər şeyinə (düşüncələrinə, davranışlarına və xəyallarına) nəzarət etməyə çalışan, kənardan baxanda hələlik itaətkar görünsələr də, bədii ədəbiyyat ucbatından vətəndaşların düşüncə və xəyallarının nəzarətdən çıxdığını düşünən rejimlərdə, bu narahatçılıq dağıdıcıdır. Açıq şəkildə düşünmək və xəyal qurmaq, kölələrin hərəkətə gəlməyinə və öz azadlıqlarını kəşf etməyinə səbəb olmuşdu. Lamartin özü də istəmədən – ki niyyəti Hüqonu gözdən salmaq idi – “Səfillər”i çox böyük şəkildə tərifləyib. Çünki bir yazıçının əsərini tərifləməyin ən yaxşı yolu ona deməkdir ki, sənin əsərinin səhifələrində oxucuları xəyali macəraların, epik xarakterlərin, dəhşətin və vəhşi xəyalların hamısının mümkün ola biləcəyinə inandıracaq güc var. O bizi inandıra bilir ki, bu bədii gerçəkliyi dünyada gücü əlində saxlayan, cəmiyyəti istismar edən və onun üstündə hökmran olan pis hökumətlər, pis adamlar bizdən oğurlayıblar, amma oxumaqla biz bu itmiş gerçəkliyə bərpa edə, əməllərimizlə onu geri ala və əvvəlki vəziyyətinə qaytara bilərik.

      Hüqonun ütopist dünya görüşünə görə, “Səfillər” əsərinin bəşəriyyəti ədalətin, azadlığın və sülhün hakimiyyətinə gedən yolda bir az da olsa qabağa apardığını isbat etməyin heç bir yolu yoxdur. Ancaq şübhə yoxdur ki, “Səfillər” ədəbiyyat tarixindəki hər dildən, mədəniyyətdən olan xeyli insanın


Скачать книгу