KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс

KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс


Скачать книгу
və ancaq belə bir əmtəə olduğu zamandan etibarən IV forma III formadan fərqlənməyə başlayır, başqa sözlə desək, ümumi dəyər forması pul formasına çevrilir.

      Bir əmtəənin, məsələn kətanın dəyərinin artıq, pul əmtəə vəzifəsi daşıyan əmtəədə, məsələn qızılda sadə nisbi ifadəsi qiymət formasıdır. Deməli, kətanın «qiymət forması» belədir:

      20 arşın kətan = 2 unsiya qızıla,

      yaxud, 2 funt sterlinq iki unsiya qızılın sikkə adıdırsa, onda

      20 arşın kətan = 2 funt sterlinqə.

      Pul forması anlayışının çətinliyi ancaq ümumi ekvivalent formanı, deməli, ümumiyyətlə ümumi dəyər formasını, III formanı anlamaqdakı çətinlikdən ibarətdir. III forma retrospektiv surətdə II formaya, geniş dəyər formasına çevrilir, geniş dəyər formasının əsasını təşkil edən ilkin ünsür isə I formadır: 20 arşın kətan = 1 sürtuka, yaxud x miqdar A əmtəə = y miqdar B əmtəəyə. Buna görə də sadə əmtəə forması pul formasının rüşeymidir.

      4. ƏMTƏƏ FETİŞİZMİ VƏ ONUN SİRRİ

      İlk nəzərdə əmtəə çox sadə, ən adi bir şey kimi görünür. Onun təhlili göstərir ki, əmtəə qəribəliklərlə, metafizik incəliklər və teoloji hiylələr ilə dolu bir şeydir. Biz əmtəəni istər belə bir nöqteyi-nəzərdən tədqiq edək ki, o öz xassələri ilə insan tələbatını ödəyir, istərsə belə bir nöqteyi-nəzərdən tədqiq edək ki, o həmin xassələri insan əməyinin məhsulu kimi əldə edir, – istehlak dəyəri olmaq etibarı ilə əmtəədə müəmmalı heç bir şey yoxdur. Özlüyündə aydındır ki, insan öz fəaliyyəti ilə təbiət maddələrinin formalarını özünə faydalı istiqamətdə dəyişdirir. Məsələn, ağacdan stol düzəldərkən onun formaları dəyişilir. Bununla belə, stol yenə də ağaclığında qalır, – hisslə qavranılan adi bir şey olaraq qalır. Lakin bu stol əmtəə olan kimi hissi-fövqəlhissi bir şeyə çevrilir. O nəinki dörd ayağı üstündə yerdə durur, habelə bütün digər əmtəələr qarşısında başı üstə də durur və onun bu taxta kəlləsi elə qəribəliklər doğurur ki, stol öz təşəbbüsü ilə ortalığa atılıb oynamağa başlasaydı, bu qədər təəccüblü olmazdı29.

      Beləliklə, əmtəənin mistik xarakteri onun istehlak dəyərindən doğmur. Onun bu xarakteri dəyərə verilən təriflərin məzmunundan da doğmur. Əvvələn, ona görə ki, faydalı əməyin, yaxud məhsuldar fəaliyyətin ayrı-ayrı növləri nə qədər müxtəlif olsa da, fizioloji cəhətdən bunlar insan orqanizminin funksiyalarıdır və bu funksiyalardan hər biri, onun məzmunu və forması necə olursa-olsun, əslində insan beyninin, əsəblərinin, əzələlərinin, hiss üzvlərinin və i.a. məsrəfidir. İkincisi, dəyər kəmiyyətinin müəyyən edilməsinin əsasını təşkil edən şey, məhz belə məsrəflərin müddəti, yaxud əməyin miqdarı əməyin keyfiyyətindən tamamilə aydın surətdə fərqlənir. Hər bir cəmiyyətdə yaşayış vasitələri istehsalına sərf edilən iş vaxtı, müxtəlif inkişaf pillələrində eyni dərəcədə olmasa da, hər halda insanları maraqlandırmalı idi30. Nəhayət, bir halda ki, insanlar hər necə olsa da bir-biri üçün işləyirlər, bununla da onların əməyi ictimai forma alır.

      Beləliklə, bəs əmək məhsulu əmtəə forması aldıqda onun dərhal müəmmalı xarakteri haradan doğur? Yəqin ki, bu formanın özündən. İnsan əməyinin müxtəlif növlərinin bərabərliyi əmək məhsullarının eyni dəyər predmetliyi kimi bir şey forması alır; insan iş qüvvəsi məsrəflərinin bu qüvvənin sərf edildiyi müddətlə ölçülməsi əmək məhsullarının dəyər kəmiyyəti formasını alır; nəhayət, istehsalçılar arasında olan və onların əməyinin ictimai xassələrini aşkara çıxaran münasibətlər əmək məhsullarının ictimai münasibəti formasını alır.

      Deməli, əmtəə formasının əsrarəngizliyi sadəcə bundan ibarətdir: o elə bir güzgüdür ki, insanların öz əməyinin ictimai xarakterini onlara əmək məhsullarının öz şey xarakteri kimi, həmin şeylərin fitrətən malik olduğu ictimai xassələr kimi əks etdirir; buna görə məcmu əməyə istehsalçıların ictimai münasibəti də onlara şeylərin istehsalçılardan xaricdə olan ictimai münasibəti kimi görüşür. Belə bir quid pro quo [birinin yerinə başqasının meydana çıxması] nəticəsində əmək məhsulları əmtəə olur, hissi-fövqəlhissi şey, yaxud ictimai şey olur. Məsələn, bir şeyin işıq vasitəsi ilə göz əsəbinə təsiri göz əsəbinin özünün subyektiv qıcıqlanması kimi deyil, gözdən xaricdə olan şeyin obyektiv forması kimi qavranılır. Lakin gözlə qavradığımız zaman doğrudan da bir şey, xarici cisim işığı başqa bir şeyə, gözə salır. Bu, fiziki şeylər arasında olan fiziki münasibətdir. Halbuki əmtəə forması və əmək məhsulları dəyərlərinin bu formanı ifadə edən nisbəti şeylərin fiziki təbiətinə və onların bu təbiətindən doğan münasibətlərinə əsla bənzəməz. Bu ancaq insanların özlərinin müəyyən ictimai münasibətidir və onların nəzərində şeylər arasında münasibət kimi fantastik bir forma alır. Buna bir təşbih tapmaq üçün biz din aləminin dumanlı sahələrinə əl atmalı olardıq. Burada insan beyninin məhsulları öz həyatı olan, insanlarla və bir-biri ilə müəyyən münasibətlərə girən müstəqil vücudlar kimi təsəvvür olunur. İnsan əlinin məhsulları da əmtəə aləmində belə olur. Bunu mən fetişizm adlandırıram in, bu da əmtəə olaraq istehsal edilən əmək məhsullarına xasdır və, deməli, əmtəə istehsalından ayrılmazdır.

      Yuxarıdakı təhlilin göstərdiyi kimi, əmtəə aləminin bu fetişlik xarakteri əmtəə istehsal edən əməyin spesifik ictimai xarakterindən irəli gəlir.

      İstehlak şeyləri ümumiyyətlə ancaq ona görə əmtəə olur ki, bunlar bir-birindən asılı olmayan xüsusi işlərin məhsullarıdır. Bu xüsusi işlərin kompleksi cəmiyyətin məcmu əməyini təşkil edir. İstehsalçılar ancaq öz əməyinin məhsullarını mübadilə etmək yolu ilə ictimai təmasa girdiklərinə görə, onların xüsusi işlərinin spesifik ictimai xarakteri də ancaq bu mübadilə çərçivəsində təzahür edir. Başqa sözlə desək, xüsusi işlər əslində məcmu ictimai əməyin tərkib hissələri kimi icra olunur, həm də ancaq, əmək məhsulları arasında, onların vasitəsi ilə də istehsalçıların öz arasında mübadilənin yaratdığı münasibətlər sayəsində icra olunur. Buna görə də istehsalçıların öz xüsusi işləri arasındakı ictimai münasibətlər əslində nədirsə məhz o cür görünür, yəni insanların əməyində onların bilavasitə ictimai münasibətləri kimi deyil, əksinə, insanlar arasında olan şey münasibətləri və şeylər arasında olan ictimai münasibətlər kimi görünür.

      Əmək məhsulları yalnız mübadilə çərçivəsində olarkən müxtəlifliyi hisslərlə qavranılan istehlak predmetliklərindən kənarda ictimai cəhətcə bərabər dəyər predmetliyi əldə edir. Əmək məhsulu praktikada ancaq o halda faydalı şeylə dəyərə malik şeyə belə ayrılır ki, mübadilə artıq kifayət qədər yayılmış olsun və faydalı şeylərin xüsusi olaraq mübadilə üçün istehsal edildiyi dərəcədə əhəmiyyət qazanmış olsun, buna görə də şeylərin dəyər xarakteri onlar hələ istehsal edilərkən nəzərə alınsın. Bu zamandan etibarən istehsalçıların xüsusi işləri həqiqətən ikili ictimai xarakter alır. Bir tərəfdən, bunlar faydalı əməyin müəyyən növləri olmaq etibarı ilə müəyyən ictimai tələbatı ödəməli və, beləliklə,


Скачать книгу

<p>29</p>

Xatırladaq ki, Çin və stollar – pour encourager 1es autres [başqalarını ruhlandırmaq üçün] məhz elə bir zamanda oynamağa başlamışdılar ki, bu zaman bütün qalan aləm, deyəsən tam sükunət halında görünürdü.

<p>30</p>

İkinci nəşrə qeyd. Qədim germanlar arasında bir morgen torpağın kəmiyyəti birgünlük əməklə ölçülürdü; buradan da morgenin adları irəli gəlir: Tagwerk (və ya Tagwanne) (yurnale və ya jurnalis, terra jurnalis və ya diurnalis), Mannwerk, Mannskraft, Mannsmaad, Mannshauet və i.a.