KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс

KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс


Скачать книгу
(insanların öz əmək məhsullarını bir-biri ilə bir dəyər kimi müqayisə etmələrinin səbəbi heç də bu deyildir ki, onlar üçün həmin şeylər ancaq yekcins insan əməyinin şey pərdəsidir. Əksinə. İnsanlar mübadilə zamanı özlərinin müxtəlif məhsullarını dəyər kimi bir-birinə bərabər tutarkən özlərinin müxtəlif əmək növlərini bir-birinə insan əməyi kimi bərabər tuturlar. Onlar bunu düşünmürlər, lakin belə edirlər31. Beləliklə, dəyərin alnında onun nə olduğu yazılmamışdır. Bundan əlavə: dəyər hər bir əmək məhsulunu ictimai heroqlifə çevirir. Sonralar adamlar bu heroqlifin mənasını başa düşməyə, öz ictimai məhsulunun sirrini açmağa çalışırlar, çünki, məsələn, dil insanların ictimai məhsulu olduğu kimi, istehlak şeylərinə dəyər tərifi vermək də insanların eyni dərəcədə ictimai məhsuludur. Sonralar elm kəşf etdi ki, əmək məhsulları dəyər olduğuna görə, bunlar öz istehsalına sərf olunmuş insan əməyinin ancaq şey şəklində ifadəsidir; bu kəşf bəşəriyyətin inkişaf tarixində bir dövr təşkil edir, lakin əməyin ictimai xarakterinin şey şəklində görünməsini əsla aradan qaldırmır. Ancaq müəyyən bir xüsusi istehsal forması haqqında, əmtəə istehsalı haqqında demək olar ki, bir-birindən asılı olmayan xüsusi işlərin spesifik ictimai xarakteri bunların ümumiyyətlə insan əməyi olmaq etibarı ilə bir-birinə bərabər olmasından ibarətdir və o, əmək məhsullarının dəyər xarakteri daşıması kimi bir forma alır. Halbuki əmtəə istehsalı münasibətlərinin əhatə etdiyi insanlara əmtəə istehsalının bu spesifik xüsusiyyətləri – istər həmin kəşfdən əvvəl, istərsə ondan sonra – ümumi əhəmiyyətə malik bir şey kimi görünür, bu da ona bənzər ki, elmin havanı əsas ünsürlərinə parçaladığına baxmayaraq, havanın xassələri – onun fiziki cismani forması – mövcud olmaqda davam edir.

      Öz məhsullarını mübadilə edən şəxsləri əməli olaraq hər şeydən əvvəl belə bir sual maraqlandırır: öz məhsulunun müqabilində nə qədər özgə məhsulu almaq olar, yəni məhsullar bir-biri ilə hansı proporsiyalarda mübadilə olunur? Bu proporsiyalar müəyyən sabitliyə çatdıqda və adi bir hal aldıqda, adama elə gəlir ki, guya bunlar əmək məhsullarının öz təbiəti ilə bağlıdır. Məsələn, bir ton dəmirlə iki unsiya qızılın dəyərinin bərabərliyi dəmirlə qızılın fiziki və kimyəvi xassələrinin fərqinə baxmayaraq, bir funt qızıl ilə bir funt dəmirin çəkisinin bərabər olması faktı kimi qavranılır. Həqiqətdə isə əmək məhsullarının dəyər olmaq xarakteri ancaq, bunların müəyyən kəmiyyətli dəyər kimi təzahür etməsi yolu ilə bərqərar olur. Dəyər kəmiyyətləri, öz məhsullarını mübadilə edən şəxslərin arzusundan, uzaqgörənliyindən və fəaliyyətindən asılı olmayaraq, arası kəsilmədən dəyişilir. Bu şəxslərin nəzərində onların öz ictimai hərəkəti şeylərin hərəkəti formasını alır və onlar bu hərəkətə nəzarət etmək əvəzinə özləri bunun nəzarəti altında olurlar. Ancaq tamamilə inkişaf etmiş əmtəə istehsalı şəraitində təcrübənin özündən belə bir elmi anlayış meydana gələ bilər ki, bir-birindən asılı olmadan icra edilən, lakin təbii surətdə yetişmiş ictimai əmək bölgüsünün halqaları olaraq bir-biri ilə hərtərəfli bağlı olan ayrı-ayrı xüsusi işlər daim öz ictimai mütənasib ölçüsünə müncər edilir. Bu elmi anlayışın meydana gəlməsi üçün ona görə tamamilə inkişaf etmiş əmtəə istehsalı lazımdır ki, məhsulların istehsalı üçün lazım olan ictimai zəruri iş vaxtı xüsusi işlərin məhsulları arasında olan təsadüfi və daim dəyişilən mübadilə nisbətləri vasitəsi ilə tənzimedici təbii qanun olaraq yalnız zorakılıqla özünə yol açır, həm də birisinin başına ev uçarkən cazibə qanunu necə fəaliyyət göstərirsə, həmin qanun da bu cür fəaliyyət göstərir32. Buna görə də dəyər kəmiyyətinin iş vaxtı ilə müəyyən edilməsi nisbi əmtəə dəyərlərinin gözlə görünən hərəkəti altında gizlənən bir sirrdir. Bu sirrin açılması əmək məhsullarının dəyər kəmiyyətinin guya tamamilə təsadüfi olaraq müəyyən edilməsi kimi bir illüziyanı aradan qaldırır, lakin dəyər kəmiyyətinin müəyyən edilməsinin şey formasını əsla aradan qaldırmır.

      İnsan həyatının formaları haqqındakı düşüncə və, deməli bu formaların elmi təhlili ümumiyyətlə həmin formaların həqiqi inkişafına əks bir yol seçir. Bu düşüncə post festum [sonradan] başlanır, yəni inkişaf prosesinin hazır nəticələrini əsas götürür. İnsanlar əmək məhsulları üzərinə əmtəə damğası vuran və buna görə də əmtəə tədavülü üçün zəmin olan formaların tarixi xarakteri barəsində deyil – bu formalar onların nəzərində, əksinə, artıq qəti bir xarakter almış olur, – ancaq məzmunu barəsində düşünməyə ilk dəfə təşəbbüs etməzdən əvvəl həmin formalar artıq ictimai həyatın təbii formaları kimi bir sabitlik almış olur. Beləliklə, yalnız əmtəə qiymətlərinin təhlili dəyər kəmiyyətini müəyyən etməyə gətirib çıxarmış və əmtəələrin ancaq ümumi pul ifadəsi bunların dəyər olmaq xarakterini göstərməyə imkan vermişdir. Lakin əmtəə aləminin məhz bu mükəmməl forması – onun pul forması – xüsusi işçilərin ictimai münasibətlərini tam saflığı ilə aşkara çıxarmaq əvəzində xüsusi işlərin ictimai xarakterini və, deməli, xüsusi işçilərin ictimai münasibətlərini şeylər arxasında gizlədir. Mən deyəndə ki, sürtukun, çəkmənin və sairənin kətana münasibəti abstrakt insan əməyinin ümumi təcəssümünə olan münasibət kimidir – bu ifadənin mənasızlığı dərhal nəzərə çarpır. Lakin sürtuk, çəkmə və s. istehsalçıları bu əmtəələri ümumi ekvivalent olmaq etibarı ilə kətanla və ya – heç bir fərqi yoxdur – qızıl və gümüşlə müqayisə etdikdə, onların xüsusi işlərinin məcmu ictimai əməyə münasibəti onlara məhz bu mənasız formada görünür.

      Burjua iqtisadının kateqoriyaları da məhz bu cür formalardan ibarətdir. Bunlar tarixən müəyyən olan məlum ictimai istehsal üsulu – əmtəə istehsalı şəraitindəki istehsal münasibətləri üçün ictimai əhəmiyyətə malik və, deməli, obyektiv təfəkkür formalarıdır. Buna görə də biz başqa istehsal formalarına keçdikdə, əmtəə aləminin bütün mistikliyi, əmtəə istehsalının hökm sürdüyü şəraitdə əmək məhsullarını duman kimi bürüyən bütün möcüzə və xülyalar, – bunların hamısı dərhal aradan qalxır.

      Siyasi iqtisad robinzonadaları sevdiyinə görə33, hər şeydən əvvəl, Robinzonu öz adasında təsəvvür edək. O öz adətləri cəhətdən nə qədər təvazökar olsa da, hər halda müxtəlif tələbatı ödəməli və buna görə də cürbəcür faydalı işlər görməlidir: alətlər düzəltməli, mebel hazırlamalı, vəhşi dəvəni əhliləşdirməli, balıq tutmalı, ovla məşğul olmalıdır və i. a. Biz ibadət və s. haqqında hələ danışmırıq, çünki bizim Robinzon bundan zövq alır və bu qəbil işləri istirahət hesab edir. Öz məhsuldar vəzifələrinin müxtəlifliyinə baxmayaraq o bilir ki, bunların hamısı ancaq eyni bir Robinzonun fəaliyyətinin müxtəlif formalarıdır, deməli, insan əməyinin ancaq müxtəlif növləridir. Zərurət üzündən o, öz iş vaxtını müxtəlif vəzifələr arasında dürüst bölüşdürməlidir. Onun məcmu fəaliyyətində bu və ya başqa bir vəzifənin çox və ya az yer tutacağı müəyyən faydalı nəticəni əldə etmək üçün onun çox və ya azmı çətinliyi aradan qaldırmalı olacağından asılıdır. Təcrübə ona bunu öyrədir və batan gəmidən saat, mühasibat dəftəri, mürəkkəb və


Скачать книгу

<p>31</p>

2-ci nəşrə qeyd. Buna görə də Qaliani deyəndə ki, dəyər iki şəxs arasında münasibətdir – „La Ricchezza e una regione tra due persone“, – bunu da əlavə etməli idi: şey pərdəsi altındakı münasibətdir (Galiani, “Della moneta” səh. 221).

<p>32</p>

„Ancaq vaxtaşırı inqilablar vasitəsi ilə özünə yol aça bilən bir qanun haqqında biz nə düşünməliyik? Bu məhz təbii qanundur və bu qanun ona əsaslanır ki, burada iştirak edənlər şüursuz hərəkət edirlər" (Fridrix Engels. „Siyasi iqtisadın tənqidinə dair qeydlər”, Arnold Ruge və Karl Marks tərəfinlən nəşr edilən “Deutsch-französische Jahrbücher” jurnalında. Paris, 1844 bax; K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 1-ci cild, səh. 561]).

<p>33</p>

2-ci nəşrə qeyd. Hətta Rikardo da öz robinzonadasına əl atmadan keçinə bilməmişdi. “O, ibtidai balıqçı ilə ibtidai ovçunu məcbur edir ki, əmtəə sahibləri olmaq etibarı ilə onlar balıqla quşu bu mübadilə dəyərlərində maddiləşmiş iş vaxtına mütənasib surətdə dərhal mübadilə etsinlər. Həm də o, belə bir anaxronizmə qapılır ki, ibtidai balıqçı ilə ibtidai ovçu öz əmək alətlərini hesaba alarkən 1817-ci ildə birjasında işlənən illik faiz ödənişləri cədvəllərindən istifadə edir. “Cənab Ouenin naraleloqramları“, deyəsən, burjua cəmiyyəti formasından başqa ona məlum olan yeganə cəmiyyət forması idi“ (Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair“, Berlin, 1859, səh. 38, 39. [bax: K, Marks və F. Engels, Əsərləri. İknnci nəşri, 13-cü cild, səh. 46–47]).