Mustafa Kamal Atatürk. Edip Semih Yalçın

Mustafa Kamal Atatürk - Edip Semih Yalçın


Скачать книгу
Ömər səkkiz yaşla-rında o illərdə Rumelini yandırıb-yaxan yoluxucu xəstəliklər ucbatından – difteriyadan ölmüşdülər. Ən kiçikləri Naciyə isə on iki yaşında vəfat etmişdi.

      Atatürk Selanik Hərbi Rüşdiyyəsindən etibarən, həyatı boyunca dostluqları davam edən Fuat Bulcaya bir gün belə deyib: “Qardaş-bacılarımın arasında ən sevdiyim Naciyəydi. Uşaqlıqdan həddən artıq həssas, duyğulu, öyrənməyə həvəsliydi. Mən Hərbiyyəyə gedərkən kitablarımı istəmişdi. Anamdan onu oxutmasını xahiş etmişdim. Nə böyük bacım Fatmanı, nə də böyük qardaşlarım Əhməd və Öməri xatırlayıram. Son ikisi eyni ildə – 1883-cü ildə, mən iki yaşımda olarkən ölmüşdülər. Naciyə anam kimi sarışın, mavi gözlü, ağbənizdi. Tipik yörük qızı… Məqbuləyə heç bənzəməzdi”85.

      Göründüyü kimi, Mustafa Kamal Əli Rza Əfəndi ilə Zübeydə xanımın Fatma, Ömər və Əhməd adlı üç uşaqdan sonra dünyaya gə-lən dordüncü övladlarıdır. Gələcəkdə türk millətinin taleyini dəyiş-dirəcək olan Mustafaya bu adın niyə, necə verildiyini bacısı Məqbulə xanım xatirələrində belə qeyd edir: “Böyük qardaşıma ad qoymaq üçün bütün tanışlar və qohum-əqraba bizə yığışmışdılar. Bir çox ad məsləhət gördülər. Lakin atam heç birini bəyənməyərək qardaşımın adını Mustafa qoydu… Bunun səbəbi vardı. Atam balacaykən qardaşı Mustafanı yelləncəkdə yellədəndə yıxılıb ölməsinə səbəb olmuşdu. Xatirəsini yaşatmaq üçün qardaşıma Mustafa adını qoydu. Bununla da uşağın qulağına “Mustafa” sözünü pıçıldadılar. Qardaşım qundaqdaykən çox sakitmiş. Elə də ağlamazmış…”86

      Göründüyü kimi, kiçik Mustafa öz adını tamamən türk ənənə-lərinə uyğun şəkildə alıb, onun üçün milli və mənəvi motivlərlə zəngin mərasim keçiriblər.

      Kamal adınısa ona sanki şəxsiyyətini ifadə edən ad kimi müəllimi verib. Selanik Hərbi Rüşdiyyəsində tələbə olduğu illərdə zəkası, xüsusilə də riyaziyyat dərsində göstərdiyi qabiliyyət müəlliminin diqqətini çəkmişdi. Adı Mustafa olan riyaziyyat müəl-limi: “Oğlum, sənin də adın Mustafadır, mənim də. Amma belə alınmır. Arada fərq olmalıdır. Bundan sonra adın Mustafa Kamal olsun”, – demişdi87.

      Bu şəkildə onun özündən də, digər şagirdlərdən də fərqli və üs-tün vəziyyətini qeyd etmiş, bundan başqa, ona daha yaxşıya, daha gözəl olan şeylərə doğru can atmaq üçün davamlı olaraq sürətli bir təşviq səbəbi vermişdi. Yəhya Akyüzə görə: “Bu çox əhəmiyyətli ta-rixi hadisəni Mustafa Kamalı davamlı olaraq daha böyük uğurlar, xeyirxah işlər dalınca getməyə vadar edən amil kimi dəyərlən-dirmək lazımdır”88.

      Məlum olduğu kimi, 1934-cü ildə çıxarılan 2525 saylı Qanunla hər türkün soyad daşıması məcburi hal almışdı. Soyadı Qanunu Böyük Millət Məclisində qəbul edildikdən, rəsmi qəzetdə yayımlandıqdan sonra prezident Qazi Mustafa Kamalın da soyadı alması gündəmə gəlmiş və uzun müzakirələrdən sonra89 ona “Atatürk” soyadı uyğun görülmüşdü.

      Atatürk soyadı təhlil edildiyində bu adın təməllərinin türk tari-xinə söykəndiyini görmək mümkündür. Bu soyada mənbə olan “Atabəy” adı Səlcuqlu dövrü türk dövlətlərində geniş şəkildə isti-fadə olunub, “Atabəylik” də türk dövlət adətlərində, həyatında yer alan əhəmiyyətli türk qurumudur. Türk milli mədəniyyətinin dərin izlərini daşıyan bu soyaddakı “türk” adı da onu milli lider, türk millətinin ən önəmli “ortaq məxrəc”i halına gətirən bu anlayış və qəbulun ifadəsidir.

      II BÖLÜM

      MUSTAFA KAMALIN TƏHSİL HƏYATI

      I. İlk təhsil

      A. Məhəllə məktəbi

      Mustafa Kamal 1887-ci ilin iyununda ibtidai təhsilə başlayıb90. Osmanlı təhsil sistemində müsəlman uşaqlarının əksəriyyəti ilk təhsillərini məhəllə məktəblərində alırdılar91.

      Məktəbə başlaması məsələsində Zübeydə xanımla Mustafanın atası Əli Rza Əfəndi arasında mübahisə düşüb. Atadan fərqli olaraq daha mühafizakar xarakterə malik Zübeydə xanım Mustafa Kamalın dualar, ilahilər öyrətməklə klassik təhsil verən məhəllə məktəbinə getməsini istəyib. Daha yenilikçi xarakterə sahib, oğlunu məktəb həyatı müddətində daim: “Adam olmaq üçün oxumaq, öyrənmək lazımdır. Başqa çarəsi yoxdur”, – deyərək oxumağa həvəsləndirən Əli Rza Əfəndi isə onu təzə açılan, yeni metodlarla təhsil verən Şəmsi Əfəndi Məktəbinə getməsini istəyib.

      Mustafa Kamal gənclik illərinə aid xatırlaya bildiyi, “ilk ha-disə” adlandırdığı bu məsələ haqqında 1922-ci ildə belə deyir: “Uşaqlığımla bağlı ilk xatırladığım şey məktəbə necə getdiyimdir. Bu məsələdə anamla atam arasında qızğın mübahisə oldu. Anam məktəbə ilahilərlə başlamamı, məhəllə məktəbinə getməyimi istə-yirdi. Vergi İdarəsində məmur olan atam isə o zamanlar yeni açılan Şəmsi Əfəndinin məktəbinə getməyimə, yeni üsulla oxumağıma tərəfdardı. Nəhayət, atam işi mahiranə şəkildə həll etdi. Əvvəlcə adət olunmuş formada məhəllə məktəbində oxumağa başladım. Bu-nunla da anamın könlüncə addım atmış olduq. Bir neçə gün sonrasa məhəllə məktəbindən çıxıb Şəmsi Əfəndinin məktəbinə yazıldım”92.

      Mustafa Kamalın yuxarıda izah etdiyi və “ilahilərlə keçirilən adət edilmiş mərasim” adlandırdığı mərasim “Bed-i Əlifba”dır93. O zaman bütün uşaqlar bu mərasim keçirildikdən sonra məhəllə mək-təbinə gedirdilər94. Yeni paltarlar geyinmiş, içində əski əlifba, hətta “Qurani-Kərim” olan naxışlı çantanı boynuna taxmış uşaq öz evində gözləyər, daha sonra müəllimin – xocanın rəhbərliyi altında iki-iki düzülmüş uşaqlar cərgəylə yeni şagirdin evinin önünə gələr, burada təzə yoldaşları dərhal sıranın önünə keçirilərdi. Uşağın anası və bü-tün məhəllə qadınları gözyaşları içərisində evin pəncərəsindən dəs-tənin uzaqlaşmasını izlər, uşaqların yaxşı təhsil ala bilməsi üçün dua edərdilər. Sonra dəstə ilahi oxuya-oxuya küçələrdən keçər, xalq onları duayla yola salar, beləcə, məktəbə gedib çatardılar. Burada uşaqlar öz yerlərini tutar, yeni şagird sarıqlı müəllimin rahləsi95 önündə diz çökər, qarşısındakı əlifba kitabından müəllimin barmağıyla göstərdiyi hərfləri təkrarlamaq şərtilə hecalar oxuyar, mərasim bu şəkildə sona yetərdi”96.

      Lord Kinrossun əsərində yer alan məlumatlara görə, Mustafa Kamal illər sonra məktəbə başlama mərasimi haqqında belə deyib: “Məhəllə məktəbinə getdiyim gün səhər anam mənə ağ əntari geyindirmiş, başıma qızılı işləməli sarıq sarıyaraq bəzəmişdi. Əlimdə qızıl suyuna çəkilmiş budaq da vardı. Sonra xoca əfəndi yanındakı uşaqlarla birlikdə evimizin yaşıllıqlarla bəzənmiş qapısına doğru gəldi. Dua bitər-bitməz hörmət əlaməti olaraq anam-la xocanın əllərini öpdüm. Arxadan gələn yeni yoldaşlarımın alqış-ları altında şəhərin küçələrindən keçərək məscidin yanındakı mək-təbə getdik. Ora çatdığımız zaman yenidən dualar oxundu. Sonra xoca əlimdən tutaraq məni boş bir otağa apardı. Orada “Quran”ın müqəddəs kəlamlarını


Скачать книгу