Ömər Xəyyam. GAH. Шамиль Султанов

Ömər Xəyyam. GAH - Шамиль Султанов


Скачать книгу
vaxtda, yəqin ki, belə bir işlə məşğul olmaq heç kimin ağlına gəlməzdi. Bir parç soyuq suya görə cingiltili sikkə vermək daha yaxşıdır.

      Hələ xeyli vaxt vardır. Amma özlərinin uzunqulaq və dəvələrini qovan tacirlər dərsə gecikən məktəblilər kimi tələsirlər. Heyvanlara ağır taylar yüklənmişdi. Bacardıqca qızğın və gur alver gedən yeri tez tutmaq, malları elə yerləşdirmək lazım idi ki, oradan (tacirlər bu ustalığı heç kimdən öyrənməməlidirlər) bir alıcı belə laqeyd keçə bilməsin. Nallanmış uzunqulaqların saldıqları tappıltılar ev heyvanlarının mələməsinə və movultusuna qarışmışdı. Heyvandarlar öküzləri, qoyunları, keçiləri və hər cür ev heyvanlarını bazara aparırdılar.

      Çörəkbişirənlər öz təndirlərinin yanında ovsunçuluğa başlayır, yol ətrafında olan aşxanaların və karvansaraların sahibləri ocaq yandırırdılar. Günortaya yaxın bütün bazar əhli yemək istəyəcəkdi (İbrahim bir dəfə məscidin imamından eşitmişdi ki, Nişapurda 200 min yerli əhali yaşayır, gəlmələr isə allah bilir nə qədərdir), odur ki, yeməyi əvvəlcədən, həm də çox hazırlamaq lazımdır. Çox da baha olmayan qiymətə isti arpa kökəsi, varlılar isə buğda kökəsi, düyü, yaxud paxla şorbası, qızardılmış ət-kabab ala bilərlər.

      İbrahim bu gün tələsmirdi. O, böyük dördkünc meydana, bazarın mərkəzinə tərəf gedir, yolda bu yaxınlarda yeni düyü növü ilə gətirilmiş xurmanın qiymətini soruşur, başı çıxan bir adam görkəmi alaraq onun qozla birgə dadına baxırdı.

      Nişapur kiçik şəhər deyil. Onun ətrafı bir fərsəng olar. Böyük bir hissəsini rabad– şəhərkənarı tutur. Onu dövrə vurub hər bir tacir və sənətkarla salamlaşmaq üçün bir həftə belə çatmaz. İbrahimin ağlına nə isə gələrək tələsməyə başladı. O əsas ticarətin genişləndiyi yerə getməli idi.

      Bazar… İbrahim bura gələrkən tanış və əziz bir mühitə düşürdü. O bilirdi ki, hər bir tacir özünün ən yaxşı malını ona göstərəcək. Əgər təbiətdə yalnız yeddi rəng vardırsa, Nişapur bazarında minlərlə rəng tapmaq olar. Şirazdan, Qəzvindən, Reydən, İsfahandan gələn tacirlər ipək, zərxara, yun, pambıq parçalar gətirmişdilər.

      Xalça satılan cərgədə Şirazdan və Reydən gəlmiş tacirlər daha çox idi. Belə deyirlər ki, bu şəhərlərdən olan ustalar hazır xalçaları tozlu küçələrə atır və hər gün minlərlə adam həmin xalçaların üstündən keçir. Bununla da onlar evləri və sarayları bəzəyən öz məmulatlarının möhkəmliyinə və zərifliyinə nail olurlar. Amma emal olunduqdan sonra xalçalar elə bir mükəmməl görkəm alır ki, qonşu ölkələrin hakimləri qəbahət hesab etmədən onları bir-birinə hədiyyə verirlər. Doğrudan da xalçaya vurulmuş naxışlara çox baxdıqda, adamın başı hərlənə bilər.

      Bazar meydanının mərkəzindən dörd istiqamətə məscidin yerləşdiyi şərqə tərəf, İbrahimin gəldiyi şəhristandan şimala tərəf, Hüseynin nəsli dəfn olunmuş cənuba tərəf yol ayrılır. Yolun hər tərəfində karvansara və dükanlar durur. Ən qızğın yol isə kiçik dördkünc meydana tərəf aparan qərb yoludur. Ondan bir qədər aralı, Hüseynin nəsli dəfn olunmuş meydanda Əmir ibn Leys tərəfindən ucaldılmış əla bir saray durur. Saraya bitişik isə sonralar həbsxana tikilmişdir (eh, taleyin acı zarafatına bax).

      İbrahim bazarı keçib, uzun ağac ayaqlarla gedişi və ağzından od püskürməsi ilə xalqı məşğul edən hoqqabazların yanında durdu, kiçik dördkünc meydana tərəf getdi. Burada sıra ilə düzülmüş dükanlar «Min bir gecə nağılı»nı xatırladırdı: Reydən, Kaşan və İsfahandan gəlmiş tacirlər müxtəlif saxsı qablar satırdılar. Öz malları ilə onlar yerli rəqiblərini sıxışdırmışdılar. Nişapurlular günbəz və binanın üz tərəflərinə çox vaxt mavi, yaxud firuzəyi rəngdə bəzək vurmaq üçün onlardan qab və lövhələr alırdılar.

      Sonra misgərlər, güləbatınçılar, dabbaqlar cərgə ilə düzülmüşdülər. Buradan xış və ya kotan, toxa–kimə nə lazımdısa almaq olardı. Alverçilər mis qabları və səhəngləri cingildədirdilər. Parlaq təmizlənmiş bürünc günəşin altında bərq vururdu. Metal güzgülər günəşin şüalarını əks etdirirdi. Qəşəng tikilmiş araqçınlar və xalatlar qarmaqlardan asılmışdı, yaxında isə yumşaq dəridən və tumacdan tikilmiş uzunboğaz çəkmələr gorunürdü. Amma, pul olarsa, bu cərgələrdə başdan-ayağa qədər nəinki təkcə geyinmək, həm də bəzənmək asan idi: sırğalar, üzüklər, qaşlı üzüklər, qolbaqlar, toqqalar, qızıl və gümüşdən hazırlanmış boyunbağılar nəinki dəbpərəst kişi və qadınları, həm də çöldə yaşayan insanları da heyran edə bilərdi. Bir qədər aralı fil sümüyündən və kömür kimi qapqara olan abnos ağacından hazırlanmış zərif əşyalar satan tacirlər oturmuşdular.

      Yalnız ədviyyat: istiot, zəncəfil, zirişk, mixək və hətta İbrahimin adını bilmədiyi onlarla dikər bitkinin satıldığı cərgədən başqa səs-küy, qışqırtı, basabas, mübahisə hər yerə hakim kəsilmişdi. Çalsaqqal qocalar uzunsov qarabuğdayı sifətləri ilə alıcının ardınca qaçmırdılar, gözləri onun gözündə qalmırdı. Elə bil ki, onlar müəyyən bir sirr bilirdilər, heç də hamıya deyil, seçdikləri şəxslərə yaxınlaşa bilərlər. Çadırçı buradan gül cövhəri və gül yağı aldı. O zərgərlərin yanına qayıdaraq başına araqçın qoymuş cavan dikburun yəhudi ilə sövdələşməyə başladı, tələb olunan qiyməti dörddə bir dəfə uğurla aşağı salaraq, xoşuna gələn tünd qırmızı rəngli daşı olan qızıl üzüyü aldı.

      Günorta yaxınlaşırdı. Bütün dindar müsəlmanlar rabadın şərq hissəsinə tərəf, məscidin olduğu yerə axışırdılar. Adamların izdihamla getməsi tozu ərşə qaldırmışdı, toz bazarın və bütün ətrafın üstünü qalın bir divar kimi örtmüşdü. İbrahim ibadətə gedənlər arasında tanış tacirləri, sənətkarları, dehqanları gördü. Onların çoxu İbrahimin başına gələn xoşbəxt hadisədən xəbərdar idi. Uşağın və anasının şərəfinə təbriklər, diləklər deyilirdi.

      – Qırx gündən sonra hamını evimə bayrama dəvət edirəm, – deyə sevinc içində olan xoşbəxt ata cavab verdi.

      Təzə doğulmuş uşağı ancaq ən yaxın qohumlar, bütün yerdə qalanlar isə yalnız qırx gündən sonra görə bilərdilər. Belə bir inam mövcud idi ki, bu, uşağı pis gözdən və xəstəlikdən qoruyur. Mövhumat, amma təzəcə şölələnən həyat işığının sönə biləcəyinə görə daha çox qorxu hissi çadırçını ənənələrə ciddi riayət etməyə məcbur eləyirdi. O, hələ uşaq anadan olmamışdan xeyli əvvəl ona ad fikirləşmişdi: Ömər, mənası «həyat» deməkdir. O, Allahın uşağa uzun xoşbəxt həyat verməsi üçün bütün günü dua edir, indi isə məscidin müqəddəs divarları arasında yenə o barədə ibadət etmək istəyirdi.

      Məhəmməd peyğəmbərin yaratdığı dinin bəzi ardıcılları bildirirlər ki, məscidə getmək vacib deyildir: Allah hər yerdə mövcuddur, o əsl mömin bəndənin daim ürəyindədir. Onunla ünsiyyət saxlamaq üçün məbədlər və beş qat adamlar dolu ibadətxanalar lazım deyildir – bu canatma kütlə üçündür, əslində ürək boş olduqda bu aldatmaqdır. Bir sufi deyib: «Mən peyğəmbərin izlərinin arada olmağını güman edərək Allahın evini və müqəddəs yerləri axtarıb tapmaq üçün səhralardan və xəlvət yerlərdən keçənlərə təəccüb edirəm. Nə üçün onlar Allah izi olan öz ürəklərini ələ almaq üçün


Скачать книгу