Şəhid Ənvər Paşa. Nevzat Kösoğlu

Şəhid Ənvər Paşa - Nevzat Kösoğlu


Скачать книгу
əsər, s. 72)

      Hər cür fərdi kin və hirslərin bu vəsiləylə ortaya çıxdığı mühitdən İttihadçılar da narahatdır. İbrahim Temo belə yazır:

      "Monastır daha səs-küylüdür; zabiti, axmağı, Albanı, Bolqarı bir fateh kimi başı dik, ayaqları yerin hərəkətini dayandıracaq bir tərzdə çırpılan, qanadları açılmış xoruza dönmüşdülər. Bir çox dünənki xəfiyyə, azadlıqçıları müstəbidlərin əlinə verənlər, qəhrəmanlıq nümunəsinə çevriliblər, meydanlarda, qəhvəxanalarda, meyxanalarda müzakirə açırlar." (Nəql edən: T. Al-kan, haqqında danışılan əsər, s. 74)

      İstanbul küçələrində soyğunlar artır; baqqal dükanlarında belə silah və güllə satılmağa başlayır.

      Ordu da qarmaqarışıqdır; gənc zabitlər ordu içində muxtariyyət qurmağa başlayarlar, paşalara sədaqət andları içdirirlər. Oktyabr ayında Ciddəyə göndəriləcək birliklərdən bir alay, tərxis zamanlarının keçdiyi səbəbiylə qiyam qaldırır. Üsyan böyümədən yatırılır.

      İttihad və Tərəqqi Cəmiyyəti getdikcə ölkədə bir fəaliyyət qazansa da, Sultan Həmid və onun qrupu yenə kabinetdə suveren idi. Əsasən İttihadçıların Hökumətin elanından sonra tətbiqi düşündükləri bir proqramları da yox idi; yalnız iqtidara ortaq olmaq istəyirdilər. Bir İttihadçının ifadəsiylə: "Həyatlarında bir dəfə olsun bir məclis necə toplanır, nələri müzakirə etdiklərini görməmişdilər; amma, “Qanuni Əsasi” və Məclisi Mebusana bir tilsimə inanar kimi iman etmişdilər." (Nəql edən: Ziya Nur Aksun, haqqında danışılan əsər, c. 5, s. 98)

      Ölkənin bir çox yerində nümayişlər keçirməyə, boş-boş çıxışlar edib əsassız istəklər irəli sürülməyə başlanmışdı. İdarəçilik çaşqın və qərarsız qalmışdır. İttihad və Tərəqqi mərkəzi də bu nümayişlərdən bezgindir və nəzarətin əllərindən çıxmaqda olduğunu görməkdədir. Bir məlumat yayımlayaraq hər kəsin qanunlara hörmətli olaraq işiylə gücüylə məşğul olmasını, əksinə hərəkət edənlərin böyük məsuliyyət daşıyacaqlarını bildirirdilər.

      * * *

      Meşrutiyetin ilk Hökuməti, Sait Paşa kabineti çox qısa bir müddət içində istefa verir. Kamil Paşanın üçüncü baş nazirliyi 5 Avqust 1908-ci ildə başlayır. İttihad Tərəqqi bir məlumat yayaraq Kamil Paşa Hökumətinə tam dəstək verdikləri, “Qanuni Əsasi”yə uyğun bir idarə qurulacağı, büdcənin düzəldiləcəyi, Tənzimatdan etibarən heç cür tətbiq oluna bilməyən, xristian vətəndaşların da hərbi xidmətə çağrılacağı, idarəetmədə islahat ediləcəyi açıqlanar. Xristianların hərbi xidmətə cəlb ediləcəyi xəbəri müsəlmanları da, müsəlman olmayanları da narahat edir.

      Osmanlının itkiləri də artmağa başlamışdır. Hökumətin qeyri-müsəlmanlar üçün bir addım olmaqdan kənar məna daşımadığı, bəlkə, hələ aydın ola bilməmişdi; amma, Avstriya İmparatorluğu Bosnya-Hersoqaviniyanı 5 sentyabrda ilhaq etmiş, Bolqarıstan isə 13 Sentyabr 1908-ci ildə müstəqilliyini elan edərək Bolqar krallığı olmuşdu. Baş nazir olan Kamil Paşa əsgər yoxluğundan şikayət edir:

      "Əgər avqust ayında Rumelidə hazır qüvvətli bir ordumuz olsaydı, nə Bolqarıstan istiqlalını elan edə bilər, nə Avstriya Bosnya-Hersoqaviniyanı öz məmləkətinə qata bilərdi." (Z. Nur Aksun, haqqında danışılan əsər, c. 5, s. 117)

      Çox keçmədən, 5-6 Oktyabr 1908-ci ildə, Osmanlıya id görkəmli Girit adası, Osmanlıların aylarla sürən, "Girit bizim canımız, fəda olsun qanımız!.." qışqırıqlarından sonra Yunanıstana qatıldığını elan etmişdir.

      Bu vaxt köhnə seçki üsuluna uyğun olaraq iki dərəcəli seçkilər keçirilir və İttihad Tərəqqi Məclisi Mebusanda üstünlük Kazanır; hər şeyə baxmayaraq təşkilatlı tək güc odur. Ancaq, bir çox əhəmiyyətli hərbiçi İttihadçı Məclisə girə bilmir. Məclisin tərkibi belədir: 288 millət vəkilinin 147-si türk, 60-sı ərəb, 27-si alban, 26-sı rum, 14-ü erməni, 10-u Serb və Bolqar, 4-ü də Yəhudidir. Bu vəziyyəti əvvəldən görən Sultan II Əbdülhəmid Xan, Hökumətin elanına qərar verərkən bunları söyləyirdi:

      "Bir hökmdar üçün lazım olan şey məmləkətin mənfəətidir; əgər bu mənfəət “Qanuni Əsasi”nin elanında isə, o da edilir. Lakin, yaxşı tətbiq olunarmı Türkün mənfəəti qorunarmı, burasını təxmin edə bilmirəm. Müxtəlif əməl və fikirlər bəsləyən ünsürlərin toplandıqları yerlərdə, partiya anlaşılmazlıqlarından məmləkətə daim zərər gəlir; bizim ilk Məclisdə bunun acı təcrübələri olmuşdur." (Tahsin Paşadan nəql edən Z. Nur Aksun, haqqında danışılan əsər, c. 5, s. 120)

      Hökumət sonrasında Sultan Həmid haqqında da müxtəlif söz-söhbətlər çıxır; bu cür söz-söhbətlərə yurdun hər yanında reaksiyalar verilir.

      "Sultan Həmid vəfat edib, yoxsa taxtından endirilib.” Söz-söhbəti Ədirnədə yayılınca, İkinci Ordunun əsgərləri “Atamıza nə oldu? İstanbula gedib öyrənəcəyik” istəyində oldular. Zabitləri, “Əsli olmayan söhbətlərə inanmayın.” deyib və təskinlik çalışsalar da, ‘”Bölüklərdəki qardaşlarımız İstanbula getsin, Atamızı görməklə bizi təmin etsin.” təklifində müqavimət göstərmişlər. Bu vaxt bir Kolağasının, “Padşahım çox yaşa!” lövhəsini cırıb, ağzına gələni danışması Yanıkkışladakı əsgərləri qiyam qaldırır; “Atamızı görəcəyik”deyə israr edirlər. İstanbula göndərilmək məcburiyyətində qalınan üç yüz əsgər, dəlil olaraq, “Ulduz Sarayı”nın qarşısında, Padşahı şəxsən görmüş və dualar edərək Ədirnəyə geri dönmüşdülər." (Z. Nur Aksun, haqqında danışılan əsər, c. 5, s. 124)

      İttihad Tərəqqi Mərkəzi-Ümumisi də, Məclisin xaricində ayrı bir güc mərkəzi olaraq işə davam edir. Kamil Paşa, əvvəllər İttihad Tərəqqinin gücünü Padşaha qarşı bir tarazlıq ünsürü olaraq istifadə etməyə çalışır. Məclis açıldıqdan sonra, onlardan əl çəkərək əsgərin siyasətdən kənar tutulması ilə maraqlanır. Savaş və Dənizçilik nazirlərini dəyişdirir. Cəmiyyət isə Kamil Paşa əleyhinə təbliğatlara başlayır. Nəhayət, Kamil Paşa Hökuməti, Məclisdə verilən etibarsızlıq təklifiylə 13 fevral 1909-cu ildə buraxılır. Sabahısı gün, Hüseyn Hilmi Paşa Hökuməti qurulur. Mətbuat İttihadçılar əleyhində nəşrlərini sərtləşdirərək artırır. Bu vaxt İttihad Tərəqqinin məcbur etməsiylə, köhnə Saray gö-zətçilərindən qalan bəzi dəstələr Selanik və Suriyaya göndərilir. Aprel ayında “Sərbəsti” qəzeti yazarı Həsən Fəhmi vurulur. Qəzetlər İttihadçı millət vəkillərinə od püskürür:

      "Vətən bu xainlərin müstəbid əllərindən qurtarılmalıdır".

      Elə bu ərəfədə “Otuz bir mart hadisəsi” deyilən hərəkat başlayır.

      Hökumətin 3-cü Ordunun əsəri olduğunu düşünən və İstanbuldakı I Orduya güvənməyənlər, III Ordudan üç Ovçu batalyonu gətirdərək Taşkışlaya yerləşdirirlər. Bu batalyonlar Saray ətrafındakı qüvvələrdən lazım gələndə Hökuməti müdafiə edəcəkdilər. 13 Aprel 1909-cu ildə köhnə təqvimlə 31 Martda Ovçu batalyonları zabitlərinin din-diyanət tanımadıqları, özlərini aldatdıqları səbəbiylə qiyam qaldırırlar. Hadisənin əsil səbəbləri hələ mübahisə mövzusu olsa da, bu alaydakı zabitlərin də qarışdığı, rütbəsiz əsgərlərin məktəbli za-bitlərə


Скачать книгу