Şəhid Ənvər Paşa. Nevzat Kösoğlu

Şəhid Ənvər Paşa - Nevzat Kösoğlu


Скачать книгу
Hökumət təhlükəyə düşmədikcə ordu siyasətə qarışmamalı, vətəndaş vəzifələrdəki ordu mənsubları ayrılıb əsl vəzifələrinə dönməli, intizam və ədalət hakim olmalı, şəxsi problemlər, incikliklərə gətirib çıxarmadan düzəldilməli.

      Qurtarıcı zabitlərin bu proqramları, ordu içindəki ayrılıqların və dəyişik partiyalara mənsubiyyətin bir zehniyyət yaxud dəyərlər fərqinə söykənmədiyini, hamısının eyni xətt üzərində olduqlarını göstərməkdədir. Halaskar hərəkatının, ordunu siyasətdən uzaqlaşdırmaq kimi bir məqsədi olduğuna və "siyasət istəyirik" sözünün qrup şüarı olduğuna işarə edən Əli Birinci, yaşanan ziddiyyəti belə açıqlayır:

      "Bu hərəkatdan əvvəl də ordu içində siyasətlə məşğul olmamaq üçün edilən müzakirələr və fərdi mübarizələrin varlığı bilinməkdədir. Bu fərdi səylər fəsadçı bir dairəni də özü ilə gətirir və bir çox zabit, əsgərin siyasətlə məşğul olmaması yolundakı işlərə kömək edə bilmək üçün siyasətlə məşğul olurdu." (Əli Birinci, haqqında danışılan əsər, s. 167)

      Əli Birinci daha sonra siyasətlə maraqlanma üslubunu da belə izah edir:

      "Bu kimi fəaliyyətlərin zabitlər arasında bir nifrət yarışmasına gətirib çıxardığı görülməkdə idi. Əllər, ən kiçik bir mübahisə zamanı silahlara uzanır, bəxtəbəxt qanlı vuruşmalardan uzaqlaşmaq mümkün olurdu. Məsələn, Sait Paşanın istefasından qısa bir müddət əvvəl, Məclisə müxalif əsgərlərin hücumunu gözləyən İttihadçı zabitlərlə əsgərləri yaxın binalarda mövqe tutduqlarında, bir az uzaqda da qarşı qrupdakı zabitlərin rəhbərliyi altındakı hərbi qüvvələr Məclisə gedən yolları tutmuşdular”.

      Zamanın məşhur siyasətçilərindən Şahzadə Səbahəddinin “Qurtarıcılar hərəkatı” ilə əlaqədə olduğu və digər siyasətçilərin də əlaqədar, yaxud maraqsız bu hərəkətin təsirlərindən faydalanmağa çalışdığı görülməkdədir.

      Sait Paşadan sonra Hökuməti quran Kamil Paşa, ordunun siyasi cəhdlərindən son dərəcə narahatdır, ancaq çox şey edə bilməz. Dənizçilik və Savaş nazirlərini dəyişdirmək istəyərkən Cəmiyyət və ordu ilə qarşı-qarşıya gəlir. Bu mövzunun Məclisdə müzakirə ediləcəyi gün, "Bir çox zabit və əsgəri kəslər, rəsmi və sivil paltarlarla Məclisi Mebusanın içini tutmuşdular və bir zirehli maşını Mebusan binasının önünə gətirmişlər". (T. Alkan, haqqında danışılan əsər, s. 91) Ədirnə və Selanikdən III Ordunun zabitləri, teleqraflar göndərərək ediləcək dəyişikliklərə qarşı çıxırlar17. Eyni zamanda donanma komandirləri teleqraf göndərirlər. Hansı döyüşdə döyüşdükləri bilinməyən səkkiz hərb gəmisi, toplarını Məclisə çevirirlər. Bu qüvvəyə güvənən İttihadçılardan bir millət vəkili belə danışır:

      "Padşahdan əvvəla möhtərəm ordumuzun süngüsünə, sonra donanmamızın topuna güvənərək yeni bir Baş vəkil təyinini istəyərik". (T. Alkan, haqqında danışılan əsər, s. 95)

      Sözü keçən süngü və toplar bizi Balkan savaşında dünyaya güldürəcək, amma Məclisdə müvəffəqiyyətli olur, Kamil Paşa Hökuməti devrilir.

      Görünüşcə əsgərin siyasətlə məşğul olmasından hər kəs şikayətlənməkdədir. Savaş Naziri Mahmud Şövkət Paşa tərəfindən hazırlanıb Məclisə təqdim edilən, əsgərin siyasətlə məşğul olmasını qadağan edən qanunu, bir çox müzakirələrlə birlikdə müsbət qarşılanar, ancaq qəbul edilmir. Daha sonra Qazi Əhməd Muxtar Paşa Hökuməti yalnız əsgərlərin deyil, məmurların da siyasətlə əlaqəsini qadağan edən padşah qərarları ilə boşluğu doldurmağa çalışar.

      Bu mühitdə başlayan Balkan savaşındakı ordunun vəziyyəti isə, tək sözlə utancvericidir. Bunun da təməl səbəbi, zabitlərin siyasət maraqları və aralarındakı düşmənliklərdir. Silah atmadan şəhərlər təslim edilmiş, əsgər arasında ağlasığmaz təbliğatlar aparılmış; briqadalar, korpuslar dağılmışdır.

      * * *

      Burada diqqət yetirilməsi lazım olan bir nöqtəyə daha işarə edək: Şükrü Hanioğlu, ayrı-seçkilik zehniyyətinə işarə edir; xalqı nəzərə almadan popu-lizm. (Bir əsr sonra İnqilabi əzm, Zaman, 3 Avqust 2008, s. 22) Bu əslində, xalqın qibləsindən ayrılmasının zəruri məqamı idi. Və Respublika dövründə də davam etdi. Bu anlayış yalnız İttihad Tərəqqiyə deyil, az qala bütün ziyalılara şamildir. Buna görə də xalqa arxalanan bir hökumət yerinə, daim orduya söykənən çevrilişlərə maraq saldılar.

      İttihadçılar daxil o günlərin siyasətçiləri günümüz mənasında, heç bir zaman demokratik bir rahatlığa sahib ola bilmədilər.

      Əhməd Rza Bəy təkamülçü idi. “İstirdat-i Vatan”, “İntiqamçı Yeni Osmanlılar” kimi bir qisim qruplar isə fikri buraxıb silah və bombalı hərəkatlara keçmək istəyirdilər. Bunların qəzetləri, “İntiqam”, “Toxmaq” və “Zərbə” kimi adlar daşıyırdı.

      1902-ci il konqresində, Osmanlı Hürriyyet Perveran konqresində Səbahəddin Bəy, erməni, rum, alban bölücüləri tərəfindən yaradılan ittifaqa karşı Əhməd Rza Bəy ətrafında Türkçü və pozitivist bir koalisiya qurulmuşdu. Amma, aktivistlər bu quruluşa fikirlərini keçirə bilməmişlər idi. (M. Ş. Hanioğlu, Zaman, 2 Avqust 2008, s. 22)

      1905-ci ildən sonra Osmanlı Tərəqqi və İttihad Cəmiyyəti getdikcə bölücü güclərə qarşı çıxmağa başladı. Daha doğrusu, rəftarını açıq-aşkar ortaya qoymağa başladı. Biri dövləti parçalamaq üçün öz milli formalaşması üçün dəstələr qurub, hərakat planlaşdırır, o birisi dövlətin bütünlüyünü və etibarını dəstək olmaq üçün. Onlar üçün dövlət daim ən üstün ictimai dəyər olaraq qaldı.

      Bütün bu proseslər içində İttihadçılarda Türkçülük şüuru meydana gəlməsi üçün xüsusi bir səyə gərək yox idi. Necə ki bütün irəli gələn İttihadçılar bu mövzuda kifayət qədər ayıq idi. Ancaq ifadə olaraq bunu sahiblənmələri mümkün və məqbul deyildi. Çünki dövlətin təməl anlayışı hələ Osmanlı idi və Türk olmayan müsəlman kəsimlər hələ 1918-ci ilə qədər dövlətə böyük ölçüdə bağlı qalacaqlardı.

      31 Mart hadisəsi

      Sultan Həmidi Hökumətin elanına məcbur edən səbəbləri Hikmət Bayur belə sıralayır: Sultan Həmid rəhbərliyindən doğan narazılıqlar, bolqar, serb və yunan dəstələrinin fəaliyyətləri və Makedoniyada türk və müsəlman xalqa edilən zülmlər. Yəmən və sair yerlərdəki qiyamlar və Türk gənclərinin davamlı bir səfərbərlik halında olması. Böyük dövlətlərin müdaxilələri və Makedoniyanın əldən çıxacağı inancının Türk və Müsəlmanlarda formalaşmağa başlaması. İttihad və Tərəqqi Cəmiyyətinin təşkilatları və təbliğatları. Orduda, xüsusilə də, III Orduda gənc zabitlərin hamısının Əbdülhəmid əleyhinə çevrilməsi. Orduda maaş və ödənişlərin zamanında ödənə bilməməsi. (H. Bayur, haqqında danışılan əsər, c. 1, his. 1, s. 429-30)

      Yorğun Padşah sərt mübarizələrə girməyi gözə ala bilməmiş, suyun axınına uyğunlaşmağı yəni Məclisi toplantıya çağırmağı seçmişdir. Eyni zamanda Sultan II Əbdülhəmid Xan Şeyxülislam hüzurunda “Qanuni əsasi”yə sadiq qalacağına dair and içmiş və bunun xalqa da məlumat verilməsini istəmişdir. Mabeyn Baş katibi (Ümumi katib)


Скачать книгу