Şəhid Ənvər Paşa. Nevzat Kösoğlu

Şəhid Ənvər Paşa - Nevzat Kösoğlu


Скачать книгу
müddət əsgərlərin siyasətdən kənar qalmalarına təsirli olduğu deyilmişdir. (HAQQINDA Turan Alkan, Ordu və Siyasət, Ank. 1992, s. 11) Ancaq bu səfər də bir-biriylə bağlı iki başqa faktor ortaya çıxır. Tənzimat illərindən sonra Osmanlı Dövlətinin çökəcəyi qorxusu az qala bütün Osmanlı ziyalılarını düşündürən və çarələr axtarmağa məcbur edən məş-hur bir psixologiya idi. Bu vaxt, xüsusilə, Hərb Məktəbində xarici dil öyrənilməsiylə xarici nəşrlərə maraq artır və rahat bir təbliğat mühiti meydana gəlir. Çünki bu gənclər təsadüfən əllərinə keçən, yaxud xüsusi olaraq çatdırılan bu nəşrləri çoxistiqamətli qiymətləndirə biləcək səviyyədə deyildirlər. “Kuleli hadisəsi”ni saymazsaq, Yeniçərilərin ləğvinin əllinci ilində, 1876-cı ildə iki əsgər Hüseyn Avni və Mütercim Rüştü Paşa ilə iki vətəndaş Hayrullah Əfəndi və Midhat Paşa, Sultan Əbdüləziz Xana çevriliş həyata keçirərlər. Hərb Məktəbi komandiri Süleyman Paşa da çevrilişə qatılar. Bu çevriliş üçün də fətva alınmışdır.

      Sultan Əbdüləziz Xanın ölümündən dörd gün sonra həyat yoldaşlarından birinin qohumlarından olan Kolağası Çərkəz Həsən Bəy, Nazirlər kabineti yığıncağına hücum edərək, çevriliş edən Serasker Hüseyn Avni Paşanı, Xarici işləri naziri Rəşid Paşanı və iki dövlət adamını öldürür. Bu da təkbaşına hazırlanmış çevriliş kimidir.

      1876-cı ildə Sultan II Əbdülhəmid Xanın taxta çıxmasından bir müddət sonra, rəhbərlik, Sultanın yerləşdiyi “Ulduz Sarayına” keçmiş bu dövrün bir xüsusiyyəti olaraq üləma, ordu və bürokratiya üzərindəki yoxlama artırılmışdır. Bu nüfuzdan narahat olanlar asanlıqla Sultan əleyhinə axınlara qapılmışdılar.

      1878-ci ildə Əli Süavinin “Çırağan basqını” uğursuz olmuş, 1879-cu ildə Hərb Məktəbində formalaşan gizli bir komitə ortaya çıxarılaraq əlli adam sürgünə göndərilmişdir. Trakya qubernatoru Müşir Rəcəb Paşanın liderliyi və ingilis dəstəyi ilə planlaşdırılan bir çevriliş layihəsi də başlamadan bitmişdir.

      Nəhayət, 1889-cu ildə hərbi-tibb məktəbililərin qurduğu “İttihadı Osmani” ilə, əsgər birbaşa siyasətin içindədir və təşkilatlandırıcıdır. Xüsusilə Mərkəzi Selanik 3-cü Ordu, bundan sonrakı bütün siyasi prosesləri təyin edəcək olan qiyamçı əsgəri heyətlərin toplandığı yerdir.

      Sultan Həmidin hərbi təhsilə də böyük hücumlar etdirdiyi, ancaq ənənəvi istiqamət və dəyərləri buralarda hakim edə bilmədiyinə işarə etmişdik. 1883-cü ildən bəri Alman Goltz Paşanın idarəetməsindəki Hərb Məktəblərində Alman əsgəri təhsil və intizamı verilməyə çalışılmışdır. Əhməd Turan Alkan buralarda yetişən zabitlərin düşüncələrini anlamağın çətin olduğunu söyləməklə birlikdə bəzi detalları aydınlaşdırır. Xəlil Kut Paşadan bu fikirləri, böyük ehtimalla məşhur bir anlayış idi:

      "İstanbulun acizliyi isə ortada, gün kimi aşkardır… Sarayın axmaqcasına idarə olunması başımıza hər gün yeni bir bəla açır. Radikal bir hərəkatla bizlər dövlət idarəsinə yeni bir şəkil verə bilməsək, bu keşməkeş illərcə davam edər… İşin sonu yoxdur və dövlət hay-küylə məhvə gedirdi. Biz vətənə əlimizi ağıllıca uzatmazsaq, kim uzadacaqdı?.... Saray nüfuzunun çöküşü, əvəzində millətin gücü ələ keçirməsi, məktəb illərindən bəri bəynimizə yerləşmişdi. "(A.T. Alkan, haqqında danışılan əsər, s. 22)

      “Qüdrəti millətin əlində toplamaq” keyfiyyətinin, anladığımız mənada bir demokratiya anlayışı əks etdirmədiyini, məzmunsuz bir şəkil dəyişikliyi olduğunu, daha doğrusu, iqtidarı Sultan Həmidin əlindən almaq demək olduğunu, daha sonrakı proseslər də göstərmişdir. O nəsil, bütün vətənpərvərlik həyəcanına baxmayaraq, qolunu azdığı üçün şüarlara asanlıqla təslim ola, bağlana bilirdi. İnönü deyir ki,

      "Hər dərdin dərmanının “Qanuni Əsasi” olduğu iman halında içimizə yerləşmişdi." (İnönü, haqqında danışılan əsər, s. 24)

      Dövrün məşhur jurnalist və siyasət adamlarından Hüseyn Cahit Yalçının yazdıqları, ittihadçı Jön Türklərin halını qısaca və açıq olaraq ortaya qoymaktadır:

      "İttihad Tərəqqini quranlar, həyatı, dünyanı, siyasəti bilməyən təcrübəsiz gənclər idi. Onların yeganə coşqusu vardı: Vətən sevgisi. Saray istibdadının ölkəni batırdığını görürdülər, yurdu qurtarmaq istəyirdilər. Bunun üçün də Hökumətin lazımlılığına inanmışdılar… Hökumət olarsa, daxili rəhbərlik maşını bir tilsim təsiriylə dərhal düzələcəyi kimi Türkiyədən ayrılmaq istədiyini göstərən azlıqlar da diləklərindən imtina edəcəkdilər, qüsursuz bir Türk vətənpərvəri olacaqdılar". Hökumətin elanıyla Osmanlı, eyni zamanda Qərb dövlətləri və Rusiyanın təzyiqindən xilas olacaqdı. (Hüseyn Cahit Yalçın, Siyasi xatirələr, İstanbul-2000, s. 49)

      Bu inanc və düşüncələrin, həqiqətən də, bir "yüksək hərarətin" əsəri olduğu aydın olacaq; amma gecikilmiş olacaqılar.

      Aradan yüz ildən çox zaman keçməsinə baxmayaraq, hələ problemlərin və həllərin konstitusiya mətnlərində axtarılmaqda olduğunu və konstitusiya dəyişikliklərinin aktual məsələ olmaqdan çıxa bilmədiyini gördüyümüzə görə, o insanları qınaya bilmirik.

      Tətbiq olunan Alman hərbi təhsili, zabitlər içində bağlı bir sistem meydana gətirmiş və fərqli bir sinif şüuru Respublika dövründə də davam etmişdir. Hələ də də ordunun təməl məsələsi, bütün parlaq nitqlərə baxmayaraq, sivil xalqla inteqrasiya oluna bilməməsidir. Bu, öz xalqına yadlaşmanın təsiriylə, zabitlər, xüsusilə, qərargah zabitləri, hər şeyi bildikləri qənaətindədirlər və çox oxumaq gərəyi də duymazlar. Çalxantılar içindəki Osmanlı cəmiyyətində milli müqəddəslərindən ilk şübhəyə düşənlər və dini həyəcan və həyatları zəifləyənlər də onlardır. Daha sonrakı 31 Mart Hərəkatında zabitlərin bu cür mövqelərinə qarşı şikayətləri çox görüləcək. Onlar, azadlıq üçün çalışırdılar, halbuki xalq oralarda deyildi, xalqın belə bir problemi yox idi.

      Milli iradə ən məşhur şüarlardan biri olmaqla birlikdə sonrakı Hökumət dövründə də milli iradəyə çox diqqət edən yoxdur. Çünki, başda İttihad Tərəqqi Partiyası olmaq üzrə çıxış və dayaqları ordudur. Hərəkətin mühərrik gücünü meydana gətirən gənc zabitlərə baxıldığında, Ənvər Bəy daxil, Hökumət və Məclis məsələsinin təməl məsələni meydana gətirmədiyi, əsl itələyici gücün vətən-millət-dövlət sevgisində mərkəzləşmiş millətçilik olduğu görülür. Hökumət sonrakı işdir və dövlətin-millətin qürurunu qoruya bilməyən iqtidarın dəyişdirilməsi üçün lazımlıdır. Bu partiyanın seçki müvəffəqiyyətləri mənsublarının fövqəladə təşkilatlanma güclərində axtarılmalıdır; mədəniyyət və iman olaraq xalqla tam inteqrasiya olunduqlarını söyləmək çətindir. Ancaq burada da adı qoyulmamış olsa da, millətçilik duyğularının İttihad Tərəqqini xalqla inteqrasiya edən təməl faktorlardan olduğunu düşünmək lazımdır. Xüsusilə, böhranlı dövrlərdə – davamlı elə idi– qabaran millətçilik duyğuları xalqı bu partiyaya yönəldirdi.

      Ordu içində, maaş azlığı və ödənişlərin zamanında ödənə bilməməsi, qalxma və təyinlərdəki axsaqlıqlar kimi, az qala hər zabiti maraqlandıran fərdi problemlər də şişirdilərək bir təbliğat və narahatlıq vəsaiti olaraq istifadə edilməkdədir.


Скачать книгу