Şəhid Ənvər Paşa. Nevzat Kösoğlu

Şəhid Ənvər Paşa - Nevzat Kösoğlu


Скачать книгу
bu layihəni təqdim etməyə göndərən əvvəl üzərində dayandığımız torpağımıza olan eşqimiz və onun xoşbəxtliyinə xidmət qayğımızdır. Sonra da içində olduğumuz həqiqi xəstəliyi göstərərək, buna çarə axtaranlara kömək etməkdir.

      Avropanın Makedoniyadakı son dörd illik islahat təcrübələri heç bir müsbət nəticə verməmişdir. Böyük dövlətlər də bunu etiraf edirlər. Amma yenə faydasız qalacağına inandığımız yeni tədbirlər arxasınca qaçırlar.

      Cəmiyyətimiz isə faydasından çox zərəri toxunacaq olan müdaxilələrə deyil, müsəlman və xristian – bütün vətəndaşların əlbirlik ilə və bunların öz vətənlərini xarici müdaxilələrdən qoruyaraq hamısının siyasi və şəxsi azadlığını, indiki idarəçiliyin istibdadından, zülmündən qurtarmaq iddiasındadır. Bunun üçün qurulmuşdur. Bu bəyanlarımızda nə dini, nə milli bir fanatizm yoxdur.

      Avropa muxtar, yaxud müstəqil bir Makedoniya yaratmaq istəyir. Halbuki Makedoniya Osmanlı Dövlətindən ayrıla bilməz. Avropanın Makedoniya deyə ayırmaq istədiyi üç vilayətin taleyi, dövlətin digər iyirmi yeddi vilayətinin taleyindən ayrı ola bilməz. Makedoniyaya aid olmaq üçün görülən tədbirlərin hamısı ölü doğulmuş uşaq kimidir.

      Nəticədə Avropa islahat deyə müqavimət göstərməklə böyük səhv içindədir. Əgər ortada bir pislik varsa, o pislik tək Makedoniyada deyil, bu günkü Hökumətin rəhbərlik formasındadır. Və bundan tək Makedoniya deyil, bütün Asiya və Afrikadakı Osmanlı vilayətləri də əziyyət çəkir. Tək Makedoniya xristianları deyil, türk, ərəb, alban, şərkəz, kürd, erməni, yəhudi xülasə olaraq bütün Osmanlı xalqları əziyyət çəkir. Bütün bu xalqlar Rumelidəki bolqar, rum, ulah, serb və s. ilə birgə eyni boyunduruqda inləyirlər. Eyni zalım rəhbərlik hamımızı əzir. Çəkilən iztirablarda hamımız ortağıq. Müdaxilə və islahat deyilən şeylər isə Makedoniya xristianlarına Avropanın zərərli bir hədiyyəsidir." (Aydəmir, haqqında danışılan əsər, c. I, s. 528)

      Layihədə daha sonra Avropalı dövlətlərdən rusların Makedoniya işlərinə qarışmasının önlənməsi istənir; rusların məqsədi makedon xalqına xidmət etmək deyil, Balkanları bir rus əyaləti halına gətirərək oradan İstanbulu işğal etməkdir, deyilər. Əlavə olunur ki, Balkanlardakı bütün təhriklərin arxasında Rusiya vardır; lakin digər dövlətlər də qarışıqlıqların önlənməsində səmimi deyildirlər. Layihə bu istəkləri sıralar:

      "Avropa dövlətləri Makedoniya işlərinə müdaxilə etməkdən imtina etməlidir. Avropalılar Makedoniyalıları təhrikdən imtina etsələr, Makedoniya xalqları öz aralarında daha yaxşı razılaşaraq, öz işlərini əlbirlik ilə özləri düzəldə biləcəklər. Hər şeydən əvvəl millət və irq fərqi güdülmədən hamısını əzən Əbdülhəmid istibdadı əməkdaşlıq ilə yıxılacaq. Sonra ölkəyə daha ədalətli bir həyat nizamını özləri gətirəcəklər. Xülasə, həm Makedoniyada, həm Osmanlı ölkəsinin digər qisimlərində cins və məzhəb fərqi güdülmədən bütün Osmanlılar qurulacaq Hökumət idarəsi altında qardaş olaraq yaşamağa davam edə biləcəklər. Cəmiyyətin proqramı budur. Mövcud despotizm idarəsini devirib öz ölkələrinin nizamını azadlıq və bərabərlik əsasında qurmaqdır. Nə müsəlman vardır, nə də xristian! Tək Osmanlı vardır!"

      Bu qədər zamandır serb, ulah, bolqar, makedon və rum üsyançıları ilə mübarizə aparan zabitlər, Hökumətin elan edilməsiylə bütün bu ünsürlərin qardaşca bir yerdə yaşayacaqlarına, həqiqətən, inanırdılarımı; yoxsa bir eyforiyaya düşmüşdülər, çarəsiz idilər; yoxsa Avropalı dövlətləri aldada biləcəklərini düşünürdülər? Bu sualları cavablandırmaq çox çətindir. Hər birinin vətənpərvərliyinə əminik. Hökumət və demokratiya kimi anlayışlar haqqında kafi məlumatları olmadığı da məlumdur. Təcrübəsiz olmalarına baxmayaraq, dünyadakı siyasi çəkişmə və prosesləri qiymətləndirə bilməyəcək ölçüdə zəif olduqlarını isə qəbul etmək mümkün deyil. Vətən və milləti üçün ürəyi titrəyən, yaşadığı təhlükələr içində çıxış tapa bilməyənlər – çünki bütün çıxış yolları uzun vədəlidir – həll çıxara bilməyənlər – çünki həllər üçün ciddi təcrübə lazımdır – təbliğatların təsirinə tez qapılar, əvvəl özlərini, sonra ətraflarını aldadaraq asan, sadə və tələsik düsturlara təslim olurlar. Sultan Həmid xaric, dövrün ziyalılarını bu ümumi çərçivə içində qiymətləndirmək, bəlkə də, səhv olmayacaq. İsmet İnönü o dövr zabitlərinin anlayışlarına da tərcüman olaraq bunları söyləyir: "Rumelinin başdan-başa təhlükədə olduğunu görməkdə kimsənin tərəddüdü yox idi. Əlbəttə, başlıca səhv sahibi də, ancaq hər cür şikayətlərin hədəfi olan Padşah idarəsi ola bilərdi. Padşah idarəsinin doğru yola gətirilməsi, millət vəkillərinin toplanması və çalışması ilə təmin edilə biləcəkdi." (İsmət İnönü, Xatirələr, Ankara 2006, Hazırlayan: Səbahəddin Selek, s. 43)

      Görünür ki, xarici kitab yaxud qəzetlərdən öyrənilmiş, heç bir mədəni təcrübəyə söykənməyən nəzəri doğruların təbliğatı, gənc zabitlərin ayaqlarını yerdən kəsmiş, həqiqət duyğularını zədələmişdir. Bu insanlar ancaq Məclis açılıb, Balkanlarda döyüşdükləri insanları o dam altına daşıdıqlarını gördüklərində oyanmağa başlayacaqdılar. Buna demokratiya mədəniyyətinə xarici insanların ortaya çıxan ehtirasları da əlavə olununca, işin təhlükə ölçüsünü fərqinə vara biləcəkdilər. İnönü belə davam edir:

      "Əməl və duyğuların əsil, təmiz mahiyyətləriylə, sonrakı hadisələrin gətirdiyi xəyal qırıqlıqları və müvəffəqiyyətsizliklər insanı dəhşətə gətirir. Məmləkətin siyasi mədəniyyətdən ağrılı dərəcədə məhrum olan kimsə fərqində deyildi. Vətənpərvərlik timsalında insanların yeni iqbal şərtlərində nə hala gələcəkləri heç təxmin edilmirdi. “Qanun-i Esasi” sözü sehr kimi təsir edirdi." (İnönü, haqqında danışılan əsər, s. 47)

      Bu işlərin fərqində olan Sultan Həmid və bəlkə, ətrafındakı bəzi insanlar idi; onların da zabitlər fərqində deyildilər…

      Paylaşma planının ortaya çıxması, vətənpərvər zabitləri özündən çıxarmış, nə ediləcəksə, bir an əvvəl edilməsi lazım olduğu fikrini qüvvətləndirmişdilər. Bir tərəfdən də gözlər Almaniyaya çevrilir; tək ümid orada qalmışdır. Sultan Həmid, Sədrəzəmini Alman səfirliyinə göndərərək nə düşündüklərini öyrənməyə çalışır.

      Ənvər bəy dağa çıxır

      Ənvər bəy Monastıra gələndə Sarayın kəşfiyyat işlərinin möhkəmləndiyini və artıq ondan da şübhə edildiyini anlyır. Ümumi müfəttiş Hilmi Paşa, Nazim Bəyin yoldaşı olan bacısını Selanikdən İstanbula aparması üçün əmr gəldiyini və bu səbəblə ona icazə verildiyini söyləyər. Ənvər bəy şübhələnir. Bu vaxt topçu alayı müftisi və zabitlərindən Hacı Nazmi bəyin İstanbula sorğuya çağrıldıqları və təşkilat barədə xəbər verdikləri şübhəsi doğulur. Müfəttiş Paşa Ənvərə yol pulunu verib, bacısını da götürərək tez bir zamanda İstanbula getməsini söyləyir. Ənvər bəy Selanikə gəlir. Burada iyunun doqquzunda “Qışla Meydanı”na baxan evlərinin üst mərtəbəsində Mərkəzi-Ümumi toplanır; İstanbula gedib-getməməsi müzakirə edilir. Sonunda, getməməsi və dağa çıxması qərarı verilir. "Lakin gününü hələ təyin edə bilməmişdik."

      Reval


Скачать книгу