Şəhid Ənvər Paşa. Nevzat Kösoğlu

Şəhid Ənvər Paşa - Nevzat Kösoğlu


Скачать книгу
də (azadlıq qəhrəmanı Kolağası Resneli Niyazi) bu vaxt təşkilata girir. Ancaq cəmiyyət mərkəzi ilə xəbərləşmək təmin edə bilməməkdədirlər və nə edəcəkləri mövzusunda açıq bir fikirləri yoxdur. Buradakılar cəmiyyət mərkəzinin Selanikdə olduğunu bilmir, İstanbulda olduğunu zənn edərlər; hətta sədrəzəm Fərid Paşanın da cəmiyyətə daxil olduğunu zənn edirlər. Ənvər bəy bu zənnetmələrə uyğun davranar. Dörd ay sonra Ənvər bəy yenidən Selanikə gedərək Tələt bəylə görüşür. Orada Rəhmi bəylə tanış olarlar. Əl yazısıyla bir təlimat alır; Monastır üzvlərinin nömrələri beş yüzdən başlayacaq. Ənvər çox həvəslidir. Dönüşündə işlər sürətləndirilir və mayor ilə mülazım arasındakı zabitlər and mərasimindən keçirilərək gizli cəmiyyətə qəbul edilirlər. Monastırdakılar özlərinə ayrı bir mərkəz heyəti seçirlər.

      1907-ci ilin aprel ayında, Cəmiyyətin yüksək mərkəzi heyəti tərəfindən Selanikə çağırılır. Qayını Selanik mərkəz komandiri Nazim bəyin köməyi ilə Selanikə gedir. Burada Jandarma kapitanı Nafiz bəyin evində Dr. Nazim ilə tanış olarlar. "Orada qısa saqqallı, entari-hırka” geyinmiş biri oturmaqda idi. Bu şəxsin siması üzərimdə yaxşı təsir yaratmışdı "Daxildə və xaricdəki" təşkilatların birləşdirilməsi üzərində razılaşırlar. Bir neçə gün sonra Manyasizade Rəfiq bəyin evində, Tələt bəy, Kapitan Canpolat İsmail bəy, Mayor Tahir, Piyada mayoru Əli Naki bəy, Midhət Şükrü (Bleda) və daha sonra Selanik deputatı olacaq Rəhmi Bəylərin iştirakı il edilən bir yığıncaqda Parisdəki “Tərəqqi və İttihad” ilə mərkəzi Selanikdə olan “Osmanlı Azadlıq Cəmiyyəti”nin birləşdirilməsinə və adının "Osmanlı İttihad və Tərəqqi Cəmiyyəti" olmasına qərar verirlər. Xarici mərkəzi Parisdə daxili mərkəzinin yeri müəyyən olmamaq üzrə iki mərkəzi-ümumisi olacaq; bir-biriləriylə xəbərləşəcəkdilər. Yeni nizamnamə bir neçə gün sonra göndəriləcəkdi.

      Ənvər bəyin “Tərəqqi və İttihad Cəmiyyəti”nin keçmişindən və yuxarıda toxunulan konqres qərarlarından yaxud bənzəri hallarından xəbərdar olduğuna dair bir işarə yoxdur. Ancaq, zaman keçdikcə Cəmiyyət içindəki müsəlman olmayanlarla aralarındakı ruh və əməl fərqliliklərini hiss edəcək və ona görə vəziyyət almağa çalışacaqlar. Bunun üçün bəlkə çox çox zaman keçməsi lazım olmayacaq, amma artıq yola girilmişdir.

      Sabahısı gün Monastıra dönən Ənvər bəyin ağlına maraqlı bir fikir gəlir. Məktəbi olmayan Müsəlman kəndlərə məktəb açıb buralara Cəmiyyət mənsublarından müəllimlər təyin edərək bunlar vasitəsiylə kəndlilər arasında güclü bir təşkilatlanma qurmaq. Kəndlər haqqında statistik məlumatlar toplamağa başlayar. Əsasən hərbi dəstələr davamlı ətrafı gəzməkdə olduqlarından, birlik komandirlərindən, getdikləri "İslam kəndlərində, əhalinin təbiətinə görə nəsi-hət yaxud icbari məktəb qurulması üçün" pul yığmaqlarını xahiş edir. "Milli təhsilə əhəmiyyət vermək lazım olduğu hər kəs tərəfindən bilinirdi." Özü də hərbiçi ətrafından pul toplamağa başlar. "Bu barədə Selanikdə belə bir dəfə qərargah başçısı Miralay Əli Paşa və Süvari feriki İsmayıl Paşa və Ferik Rəhmi Paşa və sair şəxslərdən pul yığmışdım." (H. E. Çingiz, haqqında danışılan əsər, s. 70)

      Cəmiyyət Monastır və Ohri ətrafında yayılmağa davam etməkdədir. Ohrili olan Kolağası Eyyup Səbri bəy və müderris Mustafa Əfəndinin qatılmaları inkişaf sürətini artırır. Kəsriye mövqe komandiri Qərargah kolağası Fəthi bəy (Okyar) təşkilata qəbul edilir. 1907-ci ilin iyul ayında Monastır idarə heyəti tərəfindən, Selanikdə olduğu yalnız bu heyətdəkilər tərəfindən bilinən Mərkəzi-Ümumiyə üzv seçilir. "Xülasə, 1908-ci ilin əvvəllərində Rumelidə hər vilayətin, demək olar, əksər qəzasında təşkilat qurulmuşdu." Monastırda “Neyyir-i Həqiqət” adlı, daşbasma ilə çoxaldılan bir də qəzet çıxardılar. Cəmiyyətin mərkəzi-ümumisi Tələt bəy, Ənvər bəy, Qərargah Kolağası Hafiz Haqqı bəy, Piyada kapitanı Canpolat İsmayıl bəy, Manyasizade Rəfiq bəy və Qərargah kaymakamı Camal bəydən (Dənizçilik Naziri Camal Paşa) ibarətdir.

      Sultan Həmid hakimiyyəti işlərdən xəbərdar olmuşdur. Ənvər bəyin qayını olan Selanik Mərkəz Komandiri kaymakam Nazim bəy tədbir görməkdədir. "Zahirən yunan qiyam komitəsinə qarşı olmaq üzrə otuz adamdan ibarət olan bir kəşfiyyat Təşkilatı qurmuşdu. Qayınım olduğu üçün bacımın köməyiylə bu təşkilatda olanların ad və vəzifələrini, fotoşəkillərini əldə etmişdim." (H. E. Çingiz, haqqında danışılan əsər, s. 79) Ənvər Bəy qayınının çox borclu olması səbəbiylə Saray katibliyinə bağlı olduğunu və təhlükə meydana yaratmağa başladığını yazır. Sonunda Mərkəzi-Ümumi Nəzim bəyin öldürülməsinə qərar verir. Beləcə, eyni zamanda bir güc nümayişi göstərmiş olacaqdılar. Bir neçə təşəbbüs nəticəsiz qalır; Nazım bəy çox diqqətlidir. İyunun əvvəlində Nazim bəy tələsik İstanbula çağırılınca yenidən təşəbbüs edilər. O axşam Ənvər bəy və atası Əhməd bəy də Nazim bəyin evində yuxarı mərtəbədədirlər. Qapı döyülür və Nazim bəyi bir zabitin görmək istədiyi deyilər. Ənvər həyəcanlanır; amma tərpənmir. Nazim Bəy bir az tərəddüddən sonra aşağıya enir. Aşağıdan bir silah səsi gəlir. Bundan sonra Ənvər aşağıya yönəlir. "Nazim bəyi, qıçını tutaraq yuxarı çıxanda gördüm. "Həkim çağıraq” deyə yalançı bir təlaşa girir, qapıya doğru qaçar. "Bu sırada Canpolatzadə Kapitan İsmayıl Əfəndini qonaq otağının qapısının yanındakı kresloda uzanmış görüncə nə baş verdiyini soruşdum: “Səhvən məni də vurdular" deyər və ondan şübhələnmədiklərini əlavə edir. Ənvər bəyin dərdi vuran adamın qaçıb-qaçmadığıdır; adam tutulsa böyük fiyasko olacaq. Həkim gətirmək üçün küçəyə çıxar, sahildəki “Bəyaz Qüllə”yə gedərək bir həkim gətirir. Bu sırada Nazim bəyin inzibat zabiti İbrahim gəlir; o da qıçını tutub: "Əfəndim məni də vurdu, qaçdı" deyir.

      Ənvər bəy gələn-gedənlərin yanında rol oynamağa davam edir. Sabahısı gün Nazim bəyi vuran leytenant Mustafa Nəcib Əfəndini Tahtakaledə yoldaşlarıyla söhbət edərkən görür. Hər şey yolundadır…

      Reval, bölüşdürmə görüşü

      Eyni gün, 9 iyun 1908-ci ildə, aralarındakı müxtəlif qarşıdurma mövzularında bir şəkildə razılaşmaya gələn İngiltərə kralı ilə Rus şarı, Estonyanın Reval şəhərində bir gəmidə görüşmüşdülər. Bu görüşmədə Osmanlı Dövlətinin paylaşılmasına qərar verildiyi xəbəri, Balkanlarda bomba kimi “partlayar”. Bu xəbərin tarixi doğruluğundan əmin olunmamaqla birlikdə, əsasən, bu dövlətlərin Osmanlını paylaşmaq üçün plan üstünə plan qurduqları bilinirdi. Ancaq xəbərin yayılış şəkli, Balkanlarda atəş içindən keçən Osmanlı zabitlərini hərəkətə keçirəcək şəkildə idi; artıq dayanmaq olmaz; bir şəkildə hökumətin elanını təmin etmək lazım idi… Başqa bir çarə də bilmir, düşünə bilmirdilər. Bolşevik qiyamından sonra nümayiş olunan sənədlərə söykənərək Şövkət Süreyya Reval Müsahibəsində belə bir formulun aydın olduğunu yazar:

      "1. Osmanlı Dövlətinin dünya üçün davamlı və təhlükəli anlaşılmazlıq mövzusu olmaqdan çıxarılaraq bəzi bölgələrin bəynəlxalq bir idarəyə verilməsi.

      2. Bu bölgələrdən İraqın İngiltərə, İstanbul və boğazların Rus bölgələri olaraq bu dövlətlərə verilməsi.

      3. Osmanlı


Скачать книгу